1.2.
Məzmun xətləri
Məzmun xətti – fənn
üzrə ümumtəlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən edilən məzmunun
zəruri hesab edilən tərkib hissəsidir. Məzmun xətləri şagirdlərin öyrənəcəyi məzmunu
daha aydın təsəvvür etmək üçün müəyyən olunur və onu sistemləşdirmək məqsədi
daşıyır. Fizika fənninin məzmun xətləri təhsilin bütün mərhələləri üçün təlimin
məqsəd və vəzifələrinə uyğun olaraq aşağıdakı kimi təyin edilmişdir:
1. Fiziki hadisələr, qanunauyğunluqlar və qanunlar
2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər.
3. Eksperimental fizika və müasir həyat.
1.4. Fəaliyyət xətləri
Fizika fənni üzrə məzmun standartlarını reallaşdırmaq
üçün aşağıdakı fəaliyyət xətlərindən istifadə olunur.
1. Mühakimə yürütmə və əsaslandırma
2. Problemin həlli
3. Ünsiyyət
4. Müşahidə, təcrübə və tədqiqetmə
5. Tətbiqetmə
6. Məsələ və çalışma həlli
7. Müzakirə
8.Təqdimat
1.5. Məzmun standartları
VI sinif
VI sinfin sonunda şagird:
hadisələri (mexaniki, istilik, elektrik)
fərqləndirir, onlara dair sadə məsələlər həll edir;
materiyanın formalarını fərqləndirir,
maddələrin aqreqat hallarını izah edir və sadə məsələlər həll edir;
təbiətdəki əlaqəli sistemləri fərqləndirir
və qarşılıqlı təsirə dair müşahidələrini izah edir;
sadə təcrübələr aparır və ölçü
cihazlarından təhlükəsiz istifadə edir;
fiziki hadisələrə əsaslanan məişət
qurğularından istifadə edir;
fizika elminin inkişafında dünya alimlərinin
roluna dair məlumatları təqdim edir.
1.Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar.
Şagird:
1.1. Fiziki hadisələrə dair bilik və bacarıqlar
nümayiş etdirir.
1.1.1.Mexaniki, istilik, elektromaqnit hadisələrini fərqləndirir.
1.1.2.Müxtəlif xarakterli fiziki hadisələrə dair sadə
məsələlər həll edir.
1.1.3.Hərəkəti növlərinə görə qruplaşdırır.
1.1.4.Müxtəlif xarakterli təbiət hadisələrinə dair
müşahidələrini təqdim edir.
2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər.
Şagird:
2.1.Materiyanın formalarına dair bilik və bacarıqlar
nümayiş etdirir
2.1.1.Maddələri quruluşuna (aqreqat hallarına) görə fərqləndirir.
2.1.2.Materiyanın formalarını fərqləndirir.
2.1.3.Materiyanın formalarına dair müşahidələrini sadə
şəkildə təqdim edir.
2.1.4. Maddələrin quruluşuna (aqreqat hallarına) dair
sadə məsələlər həll edir.
2.2.Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini
nümayiş etdirir.
2.2.1. Təbiətdəki əlaqəli sistemləri və qarşılıqlı təsirləri
fərqləndirir.
2.2.2. Təbiətdəki qarşılıqlı təsirə dair müşahidəıərini
təqdim edir.
3. Eksperimental fizika və müasir həyat.
Şagird:
3.1.Təcrübələr aparır, nəticələri təqdim edir.
3.1.1. Sadə ölçü cihazlarından istifadə edir.
3.1.2.Sadə təcrübələr aparır, nəticələrini təqdim edir.
3.2.Müasir həyatın inkişafında fizika elminin rolunu mənimsədiyini
nümayiş etdirir.
3.2.1.İş prinsipi fiziki hadisələrə əsaslanan məişət qurğularından
istifadə edir
3.2.2. Fizika elminin inkişafında dünya alimlərinin roluna dair sadə məlumatı
təqdim edir
VII sinif
VII sinfin sonunda şagird:
mexaniki hadisələrin başvermə səbəblərini şərh edir,
onlara aid məsələlər qurur və həll edir;
mexaniki hərəkəti əlamətlərinə görə fərqləndirir,
müşahidələrini ümumiləşdirib təqdim edir;
qravitasiya sahəsini xarakterizə edən kəmiyyətləri
izah edir və onlara aid sadə məsələlər həll edir;
maddələrin mexaniki xassələrini izah edir, onlara
dair sadə məsələlər həll edir;
təbiətdəki əlaqəli sistemlərdə qravitasiya qüvvəsinin
rolunu şərh edir, təbiət qüvvələrinə aid sadə məsələlər qurur və həll edir;
mexaniki hadisələrə aid təcrübələr aparır, fiziki kəmiyyətləri
ölçür və hesablamalar aparır;
istehsalatda istifadə olunan mexaniki qurğuların yaradılmasında və
inkişafında fizika elminin rolunu izah edir.
1.Fiziki hadisələr, qanunauyğunluqlar,
qanunlar.
Şagird:
1.1. Fiziki hadisələrə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Mexaniki hadisələri və onların baş vermə səbəblərini şərh edir.
1.1.2. Mexaniki hərəkəti əlamətlərinə görə şərh edir.
1.1.3. Mexaniki hərəkətə aid məsələlər qurur və həll edir.
1.1.4. Mexaniki hərəkətə dair müşahidələrini ümumiləşdirib təqdim edir.
2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər.
Şagird:
2.1.Materiyanın formalarına dair bilik və bacarıqları nümayiş etdirir
2.1.1.Qravitasiya sahəsini xarakterizə edən kəmiyyətləri izah edir.
2.1.2.Qravitasiya sahəsinə dair məsələlər həll edir.
2.1.3.Maddələri mexaniki xassələrinə görə fərqləndirir.
2.1.4.Maddələrin mexaniki xassələrinə dair məsələlər həll edir.
2.2. Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini
nümayiş etdirir.
2.2.1. Təbiətdəki əlaqəli sistemlərdə qravitasiya qarşılıqlı təsirinin
rolunu izah edir.
2.2.2. Ağırlıq, çəki, elastiklik və sürtünmə qüvvələrini fərqləndirir.
2.2.3. Təbiət qüvvələrinə (ağırlıq, çəki, sürtünmə, elastiklik) aid məsələlər
qurur və həll edir.
3.Eksperimental fizika və müasir həyat.
Şagird:
3.1.Təcrübələr aparır, nəticələri təqdim edir.
3.1.1.Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir.
3.1.2.Mexaniki hadisələrə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar
aparır.
3.2.Müasir həyatın inkişafında fizika elminin rolunu mənimsədiyini
nümayiş etdirir.
3.2.1. Texnika və istehsalatda istifadə olunan sadə mexaniki qurğuların
iş prinsiplərini izah edir.
3.2.2. Mexaniki qurğuların yaradılmasında və inkişafında fizika elminin
rolunu izah edir.
VIII sinif
VIII sinfin sonunda şagird:
istilik və elektromaqnit (elektrik) hadisələrinin
mahiyyətini, qanunauyğunluqlarını izah edir, sadə məsələlər qurur və həll edir;
elektrik sahəsini xarakterizə edən fiziki kəmiyyətlərin
tətbiqinə dair məsələlər həll edir;
maddələri fiziki xassələrinə görə fərqləndirir, sadə
məsələlər qurur və həll edir,
maddənin aqreqat hallarını molekulların düzülüşünə, hərəkətinə
və qarşılıqlı təsirinə görə fərqləndirir;
təbiətdəki əlaqəli sistemlərdə elektrik qarşılıqlı təsirinə
dair məsələlər qurur və həll edir;
istilik və elektrik hadisələrinə aid təcrübələr
qoyur, fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır;
istilik texnikasının iş prinsipini izah edir və onun yaranmasında
fizika elminin rolunu dəyərləndirir.
1.Fiziki hadisələr, qanunauyğunluqlar,
qanunlar.
Şagird:
1.1. Fiziki hadisələrə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların baş
vermə səbəblərini şərh edir.
1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə
aid məsələlər qurur və həll edir.
1.1.3.İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir.
1.1.4. Sabit cərəyan qanunlarına aid məsələlər qurur və həll edir.
1.1.5. İstilik hərəkəti və elektrik hadisələrinin qanunauyğunluqlarına
aid topladığı məlumatları şərh edir
2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər.
Şagird:
2.1.Materiyanın formalarına dair bilik və bacarıqları nümayiş etdirir.
2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir.
2.1.2.Maddələrin fiziki xassələrinə aid məsələlər qurur və həll edir.
2.1.3.Elektrik sahəsini xarakterizə edən fiziki kəmiyyətləri izah edir.
2.1.4.Elektrik sahəsinə dair məsələlər həll edir.
2.2. Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini
nümayiş etdirir.
2.2.1. Maddənin aqreqat hallarını molekulların düzülüşü, hərəkəti və
qarşılıqlı təsirinə görə fərqləndirir.
2.2.2. Təbiətdəki əlaqəli sistemlərdə elektrik qarşılıqlı təsirinin
rolunu izah edir.
2.2.3.İstilik hərəkəti və elektrik qarşılıqlı təsirinə dair məsələ qurur
və həll edir.
3.Eksperimental fizika və müasir həyat.
Şagird:
3.1.Təcrübələr aparır, nəticələri təqdim edir.
3.1.1 İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə
edir.
3.1.2.İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür,
hesablamalar aparmaqla nəticələri təqdim edir.
3.2.Müasir həyatın inkişafında fizika elminin rolunu mənimsədiyini
nümayiş etdirir
3.2.1.Texnikada və istehsalatda istifadə olunan istilik hadisələrinə və
alternativ enerji mənbələrinə əsaslanan qurğuların iş prinsipini izah edir.
3.2.2.İstilik texnikasının yaranması və inkişafında fizika elminin
rolunu dəyərləndirir.
IX sinif
IX sinfin sonunda şagird:
elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinin
qanunauyğunluq-larını şərh edir, onlara aid məsələlər qurur və həll edir;
elektromaqnit və qravitasiya sahələrinə dair məsələlər
qurur və həll edir;
maddələri quruluşuna və xassələrinə görə təsnif edir,
onlara aid məsələlər qurur və həll edir;
təbiətdəki elektromaqnit və nüvə qarşılıqlı təsirlərinə
aid məsələlər qurur və həll edir;
elektromaqnit (maqnit və işıq), atom və nüvə hadisələrinə uyğun
cihazlardan istifadə edir, fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır;
elektromaqnit (maqnit və işıq), atom və nüvə hadisələrinin inkişafında
fizika elminin rolunu izah edir
1.Fiziki hadisələr, qanunauyğunluqlar,
qanunlar.
Şagird:
1.1. Fiziki hadisələrə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrini, onların
baş vermə səbəblərini şərh edir.
1.1.2. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinə aid məsələlər
qurur və həll edir.
1.1.3.Yüklü zərrəciklərin, atom və nüvədaxili zərrəciklərin hərəkətini şərh
edir.
1.1.4. Elektromaqnit (maqnit,işıq), atom və nüvə hadisələrinin
qanunauyğunluq-larına dair topladığı məlumatları şərh edir.
2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər.
Şagird:
2.1.Materiyanın formalarına dair bilik və bacarıqlar nümayiş etdirir
2.1.1.Elektromaqnit və qravitasiya sahələrini müqayisəli şəkildə şərh
edir.
2.1.2.Elektromaqnit və qravitasiya sahələrinə dair məsələlər qurur və həll
edir.
2.1.3.Maddəni quruluşuna və xassələrinə görə təsnif edir.
2.1.4. Maddələrin quruluş və xassələrinə aid məsələlər qurur və həll
edir.
2.2. Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini
nümayiş etdirir.
2.2.1.Təbiətdəki əlaqəli sistemlərdə elektromaqnit və nüvə qarşılıqlı təsirinin
rolunu izah edir.
2.2.2.Elektromaqnit və nüvə qarşılıqlı təsirinə dair məsələlər qurur və
həll edir
3.Eksperimental fizika və müasir həyat.
Şagird:
3.1.Təcrübələr aparır, nəticələri təqdim edir.
3.1.1.Elektromaqnit (maqnit və işıq), atom və nüvə hadisələrinə uyğun
cihazlardan istifadə edir.
3.1.2. Elektromaqnit (maqnit və işıq), atom və nüvə hadisələrinə uyğun
fiziki kəmiyyətlər arasındakı asılılığı müəyyən edir.
3.2.Müasir həyatın inkişafında fizika elminin rolunu mənimsədiyini
nümayiş etdirir.
3.2.1.Müxtəlif fiziki hadisələrə (elektromaqnit, işıq, atom və nüvə) əsaslanan
qurğuların iş prinsiplərini şərh edir.
3.2.2.Müxtəlif fiziki hadisələrin inkişafında fizika elminin roluna dair
təqdimatlar edir.
X sinif
X sinfin sonunda şagird:
mexaniki və istilik hadisələrinin yaranma səbəblərini
izah edir, qanun və qanunauyğunluqlarına aid məsələlər həll edir;
mexaniki və istilik hadisələrini və onları xarakterizə
edən fiziki kəmiyyətləri əlaqəli şərh edir;
maddələrin qarşılıqlı çevrilməsini onların daxili
quruluşu ilə əlaqələndirir və buna aid məsələlər həll edir;
təbiətdəki əlaqəli sistemlərdə cisimlərin və cismin
hissəciklərinin qarşılıqlı təsirinin rolunu izah edir və bunlara aid məsələlər
həll edir;
mexaniki və istilik hadisələrinə dair qanunları təcrübədə
yoxlayır, onları xarakterizə edən fiziki kəmiyyətlər arasındakı asılılıqları müəyyənləşdirir;
fizika elminin istilik texnikası və texniki qurğuların inkişafında
rolunu dəyərləndirir və onların tətbiqinə dair təqdimatlar edir
1.Fiziki hadisələr, qanunauyğunluqlar,
qanunlar.
Şagird:
1.1. Fiziki hadisələrə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Mexaniki və istilik hadisələrinin qanun və qanunauyğunluqlarla əlaqəsini
şərh edir.
1.1.2. Mexaniki və istilik hadisələrinin qanun və qanunauyğunluqlarına
aid (qrafik, kəmiyyət və keyfiyyət tipli) məsələlər qurur və həll edir.
1.1.3.Mexaniki və istilik hərəkətini xarakterizə edən kəmiyyətlər
arasındakı əlaqəni şərh edir.
1.1.4. Mexaniki və istilik hadisələrinin tətbiqinə dair təqdimatlar
edir.
2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər.
Şagird:
2.1.Materiyanın formalarına dair bilik və bacarıqlar nümayiş etdirir
2.1.1. Maddələrin qarşılıqlı çevrilmələrini şərh edir.
2.1.2.Maddələrin qarşılıqlı çevrilmələrinə dair müxtəlif tipli məsələlər
qurur və həll edir.
2.1.3.Maddələrin xassələrini daxili quruluşuna görə şərh edir.
2.1.4.Maddələrin daxili quruluşu ilə bağlı müxtəlif tipli məsələlər
qurur və həll edir.
2.2. Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini
nümayiş etdirir.
2.2.1.Təbiətdəki əlaqəli sistemlərdə cisimlərin və cismin hissəciklərinin
qarşılıqlı təsirinin rolunu dəyərləndirir.
2.2.2.Əlaqəli sistemlərdə cisimlərin və cismin hissəciklərinin
qarşılıqlı təsirinə dair məsələlər həll edir.
3.Eksperimental fizika və müasir həyat.
Şagird:
3.1.Təcrübələr aparır, nəticələri təqdim edir.
3.1.1.Mexaniki və istilik hadisələrinə dair qanunları
təcrübi üsulla yoxlayır, nəticələrini təqdim edir.
3.1.2. Mexaniki və istilik hadisələrini xarakterizə edən fiziki kəmiyyətlər
arasındakı asılılıqları müəyyənləşdirir.
3.2.Müasir həyatın inkişafında fizika elminin rolunu mənimsədiyini
nümayiş etdirir.
3.2.1.Texnikanın inkişafında iş prinsipi mexaniki və istilik hadisələrinə
əsaslanan qurğulara dair təqdimatlar edir.
3.2.2. Texnikanın (mexaniki və istilik qurğuları) inkişafında fizika
elminin roluna dair tədqiqatlar aparır, nəticələrini təqdim edir.
XI sinif
XI sinfin sonunda şagird:
elektromaqnit, atom, nüvə hadisələrinin qanun və
qanunauyğunluqlarını izah edir, onlara aid məsələlər qurur;
zərrəciklərin hərəkətini xarakterizə edən kəmiyyətlər
arasındakı əlaqələri şərh edir;
maddə və sahə hissəciklərinin qarşılıqlı çevrilməsini
şərh edir, onlara aid məsələlər qurur və həll edir;
maddələrin qarşılıqlı çevrilmələrini izah edir,
onlara aid məsələlər qurur, həll edir;
əlaqəli sistemlərdə qarşılıqlı təsirin xüsusiyyətlərini
şərh edir və onlara aid məsələlər həll edir;
elektromaqnit, atom və nüvə hadisələrinə aid qanun və
qanunauyğunluqları təcrübədə yoxlayır, fiziki kəmiyyətlər arasındakı
asılılıqları müəyyənləşdirir;
texniki qurğuların müasir həyatda roluna, onların inkişafının fizika
elminin verdiyi töhfələrə dair referatlar hazırlayır.
1.Fiziki hadisələr, qanunauyğunluqlar,
qanunlar.
Şagird:
1.1. Fiziki hadisələrə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Elektromaqnit, atom və nüvə hadisələrinin qanun və
qanunauyğunluqlarla əlaqəsini şərh edir.
1.1.2. Elektromaqnit, atom və nüvə hadisələrinin qanun və
qanunauyğunluqlarla əlaqəsinə aid (qrafik, kəmiyyət və keyfiyyət tipli) məsələlər
qurur və həll edir.
1.1.3.Yüklü zərrəciklərin, aton və nüvədaxili zərrəciklərin hərəkətini
xarakterizə edən kəmiyyətlər arasında əlaqəni şərh edir.
1.1.4. Elektromaqnit, atom və nüvə hadisələrinin tətbiqinə dair təqdimatlar
edir.
2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər.
Şagird:
2.1.Materiyanın formalarına dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Maddə və sahə zərrəciklərinin qarşılıqlı çevrilməsini şərh edir.
2.1.2. Maddə və sahə zərrəciklərinin qarşılıqlı çevrilmələrinə dair müxtəlif
tipli məsələlər qurur və həll edir.
2.1.3. Maddələrin qarşılıqlı çevrilmələrini və xassələrini zərrəciklərin
təbiəti ilə izah edir.
2.1.4.Maddələrin qarşılıqlı çevrilmələrində zərrəciklərin rolu ilə bağlı
müxtəlif tipli məsələlər qurur və həll edir.
2.2. Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini
nümayiş etdirir.
2.2.1.Təbiətdəki əlaqəli sistemlərdə (elektromaqnit,güclü və zəif)
qarşılıqlı təsirin xüsusiyyətlərini şərh edir.
2.2.2. Əlaqəli sistemlərdə (elektromaqnit, güclü və zəif) qarşılıqlı təsirin
xüsu- siyyətlərinə dair məsələlər qurur və həll edir.
3.Eksperimental fizika və müasir həyat.
Şagird:
3.1.Təcrübələr aparır, nəticələri təqdim edir.
3.1.1.Elektromaqnit, atom və nüvə hadisələrinə dair qanun və
qanunauyğunluqları təcrübələrlə yoxlayır, nəticələrini təqdim edir.
3.1.2. Elektromaqnit, atom və nüvə hadisələrini xarakterizə edən fiziki
kəmiyyətlər arasındakı asılılıqları müəyyənləşdirir.
3.2. Müasir həyatın inkişafında fizika elminin rolunu mənimsədiyini
nümayiş etdirir.
3.2.1.Texniki qurğuların müasir həyatda rolunu dəyərləndirir və müxtəlif
məzmunlu referatlar hazırlayır
3.2.2. Müasir texnikanın inkişafında fizika elminin
roluna dair tədqiqatlar aparır və referatlar hazırlayır
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.