Fəal təlim
metodları üzərində qurulan məşğələ ənənəvi məşğələlərdən fərqlənir. Bu
məşğələlər uşaqların sərbəst şəraitdə fəaliyyət göstərməsinə imkan yaradır
və bu zaman onlar özlərinin bütün bilik, bacarıq və istedadlarını nümayiş
etdirə bilmək imkanı əldə edirlər. Fəal təlim məktəbəqədər yaşlı uşaqların
inkişaf etdirilməsi üçün ən yaxşı texnologiyadır. Bu o deməkdir ki, uşaqlar
təlim prosesində passiv deyil, konkret materiallarla və əhatəsində olan
insanlarla fəal, qarşılıqlı ünsiyyətdə olurlar.
Fəal təlim
metodlarından istifadə tədris prosesinin təşkilinə, tərbiyəçi-uşaq
münasibətlərinə yeni məzmun gətirir, tərbiyəçi-uşaq münasibətlərinin
dəyişdirilməsini, onlar arasında pedaqoji əməkdaşlığa, qarşılıqlı hörmətə,
bir-birinin ləyaqətinə, hüquq və azadlıqlarına hörmət etməyə əsaslanan yeni
münasibətlərin yaradılmasını təmin edir. Məktəbəqədər təhsil müəssisələrində
fəal təlim metodlarları ilə aparılan məşğələlərin aşağıdakı ardıcıllıqla həyata
keçirilməsi məqsədəuyğun hesab edilir:
İş formaları.
İş formaları dedikdə fərdi, cütlərlə, qruplarla və
kollektiv iş nəzərdə tutulur.
Fərdi iş uşaqların potensial imkanlarının müəyyənləşdirilməsi
və onların müstəqil fəaliyyət göstərməsi üçün imkan yaradır.
Cütlərlə iş zamanı
uşaqların hər hansı problemin həllində biri-birinə köməklik göstərmələrinə, əməkdaşlıq
etmələrinə, bir-birlərinin qarşısında öz məsuliyyətlərini dərk etmələrinə imkan
yaranır.
Qruplarla iş (3-4
nəfər) zamanı uşaqlar kiçik qruplarda birləşir, işin gedişində əməkdaşlıq və
müxtəlif problemləri bir yerdə həll etməyə cəlb olunurlar. Bu zaman uşaqlar
müstəqil fikir söyləmək, digərlərini dinləmək imkanı əldə edirlər.
Kollektiv iş zamanı
kollektivdə işləmək, birgə fəaliyyət göstərmək və kommunikativ bacarıqların
inkişafı təmin edilir.
Bəzən fəal təlimin iş formaları ilə metodları(strategiyaları) qarışıdırılır
Fəal təlimin iş formaları aşağıdakılardır.
Fərdi, cütlərlə, bütün siniflə və qruplarla iş.
Bir çoxları qrup iş formasını yeni təlim metodu kimi başa düşür. Fəal təlim zamanı daha çox istifadə olunan, qrup işi formasıdır. Bu iş forması şagirdlərə problemin birgə həll edilməsini, bir birnin fikrinə hörmətlə yanaşmağı, müstəqil öyrənməyi, sərbəst fikir söyləməyə öyrədir. Ənənəvi dərslərdə psixoloji tipindən asılı olaraq dərsi bildiyi halda, sinif qarşısına çıxanda çaşıb qalır, cavab verə bilmirlər. Nəticədə dərsin vaxtı gedir, şagir disə mənəvi psixoloji travma alır. Fəal təlimdə bu cür fəsadlar olmur. Yalnız işgüzar səs-küyün olması müəyyən narahatçılıq yaradır. Müəlliminin pedoqoji ustalığı özünün göstərərsə bu problemlər aradan qalxır.
Qrup işini müxtəlif varinatlara ayırmaq olar:
1. Bütün qruplar ümumi mövzu ətrafında müxətlif tədris materialı ilə işləyirlər
2. Bütün qruplar eyni vaxtda bir tədris materialı üzərində işləyirlər.
3. Eyni material üzərinə qruplar növbə ilə işləyirlər.
Qrupda iş şagirdləri problemin birgə həll edilməsinə öyrədir hər bir kəsə fikrini sərbət söyləmək və digərləri tərəfindən dinlənilmək imkanı yaradır. Bu iş forması digər insanların mövqelərinə hörmətlə yanaşmağı öyrədir, hər bir şagirdin təlim prosesinə cəlb edilməsini təmin edir. Bütün uşaqlar öz imkanlarını nümayiş etdirməyə, şərait yaradır. Şəxsi inkişafları üçün imkanı təmin edir. Qrupda iş və müstəqil öyrənmə qabiliyyətlərinin inkişaf etdirilməsinə, təlimin fərdiləşdiləşdirilməsinə imkan yaradır. Və tam mənada şəxsiyyət kimi hiss etməsinə imkan verir.
Müəllim aşağıdakı prinsiplərə riayət etməlidir.

- İşin təşkilini dəqiq fikirləşməli
- Qrup işinin faydalarını şagirdlərə başa salmalı
- Qrup işinin məqsədlərini tam təsəvvür etməli
- İş üçün lazım olan materialları əvvəlcədən hazırlamalı
- Qrupda iş qaydalarına riayət edilməsinə nəzarət etməli
Müəllim sinfi qruplara bölərkən, hər qrupda 4 və ya 6 nəfər şagirdin olmasını təmin etməlidir
Qrupların sayı isə 4-5 olmalıdır. Qrupların sayı çox olarsa, işin nəticələrinin təqdim olunması vaxtı uzanar, qrupda iştirakçıların sayının çoxlugu isə onun işində fəal iştirak imkanını məhdudlaşdırar. Qrup tərkibini müəllim müəyyən etməlidir. Əvvəlcədən şagirdləri qruplara necə böləcəyini planlaşdırmalıdır. Əgər nəticə əhəmiyyətli dərəcədə qrupların tərkibindən asılı olacaqsa, o, çox böyük ustalıqla qrup bölgüsü zamanı öz təsirini göstərməlidir. Qrupların tərkibi mümkün qədər müxtəlif olmalıdır. Bütün məsələlər üzrə differiensiallaşdırılmış qruplar təşkil etmək olar. Qrupları təşkil edərkən, "zəif" və "güclü", "yaxşı" və "pis" qrupların yaranmasına imkan verməmək, dostları ayırmaq prinsipinə riayət etmək vacibdir.
Müəllim imkan daxilində tez-tez qrupların tərkibini dəyişməyə çalışmalıdır. Şagirdlərin həmişə eyni tərkibdə işləmələrinə yol verməməlidir. Müəllim qruplara bölmənin cazibədar üsulunu tapmalıdır. Artıq 3-cü bölmədə eyni bir üsul şagirdlər üçün darıxdırıcı olur.

Qruplarda işi nəcə aparmalı?
1. Şagirdləri 4-6 qrupa bölürük.( Hər qrupda 4-6 nəfər olmaq şərtilə)
2. Qruplar ayrı-ayrı masaların arxasında əyləşirlər.
3. Müəllim müzakirə olunan mövzu ilə əlaqədar bir və ya iki sual (tapşırıq) qoyur, qrupunun işinin nəticələrinin nümayişi üsullarını aydınlaşdırır, həmçinin işin görülməsi üçün vaxt müəyyən edir.
4. Şagirdlər gördükləri işi təqdim etmək üçün, öz aralarında, bir nəfəri seçirlər, nəticə qeyd edilir və təqdim edilir.
5. Müəllim qrupun işinin gedişini müşahidə edir, onun qərarının düzgün qəbul olunduğuna əmin olur, suallara cavab verir, iştirakçıların onun kööməyinə ehtiyacları varsa, əlavə təlimatlar verir.
6. Verilmiş vaxt bitdikdən sonra, müəllim işi dayandırır və məruzəçilərdən nəticələri bildirməyi xahiş edir.
7. Müəllim ümumi diskussiyanı idarə edir, qrupların işinin yekunlarını tutuşdurur və ümumiləşdirir və s

Qruplara bölmənin üsulları.
- Rəqəmləri saymaqla (4-dən 6-ya qədər saymaqla)
- Meyvə adları saymaqla (alma, armud, nar, heyva, banan)
- Həndəsi fiqurları paylamaqla( kvadrat, düzbucaqlı, üçbucaq, dairə, romb və s)
- Rəngli fiqurları paylamaqla (qırmızı, sarı, göy, yaşıl və s)
- Fərqli konfetlər paylmaqla (ibtidai siniflərdə)
- Şəklin hissələrinin yığılması, hər iş iştirakçı şəklin bir hissəsini alır və iştirakçılar şəklin hissələrini bir yerə yığıb, tam pazlı almalıdırlar və s)
Bunlar qruplara bölgünü ən sadə üsullarıdır. Daha mürəkkəb qrup bölgüləri də var
salam icazənizlə götürərdim məlumatı :)
YanıtlaSilSalam. Cutlerle iwin qeyri ustunlukleri ve qruplarla iwin qeyri ustunlukleri neden ibaretdir?
YanıtlaSilQrafik orqanayzerler - bununla bağlı melumat vererdiniz zehmet olmasa
YanıtlaSil