2015-ci ildə keçirilən müsabiqədə iştirak
üçün 110 ümumtəhsil məktəbi, 600 müəllim Təşkilat Komitəsinə müraciət
edib. Müsabiqələrin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar
kollegial qərarların qəbul olunmasını təmin etmək üçün təhsil nazirinin müavini
Firudin Qurbanovun rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılıb. Təşkilat
Komitəsində Nazirliyin müvafiq struktur bölmə rəhbərləri təmsil olunur.
Müsabiqələrin ilk mərhələsində verilmiş
sənədlərin ekspertizası həyata keçirilib, nəticədə müvafiq bal toplamış
76 məktəb və 143 müəllim müsabiqənin növbəti mərhələsinə buraxılıb.
“Ən yaxşı ümumtəhsil məktəbi”
müsabiqəsinin növbəti mərhələsinə buraxılmış məktəb direktorları Təhsil
Nazirliyində yaradılmış Təşkilat Komitəsi qarşısında təqdimatla çıxış edərək 10
ballıq sistemlə qiymətləndiriliblər.
“Ən yaxşı müəllim” müsabiqəsinin ikinci
mərhələsinə vəsiqə qazanmış müəllimlər Bakının 50 məktəbində sınaq-nümunə
dərsləri keçib. Dərslərdə iştirak edən müsabiqə komissiyası hər bir müəllimin
tədris bacarığını 10 ballıq sistemlə qiymətləndirib.
Üçüncü mərhələdə həmin müəllimlər Təşkilat
Komitəsi qarşısında təqdimatla çıxış edirlər. Bu təqdimat da 10 ballıq sistemlə
qiymətləndirilir.
Yekunda bütün mərhələlər üzrə ballar
toplanacaq və ən çox bal toplamış 47 məktəb 95 müəllim müsabiqənin qalibi elan
olunacaq. Analoji proses Naxçıvan Muxtar Respublikasında da həyata keçirilir.
Burada seçilmiş 3 ən yaxşı məktəb və 5 ən yaxşı müəllim müsabiqə qaliblərinin
sırasına əlavə ediləcək və beləliklə, 2015-ci ildə respublika üzrə 50
məktəb, 100 müəllim qalib elan olunacaq.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.