1.4.
Fəaliyyət xətləri
Fəaliyyət xətti məzmun
xətlərində əks olunan biliklərin əldə edilməsində şagirdə praktik imkan
yaradır. Fənnin məzmun standartları bu fəaliyyət xətləri ilə əlaqəlilik əsasında
tətbiq olunur.
Biologiya fənninin tədrisində
altı fəaliyyət xətti əsas götürülür.
1. Problemin həlli.
2. Müqayisə, təhlil və tədqiq etmə.
3. Ümumiləşdirmə, təsnifetmə, mühakimə və tətbiq etmə.
4. Əməkdaşlıq və ünsiyyət.
5. Təşkil və təqdim etmə.
6. Eksperiment aparma (nəzəri biliklərin tətbiqi).
1.5. Məzmun standartları
VI sinif
VI sinfin sonunda şagird:
canlılar aləmini öyrənən elm sahələrini fərqləndirir,
canlıların quruluşunu, təsnifatını, rol və əhəmiyyətini izah edir;
biologiyaya dair laboratoriya
avadanlıqlarını fərqləndirir;
bioloji proseslər və onun pozulma
hallarını izah edir, sadə hesablamalar aparır;
canlıların təsnifat sistemində insanın
yerini müəyyənləşdirməklə onu digər canlılardan fərqləndirir;
sağlamlığın qorunmasında bitki və
heyvanların rolunu izah edir, dərman bitkilərinifərqləndirir;
canlıların təbii mühitlə və bir-birilə əlaqəsini
izah edir;
bitki və heyvanlara qulluq qaydalarına əməl
edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.Canlıların quruluşu və müxtəlifliyi
Şagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik
olduğunu nümayiş etdirir.
1.1.1. Canlılar aləmini öyrənən elm sahələrini fərqləndirir.
1.1.2. Canlıların quruluşunu təsvir edir.
1.1.3. Canlıların quruluşunu öyrənmək üçün lazım olan əsas laboratoriya
avadanlıqlarını fərqləndirir.
1.1.4.Canlıların təsnifatının rol və əhəmiyyətini izah edir.
2. Bioloji proseslər
Şagird:
2.1.Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş
etdirir.
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır.
2.1.2. Maddələr mübadiləsinin pozulma hallarını izah edir.
2.1.3. Bioloji proseslərə dair sadə təcrübələr və hesablamalar aparır.
3. İnsan və onun sağlamlığı
Şagird:
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş
etdirir.
3.1.1. Canlıların təsnifat sistemində insanın yerini müəyyənləşdirir.
3.1.2. İnsanı sosioloji varlıq kimi digər canlılardan fərqləndirir.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.
3.2.1. Bitki və heyvanların insan sağlamlığında rolunu izah edir.
3.2.2. Dərman bitkilərini fərqləndirir.
4. Canlılar və ətraf mühit
Şagird:
4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair
bilik və bacarıqlar nümayiş etdirir.
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Canlıların qorunması ilə bağlı topladığı məlumatları təqdim edir.
4.2.2. Bitki və heyvanlara qulluq qaydalarına əməl edir.
VII sinif
VII sinfin sonunda şagird:
canlılar aləmini öyrənən elm sahələrini,onların müxtəlifliyini
şərh edir, sistematik kateqoriyaları fərqləndirir;
laboratoriya avadanlıqlarından istifadə qaydalarına əməl
edir;
canlılarda gedən həyati prosesləri fərqləndirir,
pozulma səbəblərini sadalayır, buna dair hesablamalar aparır;
insanı digər məməlilərlə müqayisə edir,onun ali sinir fəaliyyətini izah
edir;
virus, bakteriya, göbələk və heyvanların insan
orqanizmində törətdiyi xəstəlikləri təsvir edir, dərman bitkilərini
qruplaşdırır;
təbiətdə baş verən fiziki və kimyəvi dəyişikliklərin
canlılara təsirini izah edir;
canlıların qorunmasına dair müşahidələr aparır, respublikanın xüsusi mühafizə
olunan təbiət əraziləri fərqləndirir
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Canlıların quruluşu və müxtəlifliyi
Sagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik
olduğunu nümayiş etdirir.
1.1.1. Canlılar aləmindən bəhs edən elm sahələri barədə fikirlərini şərh
edir.
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir.
1.1.3. Canlıların quruluşunun öyrənilməsində laboratoriya
avadanlıqlarından istifadə qaydalarına əməl edir.
1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir.
2. Bioloji proseslər
Sagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar
nümayiş etdirir.
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir.
2.1.2. Maddələr mübadiləsinin pozulma səbəblərini sadalayır.
2.1.3. Bioloji proseslərdə baş verən dəyişikliklərə dair hesablamalar
aparır və nəticələri ümumiləşdirir.
3. İnsan və onun sağlamlığı
Sagird:
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş
etdirir.
3.1.1. İnsanı digər məməlilərlə müqayisə edir.
3.1.2. İnsanın ali sinir fəaliyyətini izah edir.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.
3.2.1. Müxtəlif canlıların insan orqanizmində törətdiyi xəstəlikləri və
onların əlamətləriini fərqləndirir.
3.2.2. Müalicəvi əhəmiyyətinə görə dərman bitkilərini qruplaşdırır.
4. Canlılar və ətraf mühit
Şagird:
4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair
bilik və bacarıqlar nümayiş etdirir.
4.1.1. Təbiətdə baş verən fiziki, kimyəvi dəyişikliklərin canlılara təsirini
izah edir.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Yerli şəraitdə canlıların qorunmasına dair müşahidələr əsasında
mülahizələrini şərh edir.
4.2.2. Respublikanın flora və faunasının qorunma yollarını fərqləndirir.
13
VIII sinif
VIII sinfin sonunda şagird:
insanı öyrənən elm sahələrini, onun orqanizminin təşkil
səviyyələrini şərh edir;
canlıların quruluşunu öyrənmək üçün təcrübələr
aparır;
canlıların nəsil ağacını tərtib edir;
insan orqanizmində gedən bioloji prosesləri şərh
edir, buna dair riyazi hesablamalar aparır;
canlılara xas psixoloji anlayışları fərqləndirir;
sağlamlığın qorunması qaydalarını izah edir, xəstəliklər
və zədələnmələr zamanı ilkin yardım göstərir;
mühit amillərinin insan orqnizminə təsirini izah
edir;
ətraf aləm və onun təmizliyinin qorunmasına dair təqdimat
hazırlayır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Canlıların quruluşu və müxtəlifliyi
Şagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik
olduğunu nümayiş etdirir.
1.1.1. İnsanı öyrənən elm sahələrini (anatomiya, fiziologiya, gigiyena,
psixologiya) şərh edir və kiçik təqdimatlar hazırlayır.
1.1.2. İnsan orqanizminin təşkil səviyyələrini təsvir edir.
1.1.3. Canlıların quruluşunu öyrənmək üçün təcrübələr aparır və nəticələrini
izah edir.
1.1.4. Canlıların nəsil ağacını tərtib edir.
2. Bioloji proseslər
Şagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar
nümayiş etdirir.
2.1.1. İnsan orqanizmində baş verən bioloji prosesləri izah edir.
2.1.2. Zərərli vərdişlərin insan orqanizminə mənfi təsirini izah edir.
2.1.3. İnsan orqanizmində baş verən bioloji proseslərə dair təcrübələr və
riyazi hesablamalar aparır, nəticələrini ümumiləşdirir.
3. İnsan və onun sağlamlığı
Şagird:
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş
etdirir.
3.1.1. İnsanın formalaşmasında əməyin rolunu izah edir.
3.1.2. İnstinkt, düşüncəli fəaliyyət və təfəkkürü fərqləndirir.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.
3.2.1. Sağlamlığın qorunması qaydalarını izah edir.
3.2.2. Xəstəliklər, zədələnmələr zamanı ilkin yardım
göstərir.
4. Canlılar və ətraf mühit
Şagird:
4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair
bilik və bacarıqlar nümayiş etdirir.
4.1.1. Mühit amillərini və onun insan orqanizminə təsirini izah edir.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Ətraf mühitin çirklənməsi və mühafizəsinə dair mülahizələrini şərh
edir.
4.2.2.Ətraf aləm və onun mühafizəsinə dair təqdimat hazırlayır.
IX sınif
IX sinfın sonunda şagird:
canlıları öyrənən elm sahələrinin (sitologiya,
histologiya, biokimya) xüsusiyyətlərini, canlıların kimyəvi tərkibini, mikrotəkamülü,
müasir laboratoriya avadanlıqlardan istifadə qaydalarını izah edir;
bioloji prosesləri, orada baş verən dəyişiklikləri
izah edir, riyazi üsullarla əsaslandırır;
insanın formalaşmasında sosial amillərin rolunu və
ali sinir fəaliyyətinin mexanizmini şərh edir;
irsi xəstəlikləri, onların qarşısının alınması
yollarını, sağlam həyat tərzi və reproduktiv sağlamlığın əhəmiyyətini izah
edir;
regional ekoloji problemlərl, ekoloji amillərin canlıların həyatında
rolunu izah edir, növlərin müxtəlifliyinin qorunmasına dair topladığı faktları
təqdim edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Canlıların quruluşu və müxtəlifliyi
Şagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik
olduğunu nümayiş etdirir.
1.1.1. Canlıları öyrənən elm sahələri (sitologiya, histologiya,
biokimya) barədə məlumat toplayır və təqimatlar hazırlayır.
1.1.2. Canlıların kimyəvi tərkibini şərh edir.
1.1.3. Canlıların quruluşunun öyrənilməsinə dair laboratoriya işlərində
müasir avadanlıqlardan istifadə qaydalarını izah edir.
1.1.4. Mikrotəkamülü izah edir və ona dair təqdimatlar hazırlayır.
2. Bioloji proseslər
Şagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar
nümayiş etdirir.
2.1.1. Bioloji proseslərin mahiyyət və məzmunu ilə bağlı təqdimatlar
hazırlayır.
2.1.2. Maddələr mübadiləsinin pozulma səbəblərini faktlarla izah edir və
təqdimat-lar hazırlayır.
2.1.3. Bioloji proseslərin mahiyyəti və məzmununu, baş
verən dəyişiklikləri riyazi üsullarla əsaslandırır.
1. İnsan və onun sağlamlığı
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş
etdirir.
3.1.1. İnsanın formalaşmasında sosial amillərin rolu və əhəmiyyətinə
dair təqdimatlar hazırlayır.
3.1.2. İnsanın ali sinir fəaliyyətinin mexanizmini şərh edir və təqdimatlar
hazırlayır.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.
3.2.1. İrsi xəstəliklər, onların qarşısının alınması yollarını faktlarla
izah edir.
3.2.2. Sağlam həyat tərzi və reproduktiv sağlamlığın əhəmiyyətini şərh
edir, referatlar hazırlayır.
4. Canlılar və ətraf mühit
Şagird:
4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair
bilik və bacarıqlar nümayiş etdirir.
4.1.1. Ekoloji amillərin canlıların həyatında rolunu şərh edir, təqdimatlar
hazırlayır.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Regional ekoloji problemlərlə bağlı müşahidələrini ümumiləşdirib,
təqdimatlar hazırlayır.
4.2.2. Azərbaycanda canlılar aləminin növ müxtəlifliyinin qorunması ilə
bağlı faktları toplayıb təqdimatlar hazırlayır.
X sinif
X sinfin sonunda şagird:
canlıları öyrənən elm sahələrinin (embriologiya,
paleontologiya, genetika) xüsusiyyətlərinə, makrotəkamülə dair topladığı məlumatları
təqdim edir;
canlıların kimyəvi tərkibində baş verən dəyişiklikləri
müasir avadanlıqlardan istifadə etməklə izah edir;
bioloji proseslərin, onda baş verən dəyişikliklərin
mexanizmini şərh edir;
insanın tarixi inkişaf mərhələlərini, insanda baş verən
psixi dəyişiklikləri izah edir;
yoluxucu xəstəliklər, onlardan qorunma yolları
haqqında materiallar toplayır, sağlam həyat tərzində gigiyena qaydalarının
rolunu və əhəmiyyətini dəyərləndirir;
ekoloji problemlərin aradan qaldırılmasının irsi xəstəliklərin
azalmasına təsirini əsaslandırır;
qlobal ekoloji problemler və onların həlli yollarını, ekoloji
tarazlığın qorunmasının əhəmiyyətini şərh edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Canlıların quruluşu və müxtəlifliyi:
Şagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik
olduğunu nümayiş etdirir.
1.1.1. Canlıları öyrənən elm sahələrinin (embriologiya, paleontologiya,
genetika) xüsusiyyətlərinə dair məlumatlar toplayır, təqdimatlar hazırlayır.
1.1.2. Canlıların kimyəvi tərkibində baş verən dəyişiklikləri izah edir,
təqdimatlar hazırlayır.
1.1.3. Müasir avadanlıqlardan istifadə etməklə canlıların kimyəvi tərkibində
baş verən dəyişiklikləri müşahidə edir, təqdimatlar hazırlayır.
1.1.4. Makrotəkamül haqqında məlumat toplayır və təqdimat hazırlayır.
2. Bioloji proseslər
Şagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar
nümayiş etdirir.
2.1.1. Bioloji proseslərin mexanizmini şərh edir, məruzə və təqdimatlar
hazırlayır.
2.1.2. Maddələr mübadiləsində baş verən dəyişikliklərin mexanizmini şərh
edir, təqdimatlar hazırlayır.
2.1.3. Bioloji proseslərdə baş verən dəyişikliklərin mexanizmini müxtəlif
üsullarla əsaslandırır.
3. İnsan və onun sağlamlığı
Şagird:
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş
etdirir.
3.1.1. İnsanın tarixi inkişaf mərhələlərini müqayisəli şərh edir, məruzə
və referatlar hazirlayır.
3.1.2. İnsanda baş verən psixi dəyişiklikləri faktlarla izah edir,
referatlar hazırlayır.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.
3.2.1. Yoluxucu xəstəliklər, onlardan qorunma yolları haqqında referat,
təqdimat hazırlayır.
3.2.2. Sağlam həyat tərzində gigiyena qaydalarının rolunu və əhəmiyyətini
dəyərləndirir, məruzə və təqdimatlar hazırlayır.
4. Canlılar və ətraf mühit
Şagird:
4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair
bilik və bacarıqlar nümayiş etdirir.
4.1.1. Ekoloji problemlərin aradan qaldırılmasının irsi xəstəliklərin
azalmasına təsirini əsaslandırır.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Qlobal ekoloji problemlər və onların həlli yolları haqqında təqdimatlar
edir.
4.2.2. Təbii şəraitdə ekoloji tarazlığın qorunmasının əhəmiyyətini şərh edir,
referatlar hazırlayır.
XI sinif
XI sinfin sonunda şagird:
canlıları öyrənən elm sahələrinin (seleksiya,
mikrobiologiya, biotexnologiya, bionika) xüsusiyyətlərini, nailiyyətlərini
müasir avadanlıqlardan istifadə etməklə şərh edir;
yer üzərində həyatın əmələ gəlməsini şərh edir,
canlıların kimyəvi tərkibinə, baş verən dəyişikliklərə dair müşahidələrinin nəticələrini
təqdim edir;
bioloji proseslərin, baş verən dəyişikliklərin fərqli
mexanizmlərinin xüsusiyyətlərini müqaisəli şərh edir, riyazi üsullarla əsaslandırır;
insanın fərdi və tarixi inkişafının, psixi proseslər
və orada baş verən dəyişikliklərin müqayisəli şərhinə dair təqdimatlar edir;
insan orqanizmində baş verən xəstəliklərin hüceyrə səviyyəsində
olduğunu əsaslandırır, sağlam ailənin qurulmasında sağlam həyat tərzinin rolunu
dəyərləndirir;
təbii seçməni yaşamaq uğrunda mübarizənin nəticəsi kimi əsaslandırır,
regional və qlobal ekoloji problemləri əlaqələndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Canlıların quruluşu və müxtəlifliyi
Şagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik
olduğunu nümayiş etdirir.
1.1.1. Canlıları öyrənən elm sahələrinin (seleksiya, mikrobiologiya,
biotexnologiya, bionika) xüsusiyyətlərini şərh edir, təqdimatlar hazırlayır.
1.1.2. Canlıların kimyəvi tərkibi və orada baş verən dəyişikliklərə dair
müşahidələr aparır, nəticələri barədə təqdimatlar edir.
1.1.3. Müasir avadanlıqlardan istifadə etməklə canlıları öyrənən elm sahələrinin
nailiyyətlərinə dair məruzə və təqdimatlar hazırlayır.
1.1.4. Yer üzərində həyatın əmələ gəlməsinə dair fikirləri müqayisəli şəkildə
şərh edir.
2. Bioloji proseslər
Şagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar
nümayiş etdirir.
2.1.1. Bioloji proseslərin mexanizminin müqayisəli şərhinə dair referat
və təqdimatlar hazırlayır.
2.1.2. Maddələr mübadiləsində baş verən dəyişikliklərin fərqli mexanizmlərini
müqayisəli şəkildə şərh edir, məruzə və təqdimatlar hazırlayır.
2.1.3. Bioloji prosesdə baş verən pataloji dəyişikliklərin fərqli
mexanizmlərinin xüsusiyyətlərini riyazi üsullarla əsaslandırır və təqdimatlar
hazırlayır.
3. İnsan və onun sağlamlığı
Şagird:
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş
etdirir.
3.1.1. İnsanın fərdi və tarixi inkişafına dair müqayisələr aparır, təqdimatlar
edir.
3.1.2. Psixi proseslər və orada baş verən dəyişiklikləri müqayisəli şərh
edir və referatlar hazırlayır.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.
3.2.1. İnsan orqanizmində baş verən xəstəliklərin hüceyrə səviyyəsində olduğunu
əsaslandırır, məruzə və təqdimatlar hazırlayır.
3.2.2. Sağlam ailənin qurulmasında sağlam həyat tərzinin rolunu dəyərləndirir,
məruzə və təqdimatlar hazırlayır.
4. Canlılar və ətraf mühit
Şagird:
4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair
bilik və bacarıqlar nümayiş etdirir.
4.1.1. Təbii seçməni yaşamaq uğrunda mübarizənin nəticəsi kimi əsaslandırır,
məruzə və referatlar hazırlayır.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Ekoloji problemlərin qlobal xarakterini dəyərləndirir, məruzə və
təqdimatlar hazırlayır.
4.2.2. Regional
və qlobal ekoloji problemləri əlaqələndirir, referat və təqdimatlar hazırlayır.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.