Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi
Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid
Tarif İxtisas Sorğu kitabçasına (hissə 75) əlavələr edilməsi barədə
Qərar № 22-4
28 oktyabr 1999-cu il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Fəhlə
peşələri və qulluqçu vəzifələri üzrə Ümumrespublika təsnifatının və fəhlə
peşələri və qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu kitabçalaranın
işlənib hazırlanması haqqında» 25 aprel 1995-ci il tarixli 93 saylı qərarına
uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin kollegiyası qərara alır:
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təqdim
etdiyi «Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas
Sorğu kitabçası»nın (hissə 75) «Ali məktəblər» bölməsinə «Rejim üzrə nəzarətçi»
vəzifələri əlavə edilsin (əlavə olunur).
Kollegiyanın sədri
Ə. NAĞIYEV
«Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti
orqanlarının normativ-hüquqi Aktlarının Bülleteni»ndə dərc edilmişdir (2000-ci il,
№ 1) («VES Consultancy» LLC).
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi tərəfindən 08 noyabr 1999-cu il tarixdə qeydə almışdır. Qeydiyyat № 193 Nazir S. C. HƏSƏNOVA |
Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 28 oktyabr 1999-cu il tarixli 22-4 №-li qərarı ilə təsdiq edilmişdir Nazir Ə. NAĞIYEV |
Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrini Vahid
Tarif İxtisas Sorğu Kitabçasına (hissə 75) əlavələr
Elmi katib
Vəzifə
borcu:
Elmi Şuranın iş planının layihəsini hazırlayır. Elmi
Şuranın işini və iclasların keçirilməsini təsdiq edilmiş plana uyğun təşkil
edir.
Elmi Şuranın iclaslarını hazırlayır. İclasda müzakirə
olunacaq Məcələlərə dair lazımi materialları şuranın üzvlərinə əvvəlcədən
çatdırır. Elmi Şurada baxılacaq məsələlərə dair uyğun sənədləri yoxlayıb qəbul
edir.
Elmi Şuranın protokollarını tərtib edir və sədrlə
birlikdə imzalayır. Həmin protokolların və digər lazımi sənədlərin
saxlanılmasını təmin edir.
Ali təhsil (elmi-tədqiqat) müəssisəsinin əsas iş
istiqamətlərinin müəyyənləşdirilməsi, onun fəaliyyətinin səmərəliliyinin
yüksəldilməsi, əməyin təşkilinin yaxşılaşdırılması üzrə planların və
proqramların işlənməsində əlaqələndirməni təmin edir.
Elmi adların verilməsi ilə əlaqədar Ali Attestasiya
Komissiyası ilə əlaqə saxlayır.
Elmi ezamiyyədə olan əməkdaşların hesabatlarını
müvafiq qaydada qəbul edir.
Respublikanın, eləcə də xarici ölkələrin təhsil
müəssislərindən daxil olan elmi işlərə rəylərin yazılmasını təşkil edir.
Elmi Şuranın qərarlarının yerinə yetirilməsinə nəzarət
edir.
İlin sonunda Elmi Şuranın işi haqqında hesabat
hazırlayır və şuranın sədrinə təqdim edir.
Bilməlidir:
Dövlət və hökumətin elm və təhsilə aid qanunlarını, o
cümlədən «Azərbaycan Respublikası Təhsil Qanunu»nu, qərar və sərəncamlarını;
Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş əsasnamə, təlimat, tövsiyə, normativ
aktları və digər sənədləri; başqa təşkilat və müəssisələrlə birgə iş yerinə
yetirilərkən müqavilənin tərtibi məsələlərini, elmi və elmi-pedaqoji kadrların
əməyinin təşkili və elmi-tədqiqat işlərinin idarə edilməsi metodlarını,
kargüzarlıq işinin təşkili üzrə rəhbər materialları, əmək mühafizəsi və təhlükəsizlik
texnikasının, istehsalat sanitariyasının və yanğından mühafizənin qayda və
normalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
- 17-ci dərəcə-elmlər doktoru, professor;
- 16-cə dərəcə-elmlər namizədi, professor;
- 15-ci dərəcə-elmlər namizədi, dosent;
- 14-cü dərəcə-elmlər namizədi, baş müəllim.
Xususi peşə məktəbində rejim üzrə nəzarətçi
Vəzifə borcu:
Peşə məktəbində tərbiyə olunan
şagirdlər üçün dərsdən sonra müəyyən edilmiş gün rejiminin yerinə yetirilməsini
təmin edir, şagirdlərin daxili davranış qaydalarına riyaət etmələrinə nəzarət
edir. Davranış qaydaları ilə əlaqədar şagirdlərlə profilaktik iş aparır,
şagirdlərin davranış qaydalarında ciddi pozuntular yarandığı hallarda məktəbin
rəhbərliyinə məlumat verir.
Məktəbdə tərbiyə olunan hər
bir şagirdə diqqət və qayğı göstərir. Şagirdlərin asudə vaxtlarının daha
səmərəli keçirilməsi üçün tədbirlər planının hazırlanmasında iştirak edir.
Hər bir şagirdin
psixologiyasına uyğun münasibət yaratmağı bacarmalı və onunla şəxsiyyət kimi
davranmalı və cəmiyyətə yararlı insan tərbiyələndirməlidir. Şagirdlərdə əməyə
məhəbbət ruhu yaratmalıdır.
Şagirdlər tərəfindən məktəbin
bina, qurğu və digər vasitələrinin qorunması onların vaxtından əvvəl sıradan
çıxarılmaması üzrə tərbiyəvi iş aparır. Müəyyən işlər görülərkən əməyin
mühafizəsi və təhlükəsizlik texnikası tələblərinin şagirdlər tərəfindən yerinə
yetirilməsinə nəzarət edir.
Qadağan olunmuş əşya və
məmulatların şagirdlər tərəfindən əldə edilməsinin və ya onlara verilməsinin,
eləcə də onlardan istifadə edilməsinin qarşısını alır.
Bilməlidir:
«Təhsil haqqında» Azərbaycan
Respublikasının Qanununu, xüsusi peşə məktəbinə dair qərar, göstəriş və
təlimatları, şagirdlərlə davranış qaydalarını, tərbiyə üsul və metodlarını,
məktəbdə nəzarət etdiyi qrupdakı şagirdlərin ad və soy adını, onların
psixologiyasını, fərdi xüsusiyyətlərini, peşə məktəblərində gigiyena və
təhlükəsizlik texnikası qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
- 7-ci dərəcə-orta ixtisas
təhsilli, ən azı bir il iş stajı;
- 8-ci dərəcə -orta ixtisas təhsilli,
3 ildən yuxarı iş stajı.
© VES Consultancy LLC
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.