RƏHBƏRLİK ÜÇÜN XAS
OLAN 3 ƏSAS
ÜSLÜB
Idarəetmə nəzəriyyəsi və sosial psixologiya sahəsində
mütəxəssislər rəhbərlik üçün xas olan üç əsas üslubu fərqləndirirlər:1)avtoritar
üslub; 2) səhlənkar üslub; 3) demokratik üslub. Əlbəttə bu üslublardan hər birinə
təmiz halda çox az rast gəlmək olar. Praktikada onların çoxlu çalarları
mövcuddur, l akin hər bir rəhbər bu və ya digər üsluba meyl edir.
Avtoritar üslub birinci növbədə inzibati metodlardan
geni. istifadə etməyə əsaslanır. Avtokrat rəhbər qərarları təkbaşına, ictimai təşkilatların,
tabeliyində olan adamların fikrini nəzərə almadan qəbul edir. O əmrlərə böyük
ümid bəsləyir, bütün hakimiyyəti öz əlində toplamağa çalışır.
Çox zaman avtokratik metodlara meyl valyuntarizmə
(insan iradəsini əsas amil hesab etmək) və bürokratizm (süründürməçilik), əsassız
qərarların qəbul edilməsinə gətirib çıxarır.
Əlbəttə avtoritar üslubu «mütləq cəhət» hesab etmək
düzgün olmazdı. Elə situasiyalar olur ki, avtokratik metodları müvəqqəti tədbir
kimi tətbiq etmək özünü doğruldur. İşdə olan nöqsanları aradan qaldırmaq üçün qətiyyətli
və təxirəsalınmaz tədbirlər görmək lazım gəlir. Təşəbbüskarlığı və yaradıcı
axtarışları ləngidən avtoritar üslubun elementləri təhsilə rəhbərlikdə məhdud
sahədə tətbiq edilə bilər.
Səhlənkar üslub məqsədyönlü və effektli rəhbərlik
sisteminin olmaması ilə xarakterizə olunur. Səhlənkar üsluba malik olan rəhbər
adətən qəbul etdiyi qərarlar üçün məsluiyyətdən qorxur, geniş kollegiallıq pərdəsi
arxasında gizlənməyə çalışır. O lazımi prinsipiallıq və tələbkarlıq göstərə
bilmir, əvvəl qəbul etdiyi qərarlardan çox vaxt imtina edir. səhlənkar üslublu
rəhbər işə ciddi zərər vurar və aparatın işini bərbad hala sala bilər.
İdarəetmə sistemində ən əlverişli üslub demokratik
üslubdur. Bu üslub kollegiallıqla vahid rəhbərliyi düzgün əlaqələndirir,
ictimai təşkilatların, bütün müəllimlərin məktəbdə idarəetmə ilə bağlı qərarların
qəbul edilməsində fəal iştirakını nəzərdə tutur.
İdarəetmənin əsas funksiyalarına təhlil və planlaşdırma,
təşkiletmə və nəzarət, əlaqələndirmə və stimullaşdırma aiddir.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.