Məktəbdə
tarix təlimində bədii ədəbiyyatdan istifadə imkanları
Biz müxtəlif təlim metodlarından istifadə etməklə şagirdlərdə tarixi
bilikləri formalaşdırırıq. Bununla yanaşı, ən etibarlı, bilik mənbələri dərslik
, elm-kütləvi ədəbiyyatlar , tarixə dai rqiraət kitabları , tarixi sənədlər, qəzəet
və jurnallardır. Bədii ədəbiyyat şagirdləri tarixi keçmişlə tanış etməyin mühüm
məxəzlərindən biridir. Tarix tədrisi təcrübəsində
bədii ədəbiyyat əsərləri müəllim tərəfindən dərs və sinifdənkənar işdə cəlb
edilir, müstəqil oxu üçün şagirdlərə məsləhət
görülür. Bədii ədəbiyyatın sürətləri şagirdlərin hafizəsində tarix
materiallarının daha da möhkəmlənməsinə kömək edir. Realist incəsənət xüsusən ədəbiyyat
ictimai irəlilləmələri, fakt və hadisələri bədii sürətlərdə əks etdirərək, elmdən
sonra ictimai –tarixi, elmdən sonra ictimai –tarixi hadisələri dərk etməyin ən
mühüm vasitəsidir.
Tarix tədrisində istifadə edilən ədəbiyyat əsərləri 2 qrupa
a) Öyrənilən
dövrün ədəbi abidələrinə
b) Tarixi
bellestrikaya bölünə bilər. Ədəbi abidələrə dövrdə yaranmış əsərlər aiddir. Bu
qrup əsərlər dövrün özünə məxsus sənədləridir və tarix elmi üçün keçmiş
haqqında biliklərin məxəzlərindən biridir. Tarixi bellestrika əsərləri tarixi
roman, tarixi mövzuda hekayə yəni öyrənilən dövr haqqında daha sonrakı zəmanənin
yazıçıları tərəfindən yarandılmış bədii əsərlər başqadır. Bədii əsərləri göstərilən
2 növə ayırmağın nəinki tarix elmi üçün həm də tarixin məktəbdə tədrisi üçün
mühüm əhəmiyyəti var. Şagirdlər də göstərilən hər 2 qrupdan olan bədii əsərlərə
müxtəlif münasibət bəsləmək vəonları bir birindən fərqləndirmək bacarığı
yetişdirmək lazımdır. Tarix dərsi üçün bədii ədəbiyyat seçəndə müəllim 2 əsas cəhəti
rəhbər tutur. Hər şeydən əvvəl, matrialın tarixi hadisələri tarixi həqiqətə və
onun inkişaf qanunlarına uyğun şəkildə düzgün izah etməkdən və işıqlandrımaqdan
ibarət olan idraki tərbiyəvi əhəmiyyətə əsaslanmalıdır.
Müəllim tarix dərslərində istifadə etmək üçün məzmununda
aşağıdakılar olan hissələri seçib ayırır.
a) Öyrənilməsi
məktəb proqramında və dərslikdə nəzərdə tutulan tarixi hadisələrin canlı izahı
b) Tarixi
xadimlərin , xalq kütlələri nümayəndələrinin sürətləri və kütlələrin özlərinin
təsviri
c) Keçmiş
hadisələrin genişlənib inkişaf etdiyi konkret şəraitin əyani təsviri
Dərsi
bütövlükdə və ya qismən bütövlükdə bədii ədəbiyyat materialı üzərində qurmaqdan
əlavə, müəllimin sərəncamında dərsdə bədii ədəbiyyatdan istifadə etməyin digər
müxtəlif üsul və metodları vardır. Nəzərə almaq lazımdır ki, bədii ədəbiyyat müraciət
edərək 1-ci növbədə müəllimin özünə faydalıdır. Müəllimin nitqi çox böyük əhəmiyyət
kəsb edir . Tədris təcrübəsində bədii ədəbiyyatdan və folklordan istifadə etmək
üsullarından biri kimi, bu və ya digər səbəblər üzündən əsli şagirdlərə
anlaşılmayan bədii abidələrin qısa nağıl edilməsi müəyyən yer tutur. Bədii surət
müəllimin izahına qısa sitat şəklində də daxil ola bilər. Dərsdə böyük
parçaların oxunması vaxt tələb edir. Müəllim çox vaxt şagirdlərə tanış ədəbi əsərə
istinad edərək, ədəbi sürətdə xatırlamaqla kifayətlənir. Nəhayət, öyrənilən
dövr haqqında biliklərin məxəzləri kimi cəlb edilən ədəbi abidələrin parçalar təhlil
edilir. Lakin tarix dərslərində bədii ədəbiyyatı geniş şəkildə cəlb edərək,
izahlı sürətlərlə, dəlillərlə sitatlarla həddən artıq yükləmək , səhv olardı.
Tarix dərsində bədii ıdəbiyyatdan istifadə edilmsəi əsas məqsəd deyil, köməkçi
variantdır
Istifadə edilməsi mümkün olan ədəbiyyatlar
Puqaçovun rəhbərliyi ilə kəndli müharibəsi ( A.S.Puşkinin “Kapitan
qızı” hekayəsi və V, Şişkovun “Y,Puqaçov romanı)
Atabəylər dövləti-(M,S,Ordubadi “Qılınc və Qələm”)
Səfəvilər dövləti (F,Kərimzadə “Çaldıran döyüşü və Ə,Nicat
“Qızılbaşlar”, Ə,Cəfərzadə “Bakı”)
Monqollar –V.Yan “Çingiz xan” , “Batı xan”, “Sonuncu dənizə doğru”
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.