DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

14 Ekim 2015 Çarşamba

Müəllimin tarix dərsinə hazırlaşması

Müəllimin tarix dərsinə hazırlaşması

Təlim prosesinin iştirakçılarının müəllim və şagird olmasına baxmayaraq, məktəb təcrübəsində fəal təlimin tətbiq edilməsinə məhz müəllimdən başlamaq lazımdır. Əgər fəal təlim şagird tərəfindən onun təbii tələbatlarına uyğun olan, biliklərin dərk edilməsinin cəlbedici bir üsulu kimi qavranılırsa, müəllim üçün bu mövcud streotiplərin dağılması deməkdir. Müəllimlər “reproduktor” (bilikləri ötürən) rolundan imtina etməli və yeni bir rolu  -biliklərin əldə edilməsi yolunda “bələdçi” (fasilitator) rolunu qəbul etməlidirlər. Müəllim və şagirdlər arasında olan münasibətin –hər şagirdə etibarla , hörmətlə və fərdi yanaşma , xeyirxahlıq –psixoloji mühiti dəyişdirməsi yeni təlim metodlarının tətbiq edilmısinin əsas şərtidir. Şagirdə hörmətlə yanaşma etibar etmə hissinin yaradılması , cavabların yaxşı və pis qiymətləndirilməsindən imtina edilməsi onda müəllimə hörmət və özünə inam hissi yaratmalıdır. “müvəffəqiyyətsizliyin” olmasına dair qorxunu aradan götürmək lazımdır.

Müəllimlər təklif olunan metodik üsullara və dərs modellərinə istinad edərək onları tədrisdə tətbiq edə və ya tarix dərsi üzrə öz dərs modellərini hazılaya bilərlər. Qeyd etmək lazımdır ki, hər zaman hər yerdə istifadə edilə biləcək yeganə üsul və tədris modeli yoxdur. Buan görə də dərs aparılmasında üsul və model seçimi müəllimin öz öhdəsinə düşür, onun istək və təcrübəsindən asılı olur. Buradan belə bir nəticə çıxır ki, kitabımızın tövsiyyələrinə yaradıcı yanaşmaq lazımdır.  Tarixin tədrisi yaradıcılıqdır və müəllim, şagirdlərin ürək və dərrakələrinə öz yolunu tapmalıdır.
          Müəllim işə bütövlükdə kursun tədrisinə hazırlaşmaqdan başlaması zəruridir.bu mərhələdə müəllimliyə yeni başlayanlara təcrübəli müəllimə nisbətən xeyli çox işləmək lazım olur. Müəllimliyə yeni başlayan müəllim məktəbli psixologiyasını, onun lüğət ehtiyatını, onun təfəkkürünün xüsusiyyətlərini kifayət qədər bilmir.
Yeni başlayan müəllim gələn tədris ilində hansı siniflərdə dərs deyəcəyini bildikdə 1-ci növbədə  kursun ideyalarını , şagirdlərin tərbiyəsində onun konkret vəzifələrini , yerini və əhəmiyyətini məktəblilərin  yiyələnməli olacaqları bilik və bacarıqları özünə yaxşı aydınlaşdırmalıdır. Yeni müəllimliyə başlayan müəllim məktəblilərin yiyələnməli olcaqları bilikləri, bölmə və mövzulara dair dərs vaxtının nümunəvi bölgüsünü aydın sürətdə təsəvvür etməlidir. O məktəb dərsliyini diqqətlə oxuyur, onu proqramla tutuşdurur, bu zaman izah edir ki, bu dərslikdə bu və ya digər məsələlər nə qədər dərin və konkret şərh edilmişdir. Tarix dərslikləri haqqındakı məqalələrəmüraciət etmək faydalıdır.
Müəllim tədris etməyə hazırlaşarkən onun tədris edəcəyi kurslara dair nə kimi ədəbiyyatın mövcud oldugunu izah edir və müxtəlif növ ədəbiyyat üzərində iş proqramı tutur. O, bəzi kitabları  dərs ilinin başlanmasına qədər oxumağa çalışır, digərlərindən isə dərslərə hazırlaşarkən istifadə edir. Müəllim yeni dərs ilində işə başlamazdan əvvəl məktəbdə həmin kurs üzrə hansı əyani vəsaitlərin olduğunu və hansıların isə çatışmadığını yoxlayır, bəzi vəsaitlərin şagirdlərin gücü ilə hazırlanmasını planlaşdırır, hansı kinofilmlərin göstəriləcəyini və hansı ekskursiyaların keçiriləcəyini qeyd edir
         Müəllim dərs ili başlamazdan əvvəl yarımillik təqvim planı tərtib edir. Plan tərtibi məsul işdir. Müəllim öz işini planlaşdırarkən  bölmə və mövzuların öyrənilməsinə proqram ilə ayrılmış saatların təxmini miqdarını nəzərə alır. Proqramda mövzunun öyrənilməsinə ayrılmış saatların təxmini miqdarı göstərilir. Təqvim planı tərtib edərkən müəllim təkrarlayıcı –ümumiləşdirici dərsləri nəzərə alır.
         Müəllimin hazırlığının sonrakı pilləsi mövzu üzrə dərslərin sistemini işləyib hazırlamaqdan ibarətdir. Müəllim 1-ci növbədə mövzunun təlim tərbiyə vəzifələrini müəyyən edir, onları kursun ümumi vəzifələrinin bir hissəsi kimi nəzərdən keçirir. Mövzuya hazırlıq prosesində əsas sualların məzmunu və təkrarının yeri işlənib hazırlanır; müəllim müəyyən edir ki, əvvəllər keçilmiş material hansı dərslərdə və hansı əlaqədə təkrar ediləcəkdir. Əgər müəllim tamailə yeni materialın öyrənilməsinə həsr olunmuşdərs keçməyi fikrində tutursa, o zaman əvvəlki dərsdə materialın möhkəmləndirilməsi üçün xeyli vaxt nəzərdə tutmalı və düşünməlidir ki, yaxın vaxtlarda hansı dərsdə bu materialın şagirdlər tərəfindən mənimsənildiyi yoxlanılacaq və bu material necə təkrarlanacaqdır.
Ayrı-ayrı dərsə hazırlıq bütövlükdə mövzu üzrə dərslər sistemi üzərində aparılan işin davam etdirilməsi deməkdir.
Təcrübəli müəllim dərsə hazırlaşarkən həmişə nəzərə alır ki, əvvəlki məşğələ necə keçmişdir, keçən dərsdə o nəyi edə bilməmişdir? Və s
Növbəti dərsə hazırlıq aşağıdakı həlqələrdən ibarətdir.
   1)    Dərsin məqsəd istiqmətinin müəyyən edilməsi
   2)    Dərsin məzmununun metodik cəhətdən işlənilməsi
   3)    Yeni məzmunun şərh priyomlarının işlənib hazırlanması və dərs vəsaitlərinin seçilməsi
   4)    Biliklərin yoxlanılmasına hazırlıq və təkrarın təşkili
   5)    Ev tapşırığının müəyyən edilməsi
Müəllim dərsə hazırlıq üzrə gördüyü işi iş planı tərtib etməklə qeydə alır. Bir çox müəllimlər planın tərtibinə başlamazdan qabaq, əvvəlcə lazımi,vəsaitləri oxuyur, bütövlükdə dərsin gedişini düşünür, sonra isə iş planı tərtib edir, bu iş planı görülmüş işin yekunu olur.
Müəllimlərin əksəriyyəti dərsə hazırlığı məktəb dərsliyinin müvafiq paraqrafının oxunması və təhlilindən başlayır, həmin dərslik dərsin faktik və metodik əsasını verir. Müəllim məktəb dərsliyini və vəsaiti oxuyarkən dərsin məqsədini düşünür. Məqsədin düzgün müəyyən edilməsi dərsə dəqiqlik məqsədyönlülük və ideya istiqaməti verir.
Məqsədi müəyyən edərək müəllim fikirləşir ki, dərsin əsas ideyalarını hansı nəticələrdə və anlayışlarda şərh etmək olar, şagirdlərə nəticələri, anlayışları, səbəb-nəticə əlaqələrini daha asan şəkildə necə şərh etmək olar? Bu zaman nə kimi çətinliklər meydana çıxa bilər? Müəllim əyani vəsaitləri yaxşı bilməli və bunlardan nə vaxt və necə istifadə etməyi hansı üsulların köməyi ilə onların məzmununu açıb göstərməyi qabaqcadan qeyd etməlidir. Ekran vasitələrindən istifadə etmək üçün xüsusi hazırlıq lazımdır. Şagirdlərin bacarıq və vərdişlərini yoxlamaq və inkişaf etdirmək üçün hazırlaşarkən xüsusi sualllar və tapşırıqlar nəzərdə tutmaq vacibdir. Müəllimlər əsas məsələlərlə yanaşı əlavə suallar da nəzərdə tutur və çox zaman bu sualları plana daxil edirlər. Planın sonuncu bölməsi ev tapşırığının qeyd edilməsindən  ibarətdir.


0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar