Ziq-Zaq (Mozaika)
Bu üsul mətnin məzmununun qısa müddət ərzində
şagirdlər tərəfindən mənimsənilməsinə imkan yaradır.
Ziq- Zaq və ya mozaika müəllimin sinfi bir neçə
qrupa bölərək şagirdlərin işini koordinasiya edəcəyi təlim metodudur.
Üsulun tətbiqində məqsəd:
- Qısa
vaxt ərzində interaktiv şəkildə mövzunu əhatəli keçməyə imkan verir. Hər bir
şagird bütün məsələlərin həllində iştirak edir.
- Şagirdlərdə
özünə inam hissini stimullaşdırır.
- Mübahisə,
ünsiyyət və qrupdaxili qarşılıqlı əlaqə hisslərini inkişaf etdirir.
- Məntiqi,tənqidi
və müstəqil düşünməni inkişaf etdirir.
- Fərdi
və qrup məsuliyyətini inkişaf etdirir.
Bu üsulu bir dərsdə tətbiq edərkən müəllimin
digər üsullardan istifadəyə ehtiyacı qalmır. Üsul dərsin tətqiqatın aparılması
mərhələsində tətbiq edilir. Müəllim üsulu tətbiq edərkən qruplarla iş
formasından istifadə edir.
Mərhələ1.
Sinfi 4 nəfərdən ibarət müxtəlif qruplara bölün.
Şagirdlərdən 1-dən 4-dək saymalarını xahiş edin ki, qrupdakı hər bir şagirdin
öz nömrəsi olsun. Hər bir qrup üzvünə məzmunun bir hissəsi (məsələn, məqalədən
bir fraqment) göstərilən kartlar verilir. Məqalə qrupların sayına uyğun gələn
hissələrə bölünür və hər bir qrup məqalənin bir hissəsini alır.
Müəllim qısaca olaraq məqalənin adını və məzmununu
müzakirə edir və bildirir ki, şagirdlərin vəzifəsi onu başa düşməkdən
ibarətdir. Dərsin sonunda hər bir iştirakçı məqaləni başa düşməlidir. Dərs
zamanı qruplar verilmiş hissəni necə başa düşdüklərini göstərməlidrilər.
Müəllim şagirdlərin diqqətinə çatıdırır ki, məqalə 4
hissəyə bölünüb.
Mərhələ 2.
Bütün 1 nömrəli şagirdlər birinci hissəni;
2 nömrəli şagirdlər ikinci hissəni alacaqlar; və s.
Müəllim izah edir ki, 1,2,3 və 4 nömrəli qrupdakı
şagirdlər (yəni qrupdakı bütün 1 nömrəli şagirdlər, qrupdakı bütün 2 nömrəli
şagirdlər və s.) ekspert adlanır. Onların vəzifəsi verilmiş məzmunun
öyrənilməsindən ibarətdir. Məzmunu daha yaxşı başa düşmək üçün onlar eyni
nömrəli şagirdlərlə tapşırığı oxumal və müzakirə etməlidrilər. Eyni nömrəli
şagirdlər tədris məzmununun tərzi barəsində razılığa gəlməlidirlər. Daha sonra
onlar öz əvvəlki qruplarına qayıdırlar və qrup üzvlərinə yeni məzmunu
öyrətməlidrilər. Ekspertlər tədris strategiyaları və materialları barəsində
razılığa gəlirlər. Öz məlumatlarını oxumaq, müzakirə etmək və tədris
strategiyaları üzərində birgə işləmək üçün ekspertlərə vaxt tələb olunur.
Mərhələ 3.
Ekspertlər qrupu müzakirələri bitirdikdən sonra hər
bir şagird öz ilkin qrupuna qayıdır və onlara həmin məzmunu öyrədir.
Müəllim şagirdlərə xatırladır ki, hər bir ekspert
bütün məqalənin məzmununu başa düşməlidir. Şagirdlər məqalənin istənilən
hissəsi ilə əlaqədar yarana biləcək sualları yazır və sonra həmin sualla bu
hissəyə görə cavabdeh olan ekspertə müraciət edir. Əgər hələ də sualı olan
şagirdlər varsa, onlar bu sualla bütün ekspertlər qrupuna (məsələn, bütün 1
nömrəli ekspertlərə) müraciət edə bilər. Əgər hələ də suallar qalıbsa, onları
aydınlaşdırmaq üçün tədqiqat aparmaq lazımdır.
Sonda müəllim şagirdlərə mövzunu və məqalənin
hissələrini xatırladır və onlardan xahiş edir ki, şagirdlər ekspertlərin
təqdimatından necə başa düşüblərsə məqalənin hər bir hissəsini şifahi şəkildə
artan qayda ilə danışsınlar.
Müəllim mövzunun məntiqi birliyini yoxlayır.
Üsulun tətbiqində şərtlər:
- Bu
metod üçün tələb olunan vaxt mövzunun mürəkkəbliyindən asılı olaraq ibtidai və
orta təhsil üçün iki saat, yaşlı öyrənənlər üçün isə 4 saat ola bilər.
- Müəllim
test keçirməklə şagirdlərin qavrama, analiz və sintez bacarıqlarını yoxlayan
suallar verə bilər. Müəllim şagirdlərin iştirakını, əməkdaşlığını, cəlb
olunmasını stimullaşdırmalıdır.
Üsulun tətbiqi zamanı yarana biləcək problemlər:
Şagirdlərin sayı çox olanda, onların təşkilində
problem yarana bilər və sizə iki müəyyən nömrəli qrup lazım ola bilər. Və ya
əgər sinifdə şagirdlərin sayı çoxdursa, yarısı mətnlərin hissələri ilə məşğul olduqları
vaxt , digərlərinə başqa tapşırıq vermək olar.
Mənbə: Zülfiyyə Veysova
Mənbə: Zülfiyyə Veysova
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.