DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Eylül 2015 Cuma

İnsert

İnsert metodu
Səmərəli mütaliə və təfəkkürün inkişafı üçün interaktiv qeydetmə sistemidir. İşarələr sistemindən istifadə edib mətni başa düşmək üçün biliyini yoxlamaqla düzgün cavab axtarmaq üsuludur. Yeni dərsi oxumazdan əvvəl müəllim şagirdləri cütlərə ayırır. Beş dəqiqə ərzində şagirdlərdən mövzu ilə əlaqədar bə bildiklərini yazmağı xahiş edir. Müəllim bildirir ki, ola bilər ki, sizin yazdığınız dəqiq olmasın, buna bir o qədər də fikir verməyin, dərsin gedişi zamanı düzəlişlər edəcəyik.
Şagirdlər bildiklərini alt-alta siyahı şəklində yazırlar. Sonra mətn paylanır və oxutdurulur, şagirdlərə müraciət edərək müəllim deyir: “Oxuduqca səhifənin kənarında işarələr qoyacaqsınız, işarələr aşağıdakı kimi olmalıdır.”
  •   Əvvəl bildiyin məlumatı təsdiq edən informasiya varsa, qarşısında (V) işarəsi qoy.
  •    Oxuduğun bir informasiya əvvəllər bildiyini inkar edirsə (-) işarəsi qoy.
  •   Rast gəldiyin informasiya sənin üçün təzədirsə (+) işarəsi qoy.

 Haqqında əlavə məlumat almaq istədiyin məsələ varsa, qarşısında (?) işarəsi qoy.
V
-
+
?
Bu cədvəl lövhədə çəkilir və hər qrup yazdığını ora qeyd edilir. İlk məlumatla oxuduqdan sonra bildikləri müqayisə və müzakirə edilir.
İnsert metodunun tətbiqi zamanı müəllim müxtəlif iş formalarından istifadə edə bilər.
Metod xüsusilə dərsin tətqiqatın aparılması mərhələsində tətbiq edilə bilər.
Üsulun tətbiqi zamanı yarana biləcək problemlər:
  •    Vaxtın uzanması
  •     Mövzu ilə bağlı şagirdlərdə informasiya azlığı
Mənbə: Zülfiyyə Veysova


1 yorum:

  1. Salam. Zəhmət olmasa coğrafiya fənninə aid insert üsulu ilə bir nümunə qeyd edə bilərsiniz?

    YanıtlaSil

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar