Modelləşdirmə
Şagirdləri real
hadisənin sadələşdirilmiş, lakin canlı nümunəsi
olan mücərrəd və
ya uydurma şəraitə (vəziyyətə,hadisəyə)
çəkib gətirən metodik üsuldur.
Yaxşı modelləşdirmə şagirdlər qarşısında ciddi dilemma və problem
qoyur ki, onlarbunu təklif edilmiş şəraitdə - sinif yoldaşları ilə
birlikdə ,gerçək həyatda rast gəlinən müəyyən rolları oynamaqla həll
etməlidirlər. Beləliklə, sinif bir növ miniatür və ciddi hadisəyə-
müzakirə, mübahisə və diskussiyalar üçün mövzunu özündə daşıyan əhvalata ,
tamaşaya çevrilir. Hadisə bolunmu rollar vasitəsilə inkişaf
etdirildiyindən, modelləşdirmədə müyyən mənada oyunun və tamaşanın bir
çox cəhətləri müşahidə olunur. Lakin oyundan və həqiqi
tamaşadan fərqli olaraq, modelləşdirmənin maraqlı cəhəti onda qeyri müəyyənlik
faizinin yüksək olmasıdır.
Modelləşdirmə bu mənada daha sərbəstdir, belə
ki heç kəs əsl həqiqətdə son nəticəni görə bilmir, heç kəs deyə bilməz ki,
əhvalat nə ilə bitəcək, çünki son nəticə əsasən rolların necə
oynanılacağından asılı olur. Modelləşdirmə yalnız eskizi, rolun qısa
təsvirini təklif edir, rolun ifaçısı bu müxtəsər məlumata əsaslanaraq, öz
həyat duyumunu yaratmalı, öz nöqteyi–nəzərini inkişaf
etdirməlidir. Şagirdlər modelləşdirməyə başlayarkən , inanırlar ki,
konkret məqsədə nail ola biləcəklər, lakin çox vaxt başları
oyuna qarışdığından ilkin məqsədi unudur, qarşılarına yeni
məqsədlər qoyurlar. Artıq dediyimiz kimi, modelləşdirməni əyləncəli
və maraqlı edən onun qeyri müəyyənliyi, məhculluğudur, çünki ən yaxşı
halda da nəticələri qabaqcadan yalnız qismən müəyyən etmək olur. Məhz bu
bilinməzlik real həyata daha çox oxşayır, onu daha çox xatırladır ki, bu
da nəticələri qəti müəyyən edilmiş tamaşalar və ya oyunlarla müqayisədə
modelləşdirmənin xeyrinə çox əsaslı dəlil ola bilər. Modelləşdirmə
dərsin tətqiqatın aparılması mərhələsində tətbiqinə başlanılmaqla bütün
dərsi əhatə edir. Üsulun tıtbiqi zamanı müəllim bütün siniflə iş aparır.
Modelləşdirmənin vəzifəsi nədən ibarətdir?
İnsan hüquqları üzrə dərslərdə modelləşdirmədə müəllimin
vəzifəsi aşağıdakılardan ibarət ola bilər:
1.Yaradıcı qabiliyyətləri və təxəyyülü inkişaf etdirmək
üçün şagirdləri zəruri əsaslarla təchiz etmək
2. Cütlük şəklində öz baxışlarını və dəyərləri müzakirə etmək üçün
şagirdlərə sərbəst diskussiya təklif etmək
3. Şagirdləri problemi tapmağa və onu real həəyatı modelləşdirən
şəraitdə həll etməyə həvəsləndirmək
4.Şagirdlərə təhlil aparmaq və alternativə
hərəkətləri qiymətləndirmək bacarığını aşılamaq
5. Şagirdləri ictimai və ya qrup fəaliyyətinin tərkib hissəsi olan
qərarların qəbul edilməsi prosesinə cəlb etmək
6. Məşğələ ərzində qəbul edilmiş qərarlara yenidən baxmaq və təhlil
etmək, habelə uydurma situasiyanı gerçək vəziyyətlə müqayisə etmək üçün
şagirdlərə imkan yaratmaq
Modelləşdirmə gerçək həyatı əks etdirən problem üzərində cəmlənməlidir.
Bu cür nümunələri cari reportajlarda, sənədlərdə, tədqiqatlarda və digər
mənbələrdə tapmaq olar. Mövzunu seçdikdən sonra bir neçə problemi
müəyyənləşdirmək lazımdır, əks halda oyun maraqlı olmaması səbəbindən öz
mənasını itirər. Oyun onun yerli şəraitə uyğunlaşdırılması, rolların
artırılması və ya ixtisar edilməsi, problemin əvəzlənməsi yolu ilə
dəyişdirilə bilər.
Üsulun tətbiqi
zamanı bir sıra problemlər yarana bilər:
Şagirdlər modelləşdirməyə başlayarkən, inanırlar ki,
konkret məqəsədə nail ola biləcəklər, lakin çox vaxt başları
oyuna qarışdığından ilk məqsədi unudur, qarşılarına yeni
məqsəd qoyurlar
Rolların zəif oynanılacağı ehtimalı
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.