Situativ Praktium
(Baş vermiş hadisənin araşdırılması)
Bu metodik üsul
şagirdlərin şəxsi hüquqi təcrübələrinin mövcudluğunu üzə çıxarmaq
məqsədilə tətbiq edilir. Bu metod baş vermi real hadisələrin şagirdlərin
başına gələn məsələrin, qarşılaşdıqları problemlərin həll edilməsi
məqsədilə tətbiq edilir. Çünki, istənilən bir halda cəmiyyətin bir
üzvü olan şagird cəmiyyətdə hər hansısa bir hüququnun pozulması ilə,
problemlə qarşılaşıb. Həmin hadisənin araşdırılmasına başlarkən elə bir
hadisə seçilməlidir ki, o həqiqətən baş vermiş olsun, qrupların
maraqlarına uyğun olsun, şagirdlər hadisə haqqında ətraflı informasiyaya
malik olsunlar ki, onun həll yolunu axtarıb tapa bilsinlər.
Bu metodun tətbiqi uzun vaxt apara bilər.
təxminən 35 dəqiqə.
Bu üsulun tətbiqində məqsəd şagirdlərin öz hüquqlarının
pozulmasını dərk etmələri, bu problemi aradan qaldırmaq üçün görə
biləcəkləri tədbirləri müzakirə etməkdir. Üsulu tətbiq edərkən müəllim
müxtəlif iş formaları olan böyük və kiçik qruplardan istifadə edə bilər.
Metodik üsulu tətbiq edərkən müəllim dərsin mərhələsini
nəzərə
almalıdır. Bu üsul dərsin tətqiqatın aparılması mərhələsində tətbiq
edilə bilər.
Müəllim şagirdlərə insan hüquqlarının pozulmasına dair
maraqlı
situasiyaları və ya sinifdə ciddi müzakirəyə ehtiyacı olan
problemləri nəzərdən keçirməyi təklif edə bilər. Bildiyimiz kimi şagirdlərin
öz aralarında bir – birlərinin hüquqlarını pozma kimi hallara məktəb
və sinif mühitində tez- tez rast gəlinir. Bu məsələnin sinifdə
onların özləri tərəfindən müzakirə edilməsi, onlara olduqca tərbiyəvi
təsir göstərəcəkdir.
Öz nöqsanlarını görmə, səhvlərini dilə gətirmə, başqa birinə
münasibətin hansı tərzdə qurula bilməsi kimi bacarıqlara sahib
olacaqlar.
Bu metodun vasitəsilə şagirddə aşağıdakı bacarıqlar formalaşır:
ü Hadisənin səmərəli
həlli yollarını araşdırmaq
ü Məntiqi və təndiqi
təfəkkürü inkişaf etdirmək: təhlil etmək,
səhvləri müəyyənləşdirmək
ü Hadisənin səbəbinin
həlli vasitəsilə tənqidi təfəkkürü inkişaf
etdirmək
ü Tətqiqatçı
bacarıqlarını aşılamaq
ü Məlumatı
sistemləşdirmək
ü Nəticə çıxarmaq və
əsaslandırmaq
Nümunə:
İnsan hüquqlarının pozulması ilə əlaqədar suallar:
1. Hansı hüquqlar pozulmuşdur?
2. İnsan hüquqları həqiqətənmi pozulmuşdur?
3. Bu hüquqları müdafiə etmək mümkündürmü?
4. Mümkündürsə necə?
Bu üsulun tətbiqi nəticəsində şagirdlərdə tənqidi təfəkkür, təhlil
etmə və ümumiləşdirmə aparmaq vərdişləri inkişaf edir.
Onu aşağıdakı qaydada keçirmək olar.
1. Müəllim problemi və müzakirə üçün sualları öncədən
hazırlamalıdır.
2. Müəllim
nəzərdən keçirilən problemə dair situativ
praktikumu
hazırlamalıdır. O, hər bir vəziyyətə dair sualları
düşünməli və
tərtib etməlidir.
3.
Vəziyyətlərdən hər biri ayrıca kartda yazıla bilər.
4. Şagirdləri hər biri 4-5 nəfərdən ibarət qruplara bölürlər. Hər qrup
təklif edilən vəziyyətlərdən birini müzakirə etməlidir.
Şagirdlər hadisəni tədqiq edir və öz münasibətlərini bildirilər.
Şagirdlərə kömək etmək üçün aşağıdakı tipli suallar vermək olar.
Nə baş verdi? Kim iştirak edirdi? Faktların təqdimatında
çatışmayan nə idi? Nə üçün sənin fikrincə maraqlı tərəf bu cür hərəkət
edirdi? və s.
5. Qruplar öz işlərini bitirdikdən sonra sinifdə ümumi
müzakirə başlanır.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.