DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Eylül 2015 Cuma

Sosioloji Tədqiqat



Sosioloji tətqiqat
    Ən maraqlı metodik üsullardan biridir.
İstənilən sosioloji araşdırma özündə bir neçəmərhələni ehtiva etməlidir:
Tədqiqatın aparılması
Məlumatların toplanması
əldə edilmiş məlumatları işlənib hazırlanması
təhlil və ümumiləşdirmə
  

Məktəb mühitində keçirilməsi mümkün olan sosioloji araşdırmanın əsas metodları:
Anket
Müsahibə
Anket-soruşulanların göstərilmiş qayda üzrə müstəqil doldurduqları sorğu vərəqidir. Anket obyektin və təhlil predmetinin kəmiyyət-keyfiyyət xarakteristikalarının aşkara çıxarılmasına yönəldilən və vahid bir niyyət ətrafında birləşmiş suallar sistemidir. Anket- də suallar dəqiq və konkret olmalı və maksimum bitərəf yöndə ifaəd edilməlidir. Suallar açıq və qapalı ( alternativ cavab variantları olan) ola bilər. Musahibə- araşdırılan məsələ ilə bağlı faktlar və hadisələr haqqında hər hansı insanlar qrupunun ictimai rəyi barədə məlumat almaq məqsədilə aparılır.
Müsahibə üsulu ilə aparılan sorğuya dair əsas tələblər:
Sualların tədqiqat mövzusuna uyğunluğu
Soruşulanların cavablarının dəqiq qeydə alınması
Soruşulanların xüsusiyyətlərinin uçotu
Şagird üçün yaddaş vərəqi: Müsahibəni necə aparmalı?

Sosioloji tədqiqat üsulunu tətbiq edərkən müəllim cütlərlə iş formasından istifadə edə bilər. Həmçinin üsulun tətbiqi fəal interaktiv dərsin tətqiqatın aparılması mərhələsində aparılması
məqsədəuyğundur. Bu üsul dərsin 30 35- dəqiqəsini aparacaqdır. Üsulun tətbiqi zamanı müəllimdən böyük bacarıq tələb olunur ki, o yarana biləcək səs-küyün qarşısını alsın. Şagirdlərin vaxtdan səmərəli istifadə etməsinə nəzarət etsin.




0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar