DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Eylül 2015 Cuma

Səhnələşdirmə


Səhnələşdirmə
Səhnələşdirmə prosesində hər hansı həyat   vəziyyəti və bu vəziyyətdə baş verən hadisələr və insanların davranışı oynanılır. Bu zaman şagird bütün təcrübəsini, bilik və bacarıqlarını səfərbər edib, başqa şəxsin sürətini və hərəkətlərini anlamalı, vəziyyəti qiymətləndirməli və düzgün davranış yolu tapmalıdır. Rollu oyundan fərqli olaraq, səhnələşdirmə hazır ssenari əsasında keçirilir. Səhnəcik sonu məlum olan real vəziyyət və hadisələrin modeli kimi çıxış edir. Bu cür hadisə nümunələri cari reportajlarda, sənədlərdə, tədqiqatlarda və digər mənbələrdə tapmaq olar.

Üsulun tətbiqində məqsəd:

Müxtəlif həyat şəraitlərində baş verən hadisələrlə tanış olmaq, digər insanların imkanlarını, maraq və tələbatlarını nəzərə alaraq, onlarla ünsiyyət qurmaq, onların fəaliyyətlərinə təsir etməyi öyrənmək, öz və digər insanların davranışına obyektiv qiymət  vermək, yaradıcı təxəyyülü inkiaf etdirmək.
Dərsdən qabaq mövzu ilə bağlı ssenari hazırlanır. Ssenaridə konkret hadisə, əsas iştirakçılar, onların vəzifə, hüquqları və məqsədləri müəyyən olunur. Lakin , həqiqi ssenaridən fərqli olaraq burada konkret dialoqlar olmur. Iştirakçılar öz rollarını oynadıqları hissənin qısa təsviri əsasında qururlar. Müəllim rolları paylayır(burada könüllülük prinsipi işləyə bilər). Səhnələşdirmədə iştirak etməyən şagirdlərə müşahidə üçün suallar verilir. Şagirdlər tamaşa göstərir. Tamaşada  müzakirə, mübahisə və diskussiyalar üçün mövzunu özündə daşıyan gerçək həyatı əks etdirən əhvalat əks olunur. Səhnələşdirmədən sonra göstərilən problemləri, bacarıqları və həlli yollarını təhlil etmək üçün qrup müzakirələri keçirilir.
Müəllim üsulun tətbiqi zamanı aşağıdakıları nəzərə almalıdır:
Mövzunu seçdikdən sonra bir neçə problemi müəyyənləşdirmək lazımdır, əks haıda oyun maraqlı olmaması səbəbindən öz mənasını itirər. Oyun onun yerli şəraitə uyğunlaşdırılması, rolların artırılması və ya ixtisar edilməsi, problemin əvəzlənməsi yolu ilə dəyişdirilə bilər.
Üsul dərsin tətqiqatın aparılması mərhələsində reallaşdırılır və digər mərhələrdə davam etdirilə bilər. Bu zaman müəllim bütün siniflə iş formasını tətbiq edir.
Üsulun tətbiqi zamanı yarana biləcək problemlər:
-          Mövzu və məqsəd aydın olmur
-          Rola girmək(emosional) problem
-          Söz ehtiyatının azlığı
-          Vaxtın düzgün bölüşdürülməsi
-          Vasitələrdən düzgün istifadə edilmir
-          Yaradıcı yanaşılmır.







0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar