Mühazirə
Biliklərin
müəllimdən şagirdə ötürülməsinin ənənəvi üsullarından biridir. Bir sıra dərslərdə
mühazirədən o zaman istifadə olunur ki, şagirdlər
lazımi informasiyanı mütəqil tapmaqda çətinlik çəkirlər.Mühazirə dərsliyin
məzmununu təkrar etmək və ya yekunlaşdırmaqla kifayətlənməməli, həm də
onu gücləndirməli və bir növ tamamlamalı,zənginləşdirməlidir.Yadda
saxlamaq lazımdır ki, mühazirəni paylama materialı ilə əvəz etmək imkanı
yarandıqda, mühazirədən imtina etmək sərfəlidir, çünki yuxarı
siniflərin şagirdləri dinləmə ilə müqayisədə mütaliə vaxtı materialı
daha yaxşı qavrayırlar.
Buna görə müəllim mühazirəni elə planlaşdırmalı və oxumalıdır ki, o, şagirdlərin yaddaşında həkk edilsin. 10-15 dəqiqə sürən və fikir mübadiləsinə imkan verən qısa
Buna görə müəllim mühazirəni elə planlaşdırmalı və oxumalıdır ki, o, şagirdlərin yaddaşında həkk edilsin. 10-15 dəqiqə sürən və fikir mübadiləsinə imkan verən qısa
mühazirələrdən istifadə etmək məqsəduyğundur.Aşağıdakı məsləhətlər
mühazirəni daha yaxşı planlaşdırmağa kömək edə bilər.
Mühazirənin məqsəd və vəzifələrini müəyyənləşdirin.
o Öyrənilən mövzu ilə tanışlıq
o Problemin təqdimatı
o Problemin nəticəsi
o Təədqiqatın məqsədlərinin izahı
oTədqiqatın və ya şagirdlərin tənqidi təfəkkürünün inkişaf
etdirilməsi.
-Mühazirə bir mövzuya
həsr edilməlidir.
- Mühazirənin planını
tərtib edin. Mühazirə girişdən, əsas hissədən və nəticədən ibarət
olmalıdır. Mühazirənin planını şagirdlərə paylayın( və ya lövhədə yazın )
: bu, materialın qavrayışını asanlaşdırar.
- Evdə mühazirəni məşq
edin. Əgər onun oxunuşu 20 dəqiqə vaxt aparıbsa, sinifdə oxunacaq mühazirə
üçün 30 dəqiqə vaxt ayırın, belə ki, məşqə nisbətən “gerçək” mühazirə
daha çox vaxt aparır. Mühazirə zamanı bu vaxta “sığışa” bilmədiyinizi
hiss edəndə, tələsməyin, mühazirəni sonrakı dərsdə də davam etdirə bilərsiniz.
Əsas odur ki, şagirdlər sizin onlara nə danışmaq istədiyinizi dərk
etsinlər; yeksənəq mühazirəni əvvəlcədən axıra qədər süstlüklə
dinləməkdənsə, canlı keçən yarımçıq mühazirə daha faydalıdır.
-Yaxşı mühazirə artıq
şagirdlərə bəlli olan bilgilər və öyrənilən material arasında qarşılıqlı
əlaqə yaradır. Buna görə mühazirəyə artıq şagirdlərin bildikləri ideya
və misalları da daxil edin.
-Mühazirənin sürəti
orta və “rəngarəng”olmalıdır. Bu rəngarənglik yerində edilmiş pauzalarla,
ən başlıcası isə qavrayışın verbal (suallar verin) və vizual
(şagirdlərin sifətlərinin ifadəsini və jestlərini müşahidə edin )
yoxlanışı ilə əldə edilir. Diqqət verin ki, şagirdlər mühazirəni başa
düşsünlər.
- Mühazirə
başlayandan on dəqiqə sonra şagirdlərin diqqəti
zəifləməyə başlayır
Bu məqamda əvvəlcədən hazırlanmış materialları işə salmaq lazımdır ki,
dinləyicilərin diqqətini mühazirəyə cəlb edəsiniz.
Bunun üçün diapozitivlərdən, müəyyən terminlərin əks olunduğu
plakatlardan və s. istifadə etmək olar.
- Şagirdlərin sual verməsi,
materialı müzakirə etməsi və mənimsəməsi üçün imkan yaradan
yekunlaşdırmanı və möhkəmləndirici çalışmanı əvvəlcədən
planlaşdırmaq mühüm əhəmiyyət kəsb edir.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.