DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Eylül 2015 Cuma

Anlayışın Çıxarılması

 Anlayışın çıxarılması

Üsulun tətbiqində məqsəd yeni anlayışların müstəqil olaraq çıxarılması və daha dərindən mənilməsini çox zaman böyük zəhmət tələb edir. Təklif olunan metod anlayışın çıxarılması və daha dərindən mənilməsini təmin edir. Bu metod oyun-tapmaca formasında keçirildikdən şagirdlərdə həmişə yüksək fəallıq yaradır və onların həm məntiqi, həm də tənqidi təfəkkürün fəallaşdırır.
Üsulun tətbiqinin fəal interaktiv dərsin motivasiya mərhələsində aparılması daha məqsədəuyğundur. Üsulun tətbiqi zamanı müəllim bütün siniflə iş formasından istifadə edir.
Müəllim lövhədə hər hansı bir anlayışı gizlətməklə onları tətqiqata yönəldə bilər.
 Eyni zamanda onlarda mövzu haqqında nə dərəcədə biliklərin olmasını düşündürün suallar verməklə yoxlayır.
Lövhədə 3 müxtəlif rəngli dairəvi kartoçka asılır. Müəllim gizlənmiş anlayışların altında onlara aid 2 və ya 3 yönəldici söz (anlayışların xüsusiyyətləri) yazır.
Müəllim: “ Bu kartoçkaların arxa tərəflərində 3 anlayış yazılıb. Siz bu sözləri tapmalısınız. Sizə kömək etmək üçün mən hər bir anlayışa məxsus olan  1 xüsusiyyət yazıram.”
 Anlayış müvəqqəti olaraq ya nömrələnir, və ya bir öyrənilən anlayış olduqda “bəli” və ona əks olan anlayışı “xeyr” sözləri ilə adlandırılır. 




“Bəli” və “ xeyr” varinatı:
 

Şagirdlərdə ilkin fərziyyələr yaranmağa başlayır.
Müəllim: “Bu xüsusiyyətlərin əsasında siz gizlətdiyim sözü tapa bilərsinizmi? Sizdə hər hansı fərziyyələr yarandımı?”
Müəllim tərəfindən gizlənilmiş anlayışlara aid yeni xüsusiyyətlərin təqdim edilməsi  və şagirdlər tərəfindən onların təsnifatı (anlayışlara aid edilməsi)
Müəllim şagirdlərin cavablarını dinləyəndən sonra yeni xüsusiyyətləri səsləndirir və xahiş edir ki, şagirdlər bu xüsusiyyətləri öz fərziyyələri uyğun olaraq dairələrin (anlayışların) birinə aid etsinlər.
Müəllim bu sözlərin düzgün aid edilib-edilməməsini qiymətləndirdikdən və şagirdlərin vasitəsi ilə onları lazımı dairələrə aid etdikdən sonra yenə bu anlayışların tapılmasını xahiş edir və fərziyyələri dinləyir.
Şagirdlər tərəfindən anlayışa(fərziyyəyə) uyğun olan  yeni xüsusiyyətlərin təklif edilməsi və müəllim tərəfindən düzgün olub-olmamasının qiymətləndirilməsi.
Müəllim seçilən anlayışlara – fərziyyələrə aid olan daha çox yeni xüsusiyyətləri təklif etməyi şagirdlərdən xahiş edir.
Şagirdlər tərəfindən  anlayış çıxarılır və müzakirə edilir.
Şagirdlər öz xüsusiyyətlərini dedikdən sonra müəəlim bu tapmacanın tapılıb-tapılmamasını hamıya çatdırır və kartoçkalarda yazılan sözləri açır.
Anlayışın müəllif tərəfindən təsdiq və ya daxil edilməsi, onun tərifinin verilməsi. Şagirdlər tərəfindən anlayışlara aid misalların verilməsi.
Müəllim xahiş edir ki, şagirdlər bu anlayışalara daha da geniş tərif vermək üçün onlara aid olan yeni xüsusiyyətlər və misallar əlavə etsinlər.
Üsulu tətbiq etməzdən əvvəl müəllim aşağıdakıları nəzərə almalıdır.
Anlayışlar təxminən şagirdlərə tanış olmalıdır, lakin onlar tam tərifi aydın olmamalıdır.
Müəllim tərəfindən seçilən xüsusiyyətlər şagirdlərə fərziyyələri
irəli sürməyə imkan verməşlidir, lakin anlayışı birbaşa tapmağa qoymamalıdır.
Müəllim üsulun tətbiqinə 10-15 dəqiqə vaxt ayırır. Əgər üsulu fəal interaktiv dərsin motivasiya mərhələsində tətbiq edəcəksə, maksimum vaxt 7 dəqiqə ayrılmalıdır.
Üsulun tətbiqi zamanı yarana biləcək problemlər
1.     -          Səs-küy
2.     -          Anlayışın çətin olması
3.     -          Müzakirənin uzanması

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar