Kublaşdırma
(Kovan E. və Kovan C. 1980 ) mövzunun hərtərəfli öyrənilməsi məqsədilə
şagirdləri onu təsvir etməyə və müqayisəyə, əlaqələndirməyə, təhlilə, tətbiq və
mübahisəyə istiqamətləndirir.
Kub düzəldilir (kiçik, 15-20 sm, kağızdan hazırlanır).
Kubun hər üzünə verilən altı göstərişdən birini yazmaq: təsvir et;
müqayisə et; əlaqələndir; təhlil et; tətbiq et; lehinə, yaxud əleyhinə mübahisə
et.
Müzakirə olunan cisim və ya hadisəni müəyyənləşdirmək.
Sinfi 6 qrupa bölmək və tapşırıq mövzularını vermək.
Hər qrup kubun 1 göstərişi üzrə iş aparır. Şagirdlər zər oyununda olduğu kimi
kubu çevirirlər. Şagirdlər təsvir, müqayisə, əlaqələndirmə, təhlil, tətbiq,
mübahisə edir:
a) Təsvir etmək :
rənglər, formalar, ölçülər,hadisələr və s.
b) Müqayisə etmək: oxşar və
fərqli cəhətlər hansılardır?
c) Əlaqələndirmə
(assosiasiya yaratmaq): Bu sizi nə haqda düşünməyə vadar edir? Sizə nəyi
xatırladır?
d) Təhlil etmək: onun nədən
və necə hazırlandığını təsvir et.
e) Tətbiq etmək: Sən
onunla nə edə bilərsən? Sən ondan necə istifadə edə bilərsən?
f) Onun lehinə və
ya əleyhinə çıxış et və öz mövqeyini dəstəkləmək üçün arqumentlər təqdim et: O
yaxşıdır, yoxsa pisdir? Niyə?
Tapşırıqlar yerinə yetirldikdən sonra şagirdlər
təqdimat edirlər.
İştirakçılar mövzu haqqında sonradan təqdim edəcəkləri
bir-iki paraqraflıq təqdimata daxil edə biləcəkləri yeni ideyalar axtara
bilərlər. Iştirakçılar yekun paraqrafla təqdimat zamanı bölüşə bilərlər. Daha
sonra nəticə çıxararaq ümumiləşdirmə aparılır. Yekun iş lövhədən və ya sinif
otağının divarından asılır.
Kublaşdırma üsulu müəllim tərəfindən fəal interaktiv
dərsin tətqiqatın aparılması mərhələsində reallaşdırılır.
Üsulun tətbiqində məqsəd:
- Mövzuya
müxtəlif cəhətlərdən nəzər salmağın asanlaşdırılması
- Məntiqi
və tənqidi təfəkkürün inkişafı
- Cisim
və ya hadisəyə hərtərəfli baxışın formalaşdırılması
- Qiymətləndirmə
bacarığının formalaşdırılması
- Təhlil
prosesinin inkişaf etdirilməsi
- Əməkdaşlıq
vərdişlərinin formalaşdırılması
Bu metod müəllim mövzunu, situasiyanı və s. tədqiq
etmək istədikdə istifadə olunur. Bununla da şagirdlər mürəkkəb və interaqtiv
yanaşmalar üçün tələb olunan bacarıqları inkişaf etdirmək imkanı əldə edirlər.
Üsulun tətbiqinə 20-25 dəqiqə vaxt ayrılır.
Üsulun tətbiqi zamanı yarana biləcək problemlər:
- - Vaxt
çatışmazlığı
- - Nəticə
çıxarılmasında problemlər
- - Tam
əhatə olunmaması
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.