Akvarium
Diskussiya vərdişlərini inkişaf etdirmək üçün ən yaxşı üsullardan biri
akvariumdur. Bu üsuldan istifadə edərkən, qrupların vahid fikrə
gəlməsi önəmli deyil Başlıcası,problemin,müzakirəsində irəliləmək
və düzgün diskussiya aparmaq,vərdişlərinin
inkişaf etdirilməsidir.
Akvarium üsulunun tətbiqi fəal dərsin mərhələlərindən biri olan
tətqiqatın aparılması mərhələsində aparılması daha məqsədəuyğun
olardı.Əgər dərs prosesində müəllim akvarium üsulundan istifadəni əsas götürmüşsə
bu zaman müəllimin digər üsulların tətbiqi üçün demək olar ki, vaxtı
qalmayacaq.
Dərs diskussiya yönümlü gedəcək.Müəllim dərsdə akvarium üsulundan
istifadə edirsə deməli sinif mütləq iki qrupa bölünür. Bu zaman müəllim
dərsdə tətbiq edəcəyi iş formasını da bu üsula uyğunlaşdırmalıdır.
Məsələn, akvariumun kiçik qruplarla təşkil edilməsi qeyri –
mümkündür. Diskussiyaya başlamazdan öncə müəllim bütün
qaydalarla şagirdləri yaxından tanış etməlidir ki, təlimin gedişində
hər hansısa bir narahatçılıq baş verməsin.
“Akvarium”un
keçirilməsinin 1-ci variantı: Şagirdlər
2 böyük
qrupa bölünür.
Bir qrup stullarda əyləşərək daxili dairə təşkil edir. Daxili dairədə
əyləşən iştirakçılar müəllimin onların qarşısında qoyduğu problemi
müzakirə edəcəklər. Digər qrup isə xarici dairədə stullarda oturur. Xarici
dairədə əyləşən ikinci qrup isə diskussiyanın müəyyən qaydalar üzrə keçib
– keçmədiyini müşahidə edəcəklər. 15-20 dəqiqədən sonra
diskussiya dayandırılır, xarici dairədə əyləşən iştirakçılar
diskussiyanın gedişini qiymətləndirir və qruplar yerini dəyişərək, bu və ya
digər problemin müzakirəsini davam etdirilər.
“Akvarium”un
keçirilməsinin 2-ci variantı: “daxili dairə”nin
iştirakçıları müəllim tərəfindən təklif edilən problemi
müzakirə etməyə başlayırlar. Lehinə olan dəlilləri irəli sürürlər.
Digər qrupun üzvləri xarici dairədə stullarda əyləşirlər.
Onlar səsləndirilən dəlilləri dinləyir, yazıya alır, təhlil edir, öz əks
dəlillərini hazırlayırlar.
15-20 dəqiqədən sonra diskussiya dayandırılır, xarici və daxili
dairədə əyləşən şagirdlər yerlərini dəyişirlər. İndi onlar diskussiyaya
başlayırlar, çünki, əvvəlki iştirakçıların dəlillərini təkzib
etməlidirlər.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.