DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Eylül 2015 Cuma

Diskussiya

 Diskussiya
Diskussiya prosesində şagirdlər müzakirə olunan bu və ya digər məsələ barədə öz fikirlərini söyləməklə, öz baxışlarını əsaslandırmağı,faktları təhlil etməyi öyrənirlər. 
    Bu zaman şagirdlərdə dinləmək və növbə ilə danışmaq bacarığı, başqa baxışlara dözümlülük, diskussiya mədəniyyəti kimi vərdişlər inkişaf etməyə başlayır.Diskussiya mədəniyyəti olduqca vacib və geniş bir məsələdir.
Diskussiya mədəniyyətinin mühüm cəhətlərindən bir başqalarının fikir və əqidəsinə dözümlü münasibətdir. Bu çoxcəhətli anlayış yalnız-əxlaqi normativ məzmuna deyil, həm də   dərin sosial-pozitiv məzmuna malikdir, belə ki, o ilk növbədə,  ünsiyyət prosesini pozan mütləq dözümsüzlük amilinin antizezası kimi çıxış edir.
Diskussiyaya başlamazdan öncə müəllim şagirdlərə diskussiyanın ümumi qaydalarını xatırladır.


􀁸 Şagirdlər yarımdairəvi və dairəvi əyləşməli

􀁸Müzakirə mövzusunun aydın şəkildə və şagirdlərin öz ideyalarını ifadə edə biləcəkləri tərzdə təqdim etmək.

􀁸“Bəli” və “Xeyr” cavablı suallar əvəzinə açıq suallardan istifadə etmək. “Siz nə üçün belə düşünürsünüz?”

Diskussiya fəal interaktiv dərsin tətqiqatın aparılması

mərhəsində tətbiq edilə bilər.

Yuxarıda göstərilən vərdişlərə ( dinləmək bacarığı, başqa baxışlara dözümlülük və s. ) nail olmaq üçün şagirdlərə diskussiya aparmağı öyrətmək lazımdır.Müəllim şagirdlərə təklif edə bilər ki, diskussiya aparmaq qaydalarını özləri tərtib etsinlər.

Qaydalar aşağıdakılardan ibarət ola bilər:

􀁸 Eyni vaxtda yalnız bir nəfər danışa bilər

􀁸 Danışanı dinləmək

􀁸 Sözü kəsməmək

􀁸 Tənqid edəndə, danəşanı deyil, fikri tənqid etmək

􀁸 Reqlamenti nəzərə almaq

􀁸 Heç kəsi məsxərəyə qoymamaq

􀁸 Söz demək istədikdə əl qaldırmaq və s.

Müəllim bu qaydaları iri flip çat və ya vatman vərəqində yazaraq,
sinifdə divardan asa bilər. Bu qaydaları dərs ilinin axırına qədər

saxlamaq olar ki, sonralar ona istinad etmək və ya ona əlavələr və

düzəlişlər etmək mümkün olsun.

Diskussiyanın gedişinin düzgünlüyünün qiymətləndirilməsi:

􀁸 Düzgün təriflər, aydın mülahizələr

􀁸 Yadda qalan və aktual misallar
􀁸 Sanballı dəllilər və anologiyalar
􀁸 Ümumiləşdirmə aparma və yekun vurma bacarığı
􀁸 Başqalarını dinləmək bacarığı
 Diskussiya vaxtı düzgün olmayan hərəkətlərə- mülahizələrdə
təkrarlar, mövzuya aid olmayan faktlar, anlaşılmaz müddəalar, dəlillərin yoxluğu, mövzudan qaçma, çıxış edənləri təqsirləndirmə, şəxsi təhdid və s. ola bilər.
Diskussiyanın üstün cəhətləri:
􀁸 Müxtəlif fərziyyələrin səsləndirilməsinə imkan verir
􀁸 Qarşılıqlı ünsiyyətə yardım göstərir
􀁸 Müəllim- şagird münasibətini yaxşılaşdırır
􀁸 Sinifdə demokratik mühit yaradır
􀁸 Dialoq aparma bacarığını təcrübədən küçirməyə imkan verir
Diskussiya metodunun tətbiqi zamanı müəllim ilk öncə nəzərə almalıdır ki, bu üsul bütün siniflə, böyük və kiçik qruplarda  aparıla bilər. Ancaq qruplara bölərək bu üsulu tətbiq edərkən  müəllim bir sıra problemlərlə üzləşə bilər.Həddindən çox səsküyün baş verməsi və vaxt çatışmazlığı, düzgün nəticəyə gəlim çıxa bilməmək. 
Bütün kollektivin diskussiyaya cəlb edilməsi və bir problem üzərində müzakirə aparılması daha məqsədəuyğun olar. Diskussiya zamanı imkan vermək olmaz ki utanmayan şagirdlər üstünlük təşkil etsinlər, lakin utanan şagirdlər müzakirədən kənar qalsınlar. Bütün sinfi diskussiyada iştiraka ruhlandırmaq lazımdır.Şagirdlərin doğru səsləndirdikləri fikirlər xüsusi vurğulanmalıdır.
Diskussiyanın tətbiqi zamanı yarana biləcək problemlər:
ü Müzakirənin uzanması
ü Artıq səs-küy, aqressivlik
ü Tolerantlığın olmaması
ü Mövzudan yayınmaq və yayındırmaq
ü Şagirdlərdə mövzu ilə bağlı məlumatın azlığı
ü Düzgün nəticənin çıxarılması çətinliyi



   

2 yorum:

  1. Çox faydalandiq teşekkur edirem.

    YanıtlaSil
  2. Mənbəni deyə bilərsisiz ,məlumatlar nəyə istinad edir?

    YanıtlaSil

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar