DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Eylül 2015 Cuma

Əqli Hücum

Əqli hücum ( Beyin Həmləsi)
Beyin Həmləsi üsulu – 1953 –cü ildə Amerika psixoloqu A. Osborn tərəfindən ideyaların yaradılması və məsələlərin həlli vasitəsi kimi təklif edilmişdir.
İdeyaların sürətli generasiyası və şagirdlərin fəallığının artırılması üçün tətbiq olunur. Mövcud üsul konkret problemin həlli üçün və ya suala cavab tapmaq üçün də istifadə edilə bilər. Yeni mövzunun öyrənilməsinin başlanğıcında artıq şagirdlərin bildikləri bütün aspektlər üzrə “əqli hücum”u tərbiq etmək olar. Bu şagirdlərdə yeni mövzuya maraq oyatmaq,habelə onların artıq nəyi yaxşı ( və ya pis) bildiklərini aydınlaşdırmaq üçün ən yaxşı vasitədir. Müəllim sualı lövhədə yazır, yaxud onu şifahi verir və təklif edir ki, bu sual barədə öz ideyalarını söyləsinlər. 
Bütün ideyalar şərhsiz vvə müzakirəsiz yazıya alınır. Yalnız bundan sonra söylənilmiş ideyaların müzakirəsi, şərhi və təsnifatı başlayır. 
Əqli hücumun aparılma məqsədləri: Problemin həlli yollarının araşdırılmasını öyrətmək: müəyyən situasiyalarda çıxış yolları tapmaq, onları təhlil etmək, daha səmərəli həll yollarının tapılması ilə bağlı qərar qəbul etmək qabiliyyətini inkişaf etdirmək
􀁸 Şagirdlərin sərbəstliyini, fikir azadlığını inkişaf etdirmək,
􀁸Şagirdlərdə məntiqi təfəkkürü inkişaf etdirmək, yaradıcılığı stimullaşdırmaq
􀁸Şagirdlərdə özünə inam hissini stimullaşadırmaq və həmçinin insanlar arasında əlaqələri yaxşılaşdırmaq.
Biz başa düşürük ki, ətrafımızdakı insanlar nəzakətli, dəyərli və çox mühüm ola bilərlər
􀁸Şəxsi ifadə tərzlərini istiqamətləndirərək, müstəqil düşüncəni inkişaf etdirmək 
     Əqli hücum üsulunun tətbiqi bütün siniflə və dərsin demək olar ki,bütün mərhələrində reallaşdırıla bilər. 
Ancaq əqli hücum üsulunun xüsusilə fəal interaktiv dərsin motivasiya mərhələsində tətbiqi daha əlverişlidir. Əqli hücumun tətbiqinə başlamazdan öncə şagirdlərə təlimat verilir ki, problemin həlli üçün bütün ilk ağıllarına gələn ideyaları sürətlə, qısaca və konkret ifadələrlə bildirsinlər. Bu ideyalar fantastik, ağlasığmaz, qeyri adi, absurd, hətta zarafatyana və ya uzaqgörən ola bilər. Şagirdlər öz həmyaşıdlarının şərhlərinə istinad edə bilər, tənqid etmədən bu şərhləri tamamlayıb başqa formaya sala bilərlər. Təkliflər qiymətləndirilməməli və tənqid edilməməlidir. Bütün qrup problemin həllinə cəlb olunur. Məqsəd mümkün qədər fikir toplamaqdır. Qısa vaxt ərzində toplanan fikirlər müəllim tərəfində ya lövhədə, yada ki, böyük bir vərəqdə lövhədə qeyd olunur. Yerinə yetirilmiş işin nəticəsində bütün deyilən fikirlər təhlil edilir. Bunun üçün müəllim 5-10 dəqiqə vaxt ayırır və meyarlar müəyyənləşdirir.
  Müəllim ideyaları yekunlaşdırır: şagirdlər artıq bildirilmiş ideyaları tənqisi təhlil edir, qiymətləndirir, mübahisə və əksmübahisə aparır.Şagirdlər müzakirə olunan problemin mümkün
həlli üçün orijinal və ya ən yaxın ideyaları seçirlər. Bu ideyalardan irəli gələn mümkün risk və ziddiyətlər barəsində sərbəst müzakirə aparılır. Əqli hücum tətbiq edilərkən müəllim tərəfindən qoyulan
şərtlərə riayət olunmalıdır. Belə ki, müəllim sualı ünvanlandırarkən şagirdlər də öz ağıllarına gələn fikirləri səsləndirəcəklər. Bu zaman heç kimin fikrini tənqid etmək və onunla mübahisə aparmaq olmaz. Deyilən heç bir cavaba “səhv dedin” ifadəsi səsləndirilməyəcək. Səhv cavab verənlər sonda ideyalar ümumiləşdirilən zaman öz səhvlərinin şahidi olacaqlar. Əqli hücumun tətbiqi üçün 10 dəqiqə maksimum 15 dəqiqə vaxt sərf edilir. Əgər bu tətbiq dərsin motivasiya mərhələsində reallaşdırılacaqsa, o zaman maksimum 7 dəqiqə vaxt sərf edilməlidir.
􀁸 Əqli hücumun tətbiqi zamanı yarana biləcək problemlər:
􀁸 Vaxtın uzanması
􀁸 Şagirdlərdə mövzu ilə bağlı məlumatın azlığı
􀁸 Müəllimin bacarığının zəif olması
  

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar