Qardner nəzəriyyəsi-Şagirdlərin bilik, bacarıq və qabiliyyətlərinin aşkar edilməsi

1. Verbal (linqvistik) qabiliyyət – belə şagirdlər çoxlu suallar verir, danışmağı, oxumağı, yazmağı xoşlayır, yaxşı lüğətə malikdir, asanlıqla yeni dil öyrənə bilirlər.
2. Məntiqi (riyazi) qabiliyyət – belə şagirdlər rəqəmlərlə oynamağı, əşyaları toplamağı, qruplaşdırmağı xoşlayır, işlərin necə getdiyini bilmək istəyir, məntiqi ilə maraqlanırlar. Riyaziyyatı, məntiqi yaxşı bilirlər.
3. Vizual (fəza) qabiliyyət - belə şagirdlər şəkil çəkməyi, mexaniki cızma-qara etməyi, hadisələrə təcrid olunmuş şəkildə yanaşmağı xoşlayır, yerləri təsvirə, şəkillərə əsasən yadda saxlayırlar, əşyaları yaxşı təsvir edirlər, diaqramla və xəritələrlə asan işləyirlər.
4. Kinestetik (bədən) qabiliyyət – belə şagirdlər yaxşı müvazinət hissinə, ritm hissinə malikdir. Hərəkətləri qrasiyalıdır, bədən dilini (jestləri) oxuyurlar, fikirlərini jestlər vasitəsilə çatdırırlar.
5. Ritmik (musiqi) qabiliyyət - belə şagirdlər səslərə qarşı həssasdırlar, ritmlə tıkkıldanır və yellənirlər, səsləri bir-birindən ayıra bilir, musiqini xoşlayır, onu axtarır, ritmi tuta bilirlər.
6. Şəxsiyyətlərarası qabiliyyət - belə şagirdlər başqalarının hislərinə şərik olur, həmyaşıdları tərəfindən sevilir, özünə oxşar böyüklərlə yaxşı əlaqə saxlayırlar, liderlik bacarığı nümayiş etdirirlər, məsləhətçi və ya vasitəçi rolu oynayırlar, insanlar arasında ünsiyyət qura, bəzən onlarla manipulyasiya edə bilirlər.
7. Şəxsiyyətdaxili qabiliyyət – belə şagirdlər müəyyən fəaliyyətlə bağlı xoşuna gələn və gəlməyən cəhətləri açıq şəkildə ifadə edə bilirlər. Güclü və zəif cəhətlərindən xəbərdardırlar. Öz bacarıqlarına inanırlar, qarşılarına müəyyən məqsədlər qoyurlar, diqqətlərini hislərinə, arzularına yönəldirlər, orijinal olmağı sevirlər.
8. Naturalistik qabiliyyət – belə şagirdlər təbiət hadisələrini dərk edir, bitkiləri, heyvanları xoşlayır, bitki yetişdirməyə, heyvan saxlamağa həvəslidirlər, həvəskar astronomdurlar.
Hər bir müəllim şagirdlərində bu qabiliyyətlərin üzə çıxarılmasına yardım etməlidir. Unutmayaq ki, müəllimin şagirdlərinə xeyirxah münasibəti, hörməti, onları olduğu kimi qəbul etməsi, onların bacarıqlarına inam – bunların hamısı şagirdlərdə həm özünə, həm də müəlliminə hörmət və etibarı artırar. Gördüyünüz kimi müəllim-şagird münasibətləri çox incə və mürəkkəb məsələdir. Odur ki, işlərimizi düzgün qursaq nəticədə ölkəmizə yüksək intellekti, elmi potensialı və milli-mənəvi dəyərləri ilə seçilən, cəsarətli və vətənpərvər şagirdlər tərbiyə etmiş olacağıq
linqvistik, riyazi-məntiqi, vizual-məkan,
kinestetik, fərdlərarası, fərddaxili,
musiqi-ritmik, naturalist.
İnsan bu qabiliyyətlərin hamısına az və ya çox dərəcədə
sahibdir. Lakin bunlardan hansısa daha inkişaf etmiş olur və bu qabiliyyətin
aşkarlanması, onun daha da inkişaf etdirilməsi, imkanlarından istifadə edilməsi
biliklərin mənimsənilməsini, yaddaşda daha uzun müddət saxlanılmasını təmin
edir.
Sagirdlərin intellekt qabiliyyətlərinin müəyyənləşdirilməsi
müəllimin yüksək pedeqoqluq bacarığı nəticəsində mümkündür. Uzunmüddətli
müşahidələr, şagirdlərin özləri və valideynləri ilə söhbətlər, tapşırıqlar,
testlər əsasında şagirdin hansı qabiliyyətə malik olduğunu müəyyənləşdirmək və
bunun əsasında da hansı dərketmə üsulunun faydalı olacağını meydana çıxartmaq
mümkündür.
Şagirdin hansı qabiliyyətə malik olmasından asılı olmayaraq,
dərs prosesinin aktiv həyata keçirilməsi böyük əhəmiyyətə malikdir. Nə müəllim
tərəfindən biliklərin şagirdin beyninə doldurulması, nə də təkbaşına öyrənmə
biliyin uzun müddət yaddaşda saxlanmasına zəmanət vermir. Dərs prosesində
biliyin aktiv şəkildə mənimsənilməsi sanki onun öyrənən tərəfindən yenidən kəşf
olunması, yaradılmasıdır. Bu cür əldə olunan bilik uzunmüddətli yaddaşda
saxlanılır.
Bu prosesin həyata keçirilməsi kurikulumların təbiətdən irəli
gələn metod və iş formalarının düzgün seçilməsi nəticəsində mümkün olur.
Qardnerin “Çoxintellektlilik” nəzəriyyəsinin təlimdə tətbiqi zamanı istər iş
üsullarının, istərsə də iş formalarının seçilməsi kortəbii olmur, dərketmə
üsullarının müəyyənləşdirilməsi nəticəsində şəxsin fərdi xüsusiyətlərinin də
nəzərə alınması ilə müşayiət edilir. Bu zaman əgər müəllim kiçik qruplarla iş
formasını seçibsə, şagirdlər təsadüfi qruplarda yox, müəllimin şagirdin
dərketmə üsuluna əsasən müəyyənləşdirdiyi qruplarda birləşirlər. Qruplara
verilən tapşırıqlar da oxşar qabiliyyətlərə malik şagirdlərin maraq və
ehtiyacları nəzərə alınmaqla tərtib edilir.
Ədəbiyyat dərslərində həm məzmun üzərində işi, həm də əsərlərin
təhlilini “Çoxintellektlilik” nəzəriyyəsinə əsaslanaraq aparmaq lazımi səmərə
verir. V sinifdə öyrədilən Amerika yazıçısı Cek Londonun “Kiş haqqında hekayə”
əsərinin təhlili zamanı intellekt qabiliyyətlərinə görə seçilərək təşkil
olunmuş qruplara verilən tapşırıqlarda bunu izləmək olar.
Linqvistik qabiliyyəti inkişaf etmiş
insanlar kəlmə oyunlarını sevir, tanış olmayan sözlərin mənasını öyrənməyə,
onlardan nitqində istifadə etməyə meyilli olur, oxuduqlarını və eşitdiklərini
öyrənmək üçün suallar verməkdən zövq alırlar. Ən sevdiyi məşğuliyyətlər
müxtəlif hekayələr, əhvalatlar uydurmaqdır. Linqvistik qabiliyyəti güclü olan
şagirdlər dil və ədəbiyyat dərslərində daha çox uğur əldə edirlər. Ədəbi
əsərlərin təhlili zamanı belə şagirdlərdən təşkil olunmuş qrupa esse tipli
tapşırıqların verilməsi daha məqsədəuyğundur. Yuxarıda adı çəkilən hekayə ilə
bağlı belə bir esse yazmağı tapşırmaq olar: “Ayı ovçusu kimi məşhurlaşmış Kiş
bir gün anası ölmüş iki ayı balası ilə rastlaşdı…” Belə bir cümlə ilə başlayan
essenin yazılması bir tərəfdən Kişin daha yaxından başa düşməyə kömək edirsə,
digər tərəfdən də fərziyyələr vasitəsilə obrazın xarakterinin görünməyən
tərəfləri barədə mülahizələr irəli sürməyə imkan yaradır.
Riyazi-məntiqi qabiliyyəti güclü olanlar hadisə
və ya əşyalar arasında bağlılığı tapır, səbəb-nəticə əlaqəsini asanlıqla
müəyyənləşdirir, nəzəriyyələr irəli sürürlər. Belə şagirdlər informasiyanın
parçaları arasında əlaqə qurmaq və bu əlaqələri riyazi fiqurlar, sxemlərlə
ifadə etmək bacarığına sahib olduqları üçün hekayələr xəritəsi vasitəsilə əsər
haqqında ətraflı təsəvvür yaratmağa nail ola bilərlər.
Cədvəl 1
Vizual-məkan qabiliyyəti üstün olan insanlar
rəsmlər, şəkillər və cizgilərlə düşünür, xəyalında gördükləri rəsmləri sözə
çevirə bilirlər. Həmçinin dinlədiklərinin beyində rəsmini qurur, öyrəndikləri
məlumatları xatırlamaq üçün bu rəsmlərdən istifadə edirlər. “Kişin yaşadığı
yerləri elə təsvir edin ki, sanki rəsmini çəkirsiniz”, “Kişin xarakterinin ən
çox aşkarlandığı səhnənin rəsmini çəkin” tipli tapşırıqların verilməsində
məqsəd hekayədəki insanların xarakterindəki sərtliyin, amansızlığın, təbiətin
sərtliyi ilə birbaşa əlaqəli olmasını aşkara çıxarmaqdır. Rəsm çəkmək belə
şagirdlərin sevdikləri iş olduğundan bu tapşırıq onların düşünmə prosesindəki
fəaliyyətini stimullaşdırır, eyni zamanda Kişin xarakterinin daha yaxından
aydınlaşdırılmasına imkan verir.
Kinestetik qabiliyyət insana hərəkət, jest
və mimikalar vasitəsilə özünü ifadə etmək imkanı verir. Belə insanlar
obyektlərə toxunmağa, daim hərəkətdə olmağa, rəqs etməyə meyillidirlər. Onları
daha çox düşünməyi, təhlil etməyi tələb edən sahələrə yönəltmək müəllim üçün
çətinlik yaradır. Lakin belə şagirdlərin zəka ilə bədənin harmoniyasına nail
ola bilmək bacarıqlarından istifadə edərək onların imkanlarını hərəkətli
səhnəciklərdə reallaşdırmaq lazımdır. Məsələn, belə bir tapşırığın verilməsi
məqsədəuyğun ola bilər: “Kiş və qəbilə üzvlərinin xarakterlərinin daha güclü
üzə çıxdığı bir epizodda onların rollarını canlandırın”. Bu tapşırıq Kiş və
qəbilə üzvlərinin xarakterinin modelləşmə əsasında təhlilinə, onların canlı
müqayisəsinə imkan yaradır.
Fərdlərarası qabiliyyətə sahib olanlar qrup
içində çalışmağı, digər insanlarla ünsiyyət qurmağı, dinləməyi və danışmağı
sevirlər. Özünü başqalarının yerinə qoymaq, onları anlaya bilmək,
ətrafındakıları inandırmaq bacarığına malikdirlər. Belə şagirdlərə verilən “Kiş
Kloş-Kvanın daxmasında olarkən mən orada olsa idim, nə edərdim? Onlara nə
deyərdim?” sualı bir tərəfdən əsərdəki obrazlara münasibətdə obyektivliyi
qorumağa imkan verirsə, digər tətəfdən də şagirdlərin yetişməkdə olan
şəxsiyyətlər kimi cəmiyyətdə mövcud olan sosial baxışlara münasibətini
formalaşdırır.
Fərddaxili qabiliyyəti güclü olan insanlar
tənha çalışmaqdan zövq alırlar, azadlığa meyillidirlər, cəmiyyətdən kənar
qalmağa üstünlük verirlər. Qarşılarına hədəflər qoymağı, xəyallar qurmağı
sevirlər, hər şeydə özlərindən bir parça tapmağa çalışırlar. Obrazların təhlili
zamanı onların bu xüsusiyyətindən istifadə etmək lazımdır. “Mən Kişin yerində
olsa idim, nə hiss edərdim?
Haqqım tapdananda…
Qəbilə üzvlərinə qarşı çıxanda…
Qəbilə üzvlərinə qarşı çıxanda…
Ayıları ovlayanda…” kimi suallarla qarşılaşan şagird problemə
kənardan yox, daxildən yaxınlaşa bilir.
Musiqi-ritmik qabiliyyətə sahib olanlar səslər
və ritmlərlə düşünür, özləri də ritmlər yaradırlar. Hər bir şeydə musiqi, ritm
axtarırlar. “Kişin cəsarətini ifadə edən şeir yazmağa, onu ritmlə oxumağa
çalışın” tapşırığı ilə baş qəhrəmanın xarakterinin müxtəlif cizgilərinin və
bununla da əsərin ideyasının müəyyənləşdirilməsinə nail olmaq mümkündür.
Naturalist qabiliyyəti güclü olan insanlar
təbiətdəki canlıları tanımağa, canlıların yaradılışları haqqında düşünməyə
meyillidirlər. Təbiətin insan üzərində, ya da insanın təbiət üzərindəki
təsirini araşdırır, “heyvanlar nələr düşünür, nələr hiss edirlər” kimi suallar
ətrafında düşünürlər. Naturalist qabiliyyətə malik şagirdlər üçün “Ayıların
ovlanması barədə nə düşünürəm?” tipli suallar çox əhəmiyyətlidir. Belə suallar
əsərə və obrazlara müxtəlif yönlərdən yanaşmağa imkan verir.
Qruplar təşkil edilərkən bəzi şərtləri: dərsin xüsusiyyətini,
hər hansı bir zəka tipinə uyğun gələn şagird sayının məhdudluğunu nəzərə alaraq
bəzi zəka tiplərinə malik şagirdləri bir qrupda da birləşdirmək mümkündür.
Linqvistik və musiqi-ritmik, vizual-məkan və naturalist qabiliyyətləri daha
inkişaf etmiş olan şagirdləri bir qrupda birləşdirmək məqsədəuyğun sayıla
bilər.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.