Bilirik ki, məktəblərdə açıq dərslər təşkil edilir. Dərs prosesində dinləmə zamanı dərs haqqında hər hansı qeydlər götürürük. Bu qeydlər, dərsin gedişi zamanı olan üstün cəhətlər və ya nöqsanlar olur.
Əsasən, qeydi hər hansısa bloknot və ya əlavə qeyd vərəqində edirik. Sizin üçün dərs dinləmə vərəqini paylaşacam. Bu sadəcə bir nümunədir. Nümunədən istifadə edərək özünüz əlavə dinləmə vərəqi də hazırlaya bilərsiniz.
Ancaq, fənn kurikulumu tətbiq edilmiş siniflərdə dərsləri dinləmə prosesi zamanı əsasən aşağıdakı meyarlara diqqət edilməlidir. Bu meyarlarla gəlin tanış olaq:
1. Standartın düzgün seçilməsi
2. Məqsədin standarta uyğunluğu
3. Məqsədin reallaşdırılması üçün əlverişli forma və üsulların seçilməsi
4. Fəndaxili və fənlərarası inteqrasiya
5. Resurslardan məqsədəuyğun istifadə
6. Motivasiyanın məqsədəuyğun qoyulması
7. Tədqiqat sualının təlim məqsədinə uyğunluğu
8. Təlim tapşırığının problemin həllinə istiqamətlənməsi və şagirdlərin potensial imkanlarına uyğunluğu
9. Məlumat mübadiləsi mərhələsinin təşkili (şagirdlərin təhlil etmə və təqdim etmə bacarığı)
10. Məlumatın müzakirəsinin təşkili
11. Ümumiləşdirmə və nəticə
12. Qiymətləndirmə meyarlarının düzgün müəyyən edilməsi (qiymətləndirmənin təlim boyu aparılması)
13. Müəllim nitqinin aydınlığı
14. Dərsdə vaxtdan səmərəli istifadə.Şagirdlərdə əməkdaşlıq bacarığının formalaşdırılması
Qeyd: Bu meyarları üzrə dərsi dinləmə zamanı ayrılmış vaxta da diqqət edilməli.
1. Standartın düzgün seçilməsi
2. Məqsədin standarta uyğunluğu
3. Məqsədin reallaşdırılması üçün əlverişli forma və üsulların seçilməsi
4. Fəndaxili və fənlərarası inteqrasiya
5. Resurslardan məqsədəuyğun istifadə
6. Motivasiyanın məqsədəuyğun qoyulması
7. Tədqiqat sualının təlim məqsədinə uyğunluğu
8. Təlim tapşırığının problemin həllinə istiqamətlənməsi və şagirdlərin potensial imkanlarına uyğunluğu
9. Məlumat mübadiləsi mərhələsinin təşkili (şagirdlərin təhlil etmə və təqdim etmə bacarığı)
10. Məlumatın müzakirəsinin təşkili
11. Ümumiləşdirmə və nəticə
12. Qiymətləndirmə meyarlarının düzgün müəyyən edilməsi (qiymətləndirmənin təlim boyu aparılması)
13. Müəllim nitqinin aydınlığı
14. Dərsdə vaxtdan səmərəli istifadə.Şagirdlərdə əməkdaşlıq bacarığının formalaşdırılması
Qeyd: Bu meyarları üzrə dərsi dinləmə zamanı ayrılmış vaxta da diqqət edilməli.
- Məsələn müəllim, seçdiyi standartları dərs boyu reallaşdıra bildimi?
- Dərsin məqsədi standartlara uyğundurmu?
- Müəllim dərs boyu məqsədləri reallaşdıra biləcəkmi?
- Motivasiya üçün ayrılmış vaxta riayət edə bildimi?
- Əgər müəllim izah verəcəksə bunu motivasiyadan sonra etməli. Bəzən müəllimlər tədqiqat sualını elan edib, iş vərəqlərini paylayıb sonra izah verir. Bu doğru deyil. Bu zaman şagirdlərin fikri iş vərəqindəki tapşırıqlarda qalır və müəllimin izahı dinlənilmir.
- İş vərəqləri tədqiqat sualının elanından sonra paylanılmalı.
- Fəndaxili inteqrasiya və ya fənlərarası inteqrasiya düzgün yerinə yetirildimi?
- Müəllimin istifadə etdiyi resurs sinfin və ya şagirdlərin yaş səviyyəsinə uyğundurmu?
- Tədqiqat sualı məqsədləri əhatə edibmi? eləcə də, tapşırıqlar qoyulan zaman tədqiqat sualı nəzərə alınıbmı?
- Tədqiqatdan öncə şagirdlərə tədqiqat vaxtının elan edilməsinə diqqət edilməli.(Müəllim vaxtı şagirdlərə öncədən xatırlatmalıdır.)
- Tapşırıqlar əsasında bilik mənimsənildimi?
- Tapşırıqlar bütün qruplar üzrə eyni səviyyədə verilmişdirmi?
- Tapşırıqlarda sitifadə edilmiş üsullar müəllimin dərs icmalında qeyd etdiyi üsullardırmı?
- Tapşırıqlar şagirdlərin həll edə biləcəyi və ya hər hansı məlumata köklənən səviyyədə verilməsi (Bəzən müəllim özünün həll edə bilməyəcəyi ziddiyətli problemi şagirdlərə tapşırıq kimi verir-bu doğru deyil)
- Təqdimat zamanı şagirdlərə ayrılmış vaxta düzgün riayət edilirmi?
- Təqdimat zamanı bütün qruplara eyni vaxtın ayırlması
- Müzakirə prosesində qruplara suallar ünvanlanarkən müəllim bütün qruplara eyni səviyyədə suallar verirmi? Hər bir qrupda ayırdığı vaxta düzgün riayət etməsi. (Bəzən müəllimlər bir qrupa çox sual verir müzakirə zamanı digərinə az-bu doğru deyil)
- Qiymətləndirmə meyarları şagirdlərə elan edildimi öncədən? (Bəzən müəllimlər tədqiqata başlamazdan öncə şagirdlərin hansı meyarlar üzrə qiymətləndirilmələri haqqında onlara məlumat vermir və təqdimat bitdikdən sonra şagirdlərə meyarlar üzrə şagirdlərin fikri soruşulmadan qiymət yazır.-bu doğru deyil. Qrup qiymətləndirilməsi qruplarla müzakirə şəklində yazılsa daha doğru olar)
- Müəllimin nitqinə diqqət edilməli -belə ki, müəllimlər bəzən ləhcədə və ya əlavə rus, türk dillərində ifadələr səsləndirir. Kobud şəkildə cavablar, kobud ifadələr, səhv dedin bilmirsən kimi ifadələr səsləndirmək olmaz. Bunlara diqqət edilməli
- Müəllimin fasilitator bacarıqları nəzərdən keçirilir. (Qruplar işləyərkən onlara yaxınlaşması və nəzarət etməsi, eləcə də izləməsi, səhv istiqamətdə gedirlərsə şagirdləri doğru şəkildə istiqamətləndirməsi, müşahidəsi və s izlənilir.)
- Qiymətləndirmə zamanı əgər qrup qiymətləndirməsidirsə, müəllimin qrupların fikrini alıb qiymətləndirmə aparması (təbii ki öz bacarığından istifadə edib şagirdləri obyektiv qiymətləndirməyə yönəltməli)
- Müəllimin dərsi qiymətləndirilərkən dərs icmalının dərsi dinləyənlərin qarşısında olması da arzuolunandır.
- Ev tapşırığının elan edilməsi
Qeyd: Meyarlara aid olmasa belə, müəllimin fasilitator bacarığı müəllimin jestləri, mimikaları da çox önəmlidir. Dərs nə dərəcədə mükəmməl olsa belə, nöqsansız olsa belə canlı və aktiv qurulsa yaxşı olar. Müəllimlər dərslərini qurarkən ünsiyyət bacarıqlarından maximum dərəcədə istifadə etmələri, şagirdlərlə jest və mimikalarla danışması dərsi daha canlı edəcəkdir.
Dərsdən asılı olaraq, əlavələr etmək olar. Əgər hər hansı suallarınız yaranarsa rəy bölməsinə yaza və dəqiqləşdirə bilərsiniz. Eləcə də izlədiyiniz dərslərlə bağlı əlavələrinizi bölüşə bilərsiniz.
Sizin üçün yüklədiyim meyar cədvəlində elektron bal yazmaq mümkündür, bunu kağız üzərində çıxartsanız özünüz hər meyar üzrə bal təyin edib yaza bilərsiniz.
Sizin üçün yüklədiyim meyar cədvəlində elektron bal yazmaq mümkündür, bunu kağız üzərində çıxartsanız özünüz hər meyar üzrə bal təyin edib yaza bilərsiniz.
Salam.2-və 3-cü səhifələri açmadı axı
YanıtlaSilSalam.2-və 3-cü səhifələri açmadı axı
YanıtlaSilSalam. Əsas olaraq siz list 1 bölməsindən istifadə edin. Cəmi 1 səhifədir dinləmə vərəqi. Əgər öndəki diaqram yazılmış hissələri nəzərdə tutursunuzsa, o hissələr avtomatik bal hesablama üçün yığıldığı üçün həmin səhifələr ona xidmət edir. Sizə laızm olan hissə isə cəmi 1 səhifədir.
YanıtlaSilTəşəkkürlər lazımlı metodiki məlumatlar üçün Leyla xanım.
YanıtlaSilVüsal müəllim buyurun. Öz üzərində işləməyi sevən, yenilikçi müəllimlər üçün hər zaman bildiklərimi bölüşmək xoşdu
YanıtlaSilminnetdaram
YanıtlaSil