Didaktika, onun mövzusu

Didaktikanın
obyekti təlim və təhsil prosesidir. Onun mövzusu (predmeti) isə təlim və təhsil
prosesinin qanunauyğunluqlarını, müəllimin öyrətmə və şagirdin (tələbənin)
öyrənmə fəaliyyətinin qarşılıqlı əlaqəsini, səmərəli yollarını, şərtlərini
müəyyən etməkdir.
Didaktikanın əsas
anlayışlarına təhsil, təlim, tədrisetmə, təhsilalma və b. daxildir. Təhsil
müəyyən tədris müəssisəsində verilən, tərbiyə və inkişafa xidmət edən bilik,
bacarıq və vərdişlərin sistemidir. Təhsil həm müəllimin rəhbərliyi ilə (təlim),
həm də müstəqil yolla (özünütəhsil) əldə edilə bilər. Təlim müəllimin
rəhbərliyi altında insanın məqsədyönlü şəkildə bilik, bacarıq və vərdişlər
sisteminə yiyələnməsi və bu zəmində tərbiyə və inkişaf etməsi prosesidir.
Didaktika üç
başlıca suala cavab verir: nəyi öyrətmək (öyrənmək), necə öyrətmək (öyrənmək),
hansı formada öyrətmək (öyrənmək)? Bu məsələlərlə bağlı təlimin optimal
məzmununu, səmərəli vasitə və yollarını, təşkili formalarını müəyyən etmək,
təlim və təhsilin qanunauyğunluqları və prinsiplərini araşdırmaq didaktikanın
əsas problemlərinə aiddir.
Təlim prosesinin səmərəsi müəllim və şagirdlərin
qarşılıqlı fəaliyyətindən asılıdır. Didaktika bu əlaqənin şərtlərini,
tənzimlənməsi yollarını araşdırır.
Mənbə: kayzen.az
Mənbə: kayzen.az
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.