DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

21 Ekim 2015 Çarşamba

Məktəb müsahibəsinin növləri

Məktəb müsahibəsinin növləri:

   1.   Giriş müsahibəsi- Belə söhbət adətən, dərsin əvvəlində keçirilir. Onun məqsədi a) əvvəlki dərsdə və ya bir sıra əvəəlki dərslərdə alınmış bilikləri səfərbərliyə almaq; b) bu bilikləri sistemləşdirmək və ümumiləşdirmək; v) həyat təcrübəsi əsasında ədəbiyyat və qəzet oxumaqla və s şagirdlərin müstəqil sürətdə əldə etdikləri bilikləri səfərbərliyə almaq və sistemləşdirmək yolu ilə şagirdləri yeni materialın öyrənilməsinə, yaxınlaşdırmaqdır.
    2.     Yoxlayıcı müsahibə- məqsəd şərh edilən materialın nə dərəcədə anlaşıldığını, bilikləri müstəqil işin yerinə yetirilməsi nəticələrini yoxlamaqdan ibarətdir. 
   3.  Təhlili və ümumiləşdirici müsahibə- Tarix dərsindəki müsahibənin əsas növüdür. Bu müsahibənin vəzifəsi şərh edilmiş və ya öyrənilmiş tarix materialının dərk edilməsindən , tarixi biliklərin dərinləşdirilməsi və genişləndirilməsindən ibarətdir. Təhlili və ümumiləşidirici müsahibə çox çevik iş formasıdır, bu müsahibədən
a)     yeni materialın izahı gedişində metodik üsul kimi istifadə etmək olar.
b)    Dərsdə iza edilmiş materialı dərk etmək metdolarından biri kimi istifadə edə bilərlər.
c)     Dərsi keçirməyin əsas metdou kimi istifadə edilir.
   4.     Yekun müsahibə-  dərsin axırında və ya yekun üzrə keçirilən dərsin axırında aparılır. Müsahibəni müvəffəqiyyətlə keçirmək üçün ən mühüm şərtlərdən biri müsahibənin gedişində, müəllimin irəli sürmək istədiyi sualların düşünülərək ifadə edilməsidir. Sula necə olmalıdır?
a)    Sual dəqiq və müəyyən olmalıdır;Sualın həcmi və məzmunu ciddi sürətdə müəyyən edilməlidir.
b)    Sual münasib olmalıdır yəni elə olmalıdır ki, şagird həmin suala təsadufi fərz etmək yolu ilə deyil, öz biliyinə əsaslanıb, cavab verə bilsin.
c)     Suallar öyrənilən hadisələrin mühüm cəhətlərinə aid olmalıdır
d)    Sual didaktik cəhətdən sadə, məntiqi cəhətdən yekcins olmalı, şagirdlərin qarşısında eyni zamanda bir vəzifə irəli sürməlidir.
e)     Ya təsdiqedici ya da inkaredici cavablar tələb edən alternativ sualların irəli sürülməsi məqsədəuyğun deyildir.  Bir sıra hallarda isə alternativ sual canlı söhbətin başlanğıcı ola bilər.
f)      Müzakirə edilən problemin həllini yada salan sualları irəli sürməkdən tamamilə çəkinmək lazımdır.
g)    Sual əngəlli olmamalı, şagirdləri məsələni şagirdlərin yalnış həllinə yönəltməməlidir.
    Tarix dərsindəki müsahibədə ən qiymətli cəhət budur ki, bu müsahibə şagirdlərin yaradıcılıq fikrini oyadır, tarixən düşünməyi öyrədir. Müsahibə zamanı müəllimə verilən suallarda şagirdlər öz şübhələrini ifadə edirlər. Bu və ya başqa bir tarixi hadisəni başa düşmədiklərini göstərirlər.  Müsahibə aparmağa hazırlaşarkən müəllim yalnız əsas sualları deyil eyni zamanda yardımçı  sualları da qeyd və ifadə edir. Bu yardımçı suallardan söhbət zamanı yalnız lazım olduğu hallarda yəni əsas məsələni həll etməkdə, şagirdlərin işini asanlaşdırmaq lazım gəldikdə, istifadə edə bilər.
Müsahibəni hazırlayarkən ümumi və xüsusi sualların nisbəti haqqında düşünmək lazımdır.

Müsahibə həmişə bütün sinfin qarşısında sual irəli sürülməsindən başlanır. Sonra fasilə yaranır, şagirdlərin düşünməsi üçün bir neçə dəqiqə keçir. İlk cavabı orta səviyyəli şagirddən almaq lazımdır. Müəllim tərəfindən müsahibənin keçirilməsinə rəhbərlik zəif olduqda isə müsahibə mənasız danışıqlara çevrilə bilər. Şagirdlərə səbrlə qulaq asmağı bacarmamaq, müəllim tərəfindən  müsahibənin gedişinə olduqca zərər yetirir. Sinifdə belə şagirdlərə rast gəlmək olur ki, onlar ləng düşünürlər. Müsahibəyə rəhbərlik hökmən olmalıdır. Lakin sıxıcı deyil, təmkinli, istiqamətverici olmalıdır, ardıcıl və çevik olmalıdır. Müsahibənin müvəffəqiyyəti üçün ən mühüm şərtlər şagirdlərin əvvəl keçirilmiş materialı yaxşı bilməsi, onların həmin bilikləri yeni sualların həllinə tətbiq etmək bacarığıdır. 

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar