Bayramova Leyla Bəhman
E-mail: 86.leyla@mail.ru
Çövkən - qədim atüstü
Qarabağ oyunu
Çövkən yarışları Azərbaycan
torpaqlarında çox qədimdən məşhurlaşmış yarış oyunudur. Çövkənin qədim Azərbaycan
oyunu olmasını sübut edən mənbələr çoxdur. Belə ki, Nizami Gəncəvinin “Xosrov və
Şirin” əsərində təsvir edilənlər, “Kitabi Dədə Qorqud” dastanındakı məlumatlar
bunu bir daha sübut edir. Bu əsərlər sübut edir ki, çövkənin tarixi VI- VII əsrlərə,
bəlkə də ondan daha qabaqlara gedib çıxır. Görkəmli
alim Məmməd Dadaşzadənin belə bir fikri var ki, oyun Sasani imperiyasında
yarana bilər. Amma bir məsələni yaddan çıxarmaq olmaz. Sasani imperiyasının
formalaşmasına təkcə fars mədəniyyətinin deyil, həmçinin o ərazidə məskunlaşan
digər xalqların da təsiri olub. Məişət və mədəniyyətimizdə bir sıra ortaq cəhətlər
var. Nizami özünün “Xosrov və Şirin” əsərində də bu məsələyə elə çövkənin
timsalında ustalıqla cavab verib. Burada türk qızı olan Şirinin Sasani hökmdarı
Xosrovdan çövqan oynamaqda heç də geri qalmadığı göstərilib. 400 illik Sasani
hakimiyyətinə son qoyan ərəblər belə çovqan oyununu mənimsəyib özəlləşdirməyə
çalışıblar.
Çövkən oyunu, Şərqdə
təşəkkül tapmış başqa idman növləri kimi, dünyanın daha uzaq regionlarına
yayılmasında və inkişaf etdirilməsində ingilislərin rolu böyük olmuşdur. Belə
ki, XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf
etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa
başlamışdır.
Bir çox hökmdarlar
hədiyyə kimi bir birlərinə çövkən oyunçusunun qızıldan işlənmiş kiçik heykəlini
yollardılar. Roma hökmdarından Sasani hökmdarı Xosrov Pərvizə, yaxud daha yaxın
tarixdə Nadir şaha bu cür hədiyyə göndərilib. Çovkən oyununu idarə edən şəxslər
də padşahın, hakimiyyətin yanında xüsusi hörmətə sahib idilər. Müxtəlif
xalqlarda çövkən müxtəlif cür adlandırılıb. Məsələn, gürcülərdə bir ayrı cür,
taciklərdə tamam başqa cür adlandırılıb. Çövkən adı yalnız bizlərdə
deyilib. Nizamülmülkün “Siyasətnamə” əsərində çövkən meydanlarının vəziyyəti
barədə məlumatların qeyd olunması, bir daha sübut edir ki, bu oyun Qarabağda məşhurlaşıb,
genişlənmişdir.
Azərbaycanın nağıllarında, eləcə də xalq qəhrəmanlıq dastanlarında göstərilir
ki, hər zaman Azərbaycan igidləri at çapmaqda, ox atmaqda məşhur olmuş,
hünərlərinə çata bilən olmamışdır.
Çövkən oyunu öz adını, alətin
adından götürmüşdür. Belə ki, çövkən ağacdan hazırlanmış bir alət idi. Bu
alət təxminən çömçəyə bənzəyirmiş. Uzunluğu 1, 25 metr olurmuş. Oyunçular da
atın belində məhz bu alətin köməkliyi ilə oynayırdılar. Bu oyunda nəinki, Azərbaycanın
igid oğlanları, eləcə də qadınları da yarışırmış.
Çövkən oyunu haqqında məlumat Nizami Gəncəvinin “Şərəfnamə” əsərində də qeyd
edilmişdir.
Çövkən oyununun xüsusi
qaydaları var idi. Bu oyun şahların iştirak ilə keçirilirdi. Çövkən oyununda
yaş həddi var idi ki, bu yaş həddi 7 yaşına qədər uşaqlara piyada oynamaları, 7
yaşından yuxarı böyük yaşlılara isə at üstündə oynamaq üçün şərait yaradılırdı.
Oyunda xüsusi qaydalar olub ki, bu qaydalara əsasən, at hərəkət etdiyi zaman,
çövkən vasitəsilə topa vurmaq olarmış. Əks təqdirdə, at dayandığı zaman topa
vurmaq qadağan idi. Bu oyunun oynanılması üçün güc və məharət tələb olunurdu.
Bir çox müəlliflər, çövkən oyununun fars imperiyasına, Sasanilərə məxsus
olduğunu qeyd edirlər. Bunu Firdovsinin “ Şahnamə” əsərindəki qeydlərə əsaslanaraq
qeyd edirlər.
Çövkən oyununu, Azərbaycanın
bəzi bölgələrində, xüsusilə də, Qərb bölgələrində Çomax oyunu kimi qələmə
verirlər. Çomax, çobanların istifadə etdikləri əyri ağacın, dəyənəyin adıdır.
Çobanlar atın belində qoyun dərisindən hazırlanmış topa, çomaxları vasitəsilə
toxunmaqla bu oyunu oynayırlar.
Çövkən oyununa həm də
krallar oyunu deyilir. Çünki bu oyun, kralların, şahzadələrin iştirak ilə
keçirilirdi. Tarixən, hələ qədim dövrlərdə Azərbaycanda el şənlikləri, yələncələr,
bayramlar, çövkənsiz keçilməzdi.
UNESCO-nun Qeyri-Maddi Mədəni
İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin ötən il dekabrın 2-dən 8-dək
Bakıda keçirilən 8-ci sessiyasında Qarabağ atları üzərində Azərbaycanın çövkən
oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs
Siyahısına salınıb.
Bu mühüm qərar Vətənimiz Azərbaycanın qədim zamanlardan milli mədəniyyət və idman ənənələrinə malik ölkə olduğunu bir daha sübut edir.
persona.az-http://persona.az/index.php/kose/4267-%C3%A7%C3%B6vk%C9%99n-q%C9%99dim-at%C3%BCst%C3%BC-qaraba%C4%9F-oyunu.html
atv.az-http://news.atv.az/news/culture/17596-qedim-atustu-qaraba-oyunu
Bu mühüm qərar Vətənimiz Azərbaycanın qədim zamanlardan milli mədəniyyət və idman ənənələrinə malik ölkə olduğunu bir daha sübut edir.
persona.az-http://persona.az/index.php/kose/4267-%C3%A7%C3%B6vk%C9%99n-q%C9%99dim-at%C3%BCst%C3%BC-qaraba%C4%9F-oyunu.html
atv.az-http://news.atv.az/news/culture/17596-qedim-atustu-qaraba-oyunu
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.