Təlim prosesinin iştirakçılarının müəllim və şagird olmasına
baxmayaraq, məktəb təcrübəsində fəal təlimin tətbiq edilməsinə məhz müəllimdən
başlamaq lazımdır. Əgər fəal təlim şagird tərəfindən onun təbii tələbatlarına
uyğun olan, biliklərin dərk edilməsinin cəlbedici bir üsulu kimi qavranılırsa,
müəllim üçün bu mövcud streotiplərin dağılması deməkdir. Müəllimlər
“reproduktor” (bilikləri ötürən) rolundan imtina etməli və yeni bir rolu -biliklərin əldə edilməsi yolunda “bələdçi”
(fasilitator) rolunu qəbul etməlidirlər. Müəllim və şagirdlər arasında olan
münasibətin –hər şagirdə etibarla , hörmətlə və fərdi yanaşma , xeyirxahlıq
–psixoloji mühiti dəyişdirməsi yeni təlim metodlarının tətbiq edilmısinin əsas
şərtidir. Şagirdə hörmətlə yanaşma etibar etmə hissinin yaradılması ,
cavabların yaxşı və pis qiymətləndirilməsindən imtina edilməsi onda müəllimə
hörmət və özünə inam hissi yaratmalıdır. “müvəffəqiyyətsizliyin” olmasına dair
qorxunu aradan götürmək lazımdır.
Müəllimlər təklif olunan metodik üsullara və dərs modellərinə istinad
edərək onları tədrisdə tətbiq edə və ya tarix dərsi üzrə öz dərs modellərini
hazılaya bilərlər. Qeyd etmək lazımdır ki, hər zaman hər yerdə istifadə edilə
biləcək yeganə üsul və tədris modeli yoxdur. Buan görə də dərs aparılmasında
üsul və model seçimi müəllimin öz öhdəsinə düşür, onun istək və təcrübəsindən
asılı olur. Buradan belə bir nəticə çıxır ki, kitabımızın tövsiyyələrinə
yaradıcı yanaşmaq lazımdır. Tarixin tədrisi
yaradıcılıqdır və müəllim, şagirdlərin ürək və dərrakələrinə öz yolunu
tapmalıdır.
Müəllim işə bütövlükdə kursun tədrisinə
hazırlaşmaqdan başlaması zəruridir.bu mərhələdə müəllimliyə yeni başlayanlara təcrübəli
müəllimə nisbətən xeyli çox işləmək lazım olur. Müəllimliyə yeni başlayan müəllim
məktəbli psixologiyasını, onun lüğət ehtiyatını, onun təfəkkürünün xüsusiyyətlərini
kifayət qədər bilmir.
Yeni başlayan müəllim gələn tədris ilində hansı siniflərdə dərs deyəcəyini
bildikdə 1-ci növbədə kursun ideyalarını
, şagirdlərin tərbiyəsində onun konkret vəzifələrini , yerini və əhəmiyyətini məktəblilərin yiyələnməli olacaqları bilik və bacarıqları
özünə yaxşı aydınlaşdırmalıdır. Yeni müəllimliyə başlayan müəllim məktəblilərin
yiyələnməli olcaqları bilikləri, bölmə və mövzulara dair dərs vaxtının nümunəvi
bölgüsünü aydın sürətdə təsəvvür etməlidir. O məktəb dərsliyini diqqətlə
oxuyur, onu proqramla tutuşdurur, bu zaman izah edir ki, bu dərslikdə bu və ya
digər məsələlər nə qədər dərin və konkret şərh edilmişdir. Tarix dərslikləri
haqqındakı məqalələrəmüraciət etmək faydalıdır.
Müəllim tədris etməyə hazırlaşarkən onun tədris edəcəyi kurslara dair
nə kimi ədəbiyyatın mövcud oldugunu izah edir və müxtəlif növ ədəbiyyat üzərində
iş proqramı tutur. O, bəzi kitabları dərs
ilinin başlanmasına qədər oxumağa çalışır, digərlərindən isə dərslərə hazırlaşarkən
istifadə edir. Müəllim yeni dərs ilində işə başlamazdan əvvəl məktəbdə həmin
kurs üzrə hansı əyani vəsaitlərin olduğunu və hansıların isə çatışmadığını
yoxlayır, bəzi vəsaitlərin şagirdlərin gücü ilə hazırlanmasını planlaşdırır,
hansı kinofilmlərin göstəriləcəyini və hansı ekskursiyaların keçiriləcəyini
qeyd edir
Müəllim dərs ili
başlamazdan əvvəl yarımillik təqvim planı tərtib edir. Plan tərtibi məsul
işdir. Müəllim öz işini planlaşdırarkən
bölmə və mövzuların öyrənilməsinə proqram ilə ayrılmış saatların təxmini
miqdarını nəzərə alır. Proqramda mövzunun öyrənilməsinə ayrılmış saatların təxmini
miqdarı göstərilir. Təqvim planı tərtib edərkən müəllim təkrarlayıcı –ümumiləşdirici
dərsləri nəzərə alır.
Müəllimin hazırlığının
sonrakı pilləsi mövzu üzrə dərslərin sistemini işləyib hazırlamaqdan ibarətdir.
Müəllim 1-ci növbədə mövzunun təlim tərbiyə vəzifələrini müəyyən edir, onları
kursun ümumi vəzifələrinin bir hissəsi kimi nəzərdən keçirir. Mövzuya hazırlıq
prosesində əsas sualların məzmunu və təkrarının yeri işlənib hazırlanır; müəllim
müəyyən edir ki, əvvəllər keçilmiş material hansı dərslərdə və hansı əlaqədə təkrar
ediləcəkdir. Əgər müəllim tamailə yeni materialın öyrənilməsinə həsr olunmuşdərs
keçməyi fikrində tutursa, o zaman əvvəlki dərsdə materialın möhkəmləndirilməsi
üçün xeyli vaxt nəzərdə tutmalı və düşünməlidir ki, yaxın vaxtlarda hansı dərsdə
bu materialın şagirdlər tərəfindən mənimsənildiyi yoxlanılacaq və bu material
necə təkrarlanacaqdır.
Ayrı-ayrı dərsə hazırlıq bütövlükdə mövzu üzrə dərslər sistemi üzərində
aparılan işin davam etdirilməsi deməkdir.
Təcrübəli müəllim dərsə hazırlaşarkən həmişə nəzərə alır ki, əvvəlki
məşğələ necə keçmişdir, keçən dərsdə o nəyi edə bilməmişdir? Və s
Növbəti dərsə hazırlıq aşağıdakı həlqələrdən ibarətdir.
1) Dərsin məqsəd
istiqmətinin müəyyən edilməsi
2) Dərsin məzmununun
metodik cəhətdən işlənilməsi
3) Yeni məzmunun
şərh priyomlarının işlənib hazırlanması və dərs vəsaitlərinin seçilməsi
4) Biliklərin
yoxlanılmasına hazırlıq və təkrarın təşkili
5) Ev
tapşırığının müəyyən edilməsi
Müəllim dərsə hazırlıq üzrə gördüyü işi iş planı tərtib
etməklə qeydə alır. Bir çox müəllimlər planın tərtibinə başlamazdan qabaq, əvvəlcə
lazımi,vəsaitləri oxuyur, bütövlükdə dərsin gedişini düşünür, sonra isə iş
planı tərtib edir, bu iş planı görülmüş işin yekunu olur.
Müəllimlərin əksəriyyəti dərsə hazırlığı məktəb dərsliyinin
müvafiq paraqrafının oxunması və təhlilindən başlayır, həmin dərslik dərsin
faktik və metodik əsasını verir. Müəllim məktəb dərsliyini və vəsaiti oxuyarkən
dərsin məqsədini düşünür. Məqsədin düzgün müəyyən edilməsi dərsə dəqiqlik məqsədyönlülük
və ideya istiqaməti verir.
Məqsədi müəyyən edərək müəllim fikirləşir ki, dərsin
əsas ideyalarını hansı nəticələrdə və anlayışlarda şərh etmək olar, şagirdlərə
nəticələri, anlayışları, səbəb-nəticə əlaqələrini daha asan şəkildə necə şərh
etmək olar? Bu zaman nə kimi çətinliklər meydana çıxa bilər? Müəllim əyani vəsaitləri
yaxşı bilməli və bunlardan nə vaxt və necə istifadə etməyi hansı üsulların köməyi
ilə onların məzmununu açıb göstərməyi qabaqcadan qeyd etməlidir. Ekran vasitələrindən
istifadə etmək üçün xüsusi hazırlıq lazımdır. Şagirdlərin bacarıq və vərdişlərini
yoxlamaq və inkişaf etdirmək üçün hazırlaşarkən xüsusi sualllar və tapşırıqlar
nəzərdə tutmaq vacibdir. Müəllimlər əsas məsələlərlə yanaşı əlavə suallar da nəzərdə
tutur və çox zaman bu sualları plana daxil edirlər. Planın sonuncu bölməsi ev
tapşırığının qeyd edilməsindən ibarətdir.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.