Suallar
Bu üsulun tətbiqində məqsəd şagirdlərdə idrak
fəallığının artırılması və həmçinin təfəkkürün inkişafında, biliyin əldə
edilməsində və xüsusən tədqiqatın aparılmasında sualların böyük əhəmiyyəti var.
Onlar, tədqiqat zamanı işə təkan verən amil kimi çıxış edir.
Dəqiq sualı vermək və alınan məlumatları tutuşdurmaq
bacarıqları məntiqi və tənqidi təfəkkürü formalaşdırır.
Sual verməyin keyfiyyətini bilmək üçün aşağıdakı
meyarlardan istifadə etmək olar:
1.Sualların sayı;
2. Məntiqi ardıcıllığı;
3.Orjinalllığı;
4.Təsviri və ya “dərin” suallar;
5.Sualın məzmununun əhəmiyyətliliyinin
dərəcəsi;
Bu tapşırıqları yerinə yetirərkən siz sualların təlim
prosesində olan əhəmiyyətini daha da aydın hiss edəcəksiniz və sualların
arasında olan fərqi dərk edəcəksiniz, çünki sualların çətinlik dərəcəsi
fərqlidir. Hər tapşırığı yerinə yetirəndən sonra sizə verilən qiymətləndirmə
meyarları əsasında onların yerinə yetirilməsinin səviyyəsini müəyyənləşdirə
bilərsiniz.
Tapşırıq 1. Sən nə öyrənmək istərdin?
Təlimat: Hansı suallara cavab tapmaq istərdin?
Qiymətləndirmə meyarları:
1) Aşağı: Sualların az miqdarı.
Suallar stereotipdir. (oxşar və təkrarlanan)
2) Orta: Sualların çox olması.
Suallar xüsusiyyətlərə, funksiyalara, növlərə və s. aiddir. Suallar faktoloji
xarakter daşıyır: “Nə?”, “Harada?”, “Nəz zaman?”
3) Yüksək: Sualların çox olması.
Suallar əşyalar və hadisələr arasında əlaqələrin seçilib ayrılmasına yönəlib (
“Necə?”, “Nə cür?” ,“Nəyə görə?”, “Hansı əlaqə var?”)
Tapşırıq 2. Açar sözlərin köməyi ilə sual ver.
Təlimat: “Hansısa bir əşya və ya hadisə seç və bu əşya və ya hadisə haqqında hansısa
yeni bir şey öyrənmək üçün açarların köməyi ilə sual verir.”
Qiymətləndirmə meyarları:
1.Aşağı: Suallar mənasızdır,
təsadüfi qurulub;
2.Orta: Açar sözləri az
istifadə olunur;
3.Yüksək: Suallar açar
sözləri ilə qurulur, mənalıdır;
Tapşırıq 3. Şəkilləri üzrə suallar ver.
Təlimat: “Şəkilə bax və bu şəkil üzrə hekayə qurmaq üçün suallar ver”.
Qiymətləndirmə meyarları:
1.Aşağı: Suallar xaotik
xarakter daşıyır;
2.Yüksək: Suallar şəklin əsas
anlarını qeyd edir.
Tapşırıq 4. Sualları başqa cür ifadə et.
Təlimat: “İlkin sualı necə dəyişdirmək olar?”
Məsələn: Siz yağışa necə yanaşırsınız?
Qiymətləndirmə meyarları:
1.Aşağı: Tapşırığın mənasını başa düşmür;
2.Yüksək: “Yağış yağanda Sizdə hansı hisslər
oyanır?”, “ Yağış zamanı Siz özünüzü necə hiss edirsiniz?” kimi suallar verir.
Tapşırıq 5. Sualların yaradıcı şəkildə
dəyişdirilməsi.
Təlimat: “Qapalı” sualı “açıq” suala çevir.
Qiymətləndirmə meyarları:
1.Aşağı: Açıq suala
çevirərək mənasını itirir.
2.Yüksək: Sualın
mənasını saxlamaqla açıq suala çevirir.
Tapşırıq 6. Tədqiqata yönələn suallar. “Bu nədir?”
Təlimat: “Fotoşəkilə baxın. Bunun nə olmasını başa düşmək üçün sualalr
verin.
Daha çox müxtəlif suallar verməyə çalışın.
Qiymətləndirmə meyarları:
1.Aşağı: “Bu nədir?”,
“Harada?”, “Nə zaman?”, “Haraya-Haradan?”, “Necə?”, “Niyə?”, , Nəyə görə?”
sualları sistemsiz, xaotik şəkildə və ya əşyaların əsas olmayan əlamətlərini
qeyd edir.
2.Orta: “Bu nədir?”, “Necədir?”, “Harada?”, “Nə zaman?”, “Haraya?”, “Haradan?”,
“Necə?”, “Niyə?”, “Nəyə görə?” suallar sxemi üzrə verilir və həmçinin əşyaların
əhəmiyyətli əlamətlərini qeyd edir.
3. Yüksək: Suallar tədqiqatı və ümumiləşdirilmiş xarakter
daşıyır, açar sözlərlə bağlıdır.
Məsələn:
- Hansı
növ hadisələrə aiddir?
- Hansı
xüsusiyyətlərə malikdir?
- Hansı
məna daşıyır
- Harada
istifadə olunur
- Necə
dəyişir
- Nəyə
görə dəyişir
- Nəyə
təsir göstərir
- Başqa
hadisələrlə necə bağlıdır?
Tapşırıq 7. Problemi ifadə et.
Təlimat: “ İnsanda təbiətlə bağlı yaranan bir neçə
problemi adlandır”.
Qiymətləndirmə meyarları:
1.Aşağı: Problemlərin miqdarı
çox deyil, standart məzmunludur.
2.Yüksək: Standart olmayan,
orijinal problemlərin daxil edilməsi ilə onların miqdarı çox və müxtəlifdir.
Tapşırıq 8. Sərbəst mövzuya yönələn sualların verilməsi
Təlimat: “Açarları və mövzunu sərbəst seçərək “açar sözləri” istifadə edib sual qur.
Qiymətləndirmə meyarları.
1. Aşağı: Mövzu
ilə əlaqədar açarların xaotik istifadə olunması. ( Mövzunun həm məlum,
həm də naməlum aspektlərini əks etdirirlər.)
2. Yüksək: Mövzunun
əhəmiyyəti aspektlərini əks etdirən sualların sistem şəklində verilməsi.
- Suallar
dərs prosesində tədqiqatların səmərəli qurulmasını stimullaşdırır. Şagirdlərin
idrak fəallığının artırılmasında böyük rol oynayır.
- Sualların
sayının 4-5 arasında olması məqsədəuyğundur. Sualların qoyuluşu tənqidi
təfəkkürün inkişafına doğru yönəldilməli, məntiqi ardıcıllıq gözlənilməli,
məzmunlu və mövzu ilə bilavasitə əlaqəli olmalıdır.
Fəal interaktiv dərsin bütün mərhələrində, bütün iş
formalarından istifadə etməklə tətbiq edilə bilər. Müəllim sualları
tərtib edərkən sinfin səviyyəsini və şagirdlərin yaş xüsusiyyətlərini nəzərə
almalıdır.
Yarana biləcək problemlər:
- İşgüzar
səs-küy
- Vaxtın
uzanması
- Sualların
aydın olmaması
Mənbə: Zülfiyyə Veysova
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.