Klassik dialoq ( Sokrat dialoqu)
Klassik dialoq və ya Sokrat dialoqu debatlar ilə demək
olar ki, oxşar alqoritim üzrə aparılır.
Klassik dialoqun əsas məqsədi problemin həlli üçün ən
səmərəli yolu müəyyən etməkdir. Debat üsulunda olduğu kimi burada da xüsusi
sxemdən istifadə olunur:
Debatdan fərqli olaraq, klassik dialoqda və opponentin
müzakirəsində üçüncü tərəfi inandırmaq deyil, problemin həlli üçün vasitəçi
şəxsə əsaslı dəlillər təqdim etməkdir.
Yuxarıdakı
sxemdən görünür ki, dialoqda 3 tərəf ( iddiaçı, opponent və vasitəçi) iştirak
edir. Onlardan 3 komanda təşkil edilə bilər, lakin dialoq zamanı komandaların
yalnız nümayəndələri iştirak edir. Debatdan fərqli olaraq, klassik
dialoqda iddiaçının və onun opponentin müzakirəsində üçüncü tərəfi inandırma
deyil problemin həlli üçün vasitəçi şəxsə əsaslı dəlillər təqdim etməkdir.
Üçüncü tərəfin vəzifəsi isə hər bir tərəfin vəzifəsi isə hər bir
tərəfin mövqeyini dinləyib, bu mövqelərdə olan faydalı ideyaları müəyyən edib
kompromis və daha səmərəli yolu tapmaqdır.Üsulunun tətbiqi zamanı şagirdlərdə
bir sıra bacarıq və keyfiyyətlər formalaşır.
· Mövzunun
araşdırılması
· əsas
anlayışları seçib ayırma
· Sübut və
dəlillərlə işləmək
· “çarpaz
sualların” hazırlanması
· Natiqlik
məharəti
· Hakimlik və
qərarların qəbul edilməsi
· Öz fikrinin
təsdiq edilməsi
· Diqqətlə
dinləmə
· əleyhinə
arqument gətirmə və.s kimi bacarıq və keyfiyyətlər şagirdlərdə formalaşır.
Üsulu fəal interaktiv dərsin tədqiqatın
aparılması mərhələsində tətbiq etmək mümkündür.
Üsulun tətbiqi zamanı müəllim qruplarla iş
formasından istifadə edir.
Üsulun tətbiqi zamanı yarana biləcək problemlər:
· Müzakirə
verilən vaxtdan uzun çəkə bilər
· Həddindən
çox səs-küy yarana bilər
· Mövqelər
bir- birnə qarşı tolerantlıq göstərməz
· Mövzu ilə
bağlı şagirdlərdə az məlumat ola bilər
· Hakimin
qərar çıxarma bacarığı zəif ola bilər.
· Ünsiyyət
ilə bağlı problemlər ola bilər
Çox teşekkür edirem. Bildiklerinizi bizimle paylaşırsız
YanıtlaSil