Sinektika
“Sinektika”
yunan dilindən müxtəlif elementlərin birləşməsi (cəmləşməsi) deməkdir.
Sinektika klassik əqli hücumun, yəni nizamlanmış kollektiv müzakirənin
nəticəsində nəticələrin alınma texnikasının şəkli dəyişmiş variantıdır.
Sinektikanın texnologiyası 1961-ci ildə Vilyam Qordon tərəfindən təqdim
edilmişdir. Sinektika kollektiv yaradıcılığın təşkilatı üsullarından biridir.
Sinektika peşəkarlar qrupu tərəfindən problemin həlli üçün və həmçinin
ekspertiza zamanı xüsusi prinsiplə qurulmuş əqli hücumu prosesində bütün
ideyaların məntiqi yekuna çatdırılması prosesidir. Sinektik prosesi özündə
aşağıdakıları nəzərdə tutur:
- Məlumun
naməluma çevrilməsi
- Naməlumun
məluma çevrilməsi
Məlumun
naməluma çevrilməsi problemi yeni nöqteyi nəzərdən yeni formada baxmağa imkan
yaradır.
Müəllif
məlumun naməluma çevrilməsinin operativ və qeyri-operativ mexanizmlərini
müəyyənləşdirir.
- Qeyri
–obyektiv mexanizmlərə intuisiya, oyun, məsələyə aidiyyəti olmayanın istifadəsi
kimi abstraksiyalar daxildir. Bütün bu mexanizmləri öyrətmək mümkün deyil,
çünki onlar konkret deyil.
- Operativ
mexanizmlərə düzgün(bilavasitə), şəxsi, simvolik və fantastik anologiyalar hər
bir insanın dərki səviyyəsində istifadə etdiyi psixoloji vasitələr daxildir.
Operativ mexanizmlərə öyrətmək olar.
Metafora ilə
oyun , müəllifin fikrincə, məlumu naməluma çevirməkdə ən məhsuldar
mexanizmlərdən biri kimi istifadə oluna bilər. Metaforanın ən məşhur növləri
–analogiya və müqayisədir. Analogiya(bənzətmə) intellektual, müqayisə isə
emosional hərəkət yaradır.
Üsulun
tətbiqində məqsəd:
Cisim və
proseslərin təkmilləşdirilməsi prosesində yaradıcılıq qabiliyyətinin inkişafıdır.
Sinektika
prosesində məsələlərin həlli aşağıdakı şəkildə baş verir.
1.Məsələ həlli tanışlıqla başlayır “problem, qoyulduğu kimi”. Heç vaxt
başqaları tərəfindən formalaşdırılmış məsələni inamla qəbul etmək olmaz.
2.Problemi məsələyə anlaşıldığı şəkildə çevirirlər.
3.Məlumu naməluma və əksinə çevrilməsinə əsaslanan həll aparılır. Bu
zaman əqli hücumun qaydaları ilə ideyaların sərbəst irəli sürməsi baş verir.
Konkret
problemin həlli iki mərhələdə aparılır.
ü əvvəlcə
naməlumu məluma çevirirlər
ü daha
sonra əks hərəkət- məlumu naməluma çevirirlər
4.4 analogiya növündən birinin köməyi ilə qurulur.
Şəxsi
analogiya. Subyektiv
analogiya sinektorun cari problemin əlaqədə olduğu obraz və ya texnikanın
obyektinə alışdırmağı nəzərdə tutur. Emosiyalar teatrı (eppatiya üsulu) ilə
birbaşa əlaqəlidir. Məsələni həll edən şəxs təkmilləşdirilmiş obyektin obrazına
öyrəşərək, “mən belə ağacam, mən rəngimi dəyişmək istəyən ağ qarğayam” kimi
yaranmış hissləri izah etməyə başlayır çalışır.
Birbaşa
(bilavasitə) analogiya. Bilavasitə
analogiya layihələşdirilən qurğunun artıq mövcud obyektlərlə
qarşılaşdırılmasını və “belə məsələlər necə həll olunur?” sualına cavabı
nəzərdə tutur. Nəzərdən keçirilən obyekt texnikanın başqa sahəsinin obyekti ,
və ya canlı təbiətin obyekti ilə müqayisə olunur.
Simvolik
analogiya. Problemin məğzini qısa və
metaforik (poetik,alleqorik) təsvirini nəzərdə tutur. Ümumiləşdirilmiş mücərrəd
anologiya əşyanın əsas əlamətinə görə assosiasiya yaradılır, qalanları atılır.
Fantastik
analogiya. Sinektoru problemi
mövcud olmayan varlıqların mövqeyindən nəzərdən keçirməyə və ya onun həllində
fantastik elementin istifadəsinı məcbur edir. Məslənin həllinə nağıl əlamətləri
daxil edirlər-kiçik adamları, canlı suyu, slamanrları, Maskvelin demonlarını və
s. getdikcə onların adları real həyatından əmələ gəlir.
5.Konkret anaologiyanı qrup rəhbəri seçir.
6.Sinektikanın nəticəsinin qiymətləndirilməsi aşağıdakı səmərəlilik
meyarlar əsasında aparılır.
- Praqmatik
meyar – “Bu işləyirmi?”
- Sabitlik
meyarı problemin həlli mexanizmlərin təkraredici olması
Sinektikanın
tətbiqi dərsin bütün mərhələlərində, xüsusilə isə motivasiya və tətqiqatın
aparılması mərhələsində tətbiq edilə bilər.
Nümunə:
Şeir
qoşmaq- konfran təşkil etmək
Gurulutu: 3, Qopuz:
1, Yarpız: .............0
Kompüter-
əməliyyat sistemi, Universitet : rektorluq
Un- çörək,
barama-ipək
Mənbə: Zülfiyyə Veysova
Mənbə: Zülfiyyə Veysova
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.