Karusel
Dərsdən əvvəl iri ağ kağızlarda (vatman) mövzuya aid
suallar yazılır. Müəllim qruplara müxtəlif sual yazılmış bir kağız
verir. Qrup üzvləri sualı oxuyur və bir cavab yazır. Kağızlar saat əqrəbi
istiqamətində müəllimin köməkliyi ilə qruplara ötürülür. “Karusel” kimi
kağızlar bütün digər qruplardan keçərək axırda öz qrupuna qayıdır.
Müəllim bu kağızları yazı lövhəsinə yapışdırır və bütün sinif
cavabları müzakirə edir.
Üsul dərsin tətqiqatın aparılması mərhələsində,
yaradıcı tətbiqetmə mərhələsində, nəticələrin çıxarılması və ümumiləşdirmə
mərhələsində reallaşdırıla bilər. Müəllim üsulu tətbiq edərkən mütləq
kiçik qruplarla iş formasından istifadə edir.
- Qısa
vaxt ərzində interaktiv şəkildə mövzunu əhatəli keçməyə imkan verir.hər bir
şagird bütün məsələlərin həllində iştirak edir.
- Məntiqi,
tənqidi və müstəqil düşünməni inkişaf etdirir
- Fərdi
və qrup məsuliyyətini inkişaf etdirir
- Ünsiyyət
və qrupdaxili qarşılıqlı əlaqə hisslərini inkişaf etdirir.
1. Üsulun tətbiqindən öncə müəllim öyrənməli
mövzuya dair 4 və ya 5 açıq sual və ya tapşırıq seçir.
2. Daha sonra sinfi 4 və ya 5 qrupa bölür və hər
qrupa 1 suala cavab yazmağı tapşırıq verir. Vaxt müəyyən olur(təxminən 5 dəq)
3.Vaxt qurtardıqdan sonra hər qrup öz yazdıqları
iş vərəqini yanındakı, (saat əqrəbi istiqamətində) qrupa ötürür. Hər qrup öz
vərəqində olan yazıları nəzərdən keçirir və öz əlavələrini edir.
4.Bu proses o vaxta qədər təkrarlanır ki, bütün
qruplar bütün iş vərəqlərini nəzərdən keçirib əlavələr edir.
5.Sonda iş vərəqi ilkin qrupa qaytarılır, təqdimatlar
və onların müzakirəsi başlanır.
6. Şagirdlər ümumiləşdirmələr aparır.
Üsulun təbiqi zamanı vacib olan şərtlər:
- Seçilən
suallar və ya tapşırıqlar mövzunu əhatəli keçməyə imkan verməlidir. Buna görə
də bu suallar ən vacib məsələləri özündə əks etdirməlidir.
- Müəllim
vaxtı məhdudlaşdırmalı və ötürmə prosesinin eyni zamanda olduğunu nəzərdə
saxlamalıdır.
- - Iş
vərəqləri böyük vərəqdə yazılmalıdır ki, hər qrupa yazmaq üçün məkan
olsun.
- Üsulun tətbiqi zamanı yaran biləcək
problemlər:
- - Vaxt
çatışmazlığı
- - Şagirdlərdə
mövzu ilə bağlı məlumat azlığı
- - Zəif təşkilatçılıq
- Mənbə: Zülfiyyə Veysova
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.