Auksion
Bu üsulun köməyi
ilə şagird cisim və əşyaları, hadisə və prosesləri müəyyən
etmək, biliklərini aktuallaşdırmaq, dinləmə
mədəniyyətini inkişaf etdirmək, keçmiş biliklərini xatırlamaq, təhlil
qabiliyyətlərini inkişaf etdirmək kimi xüsusiyyətlərə yiyələnmiş olur.
Bu üsulu müəllim fəal dərsin ikinci mərhələsi
olan tətqiqatın aparılması mərhələsində reallaşdıra bilər.
Üsulun tətbiqi zamanı müəllim kollektivlə işdən istifadə edir. Üsulun
tətbiqinə başlamazdan öncə müəllim öyrənilən məsələni müəyyən edərək
şagirdləri auksionun keçirilmə qaydaları haqqında təlimatlandırır.
Öyrənilən əşya və ya hadisənin xüsusiyyətləri ardıcıl şəkildə
adlandırılır. Hamı növbə ilə əşya və ya hadisə haqqında fikir söyləyir:
hər bir fikirdən sonra müəllim sayır. “Bir, iki”. Bu zaman başqa iştirakçı
tez təklif verə bilər. Sonuncu təklif verən qalib
sayılır.
Fikirlər bir-birini təkrarlamamalıdır. Bunun üçün hamı bir-birini
dinləyir.
Nümunə:
Riyaziyyat dərsində müəllim 7 ədədinin tərkibini keçərkən
sinfə
“7 ədədini necə aldınız? “ sualını verməklə auksion keçirir.
Müəllim üçün məlumat
Mümkün olan cavablar:
1) 6+1=7
4) 5+2=7
2) 4+3=7
5) 3+4=7
3) 2+5=7
6) 1+6=7
7) 1+1+1+1+1+1+1=7
Oyunda axırıncı mümkün cavabı verən şagird “Auksion”u qazanır.Əslində bu
üsulun tətbiqində məqsəd şagirdlərin qazanıb, qazanmaması deyil, məqsəd
onların inkişafına yönəlib.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.