Fəal təlimdə çox zaman müəllimləri düşündürən sual ev tapşırığı ilə əlaqəlidir. Bildiyimiz kimi, fəal dərs, fənn kurikulumu tətbiq edilən siniflərdə biliklər 45 dəqiqəlik dərs prosesində öyrənilir və mənimsənilir. Köhnə dərsin sorğusu keçirilmir. Buna ehtiyac da qalmır. Çünki müəllim dərsi sinifdə elə qurur ki, şagirdlər dərsi sinifdə mənimsəmiş olurlar. Hətta onlar müstəqil öyrənməyi öyrənirlər.
Ancaq, bu o demək deyil ki, müəllim ev tapşırığı verməməlidir. İlk öncə qeyd edim ki, ev tapşırığının mütləq verilmə vacibiyyəti və ya verilməmə məcburiyyəti yoxdur. Müəllim sinifdən, dərsdən, mövzudan, standartdan və s səbəblərdən asılı olaraq, ehtiyac duyursa ev tapşırığını verir. Ehtiyac duymursa verməyə bilər. Müəllim ev tapşırığını bu halda vermir ki, sinifdə şagirdlər dərsi çox mükəmməl dərəcədə araşdırmış olurlar və standart reallaşdırılmış olur. Şagirdlər qarşıya qoyulmuş məqsədə çatmış olur
Fənlərin texniki və ya humanitar olmasından asılı olaraq, ev tapşırığı haqqında fikirlər də müxtəlif olur.
Texniki fənlərdə misal və məsələlər çox sayda olduğundan müəllimlər bəzən şagirdi ev tapşırığı ilə "yükləyir". Bu doğru addım deyil. Müəllim şagirdə evə tapşırıq verərkən daha az və yaradıcı tapşırıqlar verməyə üstünlük verməlidir. Misal və məsələlərin çətinlik səviyyəsi nəzərdən keçirilməli və ən çətin ziddiyyətli tapşırıqlar dərs prosesində edilməli, "qıfıllar açılmalıdır"
Humanitar fənlərdə də həmçinin müəllim şagirdi ev tapşırığı ilə yükləməli deyil. Ev tapşırıqlarını verərkən daha çox yaradıcı tapşırıqlar, xüsusən də sinifdə mənimsənilmiş biliklər əsasında yaradıcı tapşırıqlar verilməlidir. Bəzi hallarda isə, sinifdə şagirdlərin zəif mənimsəmiş olduqları istiqamətlərdə onların hər birinə fərdi tapşırıq da verə bilərsiniz. Bütün sinifə eyni tapşırığı da verə bilərsiniz, fərdi olaraq hər birinə ayrıca tapşırıq da verə bilərsiniz
Onu da qeyd edim ki, ev tapşırıqlarını növbəti dərsdə yoxlamırıq. Bəzən müəllimlərdə sual yarana bilir ki, bəs ev tapşırığı yoxlanılmırsa niyə evə tapşırıq verilir? Evə tapşırıq ona görə verilir ki, biliklər daha dərindən mənimsənilsin, zəif qalan məqamları aşkara çıxarıb, şagirdlərə əlavə tapşırıqlar verilir ki zəif məqamlar möhkəmləndirilsin.
Bəs ev tapşırığı nə zaman yoxlanılır? Ev tapşırığını dərsdən kənar vaxtda şagirdlərdən toplayıb yoxlaya və sonra özlərinə qaytara bilərsiniz. Bunu günlük yoxlama, həftəlik və ya aylıq yoxlama şəklində də təşkil edə bilərsiniz. Yoxlamanın gün, həftə və aylıq olmasını fəndən və mövzulardan, tədris vahidindən, bölmələrdən, standartlardan asılı olaraq təyin edin.
Ev tapşırığının yoxlanılması məsuliyyətini şagirdlər hiss etməzlərsə, onu yazmayacaqlar və ev tapşırığına çox "soyuq" yanaşacaqlar.
Ev tapşırıqlarını təqdimat formasında da verə bilərsiniz.
Təklif:
Belə ki, sinifdə bir ev tapşırığı güşəsi yaradarsınız. Həmin guşədə şagirdlərə verdiyiniz yaradıcı ev tapşırıqlarını yapışdıra bilərsiniz. Bu zaman onlara şərt qoya bilərsiniz ki, hər həftə və ya ay ərzində ən yaxşı, ən maraqlı (müvafiq meyarlarınıza uyğun) ev tapşırığı təqdimatını hazırlayan şagirdin tapşırığı həmin guşəyə asılacaqdır. Bunu sadəcə təklif nümunəsi kimi qeyd edirəm. Siz müxtəlif formalarda ev tapşırığını yoxlamanı təmin edə bilərsiniz.
Qeyd: Əlavə suallarınız yaranarsa bloqun yorumlar bölməsində qeyd edə bilərsiniz.
13 Şubat 2016 Cumartesi
Kaydol:
Kayıt Yorumları (Atom)
Məşhur Postlar
-
Tərcumeyi-hal təqdim etdiyi insan haqqında avtobioqrafik məlumatdır. Bu forma adətən dövlət orqanları, böyük şirkətlər və s. qurumlar tər...
-
Xasiyy ə tnam ə bar ə d ə m ə lumat yazın. “Xasiyyət” (ərəb) və “namə” (fars) sözlərinin birləşməsindən əmələ gəlib, hər hansı bir ...
-
Protokol haqqında geni s m ə lumat «Protokol» sözü yunancadan götürülüb: “protok”-ilk, birinci v ə r ə q, “kolos” – yapı s dırmaq m ə...
-
İ zahat haqqında m ə lumat verm ə kl ə nümun ə « İ zahat» sözü ə r ə bc ə «izah» sözünd ə ndir . “izah” ərəbcə açıq, aydın, ətraflı surə...
-
Əməli yazıların ən genis yayılmıs növlərindən biri məktubdur. Bu yazı növünə təhsilindən asılı olmayaraq, hər bir insanın gündəlik həya...
-
Akt haqqında ümumi m ə lumat “Akt” sözü latın dilində “aktus” hərəkət və “ aktum” sənəd mənalarında islənir. “Akt” çoxmənalı sözdür: 1)...
-
Alman dili (Azərbaycan bölməsi) Alman Dili(Rus Bölməsi) Azərbaycan Dili və Ədəbiyyatı Biologiya(Azərbaycan bölməsi) ...
-
Reklam v ə elan haqqında m ə lumat “Reklam” latın sözü olub «qı s qırmaq» m ə nasını verir. Bu söz dasıdıgı mənaya görə bir neçə anlamd...
-
Təcrübə göstərir ki, şagirdlər ərizəni müxtəlif formalarda yazırlar. Əslində isə ərizə müxtəlif məzmuna malik olsa da, formaca eyni cürdü...
-
Layih ə haqqında m ə lumat verm ə kl ə nümun ə «Layih ə » ə r ə b sözü olub, h ə r hansı s ə n ə din, q ə rarın, prosesin ə vv ə lc ə d...
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.