Bəs təfəkkürə xidmət edən tapşırıqlar necə olmalıdır? Gəlin tanış olaq və öyrənək.
Təfəkkürün inkişafına xidmət edən tapşırıqlar haqqında tanışlıqdan əvvəl, təfəkkürün növləri ilə tanış olaq.
Təfəkkürün 3 növü var. Məntiqi təfəkkür, Tənqidi təfəkkür. Yaradıcı təfəkkür.
Təfəkkürün bu növlərinin inkişafı üçün, ibtidai sinifdən başlayaraq bu istiqamətdə tapşırıqlarla şagirdləri işlətmək lazımdır. Sual yarana bilər ki niyə?
Ənənəvi kurikulumda müəllim şagirdlərə yalnız hafizə istiqamətli suallar verirdi. Bu isə şagirdlərdə nəzəri informasiyaların, yaddaş məlumatlarının, təriflərin, düsturların, tarixi hadisələrin, yazıların əsərlərinin adları və s kimi hafizə informasiyalarının yaddşalarında saxlanılmasına səbəb olurdu. Bu isə vacib amildir. Şagirdlər bu informasiyaları mənimsəməklə müvafiq biliklərə yiyələnmiş olurlar. Bu qayda yenə də davam etməkdədir. Hafizə və yaddaş tapşrıqları, nəzəri informasiyaların mənimsənilməsi prosesi təşkil edilməzsə şagirdlər biliklərə yiyələnə bilməzlər.
Bəs bu biliklərin möhkəmləndirilməsi nə zaman baş verir? Tətbiq edilib bacarığa ,vərdişə çevrildiyi zaman. Tətbiq nə zaman olur? Tapşırıq yazan zaman.
Ancaq, ənənəvi kurikulumda bacarıq və vərdişlər, tətbiq prosesi zəif idi.
Fənn kurikulumunda tapşırıqların 4 növü var.
Hafizə tapşırığı, Məntiqi tapşırıq, Tənqidi tapşırıq, Yaradıcı tapşırıq.
Bu tapşırıqların hazırlanması şagirdlərdə müvafiq olaraq təfəkkürü inkişaf etdirir. Bu məqsədlə yalnız hafizə istiqamətli deyil, təfəkkür istiqamətli tapşırıqlara diqqət edilməlidir. Həmçinin tapşırıqların bu növlərdə verilməsi, şagirdləri kitabdan köçürmə istəyindən, hazır emal olunmuş bilikdən--öz beyninin idrak fəallığının artmasına səbəb olacaqdır. Bilirsiniz ki, dövlət tərəfindən qarşımızda qoyulmuş müəyyən standartlar vardır ki, bu standartların fəaliyyət xətlərində verilmiş sözlər bir növ açar sözlərdir.
Standartların sonunda tək hafizəyə xidmət edən yox, təfəkkürə xidmət edən fəaliyyət xətləri var.
Nümunə: 4.1.1 Tarixi şəxsiyyətləri müəyyən edir. ---Hafizə
4.1.1 Tarixi şəxsiyyətləri dövr baxımından fərqləndirir.----Məntiqi
4.1.2 Tarixi şəxsiyyətləri dövr baxımından dəyərləndirir----Tənqidi
4.1.3. Tarixi şəxsiyyətlər haqqında hekayə qurur----Yaradıcı
4.1.3 Tarixi şəxsiyyətlər haqqında təqdimat hazırlayır.---Yaradıcı
Nümunəyə diqqətlə baxsaq, tarix fənni üzrə müxtəlif siniflər üzrə standartlar verilib. Standartların fəaliyyət xətləri bizə istiqamət verir ki, o standartı reallaşdırarkən biz hansı növ tapşırıq hazırlayıb şagirdlərə təqdim etməliyik.
Bəs bu tapşırıqları necə hazırlamalı? Tapşırıqların hazırlanması fən kurikulumunda təcrübəsi zəif olan müəllimlər üçün çətinlik törədir. Bəs bu zaman köməyimizə nələr çata bilər?
Təfəkkürün inkişafı üçün xüsusi açar sözlər vardır ki, bu sözlər bizə tapşırıqları yazmaqda kömək edəcəkdir. Gəlin bu açar sözlərlə tanış olaq.
Hafizə
- Əzbərlə
- Öyrən
- Yada sal
- Yadda saxla
- Tərifi ver
- Tap
- Aşkar et
- Müəyyən et
- Siyahını düzəlt
- Nəyə isə əsaslan
- Düsturlar əsasında hesabla
- Sadala
- Aid et
- Göstər
- Tətbiq et
Yuxarıda 15 cür açar söz var. hafizə tapşırıqlarını hazırlayarkən bu açar sözlərdən istifadə edirsiniz. Unutmayaq ki, hafizə tapşırıqları şagirdlərə sadəcə informasiyaları yadda saxlamağa kömək edir. Şagird sadəcə bilir və sadalayır, bilir və danışır, bilir və əzbər deyir və s.
Nümunələrlə öyrənək:
Coğrafiya fənni üzrə
Coğrafiya fənni üzrə
İnformatika fənni üzrə
Ədəbiyyat fənni üzrə
Məntiqi təfəkkür
Məntiqi təfəkkür
- İzah et
- Təsvir et
- Hesablamalar apar
- Şərh et
- Dəyişdir
- Oxşar və fərqli cəhətləri tap
- Müəyyən et
- Əlaqəni müəyyən et
- Nəticəyə gəl
- Davam et
- Təhlil et
- Təsnif et
- Sxem, qrafik, cədvəl çək
- Sadələşdir
- Səbəbini (nəticəni) tap
- Tərifini özün ver
- Ümumiləşdir
- Əsas fikri tap
- Əsas mənanı çatdır
- Quraşdır
Yuxarıdakı açar sözlərdən istifadə etməklə, məntiqi tapşırıqları hazırlaya bilərsiniz. Ancaq, sual yarana bilər. Müəyyən et açar sözü həm hafizə üçün həm də məntiqi təfəkkür üçün açar sözlər sırasında var. Qeyd edim ki, bir var hafizə tapşırığında sadəcə bilib müəyyən edəcəksə şagird, məntiqi tapşırıqda bu müəyyən etmə, əlaqələrin müəyyən edilməsi və ya məntiqin, təhlilin, nəticənin müəyyən edilməsidir.
Unutmayaq ki, məntiqi təfəkkür zamanı şagirdlərdə bir sıra bacarıqlar formalaşır. Müqayisə, təhlil, seçmək, ayırmaq və s bacarıqlar formalaşır.
Unutmayaq ki, məntiqi təfəkkür zamanı şagirdlərdə bir sıra bacarıqlar formalaşır. Müqayisə, təhlil, seçmək, ayırmaq və s bacarıqlar formalaşır.
- Tənqid et
- Əhəmiyyətini, rolunu qiymətləndir
- Meyarlarını müəyyən et
- Meyar cədvəli tərtib et
- Səhvləri tap
- Faktları uydurmadan ayır
- Öz fikrini təsdiq et (isbat et)
- Müxtəlif nöqteyi nəzərdən qiymətləndir
- Ən mühüm cisim(hadisələri) müəyyənləşdir
- Mübahisəli məsələləri aşkar et
- Ən səmərəli yolu tap
- Məsləhət et
- Düzgün olanı seç
Yuxarıda verilmiş açar sözlərdən istifadə edərək tapşırıq düsturumuza əsaslanaraq, tənqidi tapşırıqlar yaza bilərsiniz
Unutmayaq ki, tənqidi tapşırıqlardan istifadə şagirdlərdə tənqidi yanaşmanı inkişaf etdirir. Bu zaman şagirdlər müxtəlif meyarlar əsasında özləri qiymətləndirmə aparır. Bu qiymətləndirmə mövzunun qiymətləndirməsidir. Mövzuya olan münasibətdir. Blum taksonomiyasının sonuncu səviyyəsi olan qiymətləndirmə səviyyəsini xatırlayın. Şagird mövzunu qiymətləndirir. Məsələn, Cırtdanın nağılını oxuyan şagirdə sual verilir. Cirtdan səs gələn yoxsa işıq gələn tərəfi seçsə hansı daha yaxşı olardı? Fikirlərinizi əsaslandırır. Bu zaman şagird hər iki hala münasibətini bildirir və mövzunu qiymətləndirir. Bu tipdə digər tapşırıqlarda da siz açar sözləri tətbiq etməklə, şagirdin mövzuya münasibət bildirməsinə şərait yaratmış olarsınız.
Unutmayaq ki, tənqidi tapşırıqlardan istifadə şagirdlərdə tənqidi yanaşmanı inkişaf etdirir. Bu zaman şagirdlər müxtəlif meyarlar əsasında özləri qiymətləndirmə aparır. Bu qiymətləndirmə mövzunun qiymətləndirməsidir. Mövzuya olan münasibətdir. Blum taksonomiyasının sonuncu səviyyəsi olan qiymətləndirmə səviyyəsini xatırlayın. Şagird mövzunu qiymətləndirir. Məsələn, Cırtdanın nağılını oxuyan şagirdə sual verilir. Cirtdan səs gələn yoxsa işıq gələn tərəfi seçsə hansı daha yaxşı olardı? Fikirlərinizi əsaslandırır. Bu zaman şagird hər iki hala münasibətini bildirir və mövzunu qiymətləndirir. Bu tipdə digər tapşırıqlarda da siz açar sözləri tətbiq etməklə, şagirdin mövzuya münasibət bildirməsinə şərait yaratmış olarsınız.
Nümunələrlə tanış olaq.
Həyat bilgisi fənni üzrə
Tapşırıq düsturu
Yaradıcı Təfəkkür
1. HekayəƏhvalat
Nağıl Fikirləş, Özündən quraşdır
Musiqi
Üsul
2. Maket
Model
Sxem Qur, tərtib et
Qrafik
Kitab
3. Proqnoz et
4. Müqayisə et və analoqu tap
5. İcad et
6. Başqa bir obyektə çevir
7. Tətbiq etmənin yeni yolunu tap
8. Yeni əsaslarla təsnif et
9. Yeni əsaslarla quraşdır.
10. Tətbiq et (yeni şəraitdə)
11. Dəyişiklik et, yenidən təşkil et
12. Əlavələr edib, düzəlt
13. Kombinasiya et
14. Hiperbolizə et
15. Minimal dərəcəyə gəlib çıxart
16. Simvolla təsvir et
17. Problemi müəyyənləşdir, fərziyyələrini de
18. Uyğunlaşdır.
Qeyd: Mövzu ilə əlaqədar əlavə suallarınız yaranarsa bloqun yorumlar bölməsinə qeyd edə bilərsiniz. Nəzərə alıb əlavələr edəcəm.
4. Müqayisə et və analoqu tap
5. İcad et
6. Başqa bir obyektə çevir
7. Tətbiq etmənin yeni yolunu tap
8. Yeni əsaslarla təsnif et
9. Yeni əsaslarla quraşdır.
10. Tətbiq et (yeni şəraitdə)
11. Dəyişiklik et, yenidən təşkil et
12. Əlavələr edib, düzəlt
13. Kombinasiya et
14. Hiperbolizə et
15. Minimal dərəcəyə gəlib çıxart
16. Simvolla təsvir et
17. Problemi müəyyənləşdir, fərziyyələrini de
18. Uyğunlaşdır.
Yuxarıda verilmiş açar sözlərdən istifadə etməklə, yaradıcı tapşırıqlar hazırlaya bilərsiniz. Bu açar sözlərin içərisində də, müəyyən et, müqayisə et --bir sözlə digər təfəkkür növlərinin açar sözlərindəki sözlərlə qarşılaşa bilərsiniz. Bu zaman bilin ki, bu açar sözlər hər növə görə dəyişir.
Yaradıcı tətbiqdəki müəyyən et açar sözü, hafizədəki müəyyən et açar sözündən fərqli olaraq, yaradıcılığa əsaslanır. Şagird köhən biliyinin əsasında yeni bir bilik müəyyən edir, yeni bir fərziyyə irəli sürür.
Eləcə də müqayisə et açar sözünə siz həm də məntiqi təfəkkürün açar sözləri sırasında rast gəldiniz.
Yaradıcı tapşırığın müqayisə etməsi, yaradıcılığa əsaslanır. şagird müqayisəni yeni yanaşmadan, yaradıcı yanaşaraq təşkil edir.
Bu tapşırıqlar zamanı şagirdlərdə, ideyalar irəli sürmə, uydurma, hekayə yazma, qərarləar qəbul etmə bacarıqları formalaşacaqdır. Şagirdlər aşağı siniflərdən başlayaraq yuxarı siniflərə doğru bu tapşırıqları etdikcə, onlar böyük yaşlarda ideyalar yarada bilən şagirdlərə çevriləcəklər.
Bu tapşırıqlar zamanı şagirdlərdə, ideyalar irəli sürmə, uydurma, hekayə yazma, qərarləar qəbul etmə bacarıqları formalaşacaqdır. Şagirdlər aşağı siniflərdən başlayaraq yuxarı siniflərə doğru bu tapşırıqları etdikcə, onlar böyük yaşlarda ideyalar yarada bilən şagirdlərə çevriləcəklər.
Nümunələrlə tanış olaq.
İnsan və cəmiyyət fənni üzrə
Coğrafiya fənni üzrə
İnformatika fənni üzrə
Blum taksonomiyası və Meyarlar
Qeyd: Mövzu ilə əlaqədar əlavə suallarınız yaranarsa bloqun yorumlar bölməsinə qeyd edə bilərsiniz. Nəzərə alıb əlavələr edəcəm.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.