DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

6 Şubat 2016 Cumartesi

İnformasiyanın mübadiləsi mərhələsi-Təqdimat zamanı buraxılan səhvlər



Bu gün sizə dərsin üçüncü mərhələsi olan informasiya mübadiləsi mərhələsində buraxılan nöqsanlardan danışacam. Bu mərhələ bildiyimiz kimi, dərsin elə bir hissəsidir ki, şagirdlər araşdırmalı olduqları problemin həllini tapıb təqdim etməyə hazırlaşırlar. Bunun üçün müəllim tərəfindən onlara müəyyən zaman ayrılır. Bu vaxt çərçivəsində bütün qruplar hazır etdikləri problemin həllini təqdim edirlər.  Ancaq, bu  mərhələdə müəllim və şagirdlər tərəfindən müəyyən nöqsanlara yol verilir. Bu nöqsanlar dərsin digər mərhələlərində problemin ümumiləşdirilməsinə mane olacaq, eləcə də bilik və bacarıqların düzgün mənimsənilməsini əngəlləyir.


Səhv1 . Müəllim, təqdimatdan əvvəl şagirdlərə müraciət edərək, hər hansı qrup daxilindən kiminsə lövhəyə gəlməsi üçün müraciət edir. Şagirdləri məqsədli şəkildə özü çağırır. Bunu edərkəndə hər hansı şagirdi məqsədli olaraq lövhəyə çıxardığını qabardır. ( zəif şagirdi yoxlamaq məqsədli) Bu şagirdlərin müəllimlə incikliyinə səbəb ola bilər. Əslində isə müəllim, qrup daxilindəki şagirdlərə şərait yaratmalıdır ki, onlar təqdimatı etmə haqqında öz aralarından nümayəndə seçsinlər və ya birlikdə işi təqdim etsinlər. Eyni zamanda qrup daxilində bəzi vaxtlarda, müəllim özü lider təyin edir ki, təqdimatı o şagird etsin. Bu da doğru addım deyil. Unutmayaq ki, qrup daxilində bütün şagirdlər lider olmaq istəyirlər. Lider olmaq məsələsini qabartmaq doğru addım deyil.

Səhv2.  Bu mərhələdə müəllimin diqqəti lövhədə işini təqdim edən şagirdlərdə olur. Arxada isə digər şagirdlərin əslində qrup işini təqdim edən şagirlərə qulaq asıb-asmamasını, nə işlə məşğul olduqlarına diqqət etmir. şagirdlərin diqqətini qrup işindən əvvəl, işini təqdim edən qrupa yönəltmir. (Necə deyərlər başı qarışır işini təqdim edən qrupunun tapşırığına)

Əslində isə müəllim, bütün sinfi diqqətində saxlamağ bacarmalıdır. Həm çıxış edənlərin fikirlərini dinləməli, həm də digər şagirdlərin prosesi izlədiklərinə, dinləməyə cəlb olunmalarına əmin olmalıdır. Əks halda prosesi düzəltməlidir. Bu zaman müəllim həm sinifdə öyrədici mühiti təşkil edir, həm də nizam -intizamı təşkil edir.

 Səhv3. Müəllim, mübadilə zamanı qrup şagirdlərinin işlərini təqdim etmələrinə  sadəcə "qulaq asır", şagirdlərin səsləndirdikləri ifadələrdə, fikirlərdə diqqətlə dinləmədiyi üçün yalnışları düzəltmir  əv ya düzəltməyə cəhd etmir. Şagirdlərdə təqdimat etmə bacarığının formalaşması üçün cəhd etmir.

Əslində isə, müəllim bilməlidir ki, şagirdin təfəkkürünün, nitqinin fərdi inkişafı,  informasiyanın düz mənimsənilməsi, sərbəst fikir söyləyə bilmə bacarıqlarının formalaşması üçün təqdimat mədəniyyəti vacib şərtdir.

Səhv4. Bəzən şagirdlər lövhədə üzlərini təqdimat etdikləri iş vərəqinə çevirib üzündən informasiyanı oxuyurlar. Bu zaman həm  digər şagirdlər iş vərəqini rahatlıqla görə bilmir, həm də qrup üzvləri yazdıqları məlumatı təqdim emək əvəzinə sadəcə üzündən oxuyurlar. Bu zaman müəllim də səhvə yol verərək, üzünü lövhəyə çevirir  çünki iş vərəqindəki işlə tanış olmalıdır.Arxası şagirdlərə dayanır. Əslində isə, şagirdlər iş vərəqindəki tapşırıqları birlikdə araşdırdıqları üçün təqdimat haqqında informasiyaları bilirlər. İş vərəqindən istifadə etməklə, informasiyanı səsləndirməlidirlər. Üzündən oxumaq doğru deyil. Bu onu göstərir ki, şagirdlər informasiyanı mənimsəməyiblər. Eyni zamanda şagirdlər iş vərəqlərindən istifadə edəcəklərsə, onu əllərində tutmalı, işi təqdim etdikdən sonra lövhəyə asmalıdırlar.

Səhv5. Hər qrup öz təqdimatını etdikdən sonra, müəllim qrupun işinə fikri bildirir, qiymətləndirir, səhv və ya doğru olanları şərh edir, tapılmış faktlara fikir bildirir.

Əslində isə, müəllim  şagirdlərin işləri barədə fikir bildirmək məsələsini, faktlara münasibətlərini bildirmək imkanını şagirdlərə verməlidir. Fikir mübadiləsi zamanı  müəllim fikir bildirmək üçün deyil, şagirdləri doğru istiqamətə yönəldərək, informasiyanın yaxşı qavranılması üçün, başa düşülməsi üçün şərait yaratmalıdır.  Müəllim bunun üçün, hər qrup işinin təqdimatından sonra üzünü şagirdlərə tutaraq, qrupun işi haqqında fikirlərini almağa çalışmalı, qrup işinə münasibət bildirmələrini təmin etməlidir. Şagirdlər də öz növbəsində münasibət bildirməklə fikirlərini əsaslandırmalıdır.
Qeyd: Məqalə ilə bağlı əlavə suallarınız yaranarsa yorumlar bölməsinə yaza bilərsiniz.

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar