
Deməli, dərketmə qabiliyyətinə görə materialı materialə gec mənimsəyənlər sinfin fəaliyyətinə vaxtında qoşula bilmir. Nəticədə isə onlar təlim prosesində geri qalırlar. Məhz buna görə də təlimin diferensiallaşdırılması və fərdiləşdirilməsi köməyə gəlir
Fərdiləşdirmə hər bir şagirdin səviyyəsinə uyğun şərait olmaq etibarilə bəzilərinin qabiliyyətini stimullaşdırmaq və digərində isə yeni perspektivlər müəyyən etmək , şagirdləri inkişaf səviyyəsinə görə ayrı ayrı siniflər üzrə differensiallaşdırmaq vacib şərtdir.
Təlim prosesində isə şagirdin diferensiallaşdırılmasında əsas göstəricilə aşağıdakılardır.
- Şagirdlərin əvvəlki bilik, bacarıq və vərdişlərə yiyələnməsi səviyyəsi
- Şagirdlərin əqli inkişaf səviyyəsi, dərsə və öyrəndiyi fənnə münasibəti
- Dərketmə səviyyəsi
- Fikri əməliyyatların aparılması bacarığı
Fərdiləşdirmə və differensiallaşdırma təlimin məzmununa o zaman təsir göstərə bilir ki, şagirdlərin maraq və qavrama qabiliyyəti onlara daha geniş bilik verilməsi üçün imkan vermiş olsun. Bilik səviyyəsinə görə sinifdə differensiallaşdırma apararaq hər qrup üçün səmərəli öyrətmə yolu seçilir
Elə şərait qurulur ki, onlarda "BİZ ZƏİFİK" fikri formalaşmasın
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.