DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

23 Nisan 2016 Cumartesi

Əmək müqavilələri bundan sonra necə bağlanacaq?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilən son dəyişikliklərlə bağlı əmək müqaviləsinin məzmununda əhəmiyyətli dəyişikliklər edilmişdir. Bu dəyişikliklərin nədən ibarət olduğuna və əmək müqaviləsinin bundan sonrakı hüquqi mahiyyətinə Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi İsrafil Əlili aydınlıq gətirib.
"Bu dəyişikliklərə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məşğul əhalinin əmək hüquqlarının müdafiəsini təmin etmək məqsədilə elektron informasiya sistemi yaradılır. Bundan sonra ölkədə əmək münasibətləri əmək müqaviləsi bağlandığı andan deyil, elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranacaq. Dəyişikliyə əsasən, əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün işəgötürənlər əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı elektron informasiya sistemində əmək müqaviləsi bildirişini qeydiyyatdan keçirməlidirlər. Elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumatın göndərilməsi nəzərdə tutulub. Bu qanun qüvvəyə mindiyi günədək yazılı bağlanılan və qüvvədə olan əmək müqavilələri üzrə əmək müqaviləsi bildirişlərinin nazirliyin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənlərə iyulun 1-dək vaxt verilib" -deyə, hüquqşünas bildirib.
İ.Əlili qeyd edib ki, əmək müqaviləsi bildirişi qanunvericilikdə yeni anlayışdır. Belə ki, əmək müqaviləsi bildirişi - istisna halarından başqa (istisna hallar növbəti abzasda göstərilmişdir), əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə daxil edilən elektron sənəddir." Hüquqşünas bir məsələyə də toxunub. Belə ki, əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Bu qaydalar isə hələ hazır deyil, yaxın günlərdə hazırlanıb təsdiq edilmək üçün Prezidentə təqdim edilməsi nəzərdə tutul
Eyni zamanda hüquqşünas bildirib ki, dəyişikliyə əsasən, istisna da nəzərdə tutulmuşdur. Belə ki, siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Bu cür müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Qeyd edək ki, yuxarıda qeyd olunan dövlət orqanlarındakı müvafiq vəzifələrin siyahısı da hələ mövcud deyildir. Yaxın günlərdə bu siyahının da Nazirlər Kabineti tərəfindən hazırlanıb təsdiq üçün Prezidentə təqdim edilməlidir.
"Eyni zamanda dəyişikliklərə əsasən, əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqlarına daha biri əlavə olunmuşdur: elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etmək.. İşəgötürənin vəzifələrinə isə aşağıdakı bənd əlavə olunmuşdur: əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək. Bunlar qeyd etdiyim istisna halına şamil olunmur" – deyə İ.Əlili bildirib.
Beləliklə bu dəyişikliklərdən sonra əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir:
  1. işçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı;
  2. işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı;
  3. işçinin iş yeri, vəzifəsi (peşəsi);
  4. əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün;
  5. əmək müqaviləsinin müddəti;
  6. işçinin əmək funksiyası;
  7. işçinin əmək şəraitinin şərtləri - iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması;
  8. tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri;
  9. işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması;
  10. ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, işçinin dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN);
  11. işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd;
  12. tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar.
Mənbə: www.femida.az

Əmək müqaviləsinə işcilərin sayı və ya ştatların ixtisar edilməsi zamanı xitam verilməsi.

İşçilərin sayının azaldılması və ya ştatların ixtisarı həyata kecirilərilməsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndində nəzərdə tutulan əmək müqaviləsinə işəgotürən tərəfindən xitam verilməsinə əsasdır. Bunun üçün müvafiq sənədlər hazırlanmalıdır. Azad edilən işçilər üçün qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulub.
Müəssisə işcilərin sayının azaldılması və ya ştatların ixtisarına bir neçə səbəbə görə gedə bilər: istehsalın avtomatlaşdırılması, yeni texnologiyaların tətbiqi, iqtisadi böhran və s. Lakin, bəzən, işçini işdən çıxartmaq üçün, işəgötürən ştatın ixtisarından sonra, başqa bir eyni funksiyaları həyata keçirən ştat yaradırsa, bu cür hallar məhkəmədə, adətən, işçinin xeyrinə həll edilir.
Qeyd edək ki, işçilərin sayının azaldılması və ştatların ixtisarı oxşar prosedurlardır, lakin, eyni deyillər. Belə ki, işçilərin sayının azaldılması zamanı vəzifələr(ştatlar) ixtisar edilmir, yalnız bu vəzifələrdə çalışan işçilərin sayı azaldılır. Bəzən, həm ştatlar ixtisar edilir, həm də işçilərin sayı azaldılır.
AR Əmək Məcəlləsinn 71-ci maddəsinə əssən işcilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata kecirilərkən işəgotürən bu Məcəllə ilə muəyyən edilmiş tədbirlər görür.
İlk növbədə işəgöturən bu Məcəllənin 70-ci maddəsi ilə muəyyən edilmiş əsasların hər hansı biri ilə əmək muqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
Sənədləşmə.
Hər bir halda əmək müqaviləsinə xitam verilmə əmrin tərtib olunmasından başlayır. AR Əmək Məcəlləsinin 83 maddəsinə görə əgər işci ilə bağlanmış əmək muqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə muəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda işəgoturən tərəfindən əmək muqaviləsinin ləğv edilməsi işəgoturənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək muqaviləsinə xitam verilməsi barədə işəgoturənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və muəssisənin mohuru ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işcinin əmək kitabcası və işəgoturənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə gorə pul əvəzi, işciyə odənilməli əmək haqqı və digər odəmələr) ilə birlikdə sonuncu iş gunu işciyə verilməlidir.
Əmrin forması və məzmunu AR Əmək Məcəlləsinin 84-cü maddəsində verilib.
Əmək muqaviləsinin ləğv edilməsi haqqında işəgoturənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar gostərilir:
  • muəssisənin adı, huquqi unvanı, əmrin (sərəncamın, qərarın) sıra nomrəsi, tarixi və onu imzalayan işəgoturənin vəzifəsi, adı, atasının adı və soyadı;
  • işcinin adı, atasının adı və soyadı;
  • əmək muqaviləsi uzrə işcinin vəzifəsinin (peşəsinin) adı;
  • əmək muqaviləsinin ləğv edilməsinin əsası;
  • həmin əsasla əmək muqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin muvafiq maddəsi, hissəsi və bəndi;
  • əmək muqaviləsinin ləğv edildiyi gun, ay və il;
  • əmək muqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi ucun əsas hesab olunan rəsmi sənədlər.
Yuxarıda qeyd edilən məlumatlardan hər hansı biri və ya bir necəsi gostərilməyən əmr (sərəncam, qərar) əmək mubahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək muqaviləsinin ləğv edilməsi barədə işəgoturənin əmri (sərəncamı, qərarı) yalnız bu yuxarıda gostərilən məlumatlar olan sadə formada, həmcinin normativ huquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar gostərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.
İxtisar keçirilən zaman aşağıdakı hallar nəzərə alınmalıdır:
  • Əmr təxmin edilən ixtisar tarixindən 2 ay əvvləl tərtib edilməlidir ki, işçilər vaxtında məlumatlandırılsın
  • Əmr tərtib olunandan sonra müəssisə rəhbəri öz niyyəti barədə mütləq həmkarlar ittifaqını məlumatlandırmalıdır
  • İşçinin işdən azad edilməsi yalnız ştat cədvəlinin dəyişdirilməsindən və oradan ştatın çıxarılmasından sonra həyata keçirilə bilər.
Təminatlar.
İşcilərin sayı azaldılması və ya ştatların ixtisarı həyata kecirilərilməsi zamanı AR Əmək Məcəlləsinin 77-ci maddəsinə görə işçilərə təminatlar verilir.
  1. İşəgoturən əmək muqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işcini rəsmi xəbərdar etməlidir.
  2. Xəbərdarlıq muddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işci azı bir iş gunu əmək funksiyasının icrasından azad edilir.
  3. Əmək muqaviləsi işcilərin sayı və ya ştatları ixtisarı ilə ləğv edilərkən işcilərə:
    • orta əmək haqqından az olmamaqla işdəncıxarma muavinəti;
    • işdən cıxarıldığı gundən yeni işə duzələn gunədək ikinci və ucuncu aylar ucun orta əmək haqqı odənilir.
  4. İşəgoturən xəbərdarlıq muddətləri əvəzinə işciyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə odəməklə muvafiq əsasla əmək muqaviləsinə xitam verə bilər.
  5. Ücuncu bənddə nəzərdə tutulan orta əmək haqqı AR Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi tərəfindən işciyə verilən muvafiq arayışlar əsasında odənilir. Həmin arayış işdən cıxan gundən bir ay muddətində AR Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi qeydiyyata alınan şəxslərə verilir. Bu odəmələr işəgoturən, muəssisə ləğv edildikdə isə onun əmlakının yeni mulkiyyətcisi (əmlakın operativ idarəciliyini həyata kecirən huquqi, fiziki şəxs) tərəfindən odənilməlidir. Bu qayda muəssisəni satın alan yeni mulkiyyətciyə, o cumlədən bu maddənin dorduncu hissəsində nəzərdə tutulmuş hala şamil olunmur.
  6. Kollektiv muqavilələrdə, əmək muqaviləsində işcilərin işə duzəldiyi dovr ərzində daha uzun muddətə orta əmək haqqının saxlanılması, habelə bu maddənin ucuncu və yeddinci hissələrində gostərilmiş odəmələrin daha yuksək məbləğdə verilməsi nəzərdə tutula bilər.
  7. İşəgoturənlər iş yerlərinin ixtisarı ilə əlaqədar işdən azad olunmuş "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial mudafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə muəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq, habelə onların arasından olan şəxs hesab edilən işciləri sonradan həmin muəssisədə və ya digər muəssisədə işə duzəltmək ucun oz vəsaiti hesabına zəruri yeni peşə hazırlığına cəlb edirlər.
Ödənişlərin vergi uçotu.
İşcilərin sayı və ya ştatların ixtisar edildilməsi zamanı AR Əmək Məcəlləsində nəzərdə tutulan ödənişlərin növləri onlardan vergilərin hesablanmasını müəyyən edir.
AR Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə görə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti Orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.
Onu qeyd etmək lazımdır ki, müəvinətlər gəlir vegisindən azaddır, lakin işəgoturən xəbərdarlıq muddətləri əvəzinə işciyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə odəməsi ümumi qaydada gəlir vergisinə cəlb olunur.
İşcilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər
  1. Müvafiq hallarda işcilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən muəyyən vəzifələr uzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yuksəyinə malik olan işçilər işdə saxlanılır. İşcinin peşəkarlıq səviyyəsini işəgoturən muəyyən edir.
  2. İşəgoturən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:
    • şəhid ailəsinin uzvlərinə;
    • müharibə iştirakcılarına;
    • əsgər və zabitlərin arvadlarına (ərlərinə);
    • öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;
    • həmin muəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara;
    • məcburi köçkün, onlara bərabər tutulan şəxs və qacqın statusu olan şəxslərə; (5)
    • kollektiv muqavilələrdə və ya əmək muqavilələrində nəzərdə tutulan digər şəxslərə.
Əmək muqaviləsinin ləğv olunması qadağan edilən işcilər və hallar
İşəgoturən tərəfindən:
  • hamilə, habelə uc yaşınadək uşağı olan qadınların, uc yaşınadək uşağını təkbaşına boyudən kişilərin;
  • yeganə qazanc yeri işlədiyi muəssisə olub məktəb yaşına catmamış uşağını təkbaşına boyudən işcilərin;
  • əmək qabiliyyətini muvəqqəti itirən işcilərin;
  • işcinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə gorə;
  • həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın uzvu olması motivinə gorə;
  • ohdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə uzvu olan işcilərin;
  • məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi muddət ərzində işcilərin bu Məcəllənin 70-ci maddəsi ilə muəyyən edilmiş əsaslarla əmək muqaviləsinin ləğv edilməsi qadağandır.
Mənbə: www.muhasib.az

Məzuniyyət - Təhsil və yaradıcılıq məzuniyyəti

Yenilənmiş..

AR Əmək Məcəlləsi 

Maddə 122. Yaradıcılıq məzuniyyətləri və onların müddətləri

  1. İşəgötürənlə əmək münasibətlərində olmaqla yanaşı aspiranturada, doktoranturada müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq, həmçinin müəlliflərə dərsliklər və ya dərs vəsaiti yazmaq üçün ödənişli yaradıcılıq məzuniyyətləri verilə bilər.
  2. Elmlər namizədi elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü iki təqvim ayınadək, elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü isə üç təqvim ayınadək ödənişli yaradıcılıq məzuniyyəti verilir. Bu yaradıcılıq məzuniyyətlərindən işçi müvafiq elmi şuranın qərarına uyğun olaraq ona verilən arayış əsasında istifadə edir.
  3. İşləməklə yanaşı doktoranturada, aspiranturada təhsil alan (o cümlədən aspiranturaya daxil olmaq üçün) işçilərə hər tədris ilində 30 təqvim günü ödənişli məzuniyyət verilir.
  4. Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə və arayışı əsasında 3 ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər.
  5. Müvafiq elmi şura və ya müvafiq icra hakimiyyəti orqanı yaradıcılıq məzuniyyətlərinin müddətini və onlardan istifadə olunması məsələlərini qabaqcadan işəgötürənlə məsləhətləşməklə müəyyən etməlidir.
  6. Yaradıcılıq məzuniyyəti müddətində ödənilən əmək haqqı işçinin vəzifəsi (peşəsi) üçün müəyyən olunmuş aylıq əmək haqqından hesablanır.
Maddə 123. Ödənişli təhsil məzuniyyətləri
  1. İşləməklə yanaşı təhsil alan işçilərə aşağıdakı ödənişli təhsil məzuniyyətləri verilir:
    • müvafiq tədris mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, yoxlamaları və imtahanları vermək üçün;
    • dövlət imtahanlarını vermək üçün;
    • diplom layihəsini (işini) hazırlamaq və müdafiə etmək üçün.
  2. Ödənişli təhsil məzuniyyəti müddətində işçiyə bu Məcəllənin 177-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən orta əmək haqqı ödənilir.
Maddə 124. Təhsil məzuniyyətlərinin müddətləri
  1. Ali məktəblərin axşam şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 20 təqvim günü, qalan kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir.
  2. Orta ixtisas məktəblərinin axşam şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 10 təqvim günü, qalan kurslarda 20 təqvim günü müddətində məzuniyyət verilir.
  3. Ali məktəblərin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü, orta ixtisas məktəblərinin qiyabi şöbələrində oxuyan işçilərə isə birinci və ikinci kurslarda 20 təqvim günü, digər kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir.
  4. Ali və orta ixtisas məktəblərinin axşam və qiyabi şöbələrində təhsil alan işçilərə dövlət imtahanları dövründə 30 təqvim günü müddətində məzuniyyət verilir.
  5. Diplom işinin hazırlandığı və müdafiə edildiyi dövrdə ali məktəblərin axşam və qiyabi şöbələrində təhsil alan işçilərə 4 təqvim ayınadək, orta ixtisas məktəblərinin axşam və qiyabi şöbələrində təhsil alan işçilərə isə 2 təqvim ayınadək məzuniyyət verilir.
  6. Peşə məktəblərində, peşə litseylərində istehsalatdan ayrılmadan təhsil alan işçilərə imtahanlara hazırlaşmaq və imtahanları vermək üçün tədris ilində 30 təqvim günü müddətində məzuniyyət verilir.
  7. Orta ümumtəhsil məktəblərinin nəzdində axşam siniflərində və qiyabi qruplarında təhsil alan işçilərə buraxılış siniflərində imtahanlarını vermək üçün 20 təqvim günü müddətində məzuniyyət verilir.
  8. Bu maddədə nəzərdə tutulmuş məzuniyyətlərdən təhsil proqramları ilə müəyyən edilən dövrlərdə, təhsil müəssisəsinin verdiyi arayış əsasında istifadə oluna bilər.
mənbə: muhasib.az

Məzuniyyətlər haqqında Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikası vətəndaşlarının konstitusiya hüququ olan istirahət hüququnun qanunvericiliklə təmin edilməsi məqsədi ilə bu Qanun işçilərin normal istirahəti, əmək qabiliyyətinin möhkəmləndirilməsi, sağlamlığının mühafizəsi və bərpası, uşaqlarının tərbiyəsi və fizioloji tələbatının təmin edilməsi, həmçinin vətəndaşların təhsil hüququnun həyata keçirilməsi üçün məzuniyyətlərdən istifadə hüququnu və qaydasını tənzimləyir.
Qanun Beynəlxalq Əmək Təşkilatının Konvensiyalarına uyğun olaraq, bütün növ məzuniyyətlərin minimum müddətlərini müəyyən etməklə yanaşı, kollektiv müqavilələrin (sazişlərin) və ya fərdi əmək müqavilələrin (kontraktların) şərtlərinə əsasən işverənl wrə həmkarlar ittifaqları və ya əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi üçün işçilərin birləşdikləri digər nümayəndəli təşkilat (bundan sonra «həmkarlar ittifaqı» adlanacaq) ilə birlikdə işçilərin məzuniyyət hüquqlarını qanunvericilikdə nəzərdə tutulan müddəalara nisbətən genişləndirmək səlahiyyətlərini təsbit edir.
I fəsil. Ümumi müddəalar
Maddə 1. Vətəndaşların məzuniyyət hüququ
Mülkiyyət formasından, təsərrüfatçılıq və təşkilati-hüquqi tabeliyindən asılı olmayaraq, bütün idarələrdə, müəssisələrdə, təşkilatlarda (bundan sonra «müəssisələr» adlanacaq) işverənlərlə əmək münasibətlərində olan işçilər vəzifəsindən, iş rejimindən, əmək şəraitindən və fərdi əmək müqaviləsinin (kontraktının) müddətindən asılı olmayaraq, bu Qanunla müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının müəssisələrində işverənlərlə əmək münasibətlərində olan əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər də məzuniyyət hüququna malikdirlər.
Qanunvericiliklə müəyyənləşdirilən hallar istisna olmaqla, işçilərin məzuniyyət hüququnu məhdudlaşdırmaq qadağan edilir.
İşçilərin məzuniyyət hüququnu məhdudlaşdırmağa yönəldilən fərdi əmək müqavilələrinin (kontraktlarının) şərtləri etibarsız sayılır.
Maddə 2. Məzuniyyət hüququndan istifadə edən işçilərin hüquqi təminatları
Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi, habelə qanunla nəzərdə tutulan hallarda orta aylıq əmək haqqı saxlanılır. Həmin müddət işçinin əmək stajına (həmçinin ixtisası üzrə) daxil edilir.
Kollektiv müqavilələrdə (sazişlərdə) məzuniyyətdə olan işçilər üçün əlavə maddi, sosial-məişət təminatlarının verilməsi nəzərdə tutula bilər.
Müəssisənin tamamilə ləğv edilməsi halları istisna olmaqla, işverənin təşəbbüsü ilə məzuniyyətdə olan işçinin işdən çıxarılmasına və ya intizam məsuliyyətinə cəlb edilməsinə yol verilmir.
Maddə 3. Məzuniyyətin növləri
İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir:
  • əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyətləri;
  • anaların və uşaqların mühafizəsi üçün, habelə təhsil və yaradıcılıqla əlaqədar sosial məzuniyyətlər;
  • ödənişsiz məzuniyyətlər.
Maddə 4. İşçilərin ayrı-ayrı kateqoriyalarının məzuniyyət hüququnun tənzimlənməsi
Hərbi qulluqçulara məzuniyyətlərin verilməsi onların xidmət etdikləri hərbi qurumların daxili nizamnamələri, həmçinin «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Onlara sosial məzuniyyətlər bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əsasən verilir.
Müvəqqəti və mövsümi işçilərin məzuniyyət hüququ onlar işdən çıxarkən müqavilə müddətində işlədikləri vaxta mütənasib olaraq müvafiq pul əvəzi ödənilməklə həyata keçirilir.
Əvəzçilik üzrə işləyənlər əsas iş yerində verilən məzuniyyətlə bir vaxtda, qulluq etdikləri əlavə iş yerində də ödənişli məzuniyyət almaq hüququna malikdirlər.
II fəsil. Əmək məzuniyyəti
Maddə 5. Əmək məzuniyyəti anlayışı
Əmək məzuniyyəti işverənlə əmək münasibətlərində olan işçinin əməyinin və istehsalın xarakterinə görə normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi istirahət vaxtıdır.
Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır.
Əmək məzuniyyəti müvafiq vəzifə, peşə, ixtisas üzrə əmək vəzifələrini yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və iş stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər.
Maddə 6. Əsas məzuniyyət və onun müddətləri
Əsas məzuniyyət işçinin fərdi əmək müqaviləsində (kontraktında) göstərilmiş vəzifəsi, peşəsi, ixtisası üzrə minimum müddəti bu Qanunla müəyyən edilmiş məzuniyyətdir.
Mülkiyyət növündən asılı olmayaraq bütün müəssisələrdə işçilərə əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.
Əmək stajından asılı olaraq əsas məzuniyyətlər bu Qanunun 12ci maddəsində nəzərdə tutulan miqdarda artırılır.
Aşağıdakı işçilərə əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir:
  • kənd təsərrüfatı istehsalında çalışan işçilərə;
  • müəssisələrin, idarələrin və təşkilatların rəhbər işçilərinə və mütəxəssislərinə;
  • xüsusi rejimli tədris müəssisələri istisna olmaqla, tədris müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə ;
  • tədris müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə;
  • elmi dərəcəsi olmayan elmi işçilərə;
  • həkimlərə, orta tibb işçilərinə və əczaçılara.
Bu maddənin dördüncü hissəsinin ikinci abzasında göstərilən işçilərin siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
Natamam iş vaxtı (natamam iş günü və ya natamam iş həftəsi) şəraitində işləyən işçilərə əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində, yerinə yetirdikləri işə və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir.
Maddə 7. Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətləri
Pedaqoji və elmi fəaliyyətlə məşğul olan aşağıdakı işçilərin əmək məzuniyyətləri bu maddədə nəzərdə tutulan müddətdə verilir:
  • illik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan tədris müəssisələrinin rəhbər və inzibati-tədris heyəti işçilərinə; xüsusi rejimli tədris müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, təlimatçılarına, dərnək və musiqi rəhbərlərinə, konsertmeyster, akkompaniator, xormeyster və başqa musiqi işçilərinə; bütün ixtisas və adlardan olan müəllimlərə (məşqçi-müəllimlərdən başqa), uşaq birliyi rəhbərlərinə, magistrlərinə, praktik psixoloqlara, loqopedlərə, surdopedaqoqlara; tədris müəssisələrinin tərbiyəçilərinə (məktəbyanı internatların tərbiyəçilərindən başqa), eşitmə kabinetlərinin təlimatçılarına, dərnək rəhbərlərinə, hərbi rəhbərlərə, bədən tərbiyəsi rəhbərlərinə; sosial müdafiə orqanlarının və səhiyyə təşkilatlarının bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçilərinə – 56 təqvim günü;
  • uşaq evlərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara: metodika kabinetlərinin və mərkəzlərinin rəhbərlərinə, metodistlərinə və təlimatçılarına; məktəbyanı internatların tərbiyəçilərinə; məktəbdənkənar uşaq müəssisələrinin dərnək rəhbərlərinə, kütləvi işçilərə; məşqçi-müəllimlərə – 42 təqvim günü;
  • bütün ixtisaslardan və adlardan olan müəllimlərə, uşaq birliyi təşkilatının rəhbərlərinə, magistrlərinə, hərbi rəhbərlərinə, əmək təlimi ustalarına və təlimatçılarına;
  • sosial təminat orqanlarının və səhiyyə təşkilatlarının bilavasitə pe daqoji fəaliyyətlə məşğul olan işçilərinə — 56 təqvim günü;
  • uşaq evlərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə; tədris müəssisələrinin tərbiyəçilərinə, dərnək və musiqi rəhbərlərinə;
  • metodika kabinetlərinin və mərkəzlərinin metodistlərinə və təlimatçılarına — 42 təqvim günü;
  • elmi tədqiqat müəssisələrinin, habelə ali məktəblərin elmi tədqiqat bölmələrinin elmlər doktoru (doktor) elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlər nə, elmi katiblərinə;
  • müvafiq elmi şuranın qərarı əsasında müstəqil elmi tədqiqat işləri aparan elmi işçilərə — 56 təqvim günü;
  • sadalanan işçilərin elmlər namizədi (magistr) elmi dərəcəsi olduqda isə 42 təqvim günü.
Maddə 8. Teatr-tamaşa və digər müəssisələrin bəzi kateqoriyalardan olan işçilərinin məuniyyətlərinin tənzimlənməsi
Teatr-tamaşa müəssisələrinin bədii rəhbər və artist heyətinin, bilavasitə səhnəyə xidmət edən işçilərinin, televiziya, radio və kinematoqrafiya qurumlarının bədii rəhbər və artist heyətinin, habelə Azərbaycan Respublikasının dövlət müəssisələrinin və bi gə müəssisələrinin xarici ölkələrdə olan işçilərinin əmək məzuniyyətlərinin müddətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.
Maddə 9. İşçilərin fizioloji keyfiyyətlərinə görə verilən əsas məzuniyyətlər və onların müddətləri
Yaşı 16-dan az olan işçilərə əsas məzuniyyət — 42 təqvim günü, 16 yaşından 18 yaşınadək işçilərə isə 36 təqvim günü müddətində verilir.
Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq (Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edib əlil olan şəxslərdən başqa) bütün işləyən əlillərə əsas məzuniyyət 42 təqvim günündən aza olmayaraq veri +ir.
Maddə 10. Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərin məzuniyyəti
Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət alan şəxslərə, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, « İstiqlal» ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş şəxslərə məzuniyyət 42 təqvim günündən az olmayaraq verilir.
Maddə 11. Əməyin şəraitinə və xarakterinə görə əlavə məzuniyyətlər
Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır olan işçilərə onların sağlamlığının qorunması məqsədilə əsas məzuniyyətlərindən savayı əlavə məzuniyyətlər verilir.
Əlavə məzuniyyət hüququ verən, əmək şəraiti zərərli və ağır olan istehsalatların, iş yerlərinin, peşə və vəzifələrin siyahısı, həmin məzuniyyətlərin minimum müddəti göstərilməklə, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
Əmək şəraiti zərərli və ağır olan işçilərə əlavə məzuniyyət müvafiq istehsalatda, iş yerində, peşə və ya vəzifədə iş ili ərəzində faktik işlədiyi vaxta mütənasib olaraq verilir. Tam müddətli əlavə məzuniyyət hüququ işçi həmin iş yerlərində üst-üstə azı altı ay işlədikdə əmələ gəlir.
Əmək fəaliyyəti yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə, səhhətə mənfi təsir göstərən digər amillərlə bağlı olan işçilərə işin xüsusi xarakterinə görə əlavə məzuniyyətlər verilir.
İşin xüsusi xarakterinə görə əlavə məzuniyyətin minimum müddəti iş növləri və işçi kateqoriyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı ilə müəyyənləşdirilir.
Bu maddədə göstərilmiş iş yerlərində çalışan işçilərə kollektiv müqavilələrlə (sazişlərlə) qanunvericilikdə müəyyən edilmiş əlavə məzuniyyətin minimum müddətindən artıq əlavə məzuniyyətin verilməsi nəzərdə tutula bilər. Belə əlavə məzuniyyət həmçinin işçi işə götürülərkən bağlanan fərdi əmək müqaviləsi (kontraktı) ilə də müəyyən edilə bilər.
Maddə 12. Əmək stajına görə və uşaqlı qadınlara verilən əlavə məzuniyyətlər
Əmək stajından asılı olaraq işçilərə(pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilər istisna edilməklə):
  • beş ildən çox əmək stajı olduqda — 3 təqvim günü;
  • on ildən çox əmək stajı olduqda — 6 təqvim günü;
  • on beş ildən çox əmək stajı olduqda — 9 təqvim günü müddətində əlavə məzuniyyətlər verilir.
Əmək stajına görə əlavə məzuniyyətin müddətinin müəyyən edilməsindən ötrü ümumi əmək stajı pensiyaların təyin edilməsi üçün müəyyənləşdirilmiş qaydada hesablanır.
Əsas və əlavə məzuniyyətlərinin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan işləyən qadınlara 3 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin 16 yaşınadək əlil uşağı olan qadınlara isə 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Bu maddənin üçüncü hissəsində göstərilən əlavə məzuiyyət hüququ uşaqlarını təkbaşına böyüdən atalara, həmçinin uşaqları övladlığa götürmüş şəxslərə də şamil edilir.
III fəsil. Əmək məzuniyyəti hyququnun həyata keçirilməsi qaydası
Maddə 13. Əmək məzuniyyətlərinin verilməsi qaydası
İşçinin birinci iş ili üçün əmək məzuniyyəti hüququ işverənlə fərdi əmək müqaviləsinin (kontraktının) bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.
Müəssisədə altı ay işlədikdən sonra birinci iş ili bitənədək işçiyə məzuniyyət öz arzusu ilə onun üçün əlverişli olan vaxtda verilməlidir.
İşin ikinci və sonrakı illəri üçün məzuniyyətlər iş ilinin müvafiq vaxtında məzuniyyətlərin verilməsi növbəsində nəzərdə tutulmuş vaxtda verilə bilər.
Aşağıdakı şəxslərin işə götürüldüyü vaxt nəzərə alınmadan işin birinci ili üçün məzuniyyətdən istifadə etmək hüququ vardır:
  • qadınların hamiləliyə və doğuşa görə — sosial məzuniyyətdən bilavasitə əvvəl,yaxud sonra;
  • on səkkiz yaşına çatmamış işçilərin;
  • müddətli hərbi xidmətdən buraxıldıqdan üç ay keçənədək işə götürülən işçilərin;
  • əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlərin;
  • hərbi qulluqçu arvadının (ərinin);
  • təhsil müəssisələrində oxuyan şəxslərin — kurs işlərinin və ya imtahanların verildiyi, diplomun müdafiə edildiyi vaxtda;
  • qanunvericilikdə nəzərdə tutulan hallarda müəssisədən sərbəstləşdirilmiş işçilərin;
  • əlillərin;
  • bir müəssisədən başqa müəssisəyə keçirilmiş işçilərin.
Bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq məzuniyyətlər yay tətili dövründə verilir.
Maddə 14. Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər
Məzuniyyət hüququ verən əmək stajına işçinin faktik işlədiyi vaxtdan savayı aşağıdakı dövrlər də daxil edilir:
  • iş yerinin və qanunvericilikdə nəzərdə tutulan hallarda əmək haqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı dövr;
  • qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin əmək haqqı ödənilməli olan məcburi işburaxma dövrü;
  • sosial sığorta üzrə müavinət verilməklə əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;
  • qanunsuz və əsassız həbs edilməklə və ya ittiham edilərək azadlıqdan məhrum edilməklə və yaxud azadlıqdan məhrum edilmədən qanunsuz və əsassız cinayət məsuliyyətinə cəlb edilməklə işdən kənar laşdırılan və müəyyən edilmiş qaydada tam bəraət alaraq işə bərpa edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə olduğu dövr.
Uşağa qulluq etməklə əlaqədar qismən ödənişli sosial məzuniyyətlərin, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri, habelə azadlıqdan məhrum edilmədən islah işlərinə cəlb edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir.
Maddə 15. Əmək məzuniyyətlərinin verilməsində növbəlilik
İşçilərə əmək məzuniyyətləri istehsalın və işin normal gedişinə xələl gətirilməməsi, məzuniyyətlərin uçotunun düzgün aparılması üçün müəyyənləşdirilmiş növbə ilə verilməlidir.
Məzuniyyətlərin verilmə növbəsi hər il yanvar ayının sonunadək həmkarlar ittifaqı ilk təşkilatının rəyi öyrənilməklə işverən tərəfindən təsdiq edilir.
Məzuniyyətlər təsdiq edilmiş növbə ilə müəyyənləşdirilmiş vaxtda verilməlidir.
Yalnız bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan hallarda məzuniyyətin verilməsi başqa vaxta keçirilə bilər. Bu zaman məzuniyyətlərin verilmə növbəsində əsaslandırılmaq şərti ilə müvafiq dəyişikliklər edilməlidir.
Aşağıdakı işçilərə məzuniyyət özlərinin arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilməlidir:
  • 14 yaşınadək iki və daha çox uşağı və ya 16 yaşınadək əlil uşağı olan qadınlara;
  • 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma;
  • hərbi qulluqçu arvadına (ərinə);
  • əlillərə;
  • döyüşən ordunun tərkibində olmuş bütün müharibə iştirakçılarına;
  • Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya məruz qalmış və ya şüa xəstəliyinə tutulmuş şəxslərə;
  • on səkkiz yaşına çatmamış işçilərə;
  • istehsalatdan ayrılmadan təhsil alan işçilərə;
  • bu Qanunun 10-cu maddəsində göstərilmiş şəxslərə.
Maddə 16. Məzuniyyətin başqa vaxta keçirilməsi şərtləri və qaydası
Əmək məzuniyyətlərinin verilmə növbəsində nəzərdə tutulan məzuniyyətin verilmə vaxtı həm işverənin, həm də işçinin təşəbbüsü ilə əsaslandırılmış qaydada yalnız bu maddədə göstərilən hallarda başqa vaxta keçirilə bilər.
Məzuniyyətin başqa vaxta keçirilməsi dedikdə, məzuniyyətlərin verilmə növbəsi ilə nəzərdə tutulmuş məzuniyyətin vaxtının cari ilin başqa vaxtına keçirilməsi və eləcə də məzuniyyətin 21 təqvim günündən artıq hissəsinin başqa iş ilinə keçirilməsi başa düşülməlidir.
İşçinin təşəbbüsü ilə aşağıdakı hallarda məzuniyyət başqa vaxta keçirilə bilər:
  • əmək qabiliyyəti müvəqqəti itirildikdə;
  • əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə;
  • dövlət və ya ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildikdə;
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.
İşçiyə məzuniyyətin müəyyən edilmiş növbədə nəzərdə tutulan vaxtda verilməsinin istehsalın normal gedişinə xələl gətirə biləcəyi hallarda işverənin təşəbbüsü ilə məzuniyyət başqa vaxta keçirilə bilər. Bu zaman işverən işçinin və həmkarlar ittifaqı ilk təşkilatının razılığını almalıdır.
Məzuniyyətin başqa vaxta keçirilməsinə həmkarlar ittifaqı ilk təşkilatı əsaslandırılmış qərarı ilə imtina edə bilər.
Məzuniyyətin başqa vaxta keçirilməsi işverənin əsaslandırılmış əmri (sərəncamı və ya qərarı) ilə rəsmiləşdirilməli və bununla işçi imzası qoyulmaqla tanış edilməlidir. Əmrdə (sərəncamda, qərarda) məzuniyyətin başqa vaxta keçirilməsinin səbəbləri və gələcəkdə veriləcəyi vaxt göstərilməlidir.
Tərəflərin qarşılıqlı razılığı ilə məzuniyyətin istifadə edilməyən hissəsi növbəti iş ili üçün verilən məzuniyyətlə birləşdirilə bilər.
Maddə 17. Məzuniyyətlərin verilməsinin və başqa vaxta keçirilməsinin qadağan edildiyi hallar
İllik məzuniyyətin minimum müddətinin bir iş ilindən başqa iş ilinə keçirilməsi, habelə 2 il ərzində dalbadal illik məzuniyyətin minimum müddətindən artıq hissəsinin verilməməsi qadağandır.
Zərərli, təhlükəli və ağır əmək şəraitinə görə əlavə məzuniyyət hüququ olan işçilərə, 18 yaşına çatmamış işçilərə əmək məzuniyyətinin, habelə uşaqlı qadınlara əlavə məzuniyyətlərin verilməməsi və ya başqa iş ilinə keçirilməsi qadağandır.
Maddə 18. Əsas və əlavə məzuniyyətlərin cəmlənmə qaydası
İşçinin arzusu ilə əsas məzuniyyət (bu Qanunun 6-cı maddəsi) əlavə məzuniyyəti ilə (bu Qanunun 11-ci və 12-ci maddələri) cəmlənərək birlikdə,yaxud ayrılıqda verilməlidir.
İşçinin eyni vaxtda bu Qanunun 11-ci maddəsində nəzərdə tutulan iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir.
Maddə 19. Məzuniyyətin hissələrə bölünməsi və məzuniyyətdən geriçağırma qaydası
Əmək məzuniyyəti işçinin arzusu ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən biri 14 təqvim günündən az olmasın.
Müstəsna hallarda — istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə müəssisənin fəaliyyətinin, istehsalın gedişinin təmin edilməsi üçün təxirəsalınmaz işləri — görülməsi zərurəti olduqda məzuniyyətdə olan işçi ancaq öz razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Məzuniyyətdən geriçağırma bu Qanunun 20-ci maddəsində nəzərdə tutulan qaydada əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirilməlidir.
Məzuniyyətdən geri çağırılan işçiyə işə başladığı gündən etibarən əmək haqqı hesablanır və istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur. Məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda yenidən verilərkən bu Qanunun 27-ci maddəsində nəzərdə tu tulan qaydada məzuniyyət pulu yenidən hesablanıb ödənilməlidir.
Maddə 20. Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması
Əmək, sosial və ödənişsiz məzuniyyətlərin verilməsi işverənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı, vəzifəsi, verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı və qurtardığı il, ay, gün göstərilməlidir.
Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı on gün qalmış verilir və işçi onunla tanış olub imza atır.
Əmr (sərəncam, qərar) verilərkən müəssisədə təsdiq edilmiş məzuniyyətlərin verilmə növbəliliyi və məzuniyyət hüququnu tənzimləyən qanunvericilik aktları və ya lokal aktlar (əmək bağlaşması, kollektiv müqavilə, saziş) əsas götürülür.
İşçi bu Qanunun 15-ci maddəsində göstərilən növbə üzrə müəyyən
edilmiş vaxtda əmək məzuniyyətindən istifadə etməkdən müəyyən səbəblərdən imtina edərsə, onun əsaslandırılmış ərizəsi əsasında müvafiq əmr (sərəncam, qərar) verilir.
İşçinin iradəsinə zidd olaraq onun məzuniyyətdən imtina etməsi barədə verilən əmr (sərəncam, qərar) etibarsız sayılır.
Müəssisədə məzuniyyətlərin verilməsinin dəqiq uçotu aparılmalıdır. Məzuniyyətlərin uçotu Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təsdiq etdiyi formada işçilərin şəxsi uçot «ərəqələrində aparılır. Həmin uçot vərəqələrində işçilərə verilən bütün növ məzuniyyətlər barəsində qeydlər əks etdirilməlidir.
İşverən məzuniyyətlərin uçotunu dürüst və vaxtında aparmağa borcludur.
IV fəsil. Sosial məzuniyyətlər
Maddə 21. Sosial məzuniyyətlərdən istifadə hüququ
Analıq hüququnu həyata keçirmək, uşaqları sağlam böyütmək, təhsil almaq və elmi yaradıcılıqla məşğul olaraq təhsil səviyyəsini artırmaq üçün işçilərin sosial məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
Maddə 22. hamiləliyə və doğuşa görə sosial məzuniyyətlər
Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl yetmiş təqvim günü və doğuşdan sonra əlli altı təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət yetmiş təqvim günü müddətində verilir.
Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:
  • normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü);
  • doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü);
  • iki və daha çox uşaq doğudduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü).
Məzuniyyət haqqı doğuşdan əvvəl verilmiş məzuniyyətin faktik istifadə edilən günlərinin sayından asılı olmayaraq, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir.
2 aylığadək uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən uşaq böyüdən şəxslər doğuşdan sonra müəyyən edilmiş 56 təqvim günlük məzuniyyətdən, həmçinin bu Qanunun 12-ci, 23-cü və 30-cu maddələrində nəzərdə tutulan məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
Hamiləliyə və doğuşa görə sosial məzuniyyət müddətində müavinətin hesablanması və ödənilməsi qaydası müvafiq qanunvericiliklə tənzimlənir.
Maddə 23. Qismən ödənişli məzuniyyət hüququ
Mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrdə əmək münasibətlərində olan, bilavasitə uşağa qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli məzuniyyət almaq hüququna malikdirlər.
Həmin məzuniyyət dövründə uşağa qulluq edən şəxsə hər uşaq yaş yarımına çatanadək respublika üzrə qanunvericiliklə müəyyən edilmiş minimum əmək haqqının iki misli, uşaqların yaş yarımdan üç yaşına çatanadək isə minimum əmək haqqının bir misli miqdarında müavinət verilir.
Maddə 24. Yaradıcılıq məzuniyyətləri və onların müddətləri
İşverənlə əmək münasibətlərində olmaqla yanaşı magistraturada (aspiranturada), doktoranturada müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq, həmçinin müəlliflərə dərsliklər və ya dərs vəsaiti yazmaq üçün yaradıcılıq məzuniyyətləri verilir.
Elmlər namizədi (magistr) elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü üç təqvim ayınadək, elmlər doktoru (doktor) elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü isə altı təqvim ayınadək ödənişli yaradıcılıq məzuniyyəti verilir. Bu yaradıcılıq məzuniyyətlərindən işçi ixtisaslaşd ırılmış elmi şuranın qərarına uyğun olaraq ona verilən xüsusi arayış əsasında istifadə edir. Məzuniyyətin konkret müddəti elmi şuranın qərarı ilə müəyyən edilir.
Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, yaxud müvafiq dövlət idarəetmə orqanının qərarı ilə üç ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər. Bu məzuniyyət müvafiq dövlət idarəetmə orqanının qərarı ilə xüsusi arayış əsasında verilir. Məzuniyyə bin konkret müddəti arayışda göstərilməlidir.
Maddə 25. Təhsil almaqla əlaqədar verilən ödənişli məzuniyyətlər
İstehsalatdan ayrılmadan təhsil alan işçilərə aşağıdakı ödənişli məzuniyyətlər verilir:
  • laboratoriya işlərinin yerinə yetirilməsi, yoxlamaların və imtahanların verilməsi üçün;
  • dövlət imtahanları verilməsi üçün;
  • diplom layihəsinin (işinin) hazırlandığı və müdafiə edildiyi dövr üçün.
Ali məktəblərin axşam şöbələrində müvəffəqiyyətlə oxuyan tələbələrə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər il birinci və ikinci kurslarda 20 təqvi , günü, üçüncü və daha yuxarı kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir. Orta ixtisas məktəblərinin axşam şöbələrində müvəffəqiyyətlə oxuyan şagirdlərə laboratoriya işlərini yerin w yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər il birinci və ikinci kurslarda 10 təqvim günü, üçüncü və daha yuxarı kurslarda 20 təqvim günü müddətində məzuniyyət verilir.
Ali və orta ixtisas məktəblərinin qiyabi şöbələrində müvəffəqiyyətlə oxuyan tələbələrə və şagirdlərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər il biri nci və ikinci kurslarda 30 təqvim günü, üçüncü və daha yuxarı kurslarda 40 təqvim günü müddətində məzuniyyət verilir.
Ali və orta ixtisas məktəblərinin axşam və qiyabi şöbələrində təhsil alan tələbələrə və şagirdlərə dövlət imtahanları dövründə 30 təqvim günü müddətində məzuniyyət verilir.
Diplom layihəsinin (işinin) hazırlandığı və müdafiə edildiyi dövrdə ali məktəblərin axşam və qiyabi şöbələrinin tələbələrinə 4 təqvim ayınadək, orta ixtisas məktəblərinin axşam və qiyabi şöbələrinin şagirdlərinə isə 2 təqvim ayınadək məzuniyyət verilir.
Texniki peşə məktəblərində istehsalatdan ayrılmadan müvəffəqiyyətlə təhsil alan işçilərə imtahanlara hazırlaşmaq və imtahanları vermək üçün il ərzində 34 təqvim günü müddətində məzuniyyət verilir.
Orta ümumtəhsil məktəblərinin nəzdində axşam siniflərində və qiyabi qruplarında istehsalatdan ayrılmadan təhsil alan işçilərə XI buraxılış siniflərində imtahanları vermək üçün 20 təqvim günü, IX sinifdə isə 8 təqvim günü müddətində məzuniyyət verilir.
Məzuniyyətlərdən həmin müəssisə və təşkilatda əmək stajından asılı olmayaraq, təhsil proqramında nəzərdə tutulan dövrlərdə, təhsil müəssisəsinin verdiyi arayış əsasında istifadə oluna bilər.
Magistraturaya, doktoranturaya (aspiranturaya) qəbul imtahanı verən işçilərə 31 təqvim günü ödənişli məzuniyyət verilir.
İstehsalatdan ayrılmadan magistraturada, doktoranturada (aspiranturada) təhsil alan işçilərin hər il 31 təqvim günü müddətində ödənişli məzuniyyət almaq hüququ vardır.
V fəsil. Məzuniyyət vaxtı əmək haqqının ödənilməsi
Maddə 26. Məzuniyyət haqqı ödənilərkən nəzərə alınan əmək haqqı növləri
Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə, sosial sığorta ayırmaları tutulan bütün əmək haqqı növləri, o cümlədən daxili əvəzçilik üzrə əmək haqqı nəzərə alınır.
Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və nəzərə alınmayan ödənişlərin geniş siyahısını, habelə zəruri hallarda məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırlayıb təsdiq edir.
Maddə 27. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi
Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətdən əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyənləşdirilir.
Müəssisədə, idarədə, təşkilatda 12 təqvim ayından az işləyib məzuniyyətə çıxmaq istəyən şəxslərin orta aylıq əmək haqqı faktik işlənmiş tam təqvim aylarına əsasən hesablanır.
Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30, 4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği əmək məzuniyyətinin təqvim günlərinin sayına vurulur.
Məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işdən çıxarkən istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir.
Məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci üç gün qalmış ödənilməlidir.
Məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyət başlanandan sonra ödənilmişdirsə, məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik ödənildiyi gündən hesablanmalıdır.
Məzuniyyət vaxtı üçün hesablanmış əmək haqqı qanunvericilikdə nəzərdə tutulan qaydada əmsallaşdırılır.
Maddə 28. Məzuniyyət vaxtı orta əmək haqqını ödəmək üçün vəsaitin mənbələri
Büdcədən maliyyələşdirilən idarələrdə və təşkilatlarda əmək məzuniyyətlərinin haqqı, onların maliyyələşdirilməsinə çəkilən xərclərin smetasında əmək haqqı üçün nəzərdə tutulan vəsait hesabına, təsərrüfat hesablı, özəl müəssisələrdə, ictimai təşkilatlarda (birliklərdə) və digər müəssisələrdə isə əməyin ödənilməsi üçün nəzərdə tutulan vəsait hesabına ödənilir.
VI fəsil. Ödənişsi3 məzuniyyətlər
Maddə 29. Ödənişsiz məzuniyyətlərdən istifadə hüququ
Qohumluq borcunun yerikə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə və digər üzürlü səbəblərə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
Maddə 30. Ödənişsiz məzuniyyətlərin növləri və müddətləri
Ödənişsiz məzuniyyətlər qanunvericilikdə nəzərdə tutulan hallarda işçilərin arzusu və tərəflərin qarşılıqlı razılığı ilə verilir.
İşçilərin arzusu ilə aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilməlidir:
  • Həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud uşağa bilavasitə qulluq edən ailənin digər üzvünə — uşaq dörd yaşına çatanadək;
  • arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə — 14 təqvim gününədək;
  • 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara — 14 təqvim gününədək; əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə bir təqvim ayınadək;
  • müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə — 14 təqvim gününədək; Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi zamanı zərərçəkən işçilərə — 14 təqvim gününədək;
  • qazanılmış immunitet çatışmazlığı sindromu (QİÇS) xəstəliyinə tutulmuş və ya immunitet çatışmazlığı virusu (İÇV) ilə yoluxmuş uşaq böyüdən, həmçinin 16 yaşınadək əlil uşağı olan valideynlərə — 14 təqvim gününədək;
  • magistraturada, doktoranturada, aspiranturada təhsil alan işçilərə — bir təqvim ayınadək;
  • ali məktəblərdə qəbul imtahanlarına buraxılan işçilərə 15 təqvim günü, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə — 10 təqvim günü;
  • müəllifə ixtirasının və ya səmərələşdirmə təklifinin işlədiyi müəssisədən kənar yerdə ilkin tətbiqi zamanı — 14 təqvim gününədək;
  • ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə — səhiyyə müəssisəsinin rəyində göstərilən müddətdə.
İşverənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda, o cümlədən fərdi əmək müqaviləsi (kontraktı) ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.
VII fəsil. Əmək, mynasibətlərinə xitam verilərkən məzuniyyət hyququnun tənzimlənməsi qaydası
Maddə 31. Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi
Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə fərdi əmək müqaviləsinə (kontraktına) xitam verilərkən (təqsirli hərəkətlərinə görə işverənin təşəbbüsü ilə işdən çıxarılma halları isti ana olmaqla) işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.
Fərdi əmək müqaviləsi (kontraktında) başqa hal nəzərdə tutulmayıbsa, müddətli fərdi əmək müqaviləsinin (kontraktının) müddətinin bitməsi ilə əlaqədar əmək münasibətlərinə xitam verilməsi hallarına da bu qayda şamil edilə bilər. Bu zaman fərdi əmək müqaviləsinin (kontraktının) müddəti məzuniyyət müddəti başa çatanadək uzadılmış hesab edilir.
İşçi bu maddədə nəzərdə tutulan hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Qanunun 32-ci maddəsi ilə müəyyən edilən qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir.
Maddə 32. İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi
Əmək münasibətlərində olan işçilərin məzuniyyətlərinin pul ilə əvəz edilməsi qadağandır.
İşçi bu Qanunun 31-ci maddəsində göstərilən qaydada məzuniyyətdən istifadə etməklə işdən çıxarılmağını bildirməyibsə, fərdi əmək müqaviləsinə (kontraktına) xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq ona istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi ödənilməlidir.
Əmək münasibətlərinə xitam verilərkən sosial məzuniyyətlər habelə bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan uşaqlı analara verilən əlavə məzuniyyətlər pul ilə əvəz edilmir.
Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçi ilə həmin iş ili başa çatanadək fərdi əmək müqaviləsinə (kontraktına) xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.
VIII fəsil. Yekun müddəaları
Maddə 33. Kollektiv müqavilələrlə (sazişlərlə) məzuniyyətlərin verilməsinin əlavə qaydalarının tənzimlənməsi
Mülkiyyət formasından asılı olmayaraq müəssisələrdə işverənlər həmkarlar ittifaqı ilk təşkilatı ilə birlikdə müəssisənin hesabına məzuniyyətlərin başqa növlərini, onların müddətlərinin artırılmasını, məzuniyyət dövründə işçilərin ayrı-ayrı kateqoriyalarına və ya kollektivin bütün üzvlərinə əlavə maddi-məişət güzəştlərinin verilməsini kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tuta bilərlər.
Kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan şərtlərlə və qaydalarda, müəssisənin normal fəaliyyətini pozan amillər təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işverənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər.
Maddə 34. Məzuniyyət hüququnun təmin edilməsinə əməl olunmasına nəzarət
Məzuniyyət hüququnun təmin edilməsinə nəzarəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş orqanlar həyata keçirirlər.
Maddə 35. Məzuniyyət hüququnun pozulmasına görə məsuliyyət
İşçilərin məzuniyyət hüququnu məhdudlaşdıran işverənlər, digər səlahiyyətli vəzifəli şəxslər qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilirlər.
Maddə 36. Məzuniyyət hüququnun həyata keçirilməsi zamanı meydana çıxan mübahisələrin həlli
Məzuniyyət hüququnun həyata keçirilməsi zamanı meydana çıxan əmək mübahisələrinə həmin mübahisələrin həlli qaydasını tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada baxılır. Azərbaycan Respublikasının prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 19 iyul 1994-cü il.
№ 854.
«Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir, 1994-cü il, № 23-24, maddə 343 («VneshExpertService»).
«Azərbaycan» qəzetində dərc edilmişdir (01 dekabr 1994-cü il, № 233).
25 aprel 1997-ci il tarixli, 281-IQD nömrəli Qanuna əsasən dəyişikliklər və əlavələrlə.
1 fevral 1999-cu il tarixli, 618-IQ nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür.

© VneshExpertService

Məzuniyyət - Məzuniyyət vaxtı üçün əmək haqqının ödənilməsi qaydaları



Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.
12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.
Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqının hesablanması ilə excel faylda tanış ola bilərsiniz.Mezun_hesablama.xls
İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.
Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir.
Məzuniyyət vaxtı üçün ödənlən orta əmək haqqı aşağıdakı qaydada əmsallaşdırılır:
Orta aylıq əmək haqqı = ((ƏH1*Ə1+ƏH2*Ə2+...)+ƏH)/N
Burada, ƏH1, ƏH2, ... - tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artımından əvvəlki ayrı-ayrı artım dövrlərində işçinin əmək haqqının cəmi;
ƏH - tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artımından sonrakı aylar üzrə işçinin əmək haqqının cəmi;
Ə1, Ə2, ... - son kütləvi artımından sonra tarif (vəzifə) maaşının əvvəlki artım dövrlərində tarif (vəzifə) maaşlarına olan nisbətdən alınan təshih əmsalları;
N - məzuniyyət haqqı hesablanarkən nəzərə alınan ayların sayı.
Məzuniyyət vaxtı üçün orta əmək haqqı əmsallaşdırılarkən tarif (vəzifə) maaşına faizlə (əmsalla) müəyyən edilməyən əlavələr əmsallaşdırılmır. 

 Mənbə:muhasib.az

İşçilərə məzuniyyətin verilməsi

Əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası
Beş ildən on ilədək əmək stajı olduqda işçiyə - 2 təqvim günü , on ildən on beş ilədək əmək stajı olduqda - 4 təqvim günü, on beş ildən çox olduqda – 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir 
Pedoqoji və elmi fəaliyyətlə məşğul olan aşağıdakı işçilərin  əmək məzuniyyətlərinin müddəti 56 təqvim günüdür
İllik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan təhsil müəssisələrinin rəhbər və pedaqoji işçilərinin

 tərbiyəçilərin

 təlimatçıların

 dərnəklərin

 musiqi rəhbərlərinin

 konsertmeysterlərin

akkompaniatorların

 xormeysterlərin

  başqa musiqi işçilərinin
 Pedoqoji və elmi fəaliyyətlə məşğul olan aşağıdakı işçilərin  əmək məzuniyyətlərinin müddəti 42 təqvim günüdür
Uşaq evlərinin

Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinin

Tərbiyəçilərinin

Musiqi rəhbərlərinin 

Praktik psixoloqların
Yaradıcılıq məzuniyyətlərinin müddətləri 
İşləməklə yanaşı doktoranturada təhsil alan ( o cümlədən doktoranturaya daxil olmaq üçün ) işçilərə hər tədris ilində  30 təqvim günü ödənişli məzuniyyət verilir.
Aşağıdakılar ödənişli məzuniyyətlə  verilir
Müvafiq tədris mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək

laboratoriya işlərini yerinə yetirmək

yoxlamalar

və imtahanları vermək üçün  verilən məzuniyyət 

dövlət imtahanlarını vermək üçün verilən məzuniyyət 
Təhsil məzuniyyətlərinin müddəti aşağıdakı kimidir


Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan tələbə olan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri , yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü , qalan kurslarda 40 təqvim günü, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə isə birinci və ikinci kurslarda 20 təqvim günü , digər kurslarda 20 təqvim günü məzuniyyət verilir.

İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyət müddəti


Ailə , məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə  7 təqvim gününədək ödənişsiz məzuniyyət verilə bilər

“Yeni İl” şənliyinin ssenarisi.


Aparıcı T- Açın qapıları,taybatay açın
Təzə il vətənə vüqarla gəlsin
Duyub arzusunu yarın yoldaşın
Könüllər dindirən baharla gəlsin.
Aparıcı B-Bilib ünvanında qəhrəmanların
Zəfər məclisinə zəfərlə gəlsin
Görüb sevincini mərd insanların
Yaxası,günəşlə,səhərlə gəlsin
Aparıcı T-Salam əziz uşaqlar və hörmətli müəllimlər!
Aparıcı B-Xoş gördük sevimli,qayğıkeş, gülərüz dostlar
Ap. T-Ap. B-Yeni iliniz mübarək !!!
Aparıcı T-Yeni il, yeni arzular,yeni əməllər,yeni-yeni uğurlar deməkdir.Yola salmağa hazırlaşdığımız 2013-cü ilin son günləri,son xəzanları budaqlardan asılıb qalmış yarpaqlar kimidir.
Aparıcı B-Budur,2014-cü ilin astanasındayıq.Görəsən qarşıdan bizi hansı yeniliklər gözləyir.
Aparıcı T-İcazə verin şənliyimizi bir mahnı ilə başlayaq.Oxuyur Cəfərov Mirəhməd.
Aparıcı-B “Yeni il gəldi” oxuyurlar...........sinif şagirdləri..................................................................................................................................
Aparıcı T -Hər bir tədbirin belə adət ənənəsi var ki,böyük sözünə,böyük nəsihətlərinə ehtiyac duyulur.
Aparıcı B- Məhz buna görə də ilk sözü məktəbimizin direktoru Rauf müəllimə veririk.
Aparıcı T-Uşaqlar gəlin,şaxta baba gələnə qədər.............. və ..................ni rəqsə dəvət edək.
Aparıcı B- Uşaqlar nədənsə şaxta baba yubanır.Gəlin onu səsləyək.(Xor oxuyur.Şaxta baba,şaxtacan,hardasan bu vaxtacan? 2 dəfə).Şaxta baba və Qar qız qarşıda görünür.
Şaxta baba- Salam uşaqlar ! ( Xor salamı alır)
Mənim nəvələrim,nəticələrim! Axır ki, qarlı dağları aşıb,çoxlu-çoxlu elləri dolaşıb,nəhayət sizin görüşünüzə gəldim.Bax Qar qız balamla sizlərə çoxlu-çoxlu sovqat da gətirmişəm.Uşaqlar düzünü deyim ki,bu tezliklə sizin məktəbə gəlməyəcəkdim.İlk səfərim başqa məktəbə idi,yolumsa sizin məktəbin həyətindən keçirdi.İçəridən eşitdiyim musiqi məni bura gəlməyə məcbur etdi. Uşaqlar elə gözəl oxuyurdular ki,düzü bayaqkı musiqinin təsirindən qurtarmamışam.Deyirəm Qar qız, o musiqini bir də çalsaydılar balalarımızla bir yerdə oynayardıq.(rəqs çalınır,şaxta baba uşaqlarla oynayır)
Şaxta baba- çox sag olun uşaqlar,çoxdandır ki belə rəqs etməmişdim.Düzdür,bir balaca yoruldum.Axı sizə baxanda mən bir balaca qocayam.
Qar qız-Uşaqlar,Şaxta baba sizə hədiyyələr gətirib.
Şaxta baba- darıxma Qar qız,görürəm uşaqlar da bizə hədiyyələr hazırlayıblar.Qoy əvvəl onlar təqdim etsinlər,sonra biz.
Qar qız-Nə deyirəm,buyursunlar.


Aparıcı-B İndi isə I sinif şagirdləri......................................................sizin üçün şeir söyləyəcəklər.Buyurun uşaqlar.
Aparıcı-B................................gözəl bir mahnı ilə şaxta babanı təbrikə gəlib.Gəlin onu dinləyək.
Aparıcı B.Əziz uşaqlar bir yarış keçirək.Xahiş edirəm iki qoçaq uşaq səhnəyə buyursun.Kim bu tortu tez yesə o qalib hesab olunacaq.Ona şaxta babanın hədiyyəsi var.Uşaqlar sizin alqışlarınızın müşaiyəti ilə yarışa başlayaq.
Aparıcı T- Uşaqlar yenə söz I-lərindi.Onlar şaxta baba və Qar qız üçün şeir hazırlayıblar.........................................................................................................................


Aparıcı B-Əziz uşaqlar 31 dekabr Yeni ilə bərabər,həm də Dünya Azərbaycanlılarının həmrəyliyi günüdür.
Aparıcı T- Xoş qədəm olasan səni,təzə il,
Təzə arzularla döydün qapımı
Durma ürəklərdə qəm qüssəli sən
Sevinsin,şad olsun,qoy gülsün hamı
Aparıcı B-Təzə cığır düşsün,təzə iz düşsün
Sinən ilk addıma ilk dayaq olsun
İlk dəfə sevənlər,səndə görüşsün
Vüsal ayaq açsın,qoy yaşa dolsun
Aparıcı T-Gəlir yenə təzə il,arzular təzələnir
Bu gəlişlə hər yana gülüş çiçək ələnir
Aparıcı B-Şən mahnılar ucalsın,hamı sevinsin gülsün
Bu bayram gecəsində mahnı,gülüş seçilsin
Aparıcı T-yenə bir mahnı payı.oxuyur....................
Aparıcı B- Açın qapıları pişvaza çıxın
Əzizdən əzizdir bu gələn qonaq
Böyük bir hörmətlə əlini sıxaq
Qədəmi ugurlu təzə il gəlib
Aparıcı T- Gəlin Şaxta babadan xahiş edək ki,şagirdlərin hədiyyəsini gətirsin
Aparıcı B-Hamının ürəyində arzu dolu bir ürək çırpınır.Yeni il arzuları.Qoy qarşıdan gələn yeni 2014-cü il hamıya xoşbəxtlik ,sevinc gətirsin.Qoy hamının arzuları yerinə yetsin.
Aparıcı-Yeni iliniz mübarək!
Aparıcı-Yeni iliniz mübarək!
Aparıcı I,II Yeni iliniz mübarək !!!!!


Məşhur Postlar

Səhifələr

Vacib saytlar