Azərbaycan Respublikası vətəndaşlarının
konstitusiya hüququ olan istirahət hüququnun qanunvericiliklə təmin edilməsi məqsədi
ilə bu Qanun işçilərin normal istirahəti, əmək qabiliyyətinin möhkəmləndirilməsi,
sağlamlığının mühafizəsi və bərpası, uşaqlarının tərbiyəsi və fizioloji tələbatının
təmin edilməsi, həmçinin vətəndaşların təhsil hüququnun həyata keçirilməsi üçün
məzuniyyətlərdən istifadə hüququnu və qaydasını tənzimləyir.
Qanun Beynəlxalq Əmək Təşkilatının
Konvensiyalarına uyğun olaraq, bütün növ məzuniyyətlərin minimum müddətlərini
müəyyən etməklə yanaşı, kollektiv müqavilələrin (sazişlərin) və ya fərdi əmək
müqavilələrin (kontraktların) şərtlərinə əsasən işverənl wrə həmkarlar
ittifaqları və ya əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi üçün işçilərin
birləşdikləri digər nümayəndəli təşkilat (bundan sonra «həmkarlar ittifaqı»
adlanacaq) ilə birlikdə işçilərin məzuniyyət hüquqlarını qanunvericilikdə nəzərdə
tutulan müddəalara nisbətən genişləndirmək səlahiyyətlərini təsbit edir.
I fəsil.
Ümumi müddəalarMaddə 1. Vətəndaşların məzuniyyət hüququ
Mülkiyyət formasından, təsərrüfatçılıq və təşkilati-hüquqi
tabeliyindən asılı olmayaraq, bütün idarələrdə, müəssisələrdə, təşkilatlarda
(bundan sonra «müəssisələr» adlanacaq) işverənlərlə əmək münasibətlərində olan
işçilər vəzifəsindən, iş rejimindən, əmək şəraitindən və fərdi əmək müqaviləsinin
(kontraktının) müddətindən asılı olmayaraq, bu Qanunla müəyyən edilmiş məzuniyyətlərdən
istifadə etmək hüququna malikdirlər.
Azərbaycan Respublikasının qanunlarında və ya
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa
hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının müəssisələrində işverənlərlə
əmək münasibətlərində olan əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər də
məzuniyyət hüququna malikdirlər.
Qanunvericiliklə müəyyənləşdirilən hallar istisna
olmaqla, işçilərin məzuniyyət hüququnu məhdudlaşdırmaq qadağan edilir.
İşçilərin məzuniyyət hüququnu məhdudlaşdırmağa
yönəldilən fərdi əmək müqavilələrinin (kontraktlarının) şərtləri
etibarsız sayılır.
Maddə
2. Məzuniyyət hüququndan istifadə edən işçilərin hüquqi təminatları
Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş
yeri, vəzifəsi, habelə qanunla nəzərdə tutulan hallarda orta aylıq əmək haqqı
saxlanılır. Həmin müddət işçinin əmək stajına (həmçinin ixtisası üzrə) daxil
edilir.
Kollektiv müqavilələrdə (sazişlərdə) məzuniyyətdə
olan işçilər üçün əlavə maddi, sosial-məişət təminatlarının verilməsi nəzərdə
tutula bilər.
Müəssisənin tamamilə ləğv edilməsi halları
istisna olmaqla, işverənin təşəbbüsü ilə məzuniyyətdə olan işçinin işdən
çıxarılmasına və ya intizam məsuliyyətinə cəlb edilməsinə yol verilmir.
Maddə
3. Məzuniyyətin növləri
İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət
növləri ilə təmin edilir:
- əsas və əlavə
məzuniyyətlərdən ibarət olan əmək məzuniyyətləri;
- anaların və uşaqların
mühafizəsi üçün, habelə təhsil və yaradıcılıqla əlaqədar sosial
məzuniyyətlər;
- ödənişsiz
məzuniyyətlər.
Hərbi qulluqçulara məzuniyyətlərin verilməsi
onların xidmət etdikləri hərbi qurumların daxili nizamnamələri, həmçinin «Hərbi
qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Onlara sosial məzuniyyətlər bu Qanuna və Azərbaycan Respublikasının digər
qanunvericilik aktlarına əsasən verilir.
Müvəqqəti və mövsümi işçilərin məzuniyyət hüququ
onlar işdən çıxarkən müqavilə müddətində işlədikləri vaxta mütənasib olaraq
müvafiq pul əvəzi ödənilməklə həyata keçirilir.
Əvəzçilik üzrə işləyənlər əsas iş yerində verilən
məzuniyyətlə bir vaxtda, qulluq etdikləri əlavə iş yerində də ödənişli məzuniyyət
almaq hüququna malikdirlər.
II fəsil.
Əmək məzuniyyətiMaddə 5. Əmək məzuniyyəti anlayışı
Əmək məzuniyyəti işverənlə əmək münasibətlərində
olan işçinin əməyinin və istehsalın xarakterinə görə normal istirahəti, əmək
qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən
ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi istirahət vaxtıdır.
Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün
verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin
günü başa çatır.
Əmək məzuniyyəti müvafiq vəzifə, peşə, ixtisas
üzrə əmək vəzifələrini yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən
və istehsalın, əməyin xarakterinə və iş stajına görə, habelə uşaqlı
qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə
də ayrılıqda verilə bilər.
Maddə
6. Əsas məzuniyyət və onun müddətləri
Əsas məzuniyyət işçinin fərdi əmək müqaviləsində
(kontraktında) göstərilmiş vəzifəsi, peşəsi, ixtisası üzrə minimum müddəti
bu Qanunla müəyyən edilmiş məzuniyyətdir.
Mülkiyyət növündən asılı olmayaraq bütün müəssisələrdə
işçilərə əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.
Əmək stajından asılı olaraq əsas məzuniyyətlər bu
Qanunun 12ci maddəsində nəzərdə tutulan miqdarda artırılır.
Aşağıdakı işçilərə əsas məzuniyyət 30 təqvim günü
müddətində verilməlidir:
- kənd təsərrüfatı
istehsalında çalışan işçilərə;
- müəssisələrin,
idarələrin və təşkilatların rəhbər işçilərinə və mütəxəssislərinə;
- xüsusi rejimli tədris
müəssisələri istisna olmaqla, tədris müəssisəsində pedaqoji iş aparmayan
rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə
məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə ;
- tədris müəssisələrinin
metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına,
təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana
rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə;
- elmi dərəcəsi olmayan
elmi işçilərə;
- həkimlərə, orta tibb
işçilərinə və əczaçılara.
Bu maddənin dördüncü hissəsinin ikinci abzasında
göstərilən işçilərin siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq
edir.
Natamam iş vaxtı (natamam iş günü və ya
natamam iş həftəsi) şəraitində işləyən işçilərə əmək məzuniyyəti tam iş vaxtı şəraitində
işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində, yerinə yetirdikləri işə və
ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir.
Maddə
7. Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətləri
Pedaqoji və elmi fəaliyyətlə məşğul olan
aşağıdakı işçilərin əmək məzuniyyətləri bu maddədə nəzərdə tutulan müddətdə
verilir:
- illik normanın üçdə bir
hissəsindən az olmamaqla pedaqoji iş aparan tədris müəssisələrinin rəhbər
və inzibati-tədris heyəti işçilərinə; xüsusi rejimli tədris
müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, təlimatçılarına,
dərnək və musiqi rəhbərlərinə, konsertmeyster, akkompaniator, xormeyster
və başqa musiqi işçilərinə; bütün ixtisas və adlardan olan müəllimlərə
(məşqçi-müəllimlərdən başqa), uşaq birliyi rəhbərlərinə, magistrlərinə,
praktik psixoloqlara, loqopedlərə, surdopedaqoqlara; tədris
müəssisələrinin tərbiyəçilərinə (məktəbyanı internatların
tərbiyəçilərindən başqa), eşitmə kabinetlərinin təlimatçılarına, dərnək
rəhbərlərinə, hərbi rəhbərlərə, bədən tərbiyəsi rəhbərlərinə; sosial
müdafiə orqanlarının və səhiyyə təşkilatlarının bilavasitə pedaqoji
fəaliyyətlə məşğul olan işçilərinə – 56 təqvim günü;
- uşaq evlərinin,
məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə,
tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara: metodika
kabinetlərinin və mərkəzlərinin rəhbərlərinə, metodistlərinə və
təlimatçılarına; məktəbyanı internatların tərbiyəçilərinə; məktəbdənkənar
uşaq müəssisələrinin dərnək rəhbərlərinə, kütləvi işçilərə;
məşqçi-müəllimlərə – 42 təqvim günü;
- bütün ixtisaslardan və
adlardan olan müəllimlərə, uşaq birliyi təşkilatının rəhbərlərinə, magistrlərinə,
hərbi rəhbərlərinə, əmək təlimi ustalarına və təlimatçılarına;
- sosial təminat
orqanlarının və səhiyyə təşkilatlarının bilavasitə pe daqoji fəaliyyətlə
məşğul olan işçilərinə — 56 təqvim günü;
- uşaq evlərinin,
məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə; tədris
müəssisələrinin tərbiyəçilərinə, dərnək və musiqi rəhbərlərinə;
- metodika kabinetlərinin
və mərkəzlərinin metodistlərinə və təlimatçılarına — 42 təqvim günü;
- elmi tədqiqat
müəssisələrinin, habelə ali məktəblərin elmi tədqiqat bölmələrinin elmlər
doktoru (doktor) elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və
onların elmi işlər üzrə müavinlər nə, elmi katiblərinə;
- müvafiq elmi şuranın
qərarı əsasında müstəqil elmi tədqiqat işləri aparan elmi işçilərə — 56
təqvim günü;
- sadalanan işçilərin
elmlər namizədi (magistr) elmi dərəcəsi olduqda isə 42 təqvim günü.
Teatr-tamaşa müəssisələrinin bədii rəhbər və
artist heyətinin, bilavasitə səhnəyə xidmət edən işçilərinin, televiziya, radio
və kinematoqrafiya qurumlarının bədii rəhbər və artist heyətinin, habelə Azərbaycan
Respublikasının dövlət müəssisələrinin və bi gə müəssisələrinin xarici ölkələrdə
olan işçilərinin əmək məzuniyyətlərinin müddətlərini Azərbaycan Respublikasının
Nazirlər Kabineti müəyyən edir.
Maddə
9. İşçilərin fizioloji keyfiyyətlərinə görə verilən əsas məzuniyyətlər və
onların müddətləri
Yaşı 16-dan az olan işçilərə əsas məzuniyyət — 42
təqvim günü, 16 yaşından 18 yaşınadək işçilərə isə 36 təqvim günü müddətində
verilir.
Əlilliyin qrupundan, səbəbindən və müddətindən
asılı olmayaraq (Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan
qaldırılmasında iştirak edib əlil olan şəxslərdən başqa) bütün işləyən əlillərə
əsas məzuniyyət 42 təqvim günündən aza olmayaraq veri +ir.
Maddə
10. Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərin məzuniyyəti
Azərbaycan Respublikasının azadlığı, suverenliyi
və ərazi bütövlüyü uğrunda xəsarət alan şəxslərə, Azərbaycanın Milli Qəhrəmanlarına,
Sovet İttifaqı Qəhrəmanlarına, « İstiqlal» ordeni ilə, habelə Azərbaycan
Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər
dövlət təltifləri ilə təltif olunmuş şəxslərə məzuniyyət 42 təqvim günündən
az olmayaraq verilir.
Maddə
11. Əməyin şəraitinə və xarakterinə görə əlavə məzuniyyətlər
Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və
ağır olan işçilərə onların sağlamlığının qorunması məqsədilə əsas məzuniyyətlərindən
savayı əlavə məzuniyyətlər verilir.
Əlavə məzuniyyət hüququ verən, əmək şəraiti zərərli
və ağır olan istehsalatların, iş yerlərinin, peşə və vəzifələrin siyahısı, həmin
məzuniyyətlərin minimum müddəti göstərilməklə, Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
Əmək şəraiti zərərli və ağır olan işçilərə əlavə
məzuniyyət müvafiq istehsalatda, iş yerində, peşə və ya vəzifədə iş ili ərəzində
faktik işlədiyi vaxta mütənasib olaraq verilir. Tam müddətli əlavə məzuniyyət
hüququ işçi həmin iş yerlərində üst-üstə azı altı ay işlədikdə əmələ gəlir.
Əmək fəaliyyəti yüksək həssaslıq, həyəcan, zehni
və fiziki gərginliklə, səhhətə mənfi təsir göstərən digər amillərlə bağlı olan
işçilərə işin xüsusi xarakterinə görə əlavə məzuniyyətlər verilir.
İşin xüsusi xarakterinə görə əlavə məzuniyyətin
minimum müddəti iş növləri və işçi kateqoriyaları Azərbaycan Respublikası
Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı ilə müəyyənləşdirilir.
Bu maddədə göstərilmiş iş yerlərində çalışan
işçilərə kollektiv müqavilələrlə (sazişlərlə) qanunvericilikdə müəyyən edilmiş əlavə
məzuniyyətin minimum müddətindən artıq əlavə məzuniyyətin verilməsi nəzərdə
tutula bilər. Belə əlavə məzuniyyət həmçinin işçi işə götürülərkən bağlanan fərdi
əmək müqaviləsi (kontraktı) ilə də müəyyən edilə bilər.
Maddə
12. Əmək stajına görə və uşaqlı qadınlara verilən əlavə məzuniyyətlər
Əmək stajından asılı olaraq işçilərə(pedaqoji
və elmi fəaliyyətlə məşğul olan işçilər istisna edilməklə):
- beş ildən çox əmək
stajı olduqda — 3 təqvim günü;
- on ildən çox əmək stajı
olduqda — 6 təqvim günü;
- on beş ildən çox əmək
stajı olduqda — 9 təqvim günü müddətində əlavə məzuniyyətlər verilir.
Əmək stajına görə əlavə məzuniyyətin müddətinin
müəyyən edilməsindən ötrü ümumi əmək stajı pensiyaların təyin edilməsi üçün müəyyənləşdirilmiş
qaydada hesablanır.
Əsas və əlavə məzuniyyətlərinin müddətindən asılı
olmayaraq, 14 yaşınadək iki uşağı olan işləyən qadınlara 3 təqvim günü, bu
yaşda üç və daha çox uşağı olan, həmçinin 16 yaşınadək əlil uşağı olan
qadınlara isə 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Bu maddənin üçüncü hissəsində göstərilən əlavə məzuiyyət
hüququ uşaqlarını təkbaşına böyüdən atalara, həmçinin uşaqları övladlığa
götürmüş şəxslərə də şamil edilir.
III fəsil.
Əmək məzuniyyəti hyququnun həyata keçirilməsi qaydasıMaddə 13. Əmək məzuniyyətlərinin verilməsi qaydası
İşçinin birinci iş ili üçün əmək məzuniyyəti
hüququ işverənlə fərdi əmək müqaviləsinin (kontraktının) bağlandığı
andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.
Müəssisədə altı ay işlədikdən sonra birinci iş
ili bitənədək işçiyə məzuniyyət öz arzusu ilə onun üçün əlverişli olan vaxtda
verilməlidir.
İşin ikinci və sonrakı illəri üçün məzuniyyətlər
iş ilinin müvafiq vaxtında məzuniyyətlərin verilməsi növbəsində nəzərdə tutulmuş
vaxtda verilə bilər.
Aşağıdakı şəxslərin işə götürüldüyü vaxt nəzərə
alınmadan işin birinci ili üçün məzuniyyətdən istifadə etmək hüququ vardır:
- qadınların hamiləliyə
və doğuşa görə — sosial məzuniyyətdən bilavasitə əvvəl,yaxud sonra;
- on səkkiz yaşına
çatmamış işçilərin;
- müddətli hərbi
xidmətdən buraxıldıqdan üç ay keçənədək işə götürülən işçilərin;
- əsas iş yerində
məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlərin;
- hərbi qulluqçu
arvadının (ərinin);
- təhsil müəssisələrində
oxuyan şəxslərin — kurs işlərinin və ya imtahanların verildiyi, diplomun
müdafiə edildiyi vaxtda;
- qanunvericilikdə
nəzərdə tutulan hallarda müəssisədən sərbəstləşdirilmiş işçilərin;
- əlillərin;
- bir müəssisədən başqa
müəssisəyə keçirilmiş işçilərin.
Bilavasitə təlim-tədris prosesində iştirak edən
pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq məzuniyyətlər yay tətili
dövründə verilir.
Maddə
14. Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan
dövrlər
Məzuniyyət hüququ verən əmək stajına işçinin
faktik işlədiyi vaxtdan savayı aşağıdakı dövrlər də daxil edilir:
- iş yerinin və
qanunvericilikdə nəzərdə tutulan hallarda əmək haqqının saxlanılması
şərti ilə işçinin işdən ayrıldığı dövr;
- qanunsuz və əsassız
işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa
edilən işçilərin əmək haqqı ödənilməli olan məcburi işburaxma dövrü;
- sosial sığorta üzrə
müavinət verilməklə əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;
- qanunsuz və əsassız
həbs edilməklə və ya ittiham edilərək azadlıqdan məhrum edilməklə və
yaxud azadlıqdan məhrum edilmədən qanunsuz və əsassız cinayət
məsuliyyətinə cəlb edilməklə işdən kənar laşdırılan və müəyyən edilmiş
qaydada tam bəraət alaraq işə bərpa edilən şəxsin məcburi işburaxma dövrü
və ya həbsdə olduğu dövr.
Uşağa qulluq etməklə əlaqədar qismən ödənişli
sosial məzuniyyətlərin, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin
müddətləri, habelə azadlıqdan məhrum edilmədən islah işlərinə cəlb edilən şəxslərin
cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir.
Maddə
15. Əmək məzuniyyətlərinin verilməsində növbəlilik
İşçilərə əmək məzuniyyətləri istehsalın və işin
normal gedişinə xələl gətirilməməsi, məzuniyyətlərin uçotunun düzgün aparılması
üçün müəyyənləşdirilmiş növbə ilə verilməlidir.
Məzuniyyətlərin verilmə növbəsi hər il yanvar
ayının sonunadək həmkarlar ittifaqı ilk təşkilatının rəyi öyrənilməklə işverən
tərəfindən təsdiq edilir.
Məzuniyyətlər təsdiq edilmiş növbə ilə müəyyənləşdirilmiş
vaxtda verilməlidir.
Yalnız bu Qanunun 16-cı maddəsində nəzərdə
tutulan hallarda məzuniyyətin verilməsi başqa vaxta keçirilə bilər. Bu zaman məzuniyyətlərin
verilmə növbəsində əsaslandırılmaq şərti ilə müvafiq dəyişikliklər edilməlidir.
Aşağıdakı işçilərə məzuniyyət özlərinin arzusu ilə
onlar üçün əlverişli olan vaxtda verilməlidir:
- 14 yaşınadək iki və
daha çox uşağı və ya 16 yaşınadək əlil uşağı olan qadınlara;
- 16 yaşınadək uşaqları
təkbaşına böyüdən valideynə və ya qəyyuma;
- hərbi qulluqçu arvadına
(ərinə);
- əlillərə;
- döyüşən ordunun
tərkibində olmuş bütün müharibə iştirakçılarına;
- Çernobıl AES-də qəzanın
nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya məruz
qalmış və ya şüa xəstəliyinə tutulmuş şəxslərə;
- on səkkiz yaşına
çatmamış işçilərə;
- istehsalatdan
ayrılmadan təhsil alan işçilərə;
- bu Qanunun 10-cu
maddəsində göstərilmiş şəxslərə.
Əmək məzuniyyətlərinin verilmə növbəsində nəzərdə
tutulan məzuniyyətin verilmə vaxtı həm işverənin, həm də işçinin təşəbbüsü ilə əsaslandırılmış
qaydada yalnız bu maddədə göstərilən hallarda başqa vaxta keçirilə bilər.
Məzuniyyətin başqa vaxta keçirilməsi dedikdə,
məzuniyyətlərin verilmə növbəsi ilə nəzərdə tutulmuş məzuniyyətin vaxtının cari
ilin başqa vaxtına keçirilməsi və eləcə də məzuniyyətin 21 təqvim günündən
artıq hissəsinin başqa iş ilinə keçirilməsi başa düşülməlidir.
İşçinin təşəbbüsü ilə aşağıdakı hallarda məzuniyyət
başqa vaxta keçirilə bilər:
- əmək qabiliyyəti
müvəqqəti itirildikdə;
- əmək məzuniyyəti ilə
sosial məzuniyyət bir vaxta düşdükdə;
- dövlət və ya ictimai
vəzifələrin yerinə yetirilməsinə cəlb edildikdə;
- Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.
İşçiyə məzuniyyətin müəyyən edilmiş növbədə nəzərdə
tutulan vaxtda verilməsinin istehsalın normal gedişinə xələl gətirə biləcəyi
hallarda işverənin təşəbbüsü ilə məzuniyyət başqa vaxta keçirilə bilər. Bu
zaman işverən işçinin və həmkarlar ittifaqı ilk təşkilatının razılığını
almalıdır.
Məzuniyyətin başqa vaxta keçirilməsinə həmkarlar
ittifaqı ilk təşkilatı əsaslandırılmış qərarı ilə imtina edə bilər.
Məzuniyyətin başqa vaxta keçirilməsi işverənin əsaslandırılmış
əmri (sərəncamı və ya qərarı) ilə rəsmiləşdirilməli və bununla işçi imzası
qoyulmaqla tanış edilməlidir. Əmrdə (sərəncamda, qərarda) məzuniyyətin başqa
vaxta keçirilməsinin səbəbləri və gələcəkdə veriləcəyi vaxt göstərilməlidir.
Tərəflərin qarşılıqlı razılığı ilə məzuniyyətin
istifadə edilməyən hissəsi növbəti iş ili üçün verilən məzuniyyətlə birləşdirilə
bilər.
Maddə
17. Məzuniyyətlərin verilməsinin və başqa vaxta keçirilməsinin qadağan edildiyi
hallar
İllik məzuniyyətin minimum müddətinin bir iş
ilindən başqa iş ilinə keçirilməsi, habelə 2 il ərzində dalbadal illik məzuniyyətin
minimum müddətindən artıq hissəsinin verilməməsi qadağandır.
Zərərli, təhlükəli və ağır əmək şəraitinə görə
əlavə məzuniyyət hüququ olan işçilərə, 18 yaşına çatmamış işçilərə əmək məzuniyyətinin,
habelə uşaqlı qadınlara əlavə məzuniyyətlərin verilməməsi və ya başqa iş ilinə
keçirilməsi qadağandır.
Maddə
18. Əsas və əlavə məzuniyyətlərin cəmlənmə qaydası
İşçinin arzusu ilə əsas məzuniyyət (bu Qanunun
6-cı maddəsi) əlavə məzuniyyəti ilə (bu Qanunun 11-ci və 12-ci maddələri) cəmlənərək
birlikdə,yaxud ayrılıqda verilməlidir.
İşçinin eyni vaxtda bu Qanunun 11-ci maddəsində nəzərdə
tutulan iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə
daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir.
Maddə
19. Məzuniyyətin hissələrə bölünməsi və məzuniyyətdən geriçağırma qaydası
Əmək məzuniyyəti işçinin arzusu ilə hissələrə
bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən biri
14 təqvim günündən az olmasın.
Müstəsna hallarda — istehsalatda baş vermiş qəzanın
nəticələrinin aradan qaldırılması, habelə müəssisənin fəaliyyətinin, istehsalın
gedişinin təmin edilməsi üçün təxirəsalınmaz işləri — görülməsi zərurəti
olduqda məzuniyyətdə olan işçi ancaq öz razılığı ilə məzuniyyətdən geri
çağırıla bilər. Məzuniyyətdən geriçağırma bu Qanunun 20-ci maddəsində nəzərdə
tutulan qaydada əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirilməlidir.
Məzuniyyətdən geri çağırılan işçiyə işə başladığı
gündən etibarən əmək haqqı hesablanır və istifadə edilməmiş məzuniyyət günlərinə
düşən məzuniyyət pulunun məbləği ondan tutulur. Məzuniyyətin istifadə edilməmiş
günləri gələcəkdə müəyyən edilmiş vaxtda yenidən verilərkən bu Qanunun 27-ci
maddəsində nəzərdə tu tulan qaydada məzuniyyət pulu yenidən hesablanıb ödənilməlidir.
Maddə
20. Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması
Əmək, sosial və ödənişsiz məzuniyyətlərin verilməsi
işverənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda)
işçinin adı, atasının adı və soyadı, vəzifəsi, verilən məzuniyyətin növü, müddəti,
müvafiq iş ili, məzuniyyətin başlandığı və qurtardığı il, ay, gün göstərilməlidir.
Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar)
məzuniyyətin başlanmasına azı on gün qalmış verilir və işçi onunla tanış olub
imza atır.
Əmr (sərəncam, qərar) verilərkən müəssisədə təsdiq
edilmiş məzuniyyətlərin verilmə növbəliliyi və məzuniyyət hüququnu tənzimləyən
qanunvericilik aktları və ya lokal aktlar (əmək bağlaşması, kollektiv müqavilə,
saziş) əsas götürülür.
İşçi bu Qanunun 15-ci maddəsində göstərilən növbə
üzrə müəyyən
edilmiş vaxtda əmək məzuniyyətindən istifadə etməkdən
müəyyən səbəblərdən imtina edərsə, onun əsaslandırılmış ərizəsi əsasında
müvafiq əmr (sərəncam, qərar) verilir.
İşçinin iradəsinə zidd olaraq onun məzuniyyətdən
imtina etməsi barədə verilən əmr (sərəncam, qərar) etibarsız sayılır.
Müəssisədə məzuniyyətlərin verilməsinin dəqiq
uçotu aparılmalıdır. Məzuniyyətlərin uçotu Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsinin təsdiq etdiyi formada işçilərin şəxsi uçot «ərəqələrində
aparılır. Həmin uçot vərəqələrində işçilərə verilən bütün növ məzuniyyətlər barəsində
qeydlər əks etdirilməlidir.
İşverən məzuniyyətlərin uçotunu dürüst və
vaxtında aparmağa borcludur.
IV fəsil.
Sosial məzuniyyətlərMaddə 21. Sosial məzuniyyətlərdən istifadə hüququ
Analıq hüququnu həyata keçirmək, uşaqları sağlam
böyütmək, təhsil almaq və elmi yaradıcılıqla məşğul olaraq təhsil səviyyəsini
artırmaq üçün işçilərin sosial məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
Maddə
22. hamiləliyə və doğuşa görə sosial məzuniyyətlər
Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün
işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl yetmiş təqvim günü və
doğuşdan sonra əlli altı təqvim günü) müddətində ödənişli məzuniyyət verilir.
Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət
yetmiş təqvim günü müddətində verilir.
Kənd təsərrüfatı istehsalında çalışan qadınlara
hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:
- normal doğuşda 140
təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim
günü);
- doğuş çətin olduqda 156
təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim
günü);
- iki və daha çox uşaq
doğudduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan
sonra 110 təqvim günü).
Məzuniyyət haqqı doğuşdan əvvəl verilmiş məzuniyyətin
faktik istifadə edilən günlərinin sayından asılı olmayaraq, Azərbaycan
Respublikasının Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir.
2 aylığadək uşağı övladlığa götürən, yaxud
övladlığa götürmədən uşaq böyüdən şəxslər doğuşdan sonra müəyyən edilmiş 56 təqvim
günlük məzuniyyətdən, həmçinin bu Qanunun 12-ci, 23-cü və 30-cu maddələrində nəzərdə
tutulan məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
Hamiləliyə və doğuşa görə sosial məzuniyyət müddətində
müavinətin hesablanması və ödənilməsi qaydası müvafiq qanunvericiliklə tənzimlənir.
Maddə
23. Qismən ödənişli məzuniyyət hüququ
Mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrdə
əmək münasibətlərində olan, bilavasitə uşağa qulluq edən valideynlərdən biri,
yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü
qismən ödənişli məzuniyyət almaq hüququna malikdirlər.
Həmin məzuniyyət dövründə uşağa qulluq edən şəxsə
hər uşaq yaş yarımına çatanadək respublika üzrə qanunvericiliklə müəyyən
edilmiş minimum əmək haqqının iki misli, uşaqların yaş yarımdan üç yaşına
çatanadək isə minimum əmək haqqının bir misli miqdarında müavinət verilir.
Maddə
24. Yaradıcılıq məzuniyyətləri və onların müddətləri
İşverənlə əmək münasibətlərində olmaqla yanaşı
magistraturada (aspiranturada), doktoranturada müvafiq elmi dərəcə almaq üçün təhsilini
davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq, həmçinin müəlliflərə dərsliklər
və ya dərs vəsaiti yazmaq üçün yaradıcılıq məzuniyyətləri verilir.
Elmlər namizədi (magistr) elmi dərəcəsi almaq
üçün dissertasiya işini tamamlamaqdan ötrü üç təqvim ayınadək, elmlər doktoru
(doktor) elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü isə
altı təqvim ayınadək ödənişli yaradıcılıq məzuniyyəti verilir. Bu yaradıcılıq məzuniyyətlərindən
işçi ixtisaslaşd ırılmış elmi şuranın qərarına uyğun olaraq ona verilən xüsusi
arayış əsasında istifadə edir. Məzuniyyətin konkret müddəti elmi şuranın qərarı
ilə müəyyən edilir.
Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul
olan işçilərə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, yaxud müvafiq dövlət
idarəetmə orqanının qərarı ilə üç ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilə
bilər. Bu məzuniyyət müvafiq dövlət idarəetmə orqanının qərarı ilə xüsusi
arayış əsasında verilir. Məzuniyyə bin konkret müddəti arayışda göstərilməlidir.
Maddə
25. Təhsil almaqla əlaqədar verilən ödənişli məzuniyyətlər
İstehsalatdan ayrılmadan təhsil alan işçilərə
aşağıdakı ödənişli məzuniyyətlər verilir:
- laboratoriya işlərinin
yerinə yetirilməsi, yoxlamaların və imtahanların verilməsi üçün;
- dövlət imtahanları
verilməsi üçün;
- diplom layihəsinin
(işinin) hazırlandığı və müdafiə edildiyi dövr üçün.
Ali məktəblərin axşam şöbələrində müvəffəqiyyətlə
oxuyan tələbələrə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan
verdikləri dövrdə hər il birinci və ikinci kurslarda 20 təqvi , günü, üçüncü və
daha yuxarı kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir. Orta
ixtisas məktəblərinin axşam şöbələrində müvəffəqiyyətlə oxuyan şagirdlərə
laboratoriya işlərini yerin w yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə
hər il birinci və ikinci kurslarda 10 təqvim günü, üçüncü və daha yuxarı
kurslarda 20 təqvim günü müddətində məzuniyyət verilir.
Ali və orta ixtisas məktəblərinin qiyabi şöbələrində
müvəffəqiyyətlə oxuyan tələbələrə və şagirdlərə laboratoriya işlərini yerinə
yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər il biri nci və ikinci
kurslarda 30 təqvim günü, üçüncü və daha yuxarı kurslarda 40 təqvim günü müddətində
məzuniyyət verilir.
Ali və orta ixtisas məktəblərinin axşam və qiyabi
şöbələrində təhsil alan tələbələrə və şagirdlərə dövlət imtahanları dövründə 30
təqvim günü müddətində məzuniyyət verilir.
Diplom layihəsinin (işinin) hazırlandığı və
müdafiə edildiyi dövrdə ali məktəblərin axşam və qiyabi şöbələrinin tələbələrinə
4 təqvim ayınadək, orta ixtisas məktəblərinin axşam və qiyabi şöbələrinin
şagirdlərinə isə 2 təqvim ayınadək məzuniyyət verilir.
Texniki peşə məktəblərində istehsalatdan
ayrılmadan müvəffəqiyyətlə təhsil alan işçilərə imtahanlara hazırlaşmaq və
imtahanları vermək üçün il ərzində 34 təqvim günü müddətində məzuniyyət
verilir.
Orta ümumtəhsil məktəblərinin nəzdində axşam
siniflərində və qiyabi qruplarında istehsalatdan ayrılmadan təhsil alan işçilərə
XI buraxılış siniflərində imtahanları vermək üçün 20 təqvim günü, IX sinifdə isə
8 təqvim günü müddətində məzuniyyət verilir.
Məzuniyyətlərdən həmin müəssisə və təşkilatda əmək
stajından asılı olmayaraq, təhsil proqramında nəzərdə tutulan dövrlərdə, təhsil
müəssisəsinin verdiyi arayış əsasında istifadə oluna bilər.
Magistraturaya, doktoranturaya (aspiranturaya) qəbul
imtahanı verən işçilərə 31 təqvim günü ödənişli məzuniyyət verilir.
İstehsalatdan ayrılmadan magistraturada,
doktoranturada (aspiranturada) təhsil alan işçilərin hər il 31 təqvim günü müddətində
ödənişli məzuniyyət almaq hüququ vardır.
V fəsil.
Məzuniyyət vaxtı əmək haqqının ödənilməsiMaddə 26. Məzuniyyət haqqı ödənilərkən nəzərə alınan əmək haqqı növləri
Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı
hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik
ödənişlər istisna edilməklə, sosial sığorta ayırmaları tutulan bütün əmək haqqı
növləri, o cümlədən daxili əvəzçilik üzrə əmək haqqı nəzərə alınır.
Məzuniyyət vaxtı üçün orta əmək haqqının
hesablanması zamanı nəzərə alınan və nəzərə alınmayan ödənişlərin geniş
siyahısını, habelə zəruri hallarda məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması
qaydasını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi hazırlayıb təsdiq edir.
Maddə
27. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi
Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı
hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətdən əvvəlki 12 təqvim
ayının orta əmək haqqına əsasən müəyyənləşdirilir.
Müəssisədə, idarədə, təşkilatda 12 təqvim ayından
az işləyib məzuniyyətə çıxmaq istəyən şəxslərin orta aylıq əmək haqqı faktik
işlənmiş tam təqvim aylarına əsasən hesablanır.
Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən
ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini
12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın
təqvim günlərinin orta illik miqdarına — 30, 4-ə bölmək yolu ilə bir günlük əmək
haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək
haqqının məbləği əmək məzuniyyətinin təqvim günlərinin sayına vurulur.
Məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının
hesablanması qaydası işdən çıxarkən istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi
ödənilərkən də tətbiq edilir.
Məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin
başlanmasına ən geci üç gün qalmış ödənilməlidir.
Məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyət
başlanandan sonra ödənilmişdirsə, məzuniyyətin başlanma vaxtı əmək haqqının
faktik ödənildiyi gündən hesablanmalıdır.
Məzuniyyət vaxtı üçün hesablanmış əmək haqqı
qanunvericilikdə nəzərdə tutulan qaydada əmsallaşdırılır.
Maddə
28. Məzuniyyət vaxtı orta əmək haqqını ödəmək üçün vəsaitin mənbələri
Büdcədən maliyyələşdirilən idarələrdə və təşkilatlarda
əmək məzuniyyətlərinin haqqı, onların maliyyələşdirilməsinə çəkilən xərclərin
smetasında əmək haqqı üçün nəzərdə tutulan vəsait hesabına, təsərrüfat hesablı,
özəl müəssisələrdə, ictimai təşkilatlarda (birliklərdə) və digər müəssisələrdə
isə əməyin ödənilməsi üçün nəzərdə tutulan vəsait hesabına ödənilir.
VI fəsil.
Ödənişsi3 məzuniyyətlərMaddə 29. Ödənişsiz məzuniyyətlərdən istifadə hüququ
Qohumluq borcunun yerikə yetirilməsi ilə bağlı
ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil
almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə
və digər üzürlü səbəblərə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz
məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
Maddə
30. Ödənişsiz məzuniyyətlərin növləri və müddətləri
Ödənişsiz məzuniyyətlər qanunvericilikdə nəzərdə
tutulan hallarda işçilərin arzusu və tərəflərin qarşılıqlı razılığı ilə
verilir.
İşçilərin arzusu ilə aşağıdakı hallarda və müddətdə
ödənişsiz məzuniyyətlər verilməlidir:
- Həkim məsləhət
komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan
valideynlərdən birinə, yaxud uşağa bilavasitə qulluq edən ailənin digər
üzvünə — uşaq dörd yaşına çatanadək;
- arvadları doğuşla
əlaqədar məzuniyyətdə olan kişilərə — 14 təqvim gününədək;
- 16 yaşınadək uşağı olan
qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara — 14 təqvim
gününədək; əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə bir
təqvim ayınadək;
- müharibədə döyüşən
ordunun tərkibində iştirak etmiş şəxslərə — 14 təqvim gününədək;
Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi
zamanı zərərçəkən işçilərə — 14 təqvim gününədək;
- qazanılmış immunitet
çatışmazlığı sindromu (QİÇS) xəstəliyinə tutulmuş və ya immunitet
çatışmazlığı virusu (İÇV) ilə yoluxmuş uşaq böyüdən, həmçinin 16
yaşınadək əlil uşağı olan valideynlərə — 14 təqvim gününədək;
- magistraturada,
doktoranturada, aspiranturada təhsil alan işçilərə — bir təqvim ayınadək;
- ali məktəblərdə qəbul
imtahanlarına buraxılan işçilərə 15 təqvim günü, orta ixtisas təhsili
müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə — 10 təqvim günü;
- müəllifə ixtirasının və
ya səmərələşdirmə təklifinin işlədiyi müəssisədən kənar yerdə ilkin
tətbiqi zamanı — 14 təqvim gününədək;
- ailənin xəstə üzvünə
qulluq edən qohumlardan birinə — səhiyyə müəssisəsinin rəyində göstərilən
müddətdə.
İşverənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin
kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda, o cümlədən fərdi
əmək müqaviləsi (kontraktı) ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin
mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.
VII fəsil.
Əmək, mynasibətlərinə xitam verilərkən məzuniyyət hyququnun tənzimlənməsi
qaydasıMaddə 31. Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi
Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən
istifadə etməmiş işçi ilə fərdi əmək müqaviləsinə (kontraktına) xitam
verilərkən (təqsirli hərəkətlərinə görə işverənin təşəbbüsü ilə işdən çıxarılma
halları isti ana olmaqla) işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət
verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.
Fərdi əmək müqaviləsi (kontraktında) başqa
hal nəzərdə tutulmayıbsa, müddətli fərdi əmək müqaviləsinin (kontraktının)
müddətinin bitməsi ilə əlaqədar əmək münasibətlərinə xitam verilməsi hallarına
da bu qayda şamil edilə bilər. Bu zaman fərdi əmək müqaviləsinin (kontraktının)
müddəti məzuniyyət müddəti başa çatanadək uzadılmış hesab edilir.
İşçi bu maddədə nəzərdə tutulan hallarda və
qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Qanunun 32-ci maddəsi
ilə müəyyən edilən qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul
əvəzi ödənilir.
Maddə
32. İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi
Əmək münasibətlərində olan işçilərin məzuniyyətlərinin
pul ilə əvəz edilməsi qadağandır.
İşçi bu Qanunun 31-ci maddəsində göstərilən
qaydada məzuniyyətdən istifadə etməklə işdən çıxarılmağını bildirməyibsə, fərdi
əmək müqaviləsinə (kontraktına) xitam verilməsinin səbəbindən və əsasından
asılı olmayaraq ona istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi ödənilməlidir.
Əmək münasibətlərinə xitam verilərkən sosial məzuniyyətlər
habelə bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan uşaqlı analara verilən əlavə
məzuniyyətlər pul ilə əvəz edilmir.
Müəyyən iş ilinə görə əmək məzuniyyətindən
istifadə etmiş işçi ilə həmin iş ili başa çatanadək fərdi əmək müqaviləsinə
(kontraktına) xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi
işçidən tutula bilər.
VIII fəsil.
Yekun müddəalarıMaddə 33. Kollektiv müqavilələrlə (sazişlərlə) məzuniyyətlərin verilməsinin əlavə qaydalarının tənzimlənməsi
Mülkiyyət formasından asılı olmayaraq müəssisələrdə
işverənlər həmkarlar ittifaqı ilk təşkilatı ilə birlikdə müəssisənin hesabına məzuniyyətlərin
başqa növlərini, onların müddətlərinin artırılmasını, məzuniyyət dövründə işçilərin
ayrı-ayrı kateqoriyalarına və ya kollektivin bütün üzvlərinə əlavə maddi-məişət
güzəştlərinin verilməsini kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tuta bilərlər.
Kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə
tutulan şərtlərlə və qaydalarda, müəssisənin normal fəaliyyətini pozan amillər
təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər
hallar mövcud olduqda, işverənin təqsiri olmadan istehsalın, axın xəttinin və
işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz
məzuniyyətə buraxıla bilərlər.
Maddə
34. Məzuniyyət hüququnun təmin edilməsinə əməl olunmasına nəzarət
Məzuniyyət hüququnun təmin edilməsinə nəzarəti Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş orqanlar həyata keçirirlər.
Maddə
35. Məzuniyyət hüququnun pozulmasına görə məsuliyyət
İşçilərin məzuniyyət hüququnu məhdudlaşdıran
işverənlər, digər səlahiyyətli vəzifəli şəxslər qanunvericilikdə nəzərdə
tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilirlər.
Maddə
36. Məzuniyyət hüququnun həyata keçirilməsi zamanı meydana çıxan mübahisələrin
həlli
Məzuniyyət hüququnun həyata keçirilməsi zamanı
meydana çıxan əmək mübahisələrinə həmin mübahisələrin həlli qaydasını tənzimləyən
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada baxılır.
Azərbaycan Respublikasının prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 19 iyul 1994-cü il.
№ 854.
«Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı»nda
dərc edilmişdir, 1994-cü il, № 23-24, maddə 343 («VneshExpertService»).
«Azərbaycan» qəzetində dərc edilmişdir (01
dekabr 1994-cü il, № 233).
25 aprel 1997-ci il tarixli, 281-IQD nömrəli
Qanuna əsasən dəyişikliklər və əlavələrlə.
1 fevral 1999-cu il tarixli, 618-IQ nömrəli
Qanuna əsasən qüvvədən düşmüşdür.
© VneshExpertService
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.