Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun
hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin
verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına
əsasən müəyyən edilir.
12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin
orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən
hesablanır.
Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən
ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə
bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği
ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə
bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş
bir günlük əmək haqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin
sayına vurulur. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqının hesablanması
ilə excel faylda tanış ola bilərsiniz.Mezun_hesablama.xls
İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı
məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.
Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı
qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir.
Məzuniyyət vaxtı üçün ödənlən orta əmək haqqı
aşağıdakı qaydada əmsallaşdırılır:
Orta aylıq əmək haqqı =
((ƏH1*Ə1+ƏH2*Ə2+...)+ƏH)/N
Burada, ƏH1, ƏH2, ... - tarif (vəzifə) maaşlarının
sonuncu kütləvi artımından əvvəlki ayrı-ayrı artım dövrlərində işçinin əmək
haqqının cəmi;
ƏH - tarif (vəzifə) maaşlarının sonuncu kütləvi
artımından sonrakı aylar üzrə işçinin əmək haqqının cəmi;
Ə1, Ə2, ... - son kütləvi artımından sonra tarif
(vəzifə) maaşının əvvəlki artım dövrlərində tarif (vəzifə) maaşlarına olan
nisbətdən alınan təshih əmsalları;
N - məzuniyyət haqqı hesablanarkən nəzərə alınan
ayların sayı.
Məzuniyyət vaxtı üçün orta əmək haqqı əmsallaşdırılarkən
tarif (vəzifə) maaşına faizlə (əmsalla) müəyyən edilməyən əlavələr
əmsallaşdırılmır.
Mənbə:muhasib.az
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.