Əmək funksiyası: “Orta ixtisas təhsili müəssisəsinin Nizamnaməsi”nə uyğun olaraq fəaliyyətin bütün istiqamətləri üzrə müəssisənin işini təşkil edir; pedaqoji şura ilə birlikdə inkişafın əsas istiqamətlərini müəyyənləşdirir; dövlət orqanlarında, digər müəssisə və ictimai təşkilatlarda onun mənafeyini müdafiə edir; pedaqoji şuranın işinə rəhbərliyi həyata keçirir, təlim-tərbiyə prosesinin bütün mərhələlərində işin səmərəli təşkilinə nail olur; tədris planı və proqramlarının yerinə yetirilməsi, tələbələrin bilik keyfiyyəti, təlim-tərbiyə işinin məzmunu və effektivliyi üzərində nəzarətin həyata keçirilməsi, müəssisənin pedaqoji kollektivi və digər işçilərinin yüksək məhsuldarlıqla işləməsi, yaradıcılıq səviyyəsinin yüksəldilməsi, pedaqoji tədbirlərin keçirilməsi üçün əlverişli şərait yaradır; gənclərin öz həyat yollarını və gələcək peşələrini seçərkən səhvlərə və təsadüflərə yol verməmələri üçün peşə yönümü və peşə təbliği işinin təşkilində yaxından iştirak edir; dövlət ixtisas komissiyasının səmərəli fəaliyyətinin təşkilinə, məzunların gələcək iş fəalliyyəti üçün zəruri tədbirlərin həyata keçirilməsinə rəhbərlik edir; özünüidarə orqanlarının fəaliyyətinə istiqamət verir və onlara əməli kömək göstərir; ayrılmış dövlət vəsaitlərindən, həmçinin digər mənbələrdən müəssisənin büdcəsinə daxil olan vəsaitin aidiyyətı üzrə səmərəli istifadə olunmasını təmin edir, mövcud qaydalara uyğun olaraq əmlaka və vəsaitlərə aid sərəncamlar verir; tədris maddi-texniki bazasının gücləndirilməsi, qorunması və uçotunu təmin edir; müəssisənin inkişaf istiqamətlərini müəyyənləşdirir, strateji və cari planlar hazırlayıb onların həyata keçirilməsinə bilavasitə rəhbərlik edir; keyfiyyətli kadr hazırlığı üçün məsuliyyət daşıyır; əmək bazarının durumunu öyrənir, təhlil edir və yeni perspektivli sahələr üzrə kadr hazırlığına dair müvafiq qurumlar qarşısında təşəbbüslə çıxış edir; kadrların seçilib yerləşdirilməsini, tələb olunan qaydalara əsasən onlarla müvafiq işlərin aparılmasını həyata keçirir, əmək qanunvericiliyi və daxili intizam qaydalarına uyğun olaraq işçilərin vəzifə borclarını müəyyənləşdirir; müəllim heyətinin peşə ustalığının yüksəldilməsi üçün şərait yaradır; pedaqoji kadrların attestasiyaya hazırlığını və keçirilməsini təşkil edir; kollektiv müqavilə bağlayır, onun yerinə yetirilməsinə cavabdehlik daşıyır; əməkdə xüsusi fərqlənmiş müəllimləri və müəssisənin digər işçilərini rəğbətləndirmə və təltif üçün təqdim edir, öz səlahiyyətləri daxilində intizam tənbehi tətbiq edir; kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasına, hesabatların vaxtında hazırlanmasına məsuliyyət daşıyır. Bilməlidir: gənclərin təhsili və tərbiyə məsələlərinə dair dövlət və hökumət orqanlarının qərarlarını, “Azərbaycan Respublikasının Təhsil Qanunu”nu, Uşaq Hüquqları Konvensiyasını, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununu; təhsilin idarə olunması üzrə tənzimləyici və normativ-hüquqi sənədləri, idarəetmənin elmi əsaslarını və müasir metodlarını; tədris proqramları və tədris-metodiki sənədlərlə işi, məktəbdaxili nəzarəti, müəllimlərin əməyinin tarifləşdirilməsi qaydalarını; pedaqoji-psixoloji bilikləri; qabaqcıl təlim-tərbiyə metodlarını; respublikamızda və xarici ölkələrdəki pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini; yaşayış yerlərində və dərsdən sonra gənclərin tərbiyə işinin təşkili yollarını; informasiya-kommunikasiya sistemlərindən istifadəni; təhsil innovasiyalarını və pedaqoji texnologiyaları; əmək qanunvericiliyini və əməyin hüquqi tənzimlənməsi üzrə normativ sənədləri; təhsil müəssisəsinin profilinə uyğun istehsal sahələrinin inkişaf istiqamətlərini, təhsilin iqtisadiyyatını və maliyyə-təsərrüfat fəaliyyətinin, eləcə də hesabatvermə və statistikanın əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını. Ödəniş dərəcələrinə ixtisas tələbləri: 1. Ali pedaqoji və yaxud müəssisənin profilinə uyğun ixtisas və idarəetmə sahəsi üzrə ali təhsil; 2. Pedaqoji və ya rəhbər işlərdə ən azı 5 il (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olanlar üçün 3 il) staj; 3. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə diplom (sertifikat). 14-cü dərəcə- təhsil alan tələbələrin sayı 200 nəfərədək olduqda; 15-ci dərəcə- tələbələrin sayı 201-500 nəfərədək olduqda; 16-cı dərəcə- tələbələrin sayı 500 nəfərdən çox olduqda.
1 Nisan 2016 Cuma
Kaydol:
Kayıt Yorumları (Atom)
Məşhur Postlar
-
Tərcumeyi-hal təqdim etdiyi insan haqqında avtobioqrafik məlumatdır. Bu forma adətən dövlət orqanları, böyük şirkətlər və s. qurumlar tər...
-
Xasiyy ə tnam ə bar ə d ə m ə lumat yazın. “Xasiyyət” (ərəb) və “namə” (fars) sözlərinin birləşməsindən əmələ gəlib, hər hansı bir ...
-
Protokol haqqında geni s m ə lumat «Protokol» sözü yunancadan götürülüb: “protok”-ilk, birinci v ə r ə q, “kolos” – yapı s dırmaq m ə...
-
İ zahat haqqında m ə lumat verm ə kl ə nümun ə « İ zahat» sözü ə r ə bc ə «izah» sözünd ə ndir . “izah” ərəbcə açıq, aydın, ətraflı surə...
-
Əməli yazıların ən genis yayılmıs növlərindən biri məktubdur. Bu yazı növünə təhsilindən asılı olmayaraq, hər bir insanın gündəlik həya...
-
Akt haqqında ümumi m ə lumat “Akt” sözü latın dilində “aktus” hərəkət və “ aktum” sənəd mənalarında islənir. “Akt” çoxmənalı sözdür: 1)...
-
Alman dili (Azərbaycan bölməsi) Alman Dili(Rus Bölməsi) Azərbaycan Dili və Ədəbiyyatı Biologiya(Azərbaycan bölməsi) ...
-
Reklam v ə elan haqqında m ə lumat “Reklam” latın sözü olub «qı s qırmaq» m ə nasını verir. Bu söz dasıdıgı mənaya görə bir neçə anlamd...
-
Təcrübə göstərir ki, şagirdlər ərizəni müxtəlif formalarda yazırlar. Əslində isə ərizə müxtəlif məzmuna malik olsa da, formaca eyni cürdü...
-
Layih ə haqqında m ə lumat verm ə kl ə nümun ə «Layih ə » ə r ə b sözü olub, h ə r hansı s ə n ə din, q ə rarın, prosesin ə vv ə lc ə d...
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.