Pedaqogikanın sahələri
Adətən, hər bir elmin inkişaf səviyyəsi
haqqında mühakimə yürüdərkən onun tədqiqatlarının diferensiallaşması dərəcəsi və
digər elmlərlə çoxcəhətli əlaqələrinin mövcudluğuna əsaslanırlar. Pedaqoji elmlərin
tarixi inkişafı gedişində onun aşağıdakı sahələri formalaşmışdır.
Ümumi pedaqogika - pedaqoji prosesin ümumi qanunauyğunluqlarını öyrənir;
pedaqogikanın digər sahələri üçün nəzəri-metodoloji əhəmiyyət kəsb edir.
Pedaqoji elmlərin bir çox sahəsi insanın müxtəlif yaş dövrlərində
təlim-tərbiyə məsələlərini tədqiq edir. Yaşa görə pedaqoji elmlərin sahələri
bunlardır: körpəlik pedaqogikası, məktəbəqədər tərbiyə pedaqogikası, məktəb pedaqogikası,
texniki peşə məktəbi pedaqogikası, orta ixtisas məktəbi pedaqogikası, ali məktəb
pedaqogikası.
Pedaqoji elmlərin müəyyən qismi müxtəlif fəaliyyət sahələri ilə əlaqədardır.
Konkret fəaliyyətlə bağlı pedaqoji elm sahələri bunlardır: idman pedaqogikası,
istehsalat pedaqogikası, sosial pedaqogika, hərbi pedaqogika, hüquq
pedaqogikası, mədəni-maarif işi pedaqogikası və b.
Pedaqoji elmlərin bir qrupu orqanizmdə ciddi pozuntuları olan uşaq və gənclərin
təlim-tərbiyə xüsusiyyətlərini öyrənir. Bu elm sahələri əlahiddə pedaqogika
adlanır. Əlahiddə pedaqogika bir neçə qola bölünür: kar-lal uşaqların təlim-tərbiyəsi
məsələlərini öyrənən elm sahəsi surdopedaqogika, kor uşaqlarla bağlı
tiflopedaqogika, əqli cəhətdən geridə qalan uşaqlarla bağlı oliqofrenlər pedaqogikası,
nitqi qüsurlu uşaqlarla bağlı loqopediya.
Pedaqoji elmlərin bir qismini tarixi-müqayisəli, tətbiqi xarakterli elm sahələri
təşkil edir. Bunlara aşağıdakılar daxildir: pedaqogika tarixi (müxtəlif tarixi
dövrlərdə və müxtəlif ölkələrdə pedaqogika nəzəriyyəsi və təcrübəsinin
inkişafını öyrənir), xalq pedaqogikası (xalqımızın və digər xalqların şifahi
xalq yaradıcılığında təlim-tərbiyə məsələlərini tədqiq edir), müqayisəli
pedaqogika (müxtəlif ölkələrin pedaqoji nəzəriyyəsi və təcrübəsini müqayisəli şəkildə
öyrənir), metodika və ya xüsusi didaktika (ayrı-ayrı fənlərin tədrisində ümumi
didaktik qanunauyğunluqların tətbiqi xüsusiyyətlərini öyrənir), ailə
pedaqogikası (ailədə tərbiyə məsələlərini tədqiq edir).
Pedaqoji elm sahələri öz növbəsində müəyyən qollara bölünür. Məsələn, məktəb
pedaqogikasının aşağıdakı istiqamətləri vardır: tərbiyə nəzəriyyəsi, təlim və təhsil
nəzəriyyəsi (didaktika), məktəbşünaslıq, təhsil və tərbiyə fəlsəfəsi, təhsil
iqtisadiyyatı və s.
Mənbə: kayzen.az
Məşhur Postlar
-
Tərcumeyi-hal təqdim etdiyi insan haqqında avtobioqrafik məlumatdır. Bu forma adətən dövlət orqanları, böyük şirkətlər və s. qurumlar tər...
-
Xasiyy ə tnam ə bar ə d ə m ə lumat yazın. “Xasiyyət” (ərəb) və “namə” (fars) sözlərinin birləşməsindən əmələ gəlib, hər hansı bir ...
-
Protokol haqqında geni s m ə lumat «Protokol» sözü yunancadan götürülüb: “protok”-ilk, birinci v ə r ə q, “kolos” – yapı s dırmaq m ə...
-
İ zahat haqqında m ə lumat verm ə kl ə nümun ə « İ zahat» sözü ə r ə bc ə «izah» sözünd ə ndir . “izah” ərəbcə açıq, aydın, ətraflı surə...
-
Əməli yazıların ən genis yayılmıs növlərindən biri məktubdur. Bu yazı növünə təhsilindən asılı olmayaraq, hər bir insanın gündəlik həya...
-
Akt haqqında ümumi m ə lumat “Akt” sözü latın dilində “aktus” hərəkət və “ aktum” sənəd mənalarında islənir. “Akt” çoxmənalı sözdür: 1)...
-
Alman dili (Azərbaycan bölməsi) Alman Dili(Rus Bölməsi) Azərbaycan Dili və Ədəbiyyatı Biologiya(Azərbaycan bölməsi) ...
-
Reklam v ə elan haqqında m ə lumat “Reklam” latın sözü olub «qı s qırmaq» m ə nasını verir. Bu söz dasıdıgı mənaya görə bir neçə anlamd...
-
Təcrübə göstərir ki, şagirdlər ərizəni müxtəlif formalarda yazırlar. Əslində isə ərizə müxtəlif məzmuna malik olsa da, formaca eyni cürdü...
-
Layih ə haqqında m ə lumat verm ə kl ə nümun ə «Layih ə » ə r ə b sözü olub, h ə r hansı s ə n ə din, q ə rarın, prosesin ə vv ə lc ə d...
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.