Sinifdə istifadə olunan Kooperativ Tədris üsulları
PAZL (JİGSAW)
PAZL (JİGSAW)- 5 nəfərlik
qrupda formalaşır. Hər qrup üzvünə dərsin bir hissəsini öyrənmək və sonra qrup
üzvlərinə həmin hissəni tədris etmək tapşırılır. Eyni hissə üzərində işləyən
şagirdlər bir yerdə yığılır və ən vacib hissələri müəyyənləşdirir və tapşırığı
hansı üsullarla digər qrup üzvlərinə çatdırılmasını müzakirə edirlər. Bu
ekspert qruplar ilkin qruplarına qayıdır və öz kiçik qruplarında öyrəndiklərini
bölüşürlər. Test və tapşırıqlar bundan sonra keçirilir.
DÜŞÜN-CÜTLƏŞ-BÖLÜŞ (THİNK_PAİR_SHARE)
DÜŞÜN-CÜTLƏŞ-BÖLÜŞ
(THİNK_PAİR_SHARE)- 3 addımdan ibarət bir kooperativ üsuldur. Birinci mərhələdə
şagirdlər müəllim verən sual ətrafında fərdi olaraq fikirləşirlər. Ikinci mərhələdə
şagirdlər cütlüklərdə öz fikirləri ilə bölüşürlər. Üçüncü mərhələdə, cütlüklər
digər cütlüklərlə, digər komandalarla və ya bütöv siniflə bölüşürlər.
Üç
mərhələli müsahibə (Three-Step İnterview)
(Kagan) – Komandanın hər üzvü cütlükləri seçir.
Birinci mərhələdə şagirdlər cütlüklərlə mövzu ətrafında müsahibə (
aydınlaşdırıcı suallar vasitəsilə) aparırlar. İkinci mərhələdə cütlüklər
rollarını dəyişirlər. Sonuncu mərhələdə cütlüklər cavablarını bütöv komanda ilə
bölüşürlər
Raund Oyunu (RoundRobin Brainstorming) (Kagan)
Raund Oyunu (RoundRobin
Brainstorming) (Kagan)- Sinif kiçik qruplara bölünür (4-6 nəfər), 1 nəfər qeydləri
aparmaq üçün təyin olunur. Sual və ona bir neçə cavab verilir və şagirdlərə həmin cavablar ətrafında düşünmək üçün vaxt
ayrılır. Növbəti mərhələdə, komandanın üzvləri növbə ilə cavabları bölüşürlər.
Qeyd aparan şəxs qrup üzvlərinin cavablarını yazır. Qeyd aparanın yanında olan
şagird ilk başlayır və hər kəs ayrılmış vaxt çərçivəsində sualın cavabını
verir.
Üç
dəqiqəlik yoxlama ( Three-minute review)
Üç dəqiqəlik
yoxlama ( Three-minute review)- Müəllim mövzunu, müzakirəni istədiyi anda
dayandırır və komandaların söylədikləri ətrafında düşünməsinə 3 dəqiqə vaxt
ayırır, dəqiqləşdirici suallar verir və cavablar alır.
Nömrələnmiş
Başlar ( Numbered Heads Together) (Kagan)
Nömrələnmiş Başlar ( Numbered Heads Together)
(Kagan)- 4 nəfərlik komanda formalaşır. Hər komanda üzvünə nömrələr paylanır
(1,2,3,4,5) Qrupa suallar verilir. Qruplar suallar cavablandırmaq üçün birgə
işləyir və hər kəs şifahi olaraq suala cavab verə bilər. Müəllim nömrənin birini
səsləndirir və hər qrupun həmin nömrəsində olan şagird suala cavab verir.
Xor! Duet! Solo! (Team Pair Solo) (kagan)
Xor! Duet! Solo! (Team
Pair Solo) – Şagirdlər əvvəl komanda, sonra cütlüklərdə və sonda fərdi olaraq məsələni
həll edir (və ya sual ətrafında müzakirə edirlər). Bu üsul vasitəçilik əsasında
qurulur: bir-birinin köməyi ilə şagirdlər mövzunu (tapşırığı, məsələni) daha
yaxşı mənimsəyir. Bu üsul əvvəl tapşırığı həll edə bilməyən və komanda vasitəsilə
problemin həllini dərk edən şagirdləri daha da həvəsləndirir.
Müdrikləri çevrəyə Al! ( Circle the Sage)
Əvvəlcə müəllim hər hansı
bir mövzu haqqında xüsusi biliklərə malik olan şagirdləri müəyyənləşdirmək üçün
sinifdə sorğu aparır. Məs.., riyaziyyatdan çətin ev tapşırığını həll edən
şagird və s). Müəllim əl qaldıran şagirdləri (müdrikləri) sinfin müxtəlif yerlərinə
yönəldir. Sonra müəllim digər şagirdləri həmin müdriklərin ətrafında toplaşmağa
çağırır. Kiçik qrupun üzvləri müxtəlif müdriklərin ətrafında toplaşmalıdırlar.
Müdriklər bildiklərini izah edir, digərləri isə dinləyir, sual verir, qeydlər
aparır. Sonra hər kəs öz qrupuna qayıdır və növbə ilə öyrəndiklərini qrupda
izah edir. Qrup üzvləri müxtəlif müdriklərin ətrafına toplaşdığına görə, qeydlərini
müqayisə edir. əgər mübahisə, fikir müxtəlifliyi yaranırsa, onlar bir komanda
olaraq ayağa qalxır. Fikirlər səslənir və həll olunur.
Tərəfdaşlar (Partners) (Kagan)
Tərəfdaşlar
(Partners)- Sinif 4 nəfərdən ibarət komandalara bölünür. Cütlüklər sinfin bir tərəfinə
toplaşır. Hər komandanın yarısına tapşırıq verilir və onlar öyrəndiklərini
komandanın digər üzvlərinə ötürürlər. Eyni material ətrafında çalışan digər
cütlüklərdən məsləhət ala bilərlər. Sonra komandalarbir yerə yığılır və hər
cütlük öz hissəsini bölüşür. Cütlüklər komanda üzvlərinə qısa testlər də verə
bilər. Komandalar nə dərcədə öyrəndiklərini və tədris etdiklərini , eləcə də bu
öyrənmə üsulunun təkmilləşdirilməsi yollarını nəzərdən keçirir.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.