Təlim metodları haqqında anlayış
Təlim
metodları-təlim prosesində müəllim tərəfindən həyata
keçirilən müvafiq fəaliyyət təqdim olunan materialın şagirdlər tərəfindən dərk
edilməsi üzrə onların müxtəlif idraki və
təcrübi fəaliyyətini özündə birləşdirən
iş sistemidir. Başqa cür desək təlim metodları müəllim və şagirdlərin təlim
vəzifələrinin həllinə yönəlmiş birgə fəaliyyətin üsullarıdır. Metod deyəndə müəllimlə
şagirdlər arasındakı qarşılıqlı əlaqə başa düşülür. Təlimin səmərəli olması təlim metodunun
düzgün seçilməsindən, tətbiq edilməsindən eləcə də şagirdlərin bilik, bacarıq və
maraqlarından asılıdır. Pedoqogika elmində müxtəlif təlim metodları vardır.Təlim
metodları induktiv, təhlil və s metodlar
ilə xarakterizə olunur. Metodlar təfəkkürün inkişafı baxımından bir birindən fərqlənir.
Izahedici
–illüstrativ metod- şagirdlər tərəfindən mənimsənilmənin
təşkili və hazır məlumatın dərk edilməsidir. Burada müəllimin şifahi sözü, təsviri
əyanilik, sənədli materiallar istifadə
olunur.
Reproduktiv
metod-tapşırıq əsasında biliklərin təsvirini və
onların şagirdlər tərəfindən quraşdırılmasını nəzərdə tutur. Bu metod şagird tərəfindən
artıq ona məlum olan əməllərin təkrar olunmasına yönəlmişdir.
Tədqiqat
metodu- problemli məsələlərin həllində istifadə
edilir. Şagirdlər bildikləri hazır biliklərdən əlavə yeni biliklərin
araşdırılmasıdır. Problemli məsələlər sənədin mətni və ya dərslik üzrə ,
kinofilm və başqa məlumat mənbələri üzrə qoyula bilər
Qismən
araşdırma metodu- bu tədqiqt metodunun bir
növüdür. Burada tədqiqat məsələsinin həllinin mərhələli tədrisi baş verir. Bu
metod pz tətbiqini evristik söhbətlərdə tapır.
Problemli
şərh metodu-çətin problemlərin açılmasında istifaəd
olunur. Müəllimin izahl idrakın nümunəsi sayılır.
Problem
axtarış metodları- problemin həlli üzərində
şagirdlərin fərziyyələrinin irəli sürülməsi və araşdırılma nəticəsində məlumatların ümumiləşdirilməsi
Perproduktiv
metodlar: müəllimin informasiyası və şagirdlərin
bunları yadda saxlaması
Məntiqi
metodlar-öyrənilən materialların oxşarlıq və fərqlərini
tapmaq, sitemləşdirmək və ümumiləşdirmək
Müstəqil
iş metodları – plan, tezis, konspekt tərtibi üsulları və
s
Müsahibə
metodları- sualların məntiqi ardıcıllıqla qoyuluşu,
köməkçi sualların qoyuluşu, bütün şagirdlərin fəallaşdırılması, nəticələrin,
ümumiləşdirmələrin, xülasələrin və s dürüst
ifadə olunması üsulları
Tapşırıq metodları- bumetodlar elmi idrakla
qarşılıqlı əlaqədədir.
İyi bir site
YanıtlaSilTelim modeli dedikde burada hansı metodlardan danışmalıyıq ? Bibö klaster ve diğer metodlardan danışa bilerik?
YanıtlaSil