DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

14 Ekim 2015 Çarşamba

Təlim metodları haqqında anlayış

Təlim metodları haqqında anlayış
Təlim metodları-təlim prosesində müəllim tərəfindən həyata keçirilən müvafiq fəaliyyət təqdim olunan materialın şagirdlər tərəfindən dərk edilməsi üzrə onların  müxtəlif idraki və təcrübi fəaliyyətini özündə birləşdirən  iş sistemidir. Başqa cür desək təlim metodları müəllim və şagirdlərin təlim vəzifələrinin həllinə yönəlmiş birgə fəaliyyətin üsullarıdır. Metod deyəndə müəllimlə şagirdlər arasındakı qarşılıqlı əlaqə başa düşülür.  Təlimin səmərəli olması təlim metodunun düzgün seçilməsindən, tətbiq edilməsindən eləcə də şagirdlərin bilik, bacarıq və maraqlarından asılıdır. Pedoqogika elmində müxtəlif təlim metodları vardır.Təlim metodları  induktiv, təhlil və s metodlar ilə xarakterizə olunur. Metodlar təfəkkürün inkişafı baxımından bir birindən fərqlənir.
Izahedici –illüstrativ metod- şagirdlər tərəfindən mənimsənilmənin təşkili və hazır məlumatın dərk edilməsidir. Burada müəllimin şifahi sözü, təsviri əyanilik, sənədli  materiallar istifadə olunur.
Reproduktiv metod-tapşırıq əsasında biliklərin təsvirini və onların şagirdlər tərəfindən quraşdırılmasını nəzərdə tutur. Bu metod şagird tərəfindən artıq ona məlum olan əməllərin təkrar olunmasına yönəlmişdir.
Tədqiqat metodu- problemli məsələlərin həllində istifadə edilir. Şagirdlər bildikləri hazır biliklərdən əlavə yeni biliklərin araşdırılmasıdır. Problemli məsələlər sənədin mətni və ya dərslik üzrə , kinofilm və başqa məlumat mənbələri üzrə qoyula bilər
Qismən araşdırma metodu- bu tədqiqt metodunun bir növüdür. Burada tədqiqat məsələsinin həllinin mərhələli tədrisi baş verir. Bu metod pz tətbiqini evristik söhbətlərdə tapır.
Problemli şərh metodu-çətin problemlərin açılmasında istifaəd olunur. Müəllimin izahl idrakın nümunəsi sayılır.
Problem axtarış metodları- problemin həlli üzərində şagirdlərin fərziyyələrinin irəli sürülməsi və araşdırılma nəticəsində  məlumatların ümumiləşdirilməsi
Perproduktiv metodlar: müəllimin informasiyası və şagirdlərin bunları yadda saxlaması
Məntiqi metodlar-öyrənilən materialların oxşarlıq və fərqlərini tapmaq, sitemləşdirmək və ümumiləşdirmək
Müstəqil iş metodları – plan, tezis, konspekt tərtibi üsulları və s
Müsahibə metodları- sualların məntiqi ardıcıllıqla qoyuluşu, köməkçi sualların qoyuluşu, bütün şagirdlərin fəallaşdırılması, nəticələrin, ümumiləşdirmələrin, xülasələrin və s dürüst  ifadə olunması üsulları
Tapşırıq metodları- bumetodlar elmi idrakla qarşılıqlı əlaqədədir.
Metodlar seçilırkən şagirdlərin bilik bacarıq kimi xüsusiyyətləri və eləcə də yaş səviyyələri nəzərə alınır.

2 yorum:

  1. Telim modeli dedikde burada hansı metodlardan danışmalıyıq ? Bibö klaster ve diğer metodlardan danışa bilerik?

    YanıtlaSil

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar