Dərs tarxiə dair tədris işinin əsas formasıdır. Dərsin məzmunu tarixi
təlim etməkdir, yəni proqramda nəzərdə tutulmuş həcmdə müəyyən tarixi biliklərinin
şagirdlər tərəfindən mənimsənilməsidir və şagirdləri bu material üzərində tərbiyə
etməsidir. Təlim mürəkkəb və müxtəlif prosesdir. Dərsdə hər kəs həm müəllim həm
də şagirdlər gərgin işlə məşğuldurlar. Tarix dərsinin vəzifələri yeni material haqqında məlumat verməklə
bitmir. Sorgu-sual və ya yoxlama söhbəti ilə şagirdlərin bilikləri yoxlanılır.
Dərsin gedişində şagirdlərin tarix materialı ilə işləmək, bacarıq və vərdişlərini
təşəkkületdirmək lazımdır.
Bunlar hamısı dərsin didaktik cəhətini xarakterizə edir ki, bu da onun ideya məzmununu açmağa xidmət edir. Tarix dərsi vəzifələrin çoxluğu ilə səciyyələnir.tədris-təhlil və ideya tərbiyə vəzifələri nə qədər müxtəlif olsa da , tarix dərsi daxili biliyi və bitkinliyi ifadə edir. Hər şeydən əvvəl , hər bir dərsin öz mövzusu vardır. Dərsin mövzusunun ayrı ayrı nəsillərə parçalanması , dərsin materialını öyrənməyin planı adlanır. Hər bir tarix dərsinin öz mövzusu və planı vardır. Hər bir dərs nəinki məzmununa, həm də işin xarakterinə görə bitmiş tam vahiddir. Hər bir təcrübəli tarix müəllimi bilir ki dərs materialının seçilməsi və yerləşdirilməsi onun keçilməsi gedişində istifadə edilən , bütün didaktik üsul və metodlar dərsin əsas ideyasına, onun tədris təhsil vəzifələrinin həll edilməsinə tabe edilmişdir. Dərsin göstərilən idrak vəzifələri ilə həm də ideya tərbiyə vəzifələri ayrılmaz sürətdə bağlıdır. Dərsin ideya məzmunu və təhsil tərbiyə vəzifələri ilə nəinki müəllimin iş metodları, həm də şagirdlərin müstəqil iş metodları müəyyən edilir. Dərsin əsas ideya məzmunu onun təhsil və tərbiyə vəzifələri yalnız dərsdə öyrənilən tarixi hadisələrin mahiyyətini, qanunauygunlarını, səbəblərini, nəticələrini, əhəmiyyətini, qiymətini açıb göstərmək yolu ilə düzgün müəyyən edilə bilər. Dərsin tədris –təhsil və tərbiyə vəzifələrinin müəyyən edilməsində metodiki vəsaitlər , xüsusi metodiki ədəbiyyat mühüm kömək göstərir.
Bunlar hamısı dərsin didaktik cəhətini xarakterizə edir ki, bu da onun ideya məzmununu açmağa xidmət edir. Tarix dərsi vəzifələrin çoxluğu ilə səciyyələnir.tədris-təhlil və ideya tərbiyə vəzifələri nə qədər müxtəlif olsa da , tarix dərsi daxili biliyi və bitkinliyi ifadə edir. Hər şeydən əvvəl , hər bir dərsin öz mövzusu vardır. Dərsin mövzusunun ayrı ayrı nəsillərə parçalanması , dərsin materialını öyrənməyin planı adlanır. Hər bir tarix dərsinin öz mövzusu və planı vardır. Hər bir dərs nəinki məzmununa, həm də işin xarakterinə görə bitmiş tam vahiddir. Hər bir təcrübəli tarix müəllimi bilir ki dərs materialının seçilməsi və yerləşdirilməsi onun keçilməsi gedişində istifadə edilən , bütün didaktik üsul və metodlar dərsin əsas ideyasına, onun tədris təhsil vəzifələrinin həll edilməsinə tabe edilmişdir. Dərsin göstərilən idrak vəzifələri ilə həm də ideya tərbiyə vəzifələri ayrılmaz sürətdə bağlıdır. Dərsin ideya məzmunu və təhsil tərbiyə vəzifələri ilə nəinki müəllimin iş metodları, həm də şagirdlərin müstəqil iş metodları müəyyən edilir. Dərsin əsas ideya məzmunu onun təhsil və tərbiyə vəzifələri yalnız dərsdə öyrənilən tarixi hadisələrin mahiyyətini, qanunauygunlarını, səbəblərini, nəticələrini, əhəmiyyətini, qiymətini açıb göstərmək yolu ilə düzgün müəyyən edilə bilər. Dərsin tədris –təhsil və tərbiyə vəzifələrinin müəyyən edilməsində metodiki vəsaitlər , xüsusi metodiki ədəbiyyat mühüm kömək göstərir.
Şagirdlərdə
tərbiyənin formalaşdırılması
Şagirdlərin mənəvi tərbiyəsi ilk növbədə təlim materiallarını mənimsətməklə
həyata keçirilir. Tarixi faktlar şagirdlərə
daha güclü emosional təsir göstərir və onlar dərk edildikcə bu təsir daha da
artır.
Tarixi materiallar şagirdlərin elm-dünyagörüşünün formalaşmasına da, əxlaq
tərbiyəsinə də mühüm təsir edir. Təlim prosesində xalq kütlələrinin və ayrı
ayrı şəxsiyyətlərin fəaliyyətinin qiymətləndirilməsi etik problemlərin həllinə
kömək edir, şagirdlərdə əxlaqi keyfiyyətlər, inam, əqidə formalaşdırır. Burada
müəllimin başlıca vəzifəsi kursun materiallarından tərbiyəvi təsiri gücləndirən
ifadələri seçib inandırıcı , emosional formada şagirdlərə çatdırsın. Yeri gəldikcə
hadisələrə, tairix şəxsiyyətlərə öz münasibətini bildirsin. Mühüm tərbiyəvi əhəmiyyətə malik
materialların dərk edilməsinə , çıxarılmış nəıticələrin əqidəyə çevrilməsinə
kömək edən vasitələri tapsın.
Mənəvi tərbiyənin ən mühüm tərəfi yalnız əməyə hazır olmaq, əməyə
dair bilikləri əldə etmək deyil, həm də bu biliklırin əqidəyə çevrilməsidir.
Şagirdlərin faydalı ictimai əmək bacarıqlarının inkişaf etdirilməsidir. Bu da əmək
ənənələri , əmək adamlarına münasibət, şüurlu əmək intizamı, işdə yaradıcı fəallıq,
əmək mədəniyyəti və bu kimi anlayışların mahiyyətinion açılmasına imkan
yaradır.
Gənclər təhsil illərində vətən, vətənpərvərlik , dosta məhəbbət, düşmənə
nifrət və bu kimi anlayışları mənimsəyirlər.
Müəllimlər hələ ibtidai siniflırdən başlayaraq şagirdləri görkəmli şəxsiyyətlərin
həyat və fəaliyytinin öyrənməyə istiqamətləndirirlər. Müəllim istər dərsdə, istərsə
də sinifdənkənar tədbirlərdə milli vətənpərvərliyə xüsusi diqqət yetirməlidir.
Çünki digər mənəvi keyfiyyətlərin özəyi
bu müqəddəs hissdir. Hərbi vətənpərvərlik
tərbiyəsi – şagirdlərin hərb elminin sirrlərinə yiyələnməsi, onların hərbi
xidmətə hazır olması, onlarda mərdlik, cəsurluq və bu kimi iradi,əxlaqi keyfiyyətlər
formalaşdırmaqdadır.
Məktəblilər hərbi bilik, bacarıq və vərdişlərə həm dərsdə həm də dərsdənkənar
tədbirlərdə yiyələnirlər. Vətənpərvərliyi,
düşmənə nifrətsiz təsəsvvür etmək qeyri mümkündür.
Milli şüurun – formalaşmasında
xalq bayramlarının , tarixi günlərin
təntənəli qeyd olunmasının böyük tərbiyəvi əhəmiyyəti vardır. Bu şagirdlərin mənəvi
aləminə ciddi təsir göstərməklə yanaşı, onlarsa milli mənlik şüurunun təşəkkülünə
səbəb olur. Milli şüurun inkişaf etdirilməsi məqsədilə müəllimlər fənnin imkanlarından
, folklor nümunələrindən , tarixi şəxsiyyətlərin örnəklərindən istifadə edə bilərlər.Mənəvi
tərbiyənin mühüm tərkib hissələrindən biri də milli ləyaqətdir. Ləyaqət millətin
formalaşması özü mənsubiyyətini dərk etməsi başqa millətlər arasında öz yerini
düzgün müəyyən edə bilməsidir. Milli ləyaqət milli alçalmaya , milli təhqirə
qarşı barışmazdır.
Tarix proqramları və dərsliklərində
şagirdlərin estetik tərbiyəsinə şərait yaradan çoxlu materiallar var. Tarix dərslərində
incəsənət əsərlərinə tarixi yanaşmaq və onların reallıqdan asılılığını açmaq
lazımdır. Təcrübəli müəllim ayrı –ayrı
dövrlərdə incəsənətin özünəməxsus
xüsusiyyətlərini şagirdlərə başa salır, bədii sürətlərin estetik , əxlaqi və
idraki cəhətləri arasında üzvi əlaqə
olduğunu konkret faktlarla aydınlaşdırır. Şagirdlərin estetik tərbiyəsində
müqayisə üsulu mühüm əhəmiyyət kəsb edir. Müqayisə bir və ya bir neçə ölkənin
incəsənət əsərlərini bir biri ilə müqayisə etməyə və onlara xas olan ümumi və fərqli
cəhətləri ayırmağa imkan verir.
Şagirdlərin estetik baxışlarını formalaşdırmaq üsullarından biri də mədəniyyət
abidələrinə xəyalən səyahətdir.
Kinofilmlərə tamaşa, muzeylərə ekskursiyalar, incəsənət əsərlərinin təsviri, bədii əsərlərdən parçalar oxunması və
s incəsənət əsərləri ilə ilk tanışlıq zamanı yaranmış hissləri möhkəmləndirir.
Sinifdənkənar işdə şagirdlərin əfsanələr əsasında oynadıqları süjetlər , tarix
gecələrində yunan faciələrindən göstərdikləri kiçik səhnələr və s böyük tərbiyəvi
rola malikdir.
Tarix tədrisində təhsil vəzifələri ilə yanaşı və
onunla ayrılmaz vəhdətdə olan, tərbiyəvi vəzifələr də həyata keçirilir.
Bunların ən mühümü aşağıdakılardır
1) Şagirdləri
vətənpərvərlik rurunda, doğça xalqına məhəbbət və sədaqət ruhunda, vətəni
müdafiə etmək hazır olmaq ruhunda tərbiyə etmək, tarix tədrisindən hərbi vətənpərvərlik
tərbiyəsi
2) Məktəbliləri
həmrəylik ruhunda tərbiyə etmək
3) Məktəbliləri
döyüş və əmək ənənəviləri əsasında tərbiyə etmək
4) Ictimai
həyat hadisələrinə münasibətlərinin
formalaşdırılması
5) Şagirdlərin
dini tərbiyəsi və əqidəsinin formalaşdırılması
6) Estetik
tərbiyə
Məktəbdə tarix tədrisində həll edilən tədris və tərbiyə vəzifələri bir biri
ilə ayrılmaz vəhdət təşkil edir. Tarix tədrisində yerinə yetirilən tərbiyə
işinin əsasını biliklırin verilməsi təşkil edir. Öz ölkəsini, öz xalqını sevmək
üçün ölkənin və xalqın tarixi keçmişini bilmək lazımdır. Estetik tərbiyə mədəniyyət tarixinə dair biliklərə şagirdlərin
yiyələnməsi əsasında aparılır. Öyrənilən tarix materialının emosiya-obraz cəhətinin
də çox böyük tərbiyəvi əhəmiyyəti vardır. Tarix dərslərində şagirdlərin təsəvvüründə keçmişin parlaq mənzərələri, həyəcanlə
səhnələr, mübarizlərin və qəhrəmanların obrazları canlanır. Tarix materialı məktəblinin
şəxsiyyətinin bütün cəhətləri və zəkasına, hisslərinə və iradəsinə təsir göstərir.
Tarix tədrisində təlim ilə tərbiyənin vəhdəti, təlim tərbiyə prosesinin bu cəhətləri
arasında süni əlaqə yaradılmasından ibarət deyildir. Bu müəllimin işinin öz
mahiyyətindədi. Bu vəhdətin necə təzahür etdiyini və konkret sürətdə yerinə yetirldiyini ətraflı sürətdə nəzərdən
keçirək.
1)
Təlim ilə tərbiyənin vəhdəti, hər şeydən əvvəl
bundadır ki, şagirdlərin elmi dünyagörüşünün formalaşdırılması, tarix tədrisin
həm maarifləndirici, həm də tərbiyə vəzifəsini eyni zamanda təmsil edir
2)
Daha sonra tarxi tədrisində təlim ilə tərbiyənin vəhdəti
ondan ibarətdir ki, proqram üzrə öyrənilməli olan tarix materialının nəinki
idarkı əhəmiyyəti, həmçinin tərbiyəvi qiyməti də vardır. Tarixi faktın idrak və
tərbiyəvi əhəmiyyətini reallaşdırmaq üçün, əvvəlcə fakt materialını düzgün seçmək,
faktları şagirdlərə canlı şəkildə, konkret formada təqdim etməkdir. Tarixi
faktın öyrənilməsi gedişində bu faktın müəyyən dərəcədə şagirdlərin mənafeyi ilə
, fikirləri və hissləri ilə bağlı olduğu cəhətləri açılıb göstərildikdə həmin
tarixi fakta şagirdlərin, şəxsi münasibəti yarana bilər. Buna, tarix faktının
konkret həyati əhəmiyyətini, öyrənilən, dövrdə insanların həyat yolu ilə də
nail olmaq olar.
3)
Konkret faktını material əsasında yaradılan canlı
tarixi təsəvvürlər sistemi habelə nəinki idrakı, eyni zamanda tərbiyəvi əhəmiyyətə
də malikdir.
4)
Şagirdlərin fikrində təşəkkül tapan tarixi
anlayışlar, təkcə idrakı məzmun kəsb etməklə qalmır, eyni zamanda tərbiyəvi məzmun,
ideya istiqaməti alır.
5)
Məktəb kursunda tarixi əlaqələrin və cəmiyyətin
inkişafındakı qanunauyğunluqların açılın göstərilməsi təkcə şagirdlərin tarixi
prosesi elmi sürətdə anlamasına, yəni maarifləndirmə məqsədlərinə xidmət etmək
deyil, eyni zamanda elmi dünyagörüşünün, ideya siyasi, əxlaq estetik tərbiyənin
və əqidənin formalaşmasına xidmət edir. Tarix müəlliminin hekayəsi idaye
istiqamətinə malikdir tərbiyəvi xarakter daşıyır. Həmin tarix müəllimin tətbiq
etdiyi metodlar təlim prosesinin yalnız bir cəhəti tərbiyə cəhətidir.
Söhbət məktəblinin hisslərini,
baxışlarını onun şəxsiyyətinin mənəvi əsaslarını yetişdirməkdən gedir.
Buna isə şagirdin özünün
zəkasını fəal sürətdə işlətməkdən və onun emaosiya dairəsinə təsir göstərməkdən
nail olmaq mümkün deyildir.
Tərbiyəedici
təlim anlayışına şagirdlərin müstəqil düşünmələrinin əsaslarını qoyan təlim
anlayışları daxildir. Şagird yuxarı siniflərə keçdikcə ideya –siyasi tərbiyəsi
işi xeyli dərəcədə mürəkkəbləşir. Bu ağır dövrdə məktəblinin əxlaqi-siyasi təşəkkülündə
müəllimin xüsusilə də ictimai siyasi , humanitar fənlərdən -ədəbiyyatdan,
tarixdən dərs deyən müəllimin şəxsiyyəti mühüm həlledici əhəmiyyət kəsb edir. Hər
şeydən əvvəl isə müəllimin biliyi , onun geniş görüş dairəsi, zəkası, mədəni
siyasi həyatın geniş sahələrindən xəbərdar olması çox zəruridir. Həmçinin müəllimin
əqidəliliyi, səmimiliyi, prinsipiallığı, ədalətli olması, həqiqəti demək müstəsna
həlledici məsələlərdən biri müharivə və sülhdür.
Maddi
istehsal tarixinin öyrənilməsi, cəmiyyətin həyatında onun əhəmiyyətinin göstərilməsi
şagirdlərdə əməyə münasibəti və əməkçilərə dərin hörmət hissləri tərbiyə etmək
məqsədinə xidmət edir. Həmçinin əxlaqi keyfiyyətlərin təbliği mühüm əhəmiyyət kəsb
edir. Estetik tərbiyənin aşılanması müəllim qarşısında duran əsas vəzifələrdən
biridir. Estetik tərbiyənin yaranmasında şagirdlər üçün əsas nümunə müəllim özü
olmalıdır. Müəllim geyimi, danışığı, rəftarı ilə şagirdlərə təsir etməkdədir.
Estetik tərbiyədə incəsənət əsərlərinin rolu böyükdür. Incəsənət əsərlərinə rəssamların
əsərləri, əl işləri, sənətkarlıq məhsulları daxildir.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.