Cədvəl sxemlər
Müzakirə zamanı müsbət və mənfi cavablar üçün (razıyam, etiraz edirəm),
yaxud müqayisəli fikirlərin qeyd edilməsi üçün T-sxemlər adlanan qrafik göstəricilərdən
istifadə olunur. Müəllim bir mətni şagirdlərə verir, onlarla razıyam və ya
etiraz edirəm prinsipi ilə oxyurlar və aşağıdakı cədvəli tərtib edirlər. (Yaxşı
olar ki, mövzu Qarabağ hadisələri, qaçqınlar haqqında olsun-şagirdlərdə vətənpərvərliyi
tərbiyə etmək üçün)
Yuxarı Qarabağı Azərbaycandan
ayırmaq olmaz(səbəblər)
|
Yuxarı Qarabağı Azərbaycandan
ayrımaq olar.(səbəblər)
|
1. Azərbaycanın tarixi ərazisidir
2. Ermənilər bura
köçürülüblər(XIX əsrin I yarısında)
3. və s
|
1.
2.
3.
|
Cədvəl tərtibindən sonra iş cütlərlə gedir. 5 dəqiqə vaxt verilir ki, səbəblər
yazılsın, birinci 5 dəqiqə ərzində cədvəlin sol tərəfində qoyulan suala cavab
yazılır, ikinci 5 dəqiqə ərzində isə cədvəlin sağ tərəfindəki sualla əlaqədar səbəblər
yazılır. Sonra hər cüt özünə yaxın olan
cütlə fikir mübadiləsi edir. Axırda müəllim yazı lövhəsində bütün sinif üçün
sexm tərtib edir, bütün cütlərin fikirlərini ümumiləşdirir və nəticə çıxarır.

0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.