DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

27 Eylül 2015 Pazar

Texnologiya Kurikulumu

 Vəsaiti yükləmək üçün
  şəkilin üzərinə toxun
 Texnologiya1.2. Məzmun xətləri
Milli və dünya təcrübəsinin öyrənilməsi, onların müqayisəsi, təhlil edilməsi nəticəsində «Texnologiya» fənninin aşağıda qeyd olunan məzmun xətləri müəyyənləşdirilmişdir ki, bu da şagirdlərin əldə edəcəyi bilik və bacarıqları daha aydın təsvir etmək, onu sistemləşdirmək məqsədinə xidmət edir:
Emal texnologiyaları
Texnika elementləri
Məişət mədəniyyəti
Qrafika
Bütün fənlərdə olduğu kimi, texnologiya fənninin məzmunu sinifdən-sinfə, konsentrik əsasda sadədən mürəkkəbə, asandan çətinə prinsipi üzrə getdikcə zənginləşsə də, məzmun xətləri dəyişməz qalır.

1.4. Fəaliyyət xətləri
“Texnologiya” fənni üzrə məzmün standartları müəyyənləşdirilərkən aşağıdakı fəaliyyət xətləri nəzərə alınmışdır:
Problem həlli.
Təhliletmə və əsaslandırma.
Mühakiməyürütmə.
Əlaqələndirmə.
Təqdimetmə.
1.5. Məzmun standartları
I S İ N İ F
I sinfin sonunda şagird:
sadə emal texnologiyalarını tanıyır, emal prosesinə hazırlıq görür, təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl etməklə sadə məmulatlar hazırlayır, onları təqdim edir;
texnoloji maşınları və texnoloji vasitələri təsnif edir, onları ayrılıqda bir-birindən fərqləndirir;
özünəxidmət, bitkilərə qulluq və mədəni davranış qaydalarını sadə formada izah edir;
zəruri məişət texnikalarından istifadə bacarıqları nümayiş etdirir;
sadə əşyaları qrafik təsvir edir.
Məzmun xətləri üzrə əsas və alt standartlar
1. Emal texnologiyaları
Şagird:
1.1. Emal texnologiyalarını və vasitələrini tanıyıb anladığını nümayiş etdirir.
1.1.1. Müvafiq emal texnologiyalarını (ölçmə, kəsmə, yapma, birləşdirmə, qatlama, tikmə) sadalayır.
1.1.2. Sadə emal texnologiyalarını fərqləndirir.
1.1.3. Emal vasitələrini sadalayır.
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.
1.2.1. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
1.2.2. Məmulatın hazırlanması üçün uyğun emal vasitələri seçir.
1.2.3. Məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir.
1.2.4. Hazırlanacaq məmulatın materialına uyğun emal texnologiyası seçir.
1.3.Verilmiş materiallardan (kağız, karton, parça, plastilin) müxtəlif məmulatlar hazırlayır.
1.3.1. Məmulatların detallarını hazırlayır.
1.3.2. Detalları birləşdirməklə sadə məmulat (məmulatlar) hazırlayır.
1.3.3. Məmulatların hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş etdirir.
1.3.4. Məmulatların qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət və əməkdaşlıq bacarıqları nümayiş etdirir.
1.3.5. Məmulatın hazırlanmasında müvafiq təhlükəsizlik və gigiyena qaydalarına əməl edir.
1.3.6. Hazırladığı məmulatı təqdim edir.
2. Texnika elementləri
Şagird:
2.1.Texnoloji maşınlar və texnoloji vasitələr haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.
2.1.1. Verilmiş təsvirlərdə texnoloji maşınları (nəqliyyat, yük, məişət) və texnoloji vasitələri (əl alətləri, mexaniki alətlər) adlandırır.
2.1.2. Texnoloji maşınları və vasitələri sadalayır.
2.1.3. Məişət texnikalarını sadalayır.
3. Məişət mədəniyyəti 14
Şagird:
3.1. Məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş etdirir.
3.1.1. Özünəxidmət və sanitariya-gigiyena qaydaları haqqında fikirlərini sadə formada şərh edir.
3.1.2. Otaq bitkilərinə qulluq qaydalarını şərh edir.
3.1.3. Yemək masası arxasında davranış qaydaları ilə bağlı fikirlərini bildirir.
3.1.4. Müxtəlif təyinatlı (səhər, nahar, şam, qonaq, bayram) yemək süfrələri və onların atributlarını sadalayır.
3.1.5. Səhər süfrəsini tərtib edir.
4. Qrafika
Şagird:
4.1. Əşyaları qrafik təsvir edir.
4.1.1. Əşyaların ayrı-ayrı hissələrinin qrafik təsvirini çəkir.
4.1.2. Çəkilmiş ayrı-ayrı hissələri birləşdirməklə əşyanın tam təsvirini çəkir.
II S İ N İ F
II sinfin sonunda şagird:
sadə emal texnologiyalarını və vasitələrini tanıdığını nümayiş etdirir;
emal prosesinə hazırlıq işlərini yerinə yetirir;
verilmiş materiallardan (kağız, karton, parça, plastilin) sadə məmulatlar hazırlayır;
texnoloji maşınlar və texnoloji vasitələr haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir;
məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş etdirir;
sadə əşyaları qrafik təsvir edir 
Məzmun xətləri üzrə əsas və alt standartlar
1. Emal texnologiyaları
Şagird:
1.1. Emal texnologiyalarını və vasitələrini tanıdığını nümayiş etdirir.
1.1.1. Emal texnologiyalarını nümayiş etdirilən təsvirlərdə tanıyır.
1.1.2. Müvafiq emal texnologiyalarını (ölçmə, kəsmə, yapma, birləşdirmə, qatlama, tikmə) təyinatına görə sadə formada izah edir.
1.1.3. Emal vasitələrinin funksiyalarını şərh edir.
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.
1.2.1. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
1.2.2. Məmulatın hazırlanması üçün uyğun emal vasitələri seçir.
1.2.3. Məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir. 
1.2.4. Hazırlanacaq məmulatın materialına uyğun emal texnologiyası seçir.
1.3. Verilmiş materiallardan (kağız, karton, parça, plastilin) müxtəlif məmulatlar hazırlayır.
1.3.1. Məmulatların detallarını hazırlayır.
1.3.2. Detalları birləşdirməklə məmulat (məmulatlar) hazırlayır.
1.3.3. Məmulatların hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş etdirir.
1.3.4. Məmulatların qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət və əməkdaşlıq bacarıqları nümayiş etdirir.
1.3.5. Məmulatın hazırlanmasında müvafiq təhlükəsizlik və gigiyena qaydalarına əməl edir.
1.3.6. Hazırladığı məmulatı təqdim edir.
2. Texnika elementləri
Şagird:
2.1. Texnoloji maşınlar və texnoloji vasitələr haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.
2.1.1. Texnoloji maşınları (nəqliyyat, yük, məişət) bir-birindən fərqləndirir.
2.1.2. Texnoloji vasitələri (əl alətləri, mexaniki alətər) bir-birindən fərqləndirir.
2.1.3. Məişət texnikalarını bir-birindən fərqləndirir.
3. Məişət mədəniyyəti
Şagird:
3.1. Məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş etdirir.
3.1.1. Özünəxidmət və sanitariya-gigiyena qaydalarını izah edir.
3.1.2. Bitkilərə qulluq qaydalarını şərh edir.
3.1.3. Yemək masası arxasında davranış qaydalarını izah edir.
3.1.4. Yemək süfrəsinin növlərinə uyğun olaraq qabları, alət və ləvazimatları seçir.
3.1.5. Nahar süfrəsini tərtib edir.
4. Qrafika
Şagird:
4.1. Əşyaları qrafik təsvir edir.
4.1.1. Verilmiş ölçülərə əsasən nişanlama işləri aparır.
4.1.2. Hazırlanacaq məmulatın təsvirini çəkir.
III S İ N İ F
III sinfin sonunda şagird:
emal texnologiyalarının mahiyyətini anladığını nümayiş etdirir;
emal prosesinə hazırlıq işlərini yerinə yetirir;
verilmiş materiallardan (kağız, karton, parça, plastilin) müxtəlif məmulatlar hazırlayır;
texnoloji maşınlar və texnoloji vasitələr haqqında biliklərə malik olduğunu nümayiş etdirir;
məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş etdirir;
müxtəlif əşyaları qrafik təsvir edir.
Məzmun xətləri üzrə əsas və alt standartlar
1.Emal texnologiyaları
Şagird:
1.1. Emal texnologiyalarını və vasitələrini tanıyıb anladığını nümayiş etdirir.
1.1.1. Müxtəlif emal texnologiyalarına aid iş proseslərini mərhələlər üzrə izah edir.
1.1.2. Mərhələlər üzrə iş prosesində zəruri emal vasitələrinin əhəmiyyətini izah edir.
1.1.3. Emal vasitələrinin funksiyalarını şərh edir və təyinatını müəyyənləşdirir.
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.
1.2.1. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
1.2.2. Məmulatın hazırlanması üçün uyğun emal vasitələri seçir.
1.2.3. Məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir.
1.2.4. Hazırlanacaq məmulatın materialına uyğun emal texnologiyası seçir.
1.3. Verilmiş materiallardan (kağız, karton, parça, plastilin) müxtəlif məmulatlar hazırlayır.
1.3.1. Məmulatların detallarını hazırlayır.
1.3.2. Detalları birləşdirməklə müxtəlif məmulat (məmulatlar) hazırlayır.
1.3.3. Məmulatların hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş etdirir.
1.3.4. Məmulatların qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət və əməkdaşlıq bacarıqları nümayiş etdirir.
1.3.5. Məmulatın hazırlanmasında müvafiq təhlükəsizlik və gigiyena qaydalarına əməl edir.
1.3.6. Hazırladığı məmulatı (məmulatları) təqdim edir.
2. Texnika elementləri
Şagird:
2.1. Texnoloji maşınlar və texnoloji vasitələr haqqında biliklərə malik olduğunu nümayiş etdirir. 
2.1.1. Texnoloji maşınları (nəqliyyat, yük, nəqledici, elektron, məişət) bir-birindən fərqləndirir.
2.1.2. Texnoloji vasitələri (əl alətləri, mexaniki alətər, elektrik alətləri) bir-birindən fərqləndirir.
2.1.3. Məişət texnikalarından istifadə qaydalarını izah edir.
3. Məişət mədəniyyəti
Şagird:
3.1. Məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş etdirir.
3.1.1. Özünəxidmət və sanitariya-gigiyena tələblərinin insan həyatında əhəmiyyətini izah edir.
3.1.2. Bitkilərin insan sağlamlığının mühafizəsində rolunu şərh edir.
3.1.3. Yemək masası ətrafında davranış bacarıqlarını nümayiş etdirir.
3.1.4. Yemək süfrəsinin növlərinə uyğun olaraq qabları, alət və ləvazimatları seçir və düzgün yerləşdirir.
3.1.5. Şam süfrəsini tərtib edir.
4. Qrafika
Şagird:
4.1. Əşyaları qrafik təsvir edir.
4.1.1. Müstəvi və həcmli fiqurların hissələrinin ölçülərə əsasən təsvirini çəkir.
4.1.2. Hissələri birləşdirməklə əşyanın tam şəklini çəkir.
IV S İ N İ F
IV sinfin sonunda şagird:
emal texnologiyalarının mahiyyətini anladığını nümayiş etdirir;
emal prosesinə hazırlıq işlərini yerinə yetirir;
verilmiş materiallardan (kağız, karton, parça, plastilin, oduncaq, ərzaqlar) müxtəlif məmulatlar hazırlayır;
texnoloji maşınlar və texnoloji vasitələr haqqında biliklərə malik olduğunu nümayiş etdirir;
məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş etdirir;
müxtəlif əşyaları qrafik təsvir edir;

Məzmun xətləri üzrə əsas və alt standartlar
1.Emal texnologiyaları
Şagird:
1.1. Emal texnologiyalarını və vasitələrini tanıyıb anladığını nümayiş etdirir. 
1.1.1. Müxtəlif emal texnologiyaları və vasitələri ilə bağlı kiçik təqdimatlar edir.
1.1.2. Tanıdığı emal texnologiyalarının tətbiq edildiyi istehsal sahələri (zavod, fabrik, kombinat) haqqında məlumata malik olduğunu nümayiş etdirir.
1.1.3. Emal vasitələrinin funksiyalarını şərh edir, təyinatını müəyyənləşdirir və təqdimatlar edir.
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.
1.2.1. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
1.2.2. Məmulatın hazırlanması üçün uyğun emal vasitələri seçir.
1.2.3. Məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir.
1.2.4. Hazırlanacaq məmulatın materialına uyğun emal texnologiyası seçir.
1.3. Verilmiş materiallardan (kağız, karton, parça, plastilin, oduncaq, ərzaqlar) müxtəlif məmulatlar hazırlayır.
1.3.1. Məmulatların detallarını hazırlayır.
1.3.2. Detalları birləşdirməklə müxtəlif məmulat (məmulatlar) hazırlayır.
1.3.3. Məmulatların hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş etdirir.
1.3.4. Məmulatların qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət və əməkdaşlıq bacarıqları nümayiş etdirir.
1.3.5. Məmulatın hazırlanmasında müvafiq təhlükəsizlik və gigiyena qaydalarına əməl edir.
1.3.6. Hazırladığı məmulatı (məmulatları) təqdim edir.
2. Texnika elementləri
Şagird:
2.1. Texnoloji maşınlar və texnoloji vasitələr haqqında biliklərə malik olduğunu nümayiş etdirir.
2.1.1. Texnoloji maşınların təsnifatını aparır və onlar haqqında kiçik təqdimatlar edir.
2.1.2 Texnoloji vasitələrin təsnifatını aparır və onlar haqqında kiçik təqdimatlar edir.
2.1.3. Məişət texnikalarından istifadə bacarıqları nümayiş etdirir.
3. Məişət mədəniyyəti
Şagird:
3.1. Məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş etdirir.
3.1.1. Özünəxidmət qaydalarına riayət olunması barədə kiçik təqdimatlar edir.
3.1.2. Bitkilərin ətraf aləmdə rolu və əhəmiyyəti haqqında kiçik təqdimatlar edir. 
3.1.3. Yemək masası ətrafında qrup tərkibində davranış bacarıqlarını nümayiş etdirir.
3.1.4. Müxtəlif variantlı yemək süfrələri tərtib edir.
3.1.5. Qonaq və bayram süfrələrini tərtib edir.
4. Qrafika
Şagird:
4.1. Əşyaları qrafik təsvir edir.
4.1.1. Hazırlanacaq məmulatın texniki rəsmlərini və eskizlərini oxuyur.
4.1.2. Müstəvi və həcmli fiqurların hissələrinin təsvirini çəkərkən sadə dizayn bacarıqları nümayiş etdirir.
V sinif
V sinfin sonunda şagird:
 əl alətləri və ondan istifadə etməklə emal texnologiyalarını izah edir;
 əl alətləri və ondan istifadə etməklə hazırlanacaq məmulata görə iş yerini təşkil edir, iş ardıcıllığını müəyyənləşdirir, emal texnologiyaları seçir və məmulat hazırlayır;
 tərəvəz bitkilərinin yetişdirilməsi texnologiyasına aid bilik və bacarıqlar nümayiş etdirir1;
 elektrik enerjisinin maihiyyətini və onun alınması yollarını izah edir;
 sadə elektrik dövrəsi qurur;
 ailədə mədəni davranış və ünsiyyət qaydalarını, ailə büdcəsinin formalaşmasını şərh edir;
 yaşayış yerlərində sadə təmir işlərini yerinə yetirir;
 düzbucaqlı detalları olan məmulatların spesifikasiyasını şərh edir, qrafik təsvirini, çertyojunu, texnoloji xəritəsini çəkir və oxuyur
1 Kənd məktəbləri üçün nəzərdə tutulur.
Məzmun xətləri üzrə əsas və alt standartlar
1. Emal texnologiyaları
Şagird:
1.1 Emal texnologiyalarının özünəməxsus cəhətlərini anladığını nümayiş etdirir.
1.1.1. Əl alətlərindən istifadə etməklə emal texnologiyalarını izah edir.
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.
1.2.1. Əl alətlərindən istifadə etməklə hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
1.2.2. Əl alətlərindən istifadə etməklə məmulatın hazırlanması üçün iş ardıcıllığını müəyyənləşdirir. 
1.2.3. Əl alətlərindən istifadə etməklə məmulatın hazırlanması üçün uyğun emal texnologiyası seçir.
1.3. Verilmiş materiallardan (oduncaq, metal, plastik kütlə, parça, ərzaq) müxtəlif məmulatlar hazırlayır.
1.3.1. Verilmiş materiallardan bir sadə detaldan ibarət məmulat hazırlayır.
1.3.2. Bir sadə detaldan ibarət məmulat hazırlayarkən tərtibat bacarıqları nümayiş etdirir.
1.3.3. Qrup tərkibində müxtəlif məmulatlar hazırlayarkən birgə fəaliyyət bacarıqları nümayiş etdirir.
1.3.4. Məmulatların hazırlanması prosesində işin xarakterinə uyğun təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl edir.
1.4. Şəraitə və təbii imkanlara uyğun əmək bacarıqları (becərmə, bəsləmə, tədarük, emal) nümayiş etdirir*.
* Kənd məktəbləri üçün nəzərdə tutulur
1.4.1. Tərəvəz bitkilərinin yetişdirilməsi texnologiyasına aid bilik və bacarıqlar nümayiş etdirir.
2. Texnika elementləri
Şagird:
2.1. Texnoloji maşın, cihaz və vasitələr haqqında biliklərə malik olduğunu nümayiş etdirir.
2.1.1. Əl alətlərini təsnif edir və növlərini sadalayır.
2.1.2. Elektrik enerjisinin mahiyyətini, alınması yollarını izah edir.
2.2. Texnoloji maşın, cihaz və vasitələrdən istifadə bacarıqları nümayiş etdirir.
2.2.1. Əl alətlərindən istifadə edir.
2.2.2. Sadə elektrik mənbəyindən istifadə edərək elektrik dövrəsi qurur.
3. Məişət mədəniyyəti
Şagird:
3.1. Məişətdə zəruri hesab edilən bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
3.1.1. Ailədə mədəni davranış və ünsiyyət qaydalarını şərh edir.
3.1.2. Yaşayış yerində sadə təmir işlərini yerinə yetirir.
3.2. Ailə və onun büdcəsinin idarə olunması haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Ailə büdcəsi və onun formalaşmasını şərh edir.
4. Qrafika
Şagird:
4.1. Məmulatların texniki spesifikasiyasını şərh edir.
4.1.1. Müxtəlif formalı detalları olan məmulatların spesifikasiyasını şərh edir.
4.2. Məmulat və onun detallarının texniki sənədləşdirilməsi bacarıqları nümayiş etdirir.
4.2.1. Düzbucaqlı detalları olan məmulatların qrafik təsvirini, çertyojlarını, texnoloji xəritəsini çəkir və oxuyur.
VI sinif
VI sinfin sonunda şagird:
 mexanikləşdirilmiş əl alətlərindən istifadə etməklə emal texnologiyalarını izah edir;
 mexanikləşdirilmiş əl alətlərindən istifadə etməklə hazırlanacaq məmulata görə iş yerini təşkil edir, iş ardıcıllığını müəyyənləşdirir, uyğun texnologiya seçir və məmulat hazırlayır;
 meyvələrin yetişdirilməsi və tədarükü üzrə bilik və bacarıqlar nümayiş etdirir;
 elektrik enerjisinin ötürülməsi və istifadəsi yollarını izah edir;
 cərəyan mənbəyindən istifadə etməklə elektrik dövrəsi qurur;
 məktəbdə mədəni davranış və ünsiyyət qaydalarını şərh edir, sadə təmir işlərini yerinə yetirir;
 ailə büdcəsinin müəyyənləşdirilməsi haqqında fikirlərini şərh edir;
 müxtəlif formalı detalları olan məmulatların spesifikasiyasını şərh edir, qrafik təsvirini, çertyojlarını, texnoloji xəritələrini çəkir və oxuyur.
 Kənd məktəbləri üçün nəzərdə tutulur
Məzmun xətləri üzrə əsas və alt standartlar
1. Emal texnologiyaları
Şagird:
1.1 Emal texnologiyalarının özünəməxsus cəhətlərini anladığını nümayiş etdirir.
1.1.1. Mexanikləşdirilmiş əl alətlərindən istifadə etməklə emal texnologiyalarını izah edir.
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.
1.2.1. Mexanikləşdirilmiş əl alətlərindən istifadə etməklə hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
1.2.2. Mexanikləşdirilmiş əl alətlərindən istifadə etməklə məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir. 
1.2.3. Mexanikləşdirilmiş əl alətlərindən istifadə etməklə məmulatın hazırlanması üçün uyğun emal texnologiyası seçir.
1.3. Verilmiş materiallardan (oduncaq, metal, plastik kütlə, parça, ərzaq) müxtəlif məmulatlar hazırlayır.
1.3.1. Verilmiş materialdan 2-3 detaldan ibarət məmulat hazırlayır.
1.3.2. 2-3 detaldan ibarət məmulat hazırlayarkən tərtibat bacarıqları nümayiş etdirir.
1.3.3. Qrup tərkibində müxtəlif məmulatlar hazırlayarkən birgə fəaliyyət bacarıqları nümayiş etdirir.
1.3.4. Məmulatların hazırlanması prosesində işin xarakterinə uyğun təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl edir.
1.4. Şəraitə və təbii imkanlara uyğun əmək bacarıqları (becərmə, bəsləmə, tədarük, emal) nümayiş etdirir*.
* Kənd məktəbləri üçün nəzərdə tutulur.
1.4.1. Meyvələrin yetişdirilməsi və tədarükü üzrə bilik və bacarıqlar nümayiş etdirir.
2. Texnika elementləri
Şagird:
2.1. Texnoloji maşın, cihaz və vasitələr haqqında biliklərə malik olduğunu nümayiş etdirir.
2.1.1. Mexanikləşdirilmiş əl alətlərinin iş prinsiplərini şərh edir.
2.1.2. Elektrik enerjisinin ötürülməsi və istifadəsi yollarını izah edir.
2.2. Texnoloji maşın, cihaz və vasitələrdən istifadə bacarıqları nümayiş etdirir.
2.2.1. Mexanikləşdirilmiş əl alətlərindən istifadə edir.
2.2.2. Cərəyan mənbəyindən istifadə etməklə elektrik dövrəsi qurur.
3. Məişət mədəniyyəti
Şagird:
3.1. Məişətdə zəruri hesab edilən bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
3.1.1. Məktəbdə mədəni davranış və ünsiyyət qaydalarını şərh edir.
3.1.2. Məktəbdə sadə təmir işlərini yerinə yetirir.
3.2. Ailə və onun büdcəsinin idarə olunması haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Ailə büdcəsinin müəyyənlədirilməsi haqqında fikirlərini şərh edir.
4. Qrafika
Şagird: 
4.1. Məmulatların texniki spesifikasiyasını şərh edir.
4.1.1. Düzbucaqlı detalları olan məmulatların spesifikasiyasını şərh edir.
4.2. Məmulat və onun detallarının texniki sənədləşdirilməsi bacarıqları nümayiş etdirir.
4.2.1. Müxtəlif formalı detalları olan məmulatların qrafik təsvirini, çertyojunu, texnoloji xəritəsini çəkir və oxuyur.
VII sinif
VII sinfin sonunda şagird:
 maşın, qurğu və dəzgahlardan istifadə etməklə emal texnologiyalarını izah edir;
 məmulatı hazırlamaq üçün iş yerini təşkil edir, ardıcıllığı müəyyənləşdirir, emal texnologiyaları seçir və məmulat hazırlayır;
 ev quşlarının bəslənməsi texnologiyasına aid bilik və bacarıqlar nümayiş etdirir;
 maşınları, qurğuları, dəzgahları təsnif edir, iş prinsiplərini şərh edir və onları idarə edir;
 elektrotexniki avadanlıqları dövrəyə qoşur, onlara xidmət göstərir;
 küçədə və nəqliyyatda mədəni davranış və ünsiyyət qaydalarını şərh edir;
 ailənin büdcəyə uyğun tələbatlarının müəyyənləşdirilməsi haqqında fikirlərini şərh edir;
 yaşayış yerində və məktəbdə sadə təmir işlərini yerinə yetirir;
 quraşdırma elementləri olan məmulatların spesifikasiyasını şərh edir, qrafik təsvirini, çertyojlarını, texnoloji xəritəsini çəkir və oxuyur.
Məzmun xətləri üzrə əsas və alt standartlar
1. Emal texnologiyaları
Şagird:
1.1 Emal texnologiyalarının özünəməxsus cəhətlərini anladığını nümayiş etdirir.
1.1.1. Maşın, qurğu və dəzgahlardan istifadə etməklə emal texnologiyalarını izah edir.
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.
1.2.1. Maşın, qurğu və dəzgahlardan istifadə etməklə məmulat hazırlamaq üçün iş yerini təşkil edir.
1.2.2. Maşın, qurğu və dəzgahlardan istifadə etməklə məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir. 
1.2.3. Maşın, qurğu və dəzgahlardan istifadə etməklə məmulatın hazırlanması üçün uyğun emal texnologiyası seçir.
1.3. Verilmiş materiallardan (oduncaq, metal, plastik kütlə, parça, ərzaq) müxtəlif məmulatlar hazırlayır.
1.3.1. Verilmiş materialdan bir mürəkkəb detalı olan məmulat hazırlayır.
1.3.2. Bir mürəkkəb detaldan ibarət məmulat hazırlayarkən tərtibat bacarıqları nümayiş etdirir.
1.3.3. Qrup tərkibində müxtəlif məmulatlar hazırlayarkən birgə fəaliyyət bacarıqları nümayiş etdirir.
1.3.4. Məmulatların hazırlanması prosesində işin xarakterinə uyğun təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl edir.
1.4. Şəraitə və təbii imkanlara uyğun əmək bacarıqları (becərmə, bəsləmə, tədarük, emal) nümayiş etdirir.
1.4.1. Ev quşlarının bəslənməsi texnologiyasına aid bilik və bacarıqlar nümayiş etdirir.
2. Texnika elementləri
Şagird:
2.1. Texnoloji maşın, cihaz və vasitələr haqqında biliklərə malik olduğunu nümayiş etdirir.
2.1.1. Maşın, qurğu və dəzgahları təsnif edir, iş prinsipini şərh edir.
2.1.2. Elektrotexniki avadanlıqların iş prinsipini izah edir.
2.2. Texnoloji maşın, cihaz və vasitələrdən istifadə bacarıqları nümayiş etdirir.
2.2.1. Maşın, qurğu və cihazları idarə edir.
2.2.2. Elektrotexniki avadanlıqları dövrəyə qoşur, onlara xidmət göstərir.
3. Məişət mədəniyyəti
Şagird:
3.1. Məişətdə zəruri hesab edilən bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
3.1.1. Küçədə və nəqliyyatda mədəni davranış və ünsiyyət qaydalarını şərh edir.
3.1.2. Yaşayış yerində və məktəbdə sadə təmir işlərini yerinə yetirir.
3.2. Ailə və onun büdcəsinin idarə olunması haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Büdcəyə uyğun ailənin tələbatlarının müəyyənləşdirilməsi haqqında fikirlərini şərh edir.
4. Qrafika 
Şagird:
4.1. Məmulatların texniki spesifikasiyasını şərh edir.
4.1.1. Quraşdırma elementləri olan məmulatların spesifikasiyasını şərh edir.
4.2. Məmulat və onun detallarının texniki sənədləşdirilməsi bacarıqları nümayiş etdirir.
4.2.1. Quraşdırma elementləri olan məmulatların qrafik təsvirini, çertyojunu, texnoloji xəritəsini çəkir və oxuyur.
VIII sinif
VIII sinfin sonunda şagird:
 avtomat və yarımavtomat qurğulardan istifadə etməklə emal texnologiyalarını şərh edir;
 avtomat və yarımavtomat qurğulardan istifadə etməklə hazırlanacaq məmulata görə iş yerini təşkil edir, iş ardıcıllığını müəyyənləşdirir, uyğun texnologiya seçir və məmulat hazırlayır;
 ev heyvanlarının bəslənməsi texnologiyalarına aid bilik və bacarıqlar nümayiş etdirir;2
 avtomat və yarımavtomat qurğuların iş prinsipini şərh edir, onları dövrəyə qoşur, idarə edir;
 xidmət sahələrində mədəni davranış və ünsiyyət qaydalarını şərh edir;
 büdcəyə qənaət və şəxsi büdcə haqqında fikirlərini şərh edir;
 yaşayış yerində və məktəbdə sadə təmir-tikinti işlərini aparır, dekorativ bəzək işlərini yerinə yetirir;
 aksonometrik proyeksiyalarda verilmiş yuvarlaq detalları olan məmulatların spesifikasiyasını şərh edir, qrafik təsvirini, çertyojunu, texnoloji xəritəsini çəkir və oxuyur.

* Kənd məktəbləri üçün nəzərdə tutulur
Məzmun xətləri üzrə əsas və alt standartlar
1. Emal texnologiyaları
Şagird:
1.1 Emal texnologiyalarının özünəməxsus cəhətlərini anladığını nümayiş etdirir.
1.1.1. Avtomat və yarımavtomat qurğulardan istifadə etməklə emal texnologiyalarını şərh edir.
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.
1.2.1. Avtomat və yarımavtomat qurğulardan istifadə etməklə hazırlanacaq məmulata görə iş yerini təşkil edir. 
1.2.2. Avtomat və yarımavtomat qurğulardan istifadə etməklə məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir.
1.2.3. Avtomat və yarımavtomat qurğulardan istifadə etməklə məmulatın hazırlanması üçün uyğun emal texnologiyası seçir.
1.3. Verilmiş materiallardan (oduncaq, metal, plastik kütlə, parça, ərzaq) müxtəlif məmulatlar hazırlayır.
1.3.1. Verilmiş materiallardan 2-3 mürəkkəb detaldan ibarət olan məmulat hazırlayır.
1.3.2. 2-3 mürəkkəb detaldan ibarət məmulat hazırlayarkən tərtibat bacarıqları nümayiş etdirir.
1.3.3. Qrup tərkibində müxtəlif məmulatlar hazırlayarkən birgə fəaliyyət bacarıqları nümayiş etdirir.
1.3.4. Məmulatların hazırlanması prosesində işin xarakterinə uyğun təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl edir.
1.4. Şəraitə və təbii imkanlara uyğun əmək bacarıqları (becərmə, bəsləmə, tədarük, emal) nümayiş etdirir*.
1.4.1. Ev heyvanlarının bəslənməsi texnologiyasına aid bilik və bacarıqlar nümayiş etdirir.
2. Texnika elementləri
Şagird:
2.1. Texnoloji maşın, cihaz və vasitələr haqqında biliklərə malik olduğunu nümayiş etdirir.
2.1.1. Avtomat və yarımavtomat qurğuların iş prinsipini şərh edir.
2.1.2. Avtomatik cihaz və qurğuların iş prinsipini izah edir.
2.2. Texnoloji maşın cihaz və vasitələrdən istifadə bacarıqları nümayiş etdirir.
2.2.1. Avtomat və yarımavtomat qurğuları idarə edir.
2.2.2. Avtomatik cihaz və qurğuları dövrəyə qoşur, onlara xidmət edir.
3. Məişət mədəniyyəti
Şagird:
3.1. Məişətdə zəruri hesab edilən bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
3.1.1. Xidmət sahələrində mədəni davranış və ünsiyyət qaydalarını şərh edir.
3.1.2. Yaşayış yerində və məktəbdə sadə təmir işlərini aparır, dekorativ bəzək işlərini yerinə yetirir.
3.2. Ailə və onun büdcəsinin idarə olunması haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Büdcəyə qənaət və şəxsi büdcə haqqında fikirlərini şərh edir. 
4. Qrafika
Şagird:
4.1. Məmulatların texniki spesifikasiyasını şərh edir.
4.1.1. Aksonometrik proyeksiyalarda yuvarlaq detalları olan məmulatların spesifikasiyasını şərh edir.
4.2. Məmulat və onun detallarının texniki sənədləşdirilməsi bacarıqları nümayiş etdirir.
4.2.1. Aksonometrik proyeksiyalarda verilmiş yuvarlaq detalları olan məmulatların qrafik təsvirini, çertyojunu çəkir və oxuyur.
IX sinif
IX sinfin sonunda şagird:
 elektron texnologiyalarından istifadəyə dair emal texnalogiyalarını şərh edir;
 elektron texnologiyalarından istifadə etməklə hazırlanacaq məmulata görə iş yerini təşkil edir, iş ardıcıllığını müəyyənləşdirir, uyğun texnologiya seçir, məmulat hazırlayır;
 ev quşları və heyvanları üçün yem tədarükü və emalı texnologiyasına dair biliklər, bacarıqlar nümayiş etdirir;*
 elektron texnologiyalarla işləyən qurğu və cihazların iş prinsiplərini şərh edir, layihələr hazırlayır və təqdim edir;
 elektron texnologiyalarla işləyən qurğuları və cihazları dövrəyə qoşur və idarə edir;
 mədəniyyət ocaqlarında mədəni davranış və ünsiyyət qaydalarını şərh edir;
 ailə və onun büdcəsinin formalaşmasında sahibkarlıq fəaliyyətinin rolunu izah edir;
 yaşayış yeri və məktəbdə sadə təmir, dekorativ bəzək və interyer tərtibatı ilə bağlı təqdimatlar edir;
 müxtəlif birləşmələri olan məmulatların spesifikasiyasını şərh edir, qrafik təsvirini, çertyojlarını, texnoloji xəritəsini çəkir və oxuyur.
Məzmun xətləri üzrə əsas və alt standartlar
1. Emal texnologiyaları
Şagird:
1.1 Emal texnologiyalarının özünəməxsus cəhətlərini anladığını nümayiş etdirir. 
1.1.1. Elektron texnologiyalarından istifadəyə dair emal texnologiyalarını şərh edir, təqdimatlar hazırlayır.
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.
1.2.1. Elektron texnologiyalarından istifadə etməklə hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
1.2.2. Elektron texnologiyalarından istifadə etməklə məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir.
1.2.3. Elektron texnologiyalarından istifadə etməklə məmulatın hazırlanması üçün uyğun emal texnologiyası seçir.
1.3. Verilmiş materiallardan (oduncaq, metal, plastik kütlə, parça, ərzaq) müxtəlif məmulatlar hazırlayır.
1.3.1. Verilmiş materiallardan müxtəlif sayda detallardan ibarət məmulat hazırlayır.
1.3.2. Materialları müxtəlif olan detallardan məmulat hazırlayarkən tərtibat bacarıqları nümayiş etdirir.
1.3.3. Qrup tərkibində müxtəlif məmulatlar hazırlayarkən birgə fəaliyyət bacarıqları nümayiş etdirir.
1.3.4. Məmulatların hazırlanması prosesində işin xarakterinə uyğun təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl edir.
1.4. Şəraitə və təbii imkanlara uyğun əmək bacarıqları (becərmə, bəsləmə, tədarük, emal) nümayiş etdirir
1.4.1. Ev quşları və heyvanlar üçün yem tədarükü və emalı texnologiyasına aid bilik və bacarıqlar nümayiş etdirir.
2. Texnika elementləri
Şagird:
2.1. Texnoloji maşın, cihaz və vasitələr haqqında biliklərə malik olduğunu nümayiş etdirir.
2.1.1. Elektron texnologiyalarla işləyən qurğuların iş prinsipini şərh edir.
2.1.2. Elektron cihazların iş prinsipini izah edir, layihələr hazırlayır və təqdim edir.
2.2. Texnoloji maşın, cihaz və vasitələrdən istifadə bacarıqları nümayiş etdirir.
2.2.1. Elektron texnologiyalarla işləyən qurğuları idarə edir.
2.2.2. Elektron cihazları dövrəyə qoşur, onlara xidmət edir.
3. Məişət mədəniyyəti
Şagird: 
3.1. Məişətdə zəruri hesab edilən bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
3.1.1. Mədəniyyət ocaqlarında mədəni davranış və ünsiyyət qaydalarını şərh edir.
3.1.2. Yaşayış yerində və məktəbdə sadə təmir, dekorativ, bəzək və interyer tərtibatı ilə bağlı təqdimatlar edir.
3.2. Ailə və onun büdcəsinin idarə olunması haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Ailə və onun büdcəsinin formalaşmasında sahibkarlıq fəaliyyətinin rolunu izah edir.
4. Qrafika
Şagird:
4.1. Məmulatların texniki spesifikasiyasını şərh edir.
4.1 .1. Müxtəlif birləşmələri olan məmulatların spesifikasiyasını şərh edir.
4.2. Məmulat və onun detallarının texniki sənədləşdirilməsi bacarıqları nümayiş etdirir.
4.2.1. Müxtəlif birləşmələri olan məmulatların qrafik təsvirini, çertyojunu, texnoloji xəritəsini çəkir və oxuyur. 
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar