Mentor müəllim üçün zəruri informasiyadan asılı olaraq dörd müxtəlif rolda çıxış edə bilər, fasilitator, təqdimatçı, məsləhətçi və təlimçi. Mentor bu və ya digər rolda nə zaman çıxış edəcəyini, işləyəcəyi müəllimin ehtiyaclarına hansı eynək altından baxacağını özü müəyyənləşdirir.
1. Fasilitator- Fasilitator sözü “fasilitate” sözündən əmələ gəlib, “yüngülləşdirmək”,
“asanlaşdırmaq” mənasını verir. Fasilitator dialoq, birgə qərarların qəbul
edilməsi, planlaşdırma və ya məsələlərin həll edilməsi məqsədilə görüşlər keçirir.
Fasilitator müzakirənin keçirilmə qaydasını müəyyən edir, müzakirənin
mövzudan və prosesdən kənara çıxmamasına nəzarət edir.
|
2.
Təqdimatçı etmək- öyrətmək deməkdir. Təqdimatçı
kimi mentorun rolu müəllimin dünyagörüşünün genişləndirilməsində, onun yenivərdiş
və bacarıqlar əldə edərək tətbiq etməsində özünü biruzə verir. Təqdimatçı
ekspert, həmkar və ya dost kimi müxtəlif rollarda çıxış edərək informasiyanın
təqdim edilməsinin müxtəlif üsullarından istifadə edə bilər: birgə təlim,
qruplarda iş və s. Yaxşı təqdimatçılar bu və ya digər metodla hansı nəticəni əldə
etmək istədiklərini bilir, buna necə nail olduqlarını müntəzəm qiymətləndirirlər.
|
3.
Məsləhətçi – Məsləhətçi müəyyən sahə üzrə
spesifik informasiyaya malik olmaqla məzmun, təhsil prosesi üzrə ekspert ola
bilər. Mütəxəssis kimi məsləhətçi biliyi digər şəxsə ötürür. Məzmun sahəsi
üzrə eskpert kimi məsləhətçi müəyyən metodların tətbiq edilməsini, müəyyən
proqramların qəbul edilməsini və ya müəyyən materialların alınmasını rəğbətləndirir.
Təhsil prosesi üzrə ekspert kimi məsləhətçi metodiki tövsiyəlır verir. Səmərəli
məsləhətçi olmaq üçün müəllimin etimadını qazanmaq, birgə müəyyən edilmiş məqsəd
və gözləntiləri yadda saxlamaq zəruridir.
|
Təlimçi- Təlim vermək müəllimi məqsədlərinə nail olmaq üçün
hazırlamaq və eyni zamanda ona planlaşdırma, dərketmə, məsələləri həll etmə və
qərar qəbule tmə vərdişlərinin inkişafında kömək etmək deməkdir. Təlimçi səbrli
mövqe tutaraq, mühakimə etmədən, açıq suallar, pauza, perefraz və
aydınlaşdırma kimi texnologiyaları tətbiq edir. Bacarıqlı təlimçi müəllimlərdə
təlimə müstəqil yanaşma aşılamaq məqsədilə diqqəti düşüncəyə, dərketməyə və qərarların
qəbul edilməsinə yönəldir.
|
Əsas diqqəti təlimçi roluna yönəltmək lazımdır!
Təlimçi kimi müəllimi
- Uzunmüddətli və qısamüddətli planlaşdırma üçün məqsədləri müəyyən edərkən;
- Dərs planları işləyərkən
- Dərs keçərkən
- Dərslərin uşaqların təlim və müvəffəqiyyətinə necə təsir göstəridiyi haqda düşünərkən;
- Görüşlər zamanı müəllimlərin suallarını, problem və həyəcanlarını təhlil edərkən dəstəkləmək lazımdır.
Təlimçi rolunda mentor:
- Müəllimlə etibarlı tərəfdaş münasibətlərini;
- “Siz öz təliminiz üçün cavabdehsiniz. Mənim rolum bu prosesi dəstəkləmək. Istiqamətləndirmək, sizinlə birgə almaqdır” devizi altında qarşılıqla münasibətləri;
- Daha keyfiyyətli təhsil prosesinə, daha müsbət münasibətlərin yaranmasına aparan qarşılıqlı diskusiyyanı: tənzimlənmiş qarşılıqlı münasibətləri inkişaf etdirir.
Təlimçi rolunda mentor
- “yuxarıdan aşağıya” yanaşmasından istifadə etmir
- Müzakirə olunan məsələdə son instansiya rolu oynamır, müəllimin motivasiyası, ona göstərişlərin verilməsi üçün cavabdeh deyil
- Müəllimin işini qiymətləndirmir
- Müəllimin mentordan asılılığını rəğbətləndirmir, müəllim nə etmək lazım olduğunu demir
- Birtərəfli söhbətləri rəğbətləndirmir
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.