Mentor fəaliyyətinin uğurlu
olması üçün vaxtın düzgün müəyyən olunması çox mühümdür. Aşağıdakı istiqamətlərdəstəyin təmin olunması üçün
vaxtın ayrılması üzərində düşünmənizə yardım edə bilər.
Mentorun
uğurlu fəaliyyəti üçün digər əsas amil ona lazımi dəstəyin göstərilməsidir. Məktəb və yerli təhsil müəssisələri xüsusi olaraq bu dəstəyi təmin
edir. Aşağıda bu dəstəyin təmin edilməsinin bəzi yolları təsvir olunmuşdur.
Vaxt
·
Mentor və
müəllimlərin təlim məşğələləri, təlim strategiyaları və qiymətləndirmənin
aparılmasında əməkdaşlıq etmələri üçün
ümumi vaxtın planlaşdırılması
·
Heyətin görüş
vaxtı inzibati məsələlərlə bağlı vaxtın planlaşdırılması və peşəkar təlimin
hazırlığına həsr olunmuş vaxtın bölüşdürülməsi
·
Məktəbin təqvim planında
mentorla əməkdaşlıq üzrə peşəkar inkişaf günlərinin əks olunması
·
Əməkdaşlıq üçün
ümumi planlaşdırma vaxtını təmin etmək
üçün struktur təqvim cədvəlinin qəbul edilməsi
·
Müəllim və
mentorların bir-birini müşahidə etməsi və müşahidədən sonra düşünmələrinə imkan
vermək üçün əvəzedici müəllimlər və ya təlim köməkçilərindən istifadə edilməsi
·
Günün bir hissəsi
üzrə mentorun azad edilməsinin ödənilməsi.
Dəstək
·
Dərslərdən sonra
və həftə sonu olan seminarları azaltmaq və bu büdcəni mentor fəaliyyətinin dəstəklənməsinə
istifadə etmək.
·
Şəhər/rayon təhsil
məqsədlərilə mentor proqramının əlavə peşəkar öyrənmə yönümlü məqsədlərini
uyğunlaşdıraraq nizamlamaq və şəhər/rayon üzrə proqram koordinatoru və mentorları
arasında müntəzəm yığıncaqlar keçirmək
·
Mentor və ya
əməkdaşlıq edən müəllimlər üçün avadanlıq təşkil etmək
·
Həmkara Dəstək Təlim
Proqramının qiymətləndirmə prosesinə dəstək vermək.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.