Dərs -40 Fəal dərsin mərhələləri və nəticələri
Nəhayət dərsin bütün mərhələləri, qanunlar ilə bağlı olan dərslərimiz yekunlaşır. Bu dərslərdə nəzəriyyə ilə yanaşı mərhələlərin düzgün tətbiqi qaydaları da var idi. Əlavə materialların izahı üçün hələ dərslərim davam edəcək. Əziz dinləyicilər dinləməyə davam edin. Paylaşımlar gec ola bilər. Bu mənim digər işlərim və vaxtımın az olması ilə bağlıdır. Məlum tək işim bu deyil. Haqsız tənqid yazan, haqsız unlike edən "insan" lara rəğmən sevimli , əməyə sayğı və dəyər verən insanlar məni daim motiv edir. Azsaylılar mənim bu motivimi məhv edə bilməyəcəklər. Sizin üçün, rahatlıqla metodikanı mənimsəyə bilməniz üçün, dərslərinizdə düzgün şəkildə tətbiqini icra edə bilməniz üçün, heç kimin yanında gözü kölgəli olmamanız üçün, övladlarımızın gələcəyi üçün, metodikanın düzgün tətbiqi ilə onların şəxsiyyət kimi yetişməsinə şərait yaratmaq üçün bu işimə davam edəcəm. Bu balaca fidanlarımız üçün edə biləcəyim xırda bir yaxşılıqdır. Əlimdə imkan olsa bundan artığını edərəm. Amma hələki gücüm tək buna çatır. Xahiş edirəm əziz müəllimlər və müəllim olmağa hazırlaşan gənclər dərslərdə metodikanın düzgün tətbiqini icra edin. Bütün qarşıya qoymuş olduğum məqsədlərə çatdıqdan sonra yeni videolarla gələcəm. Bu videolar standartların açılmasına xidmət edəcək. Sadəcə standartların yenilənməsi və təkmilləşməsi üzərində iş aparılır deyə hələ əmək sərf etmək istəmirəm
Ayrıca bir məsələyə toxunmaq istəyirəm. Dərslərimi dinləyib kommersiya məqsədi ilə istifadə edənlərdən xəbərim var. Eybi yox elm öyrətmək pis deyil, öyrədim pul qazanmaq da pis deyil. Hələ kapitalist ölkədə yaşayırıqsa heç pis deyil..Amma xahişim var. Əgər edirsə bilmədiyi informasiyanı auditoriyaya səhv ötürməsin. Və ya bilmədiyini ümumiyyətlə səsləndirməsin. Hələ bilmədiyini səhv deyib, adımdan da istifadə etməsin. Ayıbdır. Bacarır etsin bacarmır sussun. Gələcəyimizi pul qazanmaq xatirinə məhv etməyin. Kurikulum onsuzda təhsildə olan boşluqlar səbəbi ilə hələ tam yerinə otura bilmir. Bir az da siz pul qazanmaq istəyənlər məhv etməyin.
Saatlarla kredit alın
YanıtlaSilKömək, əbədi sevginizi bölüşməyin ən yaxşı yoludur, bu da bizə 2000 avrodan çox sadə və etibarlı şərtlərlə kreditlər təqdim etməyimizi şərtləndirdi. Həm də hər növ fiziki şəxslər arasında investisiya və kreditlər edirik.
Əlavə məlumat üçün e-poçt və ya whatsapp vasitəsi ilə bizimlə əlaqə saxlayın.
Elektron poçt: simondurochefort@gmail.com
Whatsapp: +33752366330