AMEA prezidentinin
15 dekabr 2015-ci il tarixli
617 №-li sərəncamına əlavə
AZƏRBAYCAN
MİLLİ ELMLƏR AKADEMİYASI
Doktorantların elmi fəaliyyətləri ilə bağlı
problemlərin öyrənilməsi
SOSİOLOJİ SORĞU
ANKETİ
Hörmətli doktorant!
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti
doktorantların elmi fəaliyyəti ilə bağlı problemləri ətraflı öyrənmək, həmin
problemlərin aradan qaldırılması üçün səmərəli tədbirlər görmək məqsədilə
sosioloji sorğu keçirir. Sorğu anonim xarakter daşıyır. Amma öz arzunuzla,
koordinatlarınızı da göstərə bilərsiniz. Nəzərə alın ki, cavablarınızın səmimiliyi
və məzmunu görüləcək tədbirlərin keyfiyyətinə təsir edəcəkdir.
Sualları diqqətlə oxuyub, fikrinizə uyğun cavab
variantının qarşısındakı nömrəni dairəyə alın. Belə cavablar olmadıqda öz
fikrinizi qısa və konkret olaraq yazın.
Sorğuda iştirak etdiyiniz üçün əvvəlcədən təşəkkür
edirik!
Sosioloji sorğu anketi
1. Ali məktəbi nə vaxt bitirmisiniz?
1) bu il; 2) ötən il; 3) 2 ildir; 4) 3-5 ildir; 5) 5-10
ildir; 6) 10 ildən çoxdur
2. Doktoranturaya nə vaxt daxil olmusunuz?
________________
3. Bu sahədə doktoranturaya daxil olmanızın əsas səbəbləri
(Sizi bu sahəyə gətirən ən başlıca iki səbəbi qeyd edin):
1) ali məktəbdə bu sahədə təhsil almışam;
2) fəaliyyətim bu sahə ilə bağlıdır;
3) bu sahənin perspektivinə daha çox inanıram;
4) bu mənim daxili tələbatımdan irəli gəlir;
5) yaxın insanların tövsiyəsi ilə;
6) bu sahədə iş tapmaq asandır;
7) digər səbəblər? (yazın)
___________________________________
4. Doktoranturadan öncə əmək fəaliyyətiniz olubmu, əgər
olubsa, hansı sahədə?
______________________________________________________
5. Doktoranturaya daxil olmaqda əsas məqsədiniz? (ən
mühüm iki variantı qeyd edin):
1) uzun müddət məni düşündürən problemlər sahəsində
elmi tədqiqatlar aparmaq;
2) elmi düşüncə tərzinə dərindən yiyələnmək;
3) öz ixtisasımı daha dərindən bilmək;
4) alimlər mühitində olmaq;
5) iş karyeramı daha yüksək səviyyədə qurmaq;
6) sadəcə təhsilimi davam etdirmək;
7) digər
cavab(yazın)_____________________________________
6. Doktoranturaya daxil olduğunuz elmi müəssisənin
hansı üstünlüyü Sizi cəlb edib? (ən mühüm iki variantı qeyd edin):
1) peşəkar elmi kadrların hazırlanması istiqamətində
yüksək
təcrübəyə malik olması;
2) təhsilin yüksək səviyyədə təşkil olunması;
3) elmi-tədqiqat müəssisələri arasındakı nüfuzu;
4) bu institutdakı sağlam mühit;
5) elmi tədqiqatların aparılması üçün lazımi şəraitin
olması;
6) bu müəssisənin beynəlxalq əlaqələri;
7) digər
cavab(yazın)_____________________________________
7. Burada təhsil aldığınız müddətdə qarşınıza
qoyduğunuz əsas məqsəd (ən başlıca iki variantı qeyd edin):
1) elmi tədqiqat aparmağı dərindən öyrənmək;
2) ciddi, aktual elmi araşdırmalar aparmaq;
3) dissertasiyanı vaxtında təqdim etmək;
4) elm aləmində tanınmaq;
5) karyera qurmaq;
6) beynəlxalq elmi əlaqələr qurmaq;
7) digər
cavablar(yazın)_____________________________________
8. Məqsədinizə çatmaq üçün mühüm imkanlarınız?
1) sağlamlığım;
2) elmlə intensiv məşğul olmaq tələbatım;
3) elmə olan marağım;
4) maddi vəziyyətim yaxşı olması;
5) elmi mühitlə əlaqələrim;
6) xarici dilləri bilməyim;
7) intellektual potensialım;
8) kompüter texnikasını yaxşı bilməyim;
9) digər
cavablar(yazın)_____________________________________
9. Əgər məqsədinizə çatmağa mane olan amillər varsa,
hansılardır?
___________________________________________________________
10. Elmi tədqiqatları gələcəkdə davam etdirmək
fikriniz varmı?
1) bəli, qəti fikrimdir;
2) imkan olsa davam etdirəcəyəm;
3) qərar verməmişəm;
4) xeyr;
5) digər cavab
(yazın)_____________________________________
11. Əgər tədqiqatları davam etdirmək istəyirsinizə,
harada davam etdirməyi
planlaşdırırsınız? _________________________________
12. Bu tədqiqatları hansı mövzu üzərində davam etdirmək
fikrindəsiniz?
__________________________________________________________
3/5
13. Sizcə doktorantura təhsili aldığınız elmi müəssisədə
təhsilin keyfiyyəti qənaətbəxşdirmi?
1) bəli, tamamilə
2) ümumən qənaətbəxşdir
3) o qədər də qənaətbəxş deyil;
4) qənaətbəxş deyil;
5) digər cavab
(yazın)_____________________________________
14. Dissertasiya üzərində işləməyinizə mane olan səbəblər
varsa hansılardır?
1) elə bir ciddi maneə yoxdur;
2) ailə vəziyyətim;
3) mənzil şəraitim;
4) maddi vəziyyətim;
5) xarici dilləri lazımi səviyyədə bilməməyim;
6) səhhətim;
7) paralel olaraq göstərdiyim əmək fəaliyyəti;
8) başqa sahələrdəki yaradıcılığım, hobbilərim;
9) başqa səbəblər(yazın)
_______________________________________
15. Dissertasiya üzərində işləmək üçün əsasən hansı mənbələrdən
daha çox istifadə edirsiniz?
1) azərbaycan dilində olan ədəbiyyatdan;
2) rus dilində olan ədəbiyyatdan;
3) Türkiyədə nəşr olunan ədəbiyyatdan;
4) başqa xarici dillərdə olan ədəbiyyatdan;
5) internetdə olan ədəbiyyatdan;
6) kitabxanadan;
7) tanışlardan aldığım mənbələrdən;
8) başqa mənbələr(yazın)
_______________________________________
16. Sosial problemləriniz dissertasiya üzərində işləmənizə
nə dərəcədə mane olur?
1. elə bir maneçiliyi yoxdur;
2. müəyyən qədər mane olur;
3. xeyli mane olur;
4. ciddi şəkildə mane olur.
17. Dissertasiya işi üzərində daha uğurla işləməniz
üçün sizin hansı köməyə daha çox ehtiyacınız var?
______________________________________
18. Elmi fəaliyyətlə məşğul olmaq sosial problemlərinizin
həllinə mane olurmu?
1) o qədər də mane olmur
2) müəyyən qədər mane olur
3) xeyli mane olur
4) digər
cavab(yazın)_____________________________________
4/5
19. Doktorantura təhsilini başa vurduqdan sonra
karyeranızı AMEA-da davam etdirmək fikriniz varmı?
1) bəli, ancaq AMEA-da.
2) AMEA-da da olar
3) qərar verməmişəm
4) başqa təşkilatda işləyəcəyəm
5) digər
cavab(yazın)_____________________________________
20. Ġndiki zamanda doktorantura təhsilində və elmi fəaliyyətdə
ĠKT-nin tətbiqinin vəziyyətini necə qiymətləndirirsiniz?
1) əla; 2) yaxşı; 3) kafi; 4) qeyri-kafi;
21. Sizcə, gənclərin elmə cəlb edilməsi məqsədilə
görülən məlumatlandırma,
maarifləndirmə işləri qənaətbəxşdirmi?
1) bəli, tamamilə;
2) ümumən qənaətbəxşdir;
3) o qədər də qənaətbəxş deyil;
4) qənaətbəxş deyil;
5) digər cavab
(yazın)_____________________________________
22. Əgər hesab edirsinizsə ki, indiki vaxtda və yaxın
gələcəkdə ölkəmizdə elm daha sürətlə inkişaf etdirilməlidir, bunun əsas səbəblərini
göstərin:
_____________________________________________________________
_____________________________________________________________
____________________________________________________________
23. Sizin fikrinizcə, ölkəmizdə müasir dövrdə və yaxın
gələcəkdə elmə təlabat artacaqmı?
1) məncə, yaxın gələcəkdə ölkəmizdə bütün sahələrdə
elmə tələbat artacaqdır;
2) yalnız müəyyən sahələrdə elmə tələbat artacaq;
3) elə bir dəyişiklik baş verməyəcək;
4) əksinə, elmə təlimat azalacaqdır;
5) digər cavablar(yazın) ______________________________________________
24. Sizin tədqiqat sahənizin ölkəmizin tərəqqisinə
hansı faydalar verə biləcəyi fikrindəsiniz?
______________________________________________________________________________
______________________________________________________________________________
25. Sizin sahədə ölkəmizin hansı beş ən nüfuzlu alimin
adını çəkə bilərsiniz?
_____________________________________________________________
26. Gənc alimlərin daha yüksək səviyyədə hazırlanması
istiqamətində hansı yeniliklərin tətbiq olunmasını təklif edərdiniz?
______________________________________________________________________________
27. Dissertasiya ilə bağlı indiyədək əldə etdiyiniz ən
mühüm nəticələr?
1. ölkədə dərc olunmuş məqalələrim
(sayı)___________________
2. xarici ölkələrdə dərc olunmuş məqalələrim
(sayı)___________________
3. xarici ölkələrin nüfuzlu mənbələrində dərc olunmuş
məqalələrim (sayı)______________
4. ölkəmizdə keçirilmiş beynəlxalq konfranslarda
iştirak etmişəm (sayı)________________
5. xarici ölkələrdə keçirilmiş beynəlxalq
konfranslarda iştirak etmişəm(necə?)___________
6. elmi ezamiyyətlərdə olmuşam (necə dəfə?)
_____________________________________
7. tövsiyələrimdən praktikada istifadə edilib
(harada?) _____________________________
8. digər nəticələr(göstərin)
____________________________________________________
28. Yaşınız? _____ 29. Cinsiniz? _____ 30. Ailə vəziyyətiniz?
_____
31.
_________________________________________________________
(Soyadınız, adınız, atanızın adı), (Doldurmaq məcburi
deyil)
Bir daha təşəkkür edirik!
AMEA
- Coğrafiya İnistutu
Qafqaz
Universieti - İKT Elmi Tədqiqat Mərkəzi
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.